20.12.2011

İRAN ABŞ-ın GÜNÜNÜ QARA EDİB- PEYK SIRADAN ÇIXARILDI


ABŞ-ın kəşfiyyat peyki işdən düşdü

FaktXeber.com-un İsrailin “Yediot Aharonot” qəzetinə istinadən verdiyi məlumata görə, İran ABŞ-ın kəşfiyyat petkini işdən salmağa müvəffəq olub. Qəzet ötən gün dərc edilən sayında, bu xəbəri israilli general Cohen Dudiyə istinadən yayıb. Dudiy deyib: “Avropa kəşfiyyat mənbələrindən əldə etdiyimiz məlumata görə, İran Amerikanın kəşfiyyat peykini dəqiq nişan almaqla lazer vasitəsilə təmamilə sıradan çıxarıb. Bu məsələ isə Qərbi əməlli başlı şoka salıb.” İran tərəfi isə bunu Amerikaya vurduqları üçüncü ağır zərbə kimi qiymətləndirirlər. “Google” rəhbərliyi İranın kiber sahəsində inkişafını fantastik sayıb. İranın elektron müharibə sahəsində bu dərəcə də irəli getməsi, Amerika texnologiyasının üstünlüyünü təmamilə sual altına alıb.

Комментариев нет:

Отправить комментарий