20.12.2011

İSRAİL TƏRƏFİ 550 FƏLƏSTİNLİNİ AZAD EDİB


Bu, 5 ildən çox idi ki, əsirlikdə olan İsrail əsgəri Gilad Şalitin müqabilin fələstinlilərin azad edilməsinin ikinci etapı çərçivəsində həyata keçirilib


Faktxeber.com-un verdiyi məlumata görə, İsrail tərəfi həbsxanalardan  550 fələstinlini azad edib.
Qeyd edək ki, bu 5 ildən çox idi ki, girovluqda olan İsrail əsgəri Gilad Şalitin müqabilin əsirlərin azad edilməsinin ikinci etapı çərçivəsində həyata keçirilib.
İsrailin rəsmi nümayəndələrinin verdiyi məlumata görə, azadlıq əldə edənlərin heç biri qətldə təqsirli bilinməyib.
Xatırladaq ki, oktyabr ayında adıçəkilən razılaşma əsasında 500 fələstinli azad edilmişdi.

Комментариев нет:

Отправить комментарий