16.12.2011

Yəhudi KİV-lər Suriya haqqında niyə yalan yayır?


İsrail saytlarında prezidenti dəstəkləyən nümayişlərdən video və fotolar yerləşdirib, onları rejimin düşmənləri kimi qələmə verirlər

İraq Amerika tərəfindən işğal olunandan sonra orda xüsusi komandalar yaradılıb; onlar münaqişə yaradır, partlayışlar təşkil edirlər

Hillari Klinton bildirib ki, Suriya İranla münasibətini kəssə, ertəsi gün Suriyadakı nümayişlər dayanacaq

 2011-ci ilin aprel ayının 27-də “SANA” Suriya informasiya agentliyi tərəfindən yayımlanan fotoda altı tabutun təsviri görünürdü. Bir neçə gün davam etmiş qiyamda həlak olan əsgər və ya təhlükəsizlik xidməti üzvlərinin tabutları doğma kənd və şəhərlərində dəfn üçün Dəməşq hərbi hospitalından çıxarılırdı.

 KİV-lər Suriyadakı vəziyyəti kütləvi xalq qiyamı kimi qələmə verir. Guya diktator hakimiyyəti bu usyanı qəddarcasına boğur. Amma Suriyada yaşayanlar hadisələri fərqli görür.
 Moskva turist firmasının direktoru Anhar Koçneva  narazılıqlar və zorakılıq haqqında bunları danışır:

Müxbir: Suriyada nə baş verir? Suriyalılar nə deyir? Nə görmüsüz?
A.K: Mən bu qarışıqlığı dəstəkləyən bircə adam da görmədim. Nəzərə alın ki, işimlə əlaqədar xeyli insanlarla münasibətdə oluram. Şəhərlərdə, lap köhnə avtomobillərdən tutmuş təptəzə Porşe və Hammerlərə qədər, bütün avtomobillərdə prezidentin portreti var. Xalqı məcbur etmək olmaz ki, pezidentin portretini gəzdirsin. Bu o deməkdir ki, insanlar sosial və ya maddi vəziyyətlərindən asılı olmayaraq qiyamçıları deyil, prezidenti dəstəkləyirlər. Gənclərin də əllərində Suriya bayrağı var. Dostları ilə gəzməyə çıxan gənci məcbur etmək olar ki, əlində bayraq yellətsin? Bu axı asan deyil. Suriyalıların mentalitetindən xəbəriniz varsa, səmimi istəklə məcburyyəti ayırd etməlisiz.
 Martın 29-da Hama şəhərində prezidenti dəstəkləyən nümayiş gördüm- minlərlə kişi, qadın və uşaq, bütöv ailələr nümayişə çıxmışdı. Küçələr insanlarla dolu idi. Bu hadisəni “Əl Cazirə” kanalı prezidentə qarşı nümayiş kimi qələmə verəndə şok oldum. Təəccüblüdür ki, İsrail saytlarında prezidenti dəstəkləyən nümayişlərdən video və fotolar yerləşdirib, onları rejimin düşmənləri kimi qələmə verirlər. O nümayişlərdə insanların əlində Bəşir Əsədin portretləri, Suriyanın bayraqları var, amma bizə deyirlər ki, adamlar prezidentə qarşı cıxır.

Müxbir: KİV-lər hökümətə qarşı kütləvi çıxışlardan məlumat verir.
A.K: Yalan informasiya yaymaq kampaniyası başlanıb. Aprelin 1-də KİV-də hökümətə qarşı Dəməşqdəki böyük nümayişdən məlumat verdilər. Mən həmin gün Dəməşqdə idim. Nümayiş yox idi- mən görmədim, yerli camaat da görmədi.
 Aprelin 16-da “Reyter” agentliyi yazdı ki, Dəməşqin küçələrinə 50 min rejim əleyhdarı çıxıb, polis onları gözyaşardıcı qaz və dəyənəklərlə qovub. Dəməşqin sakinləri anlayır ki, belə hadisə gizli baş verə bilməzdi. Nümayişi dağıtmaq üçün neçə polis lazim olub? Və necə olub ki, “Reyter”dən başqa heç kim bu nümayişi görməyib? Dəməşq küçələrundə 500 adam- artıq böyük izdihamdır, bəs 50 min adamı görməmək mümkündürmü?
 “Reyter” məlumatları bütün dünyaya yayır. Bir yalan şişib nəhəng yalana çevrilir, şaiyələr yaranır. Suriyada bu verilişlərə baxırlar. Onlar nə görürlər? Yəqin ki Yəməndə çəkilmiş kadrları. Bəlkə də Misirdən fotoları. Bəlkə də Suriyadan şəkil. Amma bütün foto və kadrlarda insanlar eyni geyinib. Suriyalılar geyiminə görə də, üz cizgilərinə görə də qonşularından fərqlənirlər.
 İnternetdə etirazlar haqqında həvəskar videoların necə yaradıldığı göstərilir. Küçədə dayanmış avtomobil; onun ətrafında heç nə baş vermir. Avtomobilin yanında bir kişi dayanır və daş atır. Kənarda dayananlar isə bunu çəkir.
 Videoların çoxu quramadır. Məsələn, livanlı Livanın özündə, ya Suriyada çəkilmiş videonu ayıra bilir. KİV-lər isə İraqda bir neçə il əvvəl çəkilmiş kadrları göstərib deyirlər ki, Suriyada qiyamdır.
 İnternetdə ərəb qadınlarının forumları var. Onlar bir-birindən soruşur: bax, gör pəncərənin altında nə baş verir? Cavab: baxdıq. Televizorda göstərilənlərdən burda heç nə yoxdur.
 Son zamanlar xeyli cavan polis əməkdaşları öldürülmüşdür. Təbliğatçı KİV-lər onları rejimin qurbanı adlandırıb. Təkrar edirəm- polislər silahlı deyil. Suriya polisləri silah işlədə bilmir, çünki ölkədə uzun müddətdir ki, qarşıdurma olmayıb. Göbbels haqlı idi: yalan nə qədər böyük olsa, ona tez inanarlar.

Müxbir: Kütləvi etirazlar yoxdursa, polislər niyə həlak olur?
A.K: Polislər ona görə həlak olur ki, onlar silahsızdır, onlara güllə atanlar isə silahlı.

Müxbir: Onlara kim güllə atır?
A.K: Bu haqda Suriyada çox danışırlar. Təlim keçmiş yaraqlılar İraq sərhədindən keçib gəlirlər. İraq Amerika tərəfindən işğal olunandan sonra orda xüsusi komandalar yaradılıb. Onlar insanları öldürür, şiələr və sünnilər arasında dava salır, xristian və müsəlmanlar arasında münaqişə yaradır, küçələrdə, bazarlarda, məscid və kilsələrdə partlayışlar təşkil edirlər. Bu terror aktları, işğalçı rejimə qarşı yox, mülki şəxslərə qarşı yönəlmişdi. Bu yaxınlarda Dəməşqdə üç belə yaraqlı tutdular, onlar iraqlı qatillər idi.
 Suriya televiziyası belə bir reportaj göstərdi: kolluqdan və damlardan kimsə polislərə və piyadalara  atəş açır. Sonra güllə atanları tutdular. Onlar dedilər ki, İraqdan gəlmiş muzdlu qatillərik. Yaraqlılar amerikan silahından istifadə edirdilər.
 Livan təhlükəsizlik xidməti silahla dolu bir neçə avtobil yaxaladılar. Avtomobillərdən biri İraqdan gəlirdi. Avtomobillər silah və ABŞ dolları ilə dolu idi. Həmin adamların bahalı peyk telefonları vardı, Suriya təhlukəsizlik xidməti bu telefonlara qulaq asa bilmirdi. Suriyalılar bilir ki, amerikalilar İraqda yaraqlılara təlim keçərək onları istənilən yerə göndərirlər. Hillari Klinton bildirib ki, Suriya İranla münasibətini kəssə, HAMAS və “Hizbullah”a köməyi dayandırsa, ertəsi gün Suriyadakı nümayişlər dayanacaq. Qarşıdurmanı yaradanlar artıq heç nəyi gizlətmir.
 Deyirlər ki, etirazçıları uzaq yerlərdən gətirirlər. Onlar yerli camaatdan fərqlənir, başqa cür danışırlar. Onları kim gətirir, yol pulunu kim ödəyir- bilinmir.
 Suriyanın keçmiş prezidenti Abdel Səlim Həddam yaxın rayonlarda qiyamlar təşkil etdi. Ölkəni taladı və Qərbə qaçdı. Məhz o, prezident Bəşir Əsədi Livanın baş naziri Rafiq Həririnin qətlində günahlandırırdı. Ona görə indi “Bizə Bəşər lazim deyil, Abdel Səlim lazımdır!” kimi şüarların sayı artıb.
 Baniasda Bəşər Əsədə qarşı cıxan mədəni və sülhsevər müxalifət var. Lakin müxalifət də baş verənlərdən sarsılıb və Həddamı dəstəkləmir, çünki Həddamı korrupsioner kimi tanıyırlar.

Müxbir: Ölkədə sabitliyin pozulmasında Suriya mühacirlərinin rolu varmı?
A.K: Demək çətindir. Belə məlumat var ki, Hillari Klintonun Yaxın Şərqdə xüsusi təmsilçisi Den Feldan aprel ayında İstanbulda Suriya müxalifətçiləri ilə görüşərək, onlara hərbi və mülki rəhbərlərin qətlini təklif edib. 3 gün sonra Suriyada bir neçə hərbi rəhbər vəhşicəsinə öldürüldü.

Müxbir: Mətbuatda yazılmışdı ki, etiraz nümayişləri  Suriyanın cənubunda hökumət əleyhinə şüarlar yayan yeniyetmələr tutulduqdan sonra başlanıb. Bu belədir?
A.K: Uşaqları tezliklə buraxdılar. Hakim dairəyə məxsus qəzetlərdə bu uşaqların azad olması əmri çap edilmişdi.

Müxbir: Suriyanın cənubundaki Deraa şəhərinə ordu yeridilib?
A.K: Bəli. Deraa islam əmirliyi elan edildikdən sonra, yerli camaat hökumətdən kömək istədi. Şəhərə ordu yeridildi. Amma heç kim güllə atmır, hər şey sabitdir.

Müxbir: Suriyada elə fikir var ki, Haması və Fələstini dəstəkləməsələr, İsraillə sülh bağlasalar, etirazlar dayanacaq?
A.K: Belə fikir yoxdur. İctimaiyyat birləşir. İnsanlar başa düşür ki, düşmən çox təhlükəlidir. Əvvəllər radioda populyar mahnılar və Quran surələri səslənirdi, indisə vətənpərvər mahnılar səslənir. Və hamı prezidentə əl çalır.

Müxbir: Son günlərdə cəmiyyətdə nələr baş verir?
A.K: İnsanlar küçəyə çıxmağa qorxurlar. Bəzi yerlərdə insanlar risq edərək, maşınlara minib sağa-sola güllə atan naməlum şəxsləri videoya çəkiblər. İnsanlar arasında panika, həyəcan və qorxu yaratmağa çalışırlar. Bir suriyalı mənə dedi ki, ölkədə problem yaratmaq üçün çox adam lazım deyil. Beş adam əsas yolda dayansa, bütün vilayətin həyatı iflic olar. Ərzaq gətirmək, ya xəstəxanaya getmək mümkün olmaz. İndi bütün ölkə bir dəstə quldurun əlindədir.
 Lakin Suriya televiziyası Dəməşqin müxtəlif  yerlərdindən canlı reportajlar göstərir ki, insanlar Qərb mətbuatına inanmasınlar. Quldurlar əhali arasında nifrət yaymaq üçün dini heysiyyətə toxunan müraciətlər edirlər. Deraada etiraz nümayişində 500 adam vardi, amma bunlar deyir ki, 450 adam həlak olub.

Müxbir: Hökümət islahatlara başladı?
A.K: Hökumət fövqaladə vəziyyəti götürdü, icazəli nümayişlərə şərait yaratdı. Xarici vətəndaşlara əmlak almağa icazə verildi. Kürdlərə vətəndaşlıq verildi. Bəzi səbəblərdən kürdlərin vətəndaşlığıyox idi. Şimali Suriyada qadınlar üçün biznes kursları açıldı. Əyalət qubernatorlarının əksəriyyəti dəyişdirildi. Onların arasında ləyaqətli insanlar da vardı- onlar cinayətkarları həbsxanadan rüşvətlə azad etmək istəmirdilər.

Müxbir: Suriyaya uçuşlar azalıb?
A.K: Bilet yoxdur, amma ruslar Suriyadan qaçmır.

 Tərcümə etdi: Sima Ənnağı

Комментариев нет:

Отправить комментарий