14.12.2011

Masonluğun iç üzü -4


Dövlət rəhbərliyinin əhəmiyyətli mövqeləri masonlar tərəfindən ələ keçirilmişdir

Masonluq kökü çöldə bir yəhudi təriqətindən başqa bir şey deyil

 İşıqlanma filosoflarının çox böyük bir hissəsi, xüsusilə də din əleyhdarı fikirləri ən iti olanlar mason idilər. Fransız İnqilabını hazırlayanlar və ona liderlik edən Jakobenler də yenə lojaların üzvləri idilər. İnqilabın içində masonların oynadığı rol Comte Cagliostro adlı bir "agent-provokatör" tərəfindən hələ o illərdə etiraf edilmişdi. Cagliostro 1789-da Engizisyon tərəfindən həbs olunmuş və sorğu əsnasında əhəmiyyətli etiraflar vermişdi. İzah etdiklərinin başında, masonların bütün Avropada zəncirləmə bir inqilab etmə planları gəlirdi. Masonların əsl məqsədinin isə Papalığı yox etmək olduğunu ya da Papalığın ələ keçərilməsinin hədəfləndiyini açıqlamışdı.

Cagliostronun etirafları arasında beynəlxalq Yəhudi bankirlərin bütün bu inqilabçı fəaliyyətləri maliyyə etməsi, Fransız İnqilabında da yenə Yəhudi qaynaqlı pulların əhəmiyyətli rol oynadığı da vardı. Necə ki Frana İnqilabı tam mənasıyla bir "din əleyhdarı inqilab" oldu. İnqilabçılar aristokratiya arasında din adamlarına qarşı da böyük bir təbliğat aparırdılar. Çox sayda din adamı öldürüldü, dini təşkilatlar ortadan qaldırıldı, ibadətxanalar korlandı. Jakobenler Xristianlığı tamamilə ortadan qaldırmaq və yerinə "ağıl dini" adını verdikləri pagan bir inanc yerləşdirmək üçün çalışdılar. Ancaq bir zaman sonra inqilab onların idarəsindən çıxdı və Fransa tam bir xaosa sürükləndi.
 Masonluğun bu ölkədəki missiyası inqilabla birlikdə bitmədi. İnqilabın ardından doğan qarışıqlıq, sonunda Napoleonun iqtidarı ələ keçərməsiylə sabitliyə qovuşdu. Ancaq bu dövr də uzun sürmədi, Napoleonun bütün Avropaya hökm etmə ehtirası iqtidarının sonunu gətirdi. Bundan sonra da Fransada sabitlik və monarxiya tərəfdarları ilə inqilabçılar arasındakı qarşıdurma yarandı. 1830-da, 1848-də və 1871-də üç ayrı inqilab daha yaşandı. 1848-də "İkinci Respublika", 1871-də isə "Üçüncü Respublika" quruldu. Bu keşməkeşli dövrün içində masonlar hər vaxt son dərəcə aktiv oldular. Ən böyük hədəfləri isə kilsəni və dini inancları zəiflətmək, dini dəyər və qaydaların cəmiyyət üzərindəki təsirini yox etmək, dini təhsili ortadan qaldırmaq idi. Masonluq, "antiklerikelizm" (kilsə düşmənliyi) olaraq bilinən ictimai və siyasi hərəkatın qərargahı kimi funksiya gördü. The Catholic Encyclopedia, "Grand Orient" olaraq bilinən Fransız masonluğunun bu din əleyhdarı missiyası haqqında əhəmiyyətli məlumatlar verir: Grand Orientin rəsmi bülleten və stolüstü kitabda olan Fransız Masonluğunun rəsmi sənədləri, Fransız Parlamentindən keçmiş Kilsə əleyhinə bütün qanunların Mason lojalarında hazırlandığını və Grand Orientin rəhbərliyi altında tətbiq olunduğunu isbat etməkdədir. Məqsəd Fransadakı hər şeyi idarə altına almaq idi. 1903 Konqresində rəsmi natiq olan vəkil Massé belə izah edir: ''Masonluğun ən əhəmiyyətli vəzifəsi siyasi və dünyəvi mübarizələrə hər gün daha çox müdaxilə etməkdir. Kilsə əleyhinə mübarizədəki müvəffəqiyyət böyük ölçüdə Masonluq sayəsindədir. Masonluğun ruhu, proqramları, üsulları qalib gəlmişdir. Əgər Kilsə əleyhinə Blok quruldusa, bu Masonluq və lojalardakı təlimlərin nəticəsidir. Əgər işimizi sona çatdırmaq istəyiriksə, tətikdə olmalıyıq və qarşılıqlı güvənə sahib olmalıyıq. Bu iş, yəni kilsəyə qarşı mübarizə, bilirsiniz ki hələ də sürməkdədir. Respublika özünü dini təşkilatlardan qurtarmalı və bunun üçün onları güclü bir zərbəylə süpürməlidir. Yarım sanksiyalar hər yerdə təhlükəlidir, qarşımızdakılar tək bir zərbəylə əzilməlidir''.
 The Catholic Encyclopedia fransız masonluğunun dinə qarşı verdiyi döyüşü izah etməyi belə davam etdirməkdədir: 1877-ci ildən etibarən həyata keçirilən təhsilin dindən kənarlaşdırılması, xüsusi Xristian məktəblərinə və xeyriyyə dərnəklərinə qarşı sanksiyalar, dini təşkilatların bağlanılması, Kilsənin mallarına əl qoyulması kimi kilsə əleyhinə bütün Masonik islahatlar yalnız Fransada deyil, bütün dünyada insan cəmiyyətlərinin anti-Xristian və dindənkənar bir şəkildə yenidən təşkil edilməsi hədəfinə istiqamətlidir. Bu səbəbdən Fransız masonluğu bütün Masonluğun qabaqcılı olaraq universal bir Masonik Respublikanın qurulacağı bir çağın başlanğıcını qeyd etmək meylindədir.
 Grand Orientin Böyük Ustadı Senator Delpech 20 Sentyabr 1902-dəki danışmasında belə demişdi: "Cəliləlinin zəfəri 20 əsr sürdü, amma indi ölüm zamanı gəldi. Masonik Birliyin meydana çıxdığı gündən Cəlilə əfsanəsinin üzərinə qurulmuş Roma Kilsəsinin əriməsi də zatən başlamışdı". Söz mövzusu masonun "Cəliləli" deyərkən qəsd etdiyi adam Hz. İsadır. Çünki Hz. İsa, İncilə görə Fələstinin Cəlilə (Galile) şəhərində doğulmuşdur və yenə İncildə Hz. İsaya "Cəliləli İsa" deyə səslənildiyi bildirilir. Bu səbəbdən masonların Kilsə nifrəti, Hz. İsaya və onun şəxsində bütün İlahi dinlərə duyduqları nifrətin bir ifadəsidir. 19-cu əsrdə ortaya çıxardıqları materialist, darvinist və humanist mədəniyyətlə İlahi dinləri öldürməyə və Xristianlıq əvvəlində olduğu kimi Avropanı təkrar pagan etməyə can atmışlar. Bu sözlərin deyildiyi 1902-ci ildə Fransada çıxarılan bir ardıcıl qanun din əleyhinə ən böyük addım olmuşdur. Tam 3000 dini məktəb bağlanılmış, məktəblərdə hər hansı bir dini təhsil verilməsi qadağan edilmişdir. Bir çox din adamı həbs edilmiş, bəziləri ölkədən sürgün olunmuş, dindarlar sanki ikinci sinif insan tətbiqi görməyə başlamışdır. Bu səbəblə 1904-cü ildə Vatikan, Fransa ilə olan bütün diplomatik əlaqələrini kəsmiş, amma Fransanın rəftarında bir dəyişiklik olmamışdır. Ta ki Fransa I Dünya Müharibəsinə girib, Alman orduları qarşısında yüz minlərlə insanını itirib, qüruru qırılıb, "mənəviyyat"ın əhəmiyyətini anlayana qədər.

 (Ardı var)       http://profliqa.blogspot.com/

Комментариев нет:

Отправить комментарий