Həmid Herisçi
- Azərbaycan xalqının taleyini, yaxşı eşit, Əbülfəz Elçibəy, Heydər Əliyev deyil..., yox..., bilirsənmi kim dəyişdi XX yüzildə?
Ayaz Mütəllibovun sabiq mətbuat katibi Rasim Ağayevlə Fəvvarələr meydanındakı çox məşhur bir ünvanda - “Pizzahat”da görüşümüz zamanı bu gözlənilməz sual qəfildən səslənib bütün marağımı bir nöqtəyə cəmləyir. Sifətim dəyişib bir başqa görkəm alınca dilimdən bircə kəlmə qaçırıram:
- Kim?
- Kim?
- Fil, - deyib tez də geri qayıdır, kürəyini yenidən rahat kresloya tapşırıb tam sükuta qərq olur.
- Necə yəni fil? Bakı, yoxsa... Moskva heyvanxanasındakı... - cümləm yarıda kəsilir.
- Londondakı fil. - Rasim bəyin əlindəki gümüşü qaşıq kapuçino köpüyü dərinliklərinə qərq olur. İsti qəhvədən bir udum alınca həmsöhbətim öz tapmacasının sirrini başlayır aram-aram çözməyə:
- Londondakı məşhur sovet kəşfiyyatçısı Fil... Bəli, Kim Filbi. - Sonuncu kəlmənin ilk hecasını hiyləgərcəsinə uzatdıqca Rasim bəy diqqətlə məni süzür. Tapmacasını özünün tam qələbəsi ilə bitirib keçir açıq söhbətə:
- 1945-ci ildə İstanbuldakı sovet konsulluğundan Britaniya səfirinə zəng gəlir. Telefondakı səs sahibi deyir bəs, danışan sovet agentura şəbəkəsinin başçısıdır və sovet kəşfiyyatçılarının uzun siyahısını Londona çatdırmaq niyyətindədir. Səfir də, hə, ehtiyat edərək Londonla məsləhətləşmək üçün vaxt istəyir... Xəbər gedir qonur lazımi yerə. - “Lazımi yer” ifadəsini Rasim bəy ayrıca iştahla vurğulayır. - Britaniya kəşfiyyatındakı sovet rezidenti Kim Filbinin səliqəli masasının üzərinə. Əks tədbirlər anındaca həyata keçirilir, xain oğurlanaraq Moskvaya qaytarılır, sovet kəşfiyyat şəbəkəsi labüd iflasdan yaxasını qurtarır. Bu siyahıda o vaxt kəşfiyyatçı olan Heydər Əliyevin də adı var idi...
Gümüşü qaşıq incə qədəhə toxununca mən diksinirəm:
- Bu barədə Yuri Baturinin “Kəşfiyyatçının dosyesi” kitabında geniş məlumat var, - Rasim bəy qəhvədən bir udum da alıb əlavə edir. - Bizdə bunu kimsə bilmir.
Hə, Rasim bəyin tapmacasından indi-indi tam baş açıram...
***
Ata məhkəməsi
- Babam Ərzurum türkü idi, - Rasim bəy saralmış xatirə dəftərçəsini 1894-cü ilədək geri vərəqləməyi bacarır. - O vaxtlar erməni-türk davası düşür Ərzurumda, çox evlər yandırılır. Türklərin, ermənilərin əksəriyyəti də babam Əli kimi sərhədi adlayıb gəlir Qafqaza. Bizimkilər Bakıya yerləşsələr də tezliklə - 1905-də həmin ədavət gəlib Bakıya da sıçrayır. Qohumlarımız gəmiyə minib Aşqabada köçmək istəsələr də heyhat, qayıq sahildən ayrılınca suya qərq olur... Atam bu vaxt hələ sahildə imiş, görür qarşısındakı bu dəli faciəni... Tək qalır... Həmin mənzərəni görməsəm də oxşar tənhalığı tale daim mənə də nəsib edib.
Rasim bəyin bulanıq baxışları haradasa uzaqlarda gəzişib nəhayət geri qayıdır... Rəssam Ayvazovski fırçasına layiq dəniz faciəsi... Sahildə milli ədavət, dəniz sularında ölüm fəryadları... Millətlərarası iğtişaşlar haqda sakitcə proqnozlar verən Rasim bəyin “gizli, daxili bioqrafiya”sına əlavə edilə biləcək gözəl bədii tablo...
- Sonra gəlir qırmızı inqilab dövrü. 1919-cu ildə Həştərxanda iki batalyon hazırlanır, Azərbaycan dəstəsi tərkibinə adına o vaxt “Dəli seyid” deyilən Mircəfər Bağırov, türk dəstəsi sıralarına da rəhmətlik atam daxil olur. Hər iki batalyon 1920-də Bakıya qədəm basır... “Qırmızı professura” kurslarını bitirən dədəm sonra Azərbaycanın çox yerlərində prokurorluq etdi. “Kiçik torpaq”da prokuror ikən mən dünyaya gəldim. Bu səbəbdən mən də naxçıvanlıyam. - Rasim bəy başını yelləyir. - Mircəfərlə atamın bioqrafiyaları, bəli, həmişə həm ayrılar, həm də kəsişərdi...

- “Gizli, daxili bioqrafiya”nız general Vaqif Hüseynovla, Mütəllibovla, Vəzirovla, Heydər Əliyevlə, Primakovla ayrılıb kəsişdiyi kimi? - bu sualım tam yerində, məqamında səslənib Rasim Ağayevi azca diksindirir.
“Pizzahat”ın şüşə eyvanında oturduğumuz üçün Fəvvarələr meydanındakı piyadalar arasında hərdən köhnə tanışlarımızı da görürük. Yuxarıdakı sərrast sualım səslənincə YAP-çı deputat, politoloq Mübariz Qurbanlı göylərdə azmış ala bulud parçası kimi bizi görmədən düz qarşımızdan ötür. Rasim bəyin üzünü xoş təbəssüm bəzəyir.
- Heyf bizi görmədi, - deyib təbəssümünü artırır. Əlinə yaxşı girəvə keçsə də ani mövzulara varmır, verdiyim sualdan yayınmır, açdığımız bayaqkı mövzuya qayıdır.
- Bəli. Atamınkı Mircəfərlə idi, mənimki isə...- deyib, kiçik fasilədən sonra köksünü ötürür.
- Atamı incidirdi Mircəfər. 1942-ci ildə onu Naxçıvandan ayırıb Bakıya gətirsə də işsiz saxladı, 7 ay ərzaq kartoçkalarından məhrum etdi hətta... Həmin aclıq günlərini qazamatda ikən tez-tez xatırlayardım. Çətinliklərimi, aclığımı dəf edə bilim deyə.
“Hə, Rasimin işarələdiyi "gizli daxili bioqrafiya" bilir harada, hansı dar məqamda “zahiri bioqrafiya”ya kömək əlini uzatmaq lazımdı" fikrimi nitqimdə yox, gözlərimdə canlandırıb Rasimə uzun-uzadı baxıram. Bilirəm, həmin bu gizli bioqrafiya fikirlərimi oxuyur indi.

- Həyat bilirsənmi nə vaxt bitdi, tale bilirsənmi nə zaman başladı mənimçün? Prokuror atam bir gün məni, doğmaca oğlunu mühakimə skamyasına oturdanda... - bütün vücudu ilə masa üzərinə çöküb mənə sarı dartınan Rasim bəy dəri cildli qalın yemək menyusunu bir kənara itələdi. Bilməmişik, söhbətimizə indiyəcən sanki mane olurmuş o.
- Atam Pirallahı adasında prokuror idi. Oleq Akinen adlı bir rus gənci ilə dostluq edərdim o vaxtlar. Atası Neft Qazma İdarəsinin rəisi idi. Deyirdilər ki, Stepan Razin öz xəzinəsini Pirallahıda basdırıb, biz də düşmüşdük o xəzinəni tapmaq eşqinə. Hə, bir gün bu Oleqin qardaşı Volodya qəfildən gəlib girdi mətbəxə, bıçağı götürüb tələsik eşiyə sıçradı. Gözlədim, gəldi... Bıçaq qanlı idi. Dedi gizləyim onu... Mən də onu çirkab quyusuna atdım. Demə, bu bıçaqla kimisə sinəsindən bərk yaralayıblar. Atam cinayət işi açdı, təhqiqat, üzləşmələr, sorğu-sual... Nə isə, o vaxt atam məni canilərdən əsla ayırmadı, çəkdi istintaqa. Şübhəli qismində dindirildim. Kimsəni satmasam da bir başqa yolla canilər tapıldı...
Sinəsindəki xatirələri tam boşaldınca Rasim bəy bircə hərəkəti ilə tam geriyə çəkildi. Kürəyini yenə kresloya dirəyib:
- 1996-nın noyabrında məni 57-ci (vətənə xəyanət) maddə ilə akademiyadakı kabinetimdə həbs edib 7 ay MTN-in təkadamlıq kamerasında istintaqa çəkdikləri vaxt, - Rasimin səsi titrəyir, - bax, bu “ata məhkəməsi” karıma gəldi... Gəldi nəhayət. Bəlkə, atam məni gələcək imtahanlara bax bu cür hazırlayırmış deyirəm?!

Mirxainlə üz-üzə
60-cı illərin əvvəlində Rasim bəy radioda işləyirmiş. İctimai-siyasi verilişlər redaksiyasının baş redaktoru vəzifəsi, bəli, o vaxt lap qəşəngmiş. Rusdilli dinləyicilərin yaxşı tanıdığı diktor Nina Petrovanın əri Jora Petrov bir gün Rasim bəyin yanına gəlir. İçərişəhər rusu olan Jora azərbaycanca Rasimdən də yaxşı bildiyindən onunla həmişə bizim dildə danışırmış. Jora deyir:
- Mən sərbəst atıcılıq üzrə idman ustasıyam. Bir atıcı tapmışam, Vaqif Hüseynov adında, durnanı gözündən vurar. Bəlkə gəlib bizdə idman xəbərləri üzrə müxbir işləsin?!
Razılaşırlar. Rasimin Vaqiflə dostluğu başlayır:
- Dostluq isə həmişə sınaqdan keçirir özünü. Həbsimin bir səbəbi də Vaqif Hüseynovla bağlı idi. Bakı rəsmiləri o vaxtkı Moskva görüşlərində həmişə masaya bir siyahı atardılar - Rusiyaya sığınmış sabiqlərimizin siyahısını. Deyərdilər, qaytarın bu adamları, cinayətkardırlar. Vaqifə qarşı ifadə tələb olunurdu məndən...
Rasim bəy sanki mənə də Vaqif bəy barədə “ifadə” verməkdən çəkinir elə bil. Dərinə getmirəm əvvəlcə. Belə yerdə gərək sükutum öz sözünü desin:
- ....
- MTN-in istintaq idarəsinin rəisi Rüfət Mənsurov, istintaqçı Ramil Nağıyev... Qapı gözlüyündən daim baxan növbətçilərin bərəlmiş gözləri...
Rasimin simasında o əzablı günlərin izlərini axtarıram. Yoxdu, tapmıram onları... Bir başqa yerdədir bəlkə bu izlər, ağrılar - “gizli, daxili bioqrafiya” dünyası dərinliklərində yəqin.
- Hər gün səhər eyni sözləri eşidirdim qapı dəliyindən baxan növbətçidən: “Səni də güllələmirlər ki, canımız, gözümüz bu dəlikdən qurtarsın”.
Azadlığa çıxandan sonra Rasim bəy həmin növbətçilərin biri ilə erməni kilsəsinin qarşısında üzləşir. Hə, məhbəs süjetini yaşayanlarda belə hallar mütləq olmalıdır. İstintaqçı Ramil Nağıyev isə sonralar Rusiyaya qaçır. Qəfildən eşidibmiş ki, Rasimin işini guya bilə-bilə zay aparıb. Ramil öz xatirələrini sonra “Azadlıq” qəzetində çap etdirdi... Rasim Ağayev barədə “onun işi tam uydurma idi” cümləsi qeyd olunub bu xatirələrdə.

- Ölkəmizin baş mirxainini də mən tanıyıram, - xüsusi bir ahəngdə səslənən bu etirafı bütün diqqətimi anında özünə çəkdi. Cavabım düyünlənib boğazımda qaldı, onu ifadə edim deyə bir-iki dəfə dərindən udqundum:
- Kimdi bu mirxain? Kim?
“Pizzahat”ın kübar müştəriləri..., masamıza qonmuş pul qəbzi..., hər cür sifarişə hazır xidmətçilərin itaəti..., bəli, bütün bunlar bir andaca qəfil gözümdən silinib havaya buxarlandı. Bir məndim sanki bu kafedə, bir də Rasim Ağayev - sabiq partokrat, indiki politoloq. Ərzurumlu Əlinin Bakıdakı qərib nəvəsi.
- Ən həlledici döyüşə hazırlamışdım bu silahımı. Məhkəmə iclaslarının birində vəkilim Aslan İsmayılov qəfildən vəsatət qaldırdı: - Xahiş edirəm, Əbülfəz Elçibəyin 1975-ci il iyun tarixli məhkəmə sənədlərindən biri - ittihamnamə gətirilib burda oxunsun.
Hakim buna etiraz edə bilmir. Fasilə elan olunur. Arxivdən çıxarılmış dəyərli sənəd məhkəmədə oxunulur... Və...
Və bəlli olur ki, Rasimə qarşı ifadə verən Aydın Hacıyev - Dövlət İdarəetmə İnstitutunun müəllimi, - vaxtilə eyni tərzdə... Əbülfəz Elçibəyə qarşı da ifadə veribmiş...
- Aydın bilirsiniz kimdi? Vaxtilə partiyanın ideoloji katibi işləmiş Nazim Hacıyevin doğmaca oğlu. Məhkəməmdəki bu qalmaqal mətbuata sıçradığı vaxtlarda Aydın Hacıyev həmin institutda dərs alan Eynulla Fətullayevin müəllimi idi. Gənc tələbə müəllimini müdafiə etmək istəyir o vaxtlar. Tələbələr arasında imza toplayır... Sonra...
Rasim burda səbrimi xeyli imtahana çəkir... Xeyli susduqdan sonra:
- Sonra..., aradan 10 il keçdikdən sonra həmin Aydın Hacıyev öz tələbəsi Eynulla Fətullayevə qarşı da ifadə verir, - deyib dodaqlarını büzür...

Bax belə... Fəvvarələr meydanında gördüyüm bütün fəvvarələrin gur səsi kəsilir sanki. Gördüyüm bütün mənzərələr, insanlar, kənardakı erməni kilsəsi bir başqa cür görünür gözümə... Bir-iki dəqiqə özümə qapılıram...
Elçibəy, Rasim Ağayev, Eynulla Fətullayev tam fərqli insanlar olsa da onların üzünə duran kəs eyni adamdı... Eyni adam...

Mirxain...
***
Rasim Ağayev gülə-gülə əl atır pul kisəsinə, içdiyimiz qəhvələrin haqqını masa üzərinə buraxıb ayağa qalxır. “Pizzahat” qapısından çıxdıqdan sonra ona day bir sual vermirəm. Hə, məsələ aydındı...
Aydındı...
Aydındı...
Aydındı...
Aydındı...
Aydındı...
Aydındı...
Комментариев нет:
Отправить комментарий