20.12.2011

Şərqin üzüqara günü: uşaqlar güllələnir, qadınlar təpiklənir - VİDEO - FOTO

Misirin paytaxtı Qahirənin mərkəzindəki Təhrir meydanı əsl savaş səhnəsinə dönüb. Həmin savaş adi insanlara qarşı polis və hərbçilərin dəyənəklərlə zopalarının "mübarizə"sidir.

Milli.Az xəbər portalı "Əl Misri əl Yəum"a istinadən bildirir ki, Misirdə prezident Hüsni Mübarəkin devrilməsindən sonra hərbçilərin hakimiyyəti bütünlüklə ələ keçirmələrinə etiraz edən vətəndaşların etiraz aksiyasını dağıdan polislər qadın-uşaq demədən, qarşılarına gələni döyüblər. 

Polislər qadınları dəmir dəyənəklərlə döyüblər. Əsgərlər isə hətta qadınları təpikləməkdən də çəkinməyiblər.
Aksiya dağıdılarkən onlarla insan yaralanıb, 12 və 13 yaşları olan iki uşaq isə həlak olub.
Onların hərbçilər tərəfindən güllələndikləri deyilir.


















Fotolar: Reuters, EPA, Getty İmages

Комментариев нет:

Отправить комментарий