Ülvi Məmmədli
Professional Oxucu Liqası
İndi xaricə getməyə nə var ki, odey taksi tut, min get!
Onu deyirdim axı. Bu yaxınlarda saytlardan biri yeri var bir sorğu keçirib. Sorğu çox maraqlı sual qoyulmuşdu. Belə idi: Bu il hansı arzunuzun reallaşmasını istərdiniz? Sorğunun əvvəlki punktları haqda qabaqkı yazılarımızda danışmışdıq, indi keçək ən “jirni” yerinə.
232 nəfər səsverən, yəni iştirakçıların 5,2 faizi bu il Həcc ziyarətinə getmək arzusunu variant kimi seçib. Allah niyyətlərinə çatdırsın, imanları kamil olsun! Amma onların həcc şərtlərinə əməl eləməsi də elə gözəl olardı ki!
Ən azından iki şərtə: ziyarətə halal qazanılan pulla getmək, yaxınlarında, qonşularında ehtiyacı olana əl tutmaq. Vallah, onda ziyarətdən qayıdanda sizin ziyarətinizə gələrlər, "Hacı" sözünü ünvanınıza ləqəb kimi yox, dini titul kimi deyərlər. Hər halda, Allah niyyətinizi qəbul eləsin.
4443 nəfər səsverəndən 192-si, yəni iştirakçıların 4,3 faizi istəyir ki, Vəzifə sahibi olsun. Başa düşülən, normal istəkdir. Amma ya vakant vəzifələr azalıb, ya da imtahan verməyə cürətləri çatmır (Bəs siz nə fikirləşdiniz, pulları yoxdur?).
Atalar deyir ki, "sən ağa, mən ağa, inəkləri kim sağa?". Yəni istəyi soruşulanların cəmi 4,3 faizi vəzifə sahibi olmaq istəyirsə, çox şükür, deyəsən bu iştahda olanlar da səsverməyə vaxt və həvəs tapmayanlardı. Ya da "demək düşmür" fikrində olanlar çoxdu. Nə isə, kaş vəzifələr çox olsun ki, arzulayanlar ilin sonunda küfr etməsinlər.

Arzu bildirənlərdən 154 nəfəri, yəni iştirakçıların 3,5 faizi bu il Xarici ölkələrə səfər etmək arzusundadır. Bəyənilsin! Çox normal və sevindirici arzudur. 20 il qabaq rəyi soruşulan-soruşulmayan hamı ölkədən getmək istəyirdi. Turist kimi səfərə yox, ailəsinə yaşamaq üçün pul qazanmağa. İndi şükürlər olsun, xaricdən bizə işləməyə gəlirlər. İndi nə olsun ki, çinlilər və hindistanlılar, bəgəm onlar adam deyillər?
O 154 nəfər də ya çox cavandı, hələ tez olub, yaşı indi çatır, ya da konkret arzuladığı ölkə var ki hələ ora gedə bilməyib. İndi xaricə getməyə nə var ki, o kinoda deyilən kimi, "odey taksi tut, min, get!".
Düz 114 nəfər, yəni səs verənlərin 2,6 faizi tam xam xəyala düşüblər. İstəyirlər ki, bu il benzin və çörək ucuzlaşsın. Yox bir, ölmüşdü xankişi! Daha doğrusu masonların padşahı! "Arzuya bax, sevgilim, tellərindən incəmi, söylə, ürəyincəmi?". Bunlar arzularını söyləməyə cəsarət eləyənlərdir yəqin. Bir yandan obyektiv olaraq həyata keçirilməsi mümkün olmayan arzudur (ötən il dünya bazarında ərzaq məhsullarının qiyməti rekord həddə çatıb, neftin qiyməti də göz qabağındadır ), digər tərəfdən də, arzudur, hökm deyil ki, arzula getsin özüyçün bala-bala. Bəlkə maaşların qalxmasını da arzulayasınız, hə?
Əşşi, qoy cəhənnəm olsun, deyəsən bu sorğunu tərtib edənin əla yumor hissi varmış. Cavab variantlarından biri kimi Qayınanamdan canım qurtarsın istəyini seçib. Deyəsən, heç səhv də etməyib. Səs verənlərdən 60 nəfəri (1,4%) bu cavabı seçib. Gör qayınanaları onlara nə ot yoldurub ki, lap anonim də olsa bunu dilə gətirməyə cürət ediblər. Unutmayaq ki bu problem bəzi millətlərdən fərqli olaraq bizdə müzakirə və zarafat obyekti deyil. Bizdə qaynanaya osobı münasibət var. Yeznəyə deyirlər ki “eşşəyim”. Bu bizik. Bir az yuxarı, bir az aşağı- bizik də. Arzularımız, niyyətlərimiz də təxminən bu ətrafdadır. Nə deyim vallah, Allah saf arzularınızı, niyyətlərinizi qəbul etsin, inşallah!
Комментариев нет:
Отправить комментарий