23.12.2011

Əyri ölkənin yazarı

İbrahim Sel

Rasim Qaracanın “Əyri evin qadını” kitabında kali-yuqa nişanələri

 Çalışacam onun hər xoşuma gələn yazısı barədə qısa yazım. Şəhv etmirəmsə, Araqon demişdi, biri də o gün təkrar etmişdi ki, sözlər çox olanda suya dönür (əlavə edim: tutmaq olmur). Bu vəziyyət isə güldürür sağlam insanı. Mən sağlam adamam. Özümü xoş və gümrah hiss edirəm. Bəs siz necə? III Dünya Müharibəsi ərəfəsində fiziolojinizin qeydinə qalırsınızmı?
 Elə Rasim Qaraca da sağlam görünür. III Dünya Müharibəsinin yaxınlaşdığını duyan bütün insanlar kimi o da ayıqdır. Kiminlə də olmasa Həmid Herisçi və onunla görüşməyə həmişə can atıram. Sadəcə, ziyalıda sevdiyim xüsusiyyətlərin hamısını özündə birləşdirib. Həyatda sakit səslə danışan bir insandır. O qədər maraqlı danışır ki, istər-istəməz diqqətini cəmləməyə çalışırsan, düşüncələrə qərq olursan. Ədəbi yazılarımın tez-tez onun adını çəkirəm.
 Oxuduğum qədər, yazılarında həyatın, gerçəklərin birbaşa təsvirindən çox, mənası üzərində düşündüyünü görmüşəm. Hiss olunur ki, “Əyri evin qadını” kitabındakı hekayələri dünya ədəbiyyatının təsiri altında yazmışdır. Bu əsər Mirzə Cəlilin hekayələri kimi, Azərbaycanda həmişə, qərinələr keçdikcə aktual olacaqdır. Bu, bizim tariximizin indiki dövrünün- işğalıçılıq və talançılıqla müşayiət olunun kali-yuqa qara epoxasının səlnaməsidir. Bəşər övladı gərək heç vaxt, heç bir şəraitdə azğınlaşıb, qəddarlaşıb insanlığını, rəhmini, insafını itirməsin. İnsan şüurlu məxluqdur, buna görə də vəhşiləşib cəngəllik qanunları ilə xoşbəxt yaşaya bilməz.

 “DÜNYANIN ƏN QORXUSUZ YERİ”- ən yaxşı hekayəsidir. Professional Oxucu Liqasının virtual Gi Debor mükafatına layiq görüldü. 
 “ŞAİR VƏ GÖZ HƏKİMİ”- Azərbaycan ədəbi həyatının reallıqlarının acı mənzərəsini ustalıqla əks etdirib. 
 “YOLDAŞ BİZNESMEN”- Rasimin baxdığı istiqamətlə ədəbi aləm arasına cəmi 30 dərəcəlik bir bucaq var. Bu hekayə göstərir ki, həmin bucaq get-gedə lap daralır. Amma ədəbi aləm israrla bu adamdakı istedadı görmək istəmir.
 “SAVAŞ”- Nə Gülnarə, nə də Hürü söz korluğu çəkmirdilər. Qarşısına söyüş ensiklopediyası yaratmaq məqsədi qoymuş müəllif mentalitetiv xüsusiyyətləri bir an da olsa gözdən qaçırmır. Bu hekayə Freydin materialı olan psixoloji təbəddülatlardan doğur. 
 “AĞZININ QOXUSU”- yəhudinin, Rusiyadan göndərilən pulu aldadaraq azərbaycanlının əlindən almasından bəhs olunur. Əsl CredAgro mexanizmidir!
 “AĞ PENCƏKLİ QADIN”- burda səhv buraxıb. Bakı tualetlərində işləyənlər yəhudi qadınları deyil, yerli qadınlardır, Rasim Qaraca.
 “DÜNYADA HAMIDAN ÇOX”- şah əsəridi. “Yağışdan islanmış paltarların qoxusu vaqonu bürümüşdü. Əsmərdən də yağış iyi gəlirdi”. Göndər mənim emailimə. Bilirsən hansı əsərlər Gi Debor mükafatı alır? O əsərlər ki orda deffekt yoxdu. Burda da yoxdu.
 “TOY SƏYAHƏTİ”- “rezki” hekayədir. Sərt dönüş adamı titrədir. “Əgər sevgi olmasa, bu böyük dünya da insana kibrit qutusu kimi darısqal görünər, sevgi olduqda isə kibrit qutusunun özü də yaşamaq üçün çox genişdir”.
 “NORA, DİBA VƏ ŞİRİ”- əslində göz yaşlarısız oxumaq olmur. Bizim hər birimizin taleyi əks olunub burda.
 “AZADLIQ”- elə o da. Bu bizim başıbəlalı vətənimizin göz yaşları ilə yoğrulmuş tarixidir. Nə olub mənə son zamanlar, bilmirəm: “Avtomobildən qorun” filminin musiqisi altında qulaq asdığımdandır yəqin o gün- kövrəldim. “Ah, mən də hamı kimi qorxu duymaq, günəşdə yanmaq, soyuqda üşümək istəyirəm. Qoy mənim düşmənlərim çox olsun, mən də kiməsə nifrət edim. Baharın gəlməsini həsrətlə gözləyim. Ağac budaqlarında öz yuvam olsun, axşamlar gün batanda mən də öz yuvama çəkilim. Səhərlər yuvamdan çıxıb dən axtarmağa gedim. Mənim də balalarım olsun,  onlara cəh-cəh vurmağı öyrədim. Yaşıl çəmənlərin, çiçəklərin üstüylə uçum. Baharın gəlməsini insanlara xəbər verim. Mən istəyirəm ki...” Pibinin monoloqu masonların sizə sırıdığı həyat nəğməsidir.
 “QARA VƏ QUMRAL”- teleserialdı, nədi bu? Sabun operası hara, sən hara? Oxumadım, bağışla. Getmədi. Zatən belə uzun cəfəngiyyatları baş qoşmağa vaxtım olmaz.
 AFORİZMLƏR- tutaq ki Rasimin fikrincə, boğulanı qucaqlamaq deyil, saçından tutub sürümək lazımdır. Mənsə fikirləşirəm ki boğulanı qucaqlamaq və nəfəs vermək lazımdır. İnsanın missiyası partlayış törətmək deyil. Soros isə bizə hər an bunun əksini xatırladır. 
 GÜNDƏLİKDƏN NOTLAR- mən əslində məhz belə şeylər axtarıram daa oxumağa! Hüdü gedirəm. Hə, tapdım, burda tapdım- özümçün çoxlu gərəkli hissələri kompumun yaddaşına köçürdüm. Bu fikirlərin içində demək olar ki dəyərsizi yoxdu. Deyim ki mən yazarlarımızdan gic-gic romanlar yox, məhz gündəliklərdən notlar gözləyirəm. Yaxşı yazmısan: gün çıxandan can çıxana qədər (işləmək). Qoy-un missiyası. Yunus Əmrə demişkən: “Ana bətnindən düşdük bazara/ Bir kəfən aldıq, endik məzara”. Tarantinonun məşhur filminə parodiya. Kənd kompozisiyası: “Piyə sap bağlayıb uddu. Sinəsinin qara-qurumunu təmizlədi. Sonra piyi pişiyə atmaq istədi. Qışqırdıq ki onu pişiyə atma”. “Şampun reklamı: Baxın, hətta ərim məni sürüyəndə də saçlarım yerindən qopmur”- bu da sənə şəhər improvizəsi. Belə şeylər yaz, deyim hə! Satira və Yumor Nazirliyi. “O qədər zaman keçib,/ xəstələr bir yana/ həkimlər də dünyadan köçüb”- şeirdir e bu, Rasim, şeir- Gündəliklik bir şey yox idi. Məgər tutmursan burda nə qədər poetika var?
 “ƏGƏR ƏN YAXIN DOSTUN...” Bir həqiqətdir ki, min dəfələrlə könüllü fədakarlara müraciət edildi. Cəbhə üçün könüllülər axtarıldı. Fədai qrupları təşkil olundu.  Fədai əsgərlər, fədai telefonçular tapıldı. Tanklar üçün fədailər, dağları aşıb keçmək üçün fədailər, kəşfiyyat üçün fədailər, hücum birlikləri üçün fədailər. Daha doğrusu, sadəcə könüllülər seçildi. Qısacası, savaş müddətində davamlı olaraq könüllü toplamaq lazım idi. Bu bitib-tükənmək bilməyən istəklər qarşısında həmişə eyni davranışlar sərgilənirdi. Bığ yeri hələ tərləməmiş dəliqanlılar və ya yaşı keçmiş kişilər vətənpərvərliyə tutulmuş ruhları və tükənməz cəsarətləri ilə ən yüksək vəzifələrin şüuru içində cəbhəyə axışırdılar. Beləcə, minlərlə, on minlərlə namizəd gəldi. Amma nəticədə bu “inanclı ehtiyat xəzinə” qupquru qurudu. Atəşlər içinə atılıb ölməyənlər yaralı olaraq, sayları çox az qalmış inanclı dostların yanına qayıdırdılar. Ancaq “fədailər” adlanan bu adamlardan qosqoca ordular meydana gətirilə bilərdi. Fəqət bu ordular bizim heç bir işə yaramayan siyasətçilərimizin əfv edilməz şüursuzluqları nəticəsində, sülh şəraitində kiçik bir təlim belə keçməmişdilər. Buna görə də savaş meydanlarında nə edə bilərdilər ki? Cəbhədə etdikləri tək şey, özlərini müdafiə edə bilmədən, tək top mərmisi belə atmağa fürsət tapmadan can vermələri oldu! O qəflət və cəhalət səbəbi ilə Murovdağ yüksəkliyində üzü yuxarı mövqelərdə qərar tutmuş ermənilərə qarşı bir metr qar içərisində hücuma göndərilən 4 min zavallı azərbaycanlı balasının yerinə başqalarını indi tapmaq mümkün deyil və ola da bilməz. Mason fitnəsi ilə belə əsgərlərin itirilməsi yalnız say baxımından əhəmiyyətli deyildi. Bu itkilər əksəriyyət tərəzisinin pislər və canilər lehinə dəyişməsi demək idi. Namussuzluq, yaltaqlıq və qorxaqlıq keçmişdə olduğundan daha çox artmağa başladı. Çünki savaş boyunca yaxşı ailələrə mənsub olan vətəndaşlar məhv olarkən, öz torpağını qoyub qaçanlar bu müddət ərzində məhv olma ehtimalından özlərini qorumağı bacarmışdılar. Müstəqilliyimizin doğuşdan şikəst olduğu da elə burada ortalığa çıxır. Müharibənin ilk günlərindən etibarən hər kəs ermənilərin rəsmi mətbuatda və satirik yazılarda söylənilən və yazılan adamlara oxşamadıqlarını başa düşdülər. Bu yanlış düşüncə şübhəsiz ki onu yaymaqla məşğul olanlara bəzi mənfəətlər təmin edirdi. Bu yanılma mənim də bəzi təbliğat formalarının faydası haqqında araşdırma aparmağıma səbəb oldu.
 “Daşların əleyhinə üsyan etdik/ Sındırdıq/ Bu lap möcüzədir/ Yenə daşlar hakim oldular” (Ramin Cahangirzadə).

Комментариев нет:

Отправить комментарий