31.01.2012

UNUDULMAYANLAR UNUTDURULUR

Zaur Qeriboglu
Zaur Qəriboğlu

Məhəmməd Əmin Rəsulzadə kimdir?

Bu sual ətrafında çox geniş danışmaq olar. M.Ə.Rəsulzadənin 1884 – cü il yanvar ayının 31 – də anadan olmasından ta bügünkü günə qədər araşdırma aparmaq mümkündür. Fəqət, bu gün araşdırmaya ehtiyac duymuram. Məni narahat edən tamamən başqa mövzudur. M.Ə.Rəsulzadə - Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan, özgürlüyümüzün banisinin bu gün unutdurulması və gənclərimiz tərəfindən tanınmaması, əgər tanınırsa da, yaxşı qarşılanmaması (?) mövzusudur.

Hamımıza məlumdur ki, 1918 – ci il 28 may tarixində ilk dəfə Şərq – Türk dünyasında müstəqil, demokratik cümhuriyət vətənimiz olan Azərbaycanda ulu öndər M.Ə.Rəsulzadənin başçılığı altında qurulub. Şübhəsiz ki, bu cümhuriyətin qurulmasında ulu öndərlə yanaşı, onun silahdaşları olan – Ə.B.Ağayevin, Ə.B.Hüseynzadənin, M.B.Məmmədzadənin, F.X.Xoyskinin, N.B.Yusifbəylinin, Ə.Şıxlinskinin, S.Mehmandarovun, Ə.B.Topçubaşovun və digərlərinin də az rolu olmayıbdır. Milli hökumətimizin, parlamaentimizin, dövlət atributlarının – bayrağımızın, gerbimizin, himnimizin yaranmasında bu insanların da danılmaz əməyi olub. Elə bu yerdə M.Ə.Rəsulzadənin 1918 – ci il 28 may ADR – nın yaranması günüdə söylədiyi bir kəlamını xatırlamasaq, günah olar. O, demişdir: - “Bir kərə yüksələn bayraq, bir daha enməz”. Fəqət, məlum 1920 – ci il hadisələri baş verdikdən sonra bolşeviklərin, milli satqınların təzyiqi ilə ADR süquta yetəndə ulu öndər deyir: - “Bu bayraq torpağın üzərinə yox, insanların qəlbinə enir. Mən inanıram ki, nə zamansa bu insanlar qəlblərində bəsləyib, saxladıqları bayrağı yenidən zirvələrə qaldıracaq”. Bu yerdə bir məqama da xüsusi olaraq toxunmaq lazımdır ki, bu gün bir çox insanların şüuruna yeridilib ki, M.Ə.Rəsulzadə o zaman Milli hökumətimizi qoruyub, saxlaya bilmədi. Bolşeviklərlə danışıqıara gedərək, hökuməti onlara təhvil verdi. Amma əsla belə deyil. Tarixə nəzər salarıqsa, görərik ki, o zamanlarda – bolşeviklərin dünyaya meydan oxuduğu bir dövrdə Milli hökumətin qorunub, saxlanılması qeyri – real idi.
Milli hökumətin nümayəndələri, başda M.Ə.Rəsulzadə - Ə.Qarayevlə, H.Sultanovla, N.Nərimanovla və başqalarıyla danışıqlara gedirlər. Qan tökülməsin deyə, ölkə bolşeviklərə verilir, bir şərtlə ki, Azərbaycanın müstəqilliyinə, millətin azadlığına, atributların dəyişdirilməsinə yol verilməsin. Bu razılaşmadan sonra 1920 – cil il 27 apreldə ADR – nin parlamentinin toplantısı keçirilir və ölkənin bolşeviklərə təhvil – təslimi haqqında qərar qəbul olunur. Bir gün sonra bolşeviklər Bakıya daxil olduqdan sonra milli satqınlarımızın köməyilə 1921 – ci ildən etibarən Azərbaycan tamamilə SSR – nin tərkibinə qatılır və ADR – in qurucularının bir hissəsi həbs edilir, bir hissəsi isə yurd – yuvasından mühacirət edilir. Həbs olunanlar arasında ulu öndərimiz M.Ə.Rəsulzadə də var idi. Fəqət, sonradan İ.Stalinin köməyi ilə M.Ə.Rəsulzadə həbsdən azad olaraq mühacirətə gedir. Sual oluna bilər ki, nədən axı İ.Stalin M.Ə.Rəsulzadənin bu gedişinə şərait yaradıb? Cavab olaraq, bildirim ki, bir vaxtlar İ.Stalin də həbsdə olarkən, M.Ə. Rəsulzadə onu həbsdən azad edərək, Novxanıdakı ata evinin zirzəmisində gizlədərək, onun qaçmasına şərait yaratmışdır. Deməli, onun M.Ə.Rəsulzadəni həbsdən azad etməsi bir vicdan borcu idi.
Beləcə, M.Ə.Rəsulzadənin mühacir həyatı başlayır...

Məhəmməd Əmin Rəsulzadə Türkiyədə

M.Ə.Rəsulzadənin mühacir həyatı bir neçə avropa ölkələrində keçsə də, II Dünya müharibəsi başa çatandan sonra o, Türkiyəyə köçür və burada “Azərbaycan Kültür Dərnəyi” – nin əsasını qoyur. Bununla yanaşı bir neçə qəzet və jurnallar nəşr etdirərək “türkçülük, islamçılıq, dövlətçilik” ideyalarını davam etdirir. Sadaladıqlarımla paralel olaraq onun arzusu Azərbaycanın ruslardan azad olunaraq, millətin köləlikdən qurtulması və ADR – nin yenidən bərpa olunması olur və bu yöndə də işlərini davam etdirir. M.Ə.Rəsulzadə mühacirətdə olarkən Azərbaycanla bağlı düşüncələrini daha çox “Qolos Ameriki” radiosunun vasitəsi ilə millətə çatdırırdı. Bir sözlə, bu böyük şəxsiyyət ömrünün sonuna qədər Azərbaycanın yenidən müstəqilliyinin qazanılması yolunda əlindən gələni əsirgəmir və hər sözünün başında “Azərbaycan” deyir. 1955 – ci il mart ayının 6- da 71 yaşında dünyaya gözlərini yumaraq, Türkiyənin Ankara şəhərində “Əsri” məzarıstanlığında torpağa tapşırılır.

Məhəmməd Əmin Rəsulzadə yenidən Azərbaycanda

Uca Tanrıya sonsuz şükürlər olsun ki, gec də olsa, 70 il köləlikdən sonra ulu öndərimizin ideyaları, onun hər zaman Azərbaycanı azad görmək istəyi gerçəkləşdi. Əsrin əvvəlində xalq düşməni elan olunan əsrin Səyavuşu sonunda xalq qəhrəmanı oldu. Milli valyutamız Azərbaycan manatının üzərinə demokratik Azərbaycan banisinin rəsmi vuruldu. Bütün idarə və müəsissələrdə portireti asıldı. Fəqət, ikinci dəfə müstəqillik qazanmağımızın üzərindən elə də uzun bir müddət keçməməsinə baxmayaraq, yenidən M.Ə.Rəsulzadə unutdurulmağa, dolayısıyla xalq düşməni kimi təqdim olunmağa başlanır. Azərbaycanın paytaxtı olan Bakıda M.Ə.Rəsulzadənin heç bir abidəsi yoxdur. Bircə, Novxanıda kiçik bir büstü var və bir də keçmiş “Kirov” adına qəsəbəyə M.Ə.Rəsulzadənin adı verilib. Ən əsası isə 51 ildir ki, gözü yolda qalan məzardır. Hansı ki, həmin məzarın torpağı da vətən həsrətindən çat verir. M.Ə.Rəsulzadənin min manatlıq əskinasın üzərindəki rəsminin belə yığışdırılması müəmadır. Düşünürəm ki, M.Ə.Rəsulzadə kimi dahini, Azərbaycan Demokratik Respublikasının əsasını qoyan bir şəxsiyyəti bu dərəcədə millətin yaddaşından silmək millətimizə ləkədən savayı bir şey ola bilməz. Amma qoy bütün, istər səlahiyyətli şəxslər, istərsə də M.Ə.Rəsulzadəni qəbul etməyən bəzi insanlar anlasınlar ki, bu millətin, bu dövlətin bir ulu öndəri var: O da MƏHƏMMƏD ƏMİN RƏSULZADƏDİR!
Zaman öz yeni tarixini artıq yazır!

1 комментарий:

  1. Məgaledə bir necə dəfə "milli satgınlar" ifadəsi verilir. Bununla baglı maraglı bir tarihi fakt yadıma düşdü: "Əmir Temir, öz sevimli gışlagı olan Garabaga gedişlərindən birində, Şirvan şahının torpaglarından geçərək şahdan (ordu tərəfidən talan olunmaması için), ədədləri doguz-dogguz olan müxtəlif armaganlar alır. Bu armaganların içində səkkiz gul armagan edilir (bilməyənlərə xəbər verək: dogguz rəgəmi çingizlərin rəgəmidir və Əmir Temir özünü hər zaman Şıngıs hanın (Çingizhan) kürəkəni kimi birüzə verirdi və çingizlərin ganunlarına rəayət edirdi). Əmir Temirin təəcüb sualına Şirvan şahının verdigi cavab, bugünkü Azərbaycanda yaşayan azərbaycanlılara çox maraglı ola bilər – sənin dogguzuncu gulun mənəm." Təəcüblü deyil ki ruslar azərbaycanlıların analarını gan tökmədən aglattılar. Azərbaycanlılar türkləşməyincə ograşlaşacak.

    ОтветитьУдалить