Yanvar ayının 30-da AYB-nin Natavan klubunda Salam Sarvan, Etimad Başkeçid və Kamal Abdullanın müəllifi olduğu "Məqamlar" adlı kitabın təqdimatı keçirilib.
Təqdimatı AYB-nin sədri, xalq yazıçısı Anar açdı. Təqdimatda AYB-nin katibi Arif Əmrahoğlu, ədəbiyyatşünas Şirindil Alışanov, şair Fikrət Qoca, AYB-nin katibi Rəşad Məcid, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, Məhərrəm Qasımlı, Bəsti Əlibəyli, prof. Təyyar Salamoğlu, ədəbiyyatşünas Qulu Məhərrəmli və digər ziyalılar, kitabsevərlər iştirak edib, kitab haqqında öz təəssüratlarını,fikirlərini bölüşüblər.
Kitab hər üç müəllifin dialoqlarının üzərində qurulub. Bu dialoqlar daha çox ədəbi bir aləmin doğurduğu suallara cavab axtarışına bənzəyir.
Kitab hər üç müəllifin dialoqlarının üzərində qurulub. Bu dialoqlar daha çox ədəbi bir aləmin doğurduğu suallara cavab axtarışına bənzəyir.
Sanki hər məqam ədəbiyyat aləmində nəzərlərdən qaçmağa çalışan mövzulara da işıq tutmağa çalışmış, yetərincə də buna nail ola bilmişdi. Güclü qələm sahibləri – Kamal Abdulla, Salam Sarvan, Etimad Başkeçid qədim Misir kahinləri kimi kahaya çəkilib ədəbiyyatın marqlı və mübahisəli məqamlarını müzakirə etmişlər. Bu kitab bir az da Platonun “Dialoqlar”nı xatırladır. Kitab 15 məqamdan ibarətdir.
Tədbirdə çıxış edən AYB-nin katibi Arif Əmrahoğlu bu kitab haqqında ən xoş sözlərini dedi. Qetd etdi ki, bu kitab əsl sənət yarada bilən və hər zaman da oxucularını düşündürə bilən üç qələm sahibinin layiqli bir əsəridir. O, vurğuladı ki, Kamal Abdullanın toxunduğu və geniş şərh etdiyi məqamlar son dövrlərin ən çox marağına səbəb olan , geniş izahata ehtiyacı olan məqamlardı. Ədəbiyyatşünas Şirindil Alışanov hər üç müəllif və onların ərsəyə gətirdikləri kitab barədə öz fikirlərini bildirdi. Bu əsərdə sözü, ədəbiyyatı düşündürən, maraqlandıran problemlər üçün geniş bir meydanın olduğunu dedi. Daha sonra Ulduz jurnalının baş redaktoru Elçin Hüseynbəyli də kitab haqqında öz fikirlərini, düşündüklərini söylədi. Prof. ədəbiyyatşünas Məhərrəm Qasımlı Kamal Abdullanın yaradıcılığına bir nəzər saldı. Hər bir kitabının yeni bir kitab üçün vasitə olduğunu bildirdi. O qeyd etdi ki, Kamal Abdulla ədəbi yaradıcılığa, sənətə, estetik zövqə olan baxışlarını bir daha sərgiləyə bilmişdi. Kitabın hər cümləsindən belə nələrisə oyrənə biləcəyimizi bildirdi. Kitabda olan hər bir sözün belə böyük estetik yükə sahib olduğunu söylədi. Bu kitabın dialoqlardan daha çox dolğun bir əsərə də bənzədiyini qeyd etdi.daha sonra ədəbiyyatşünas Bəsti Əlibəyli , prof. Təyyar Salamoğlu da kitab haqqında fikirlərini bölüşdü. Təyyar Salamoğlu qeyd etdi ki ,bütün yaradıcı insanlar bir-birindən fərqlənirlər. Bu kitabda da fəqrli və bir çox məqamlara toxunan fikirlər var. Sonda Salam Sarvan və Etimad Başkeçid də kitab haqqında fikirlərini bildirdilər. Salam Sarvan qeyd etdi ki, bu kitabın davamı da olacaq. Daha sonra Kamal Abdulla öz fikirlərini bildirdi və gələn qonaqlara təşəkkür etdi.
Kitabın adı "Məqamlar" olsa belə, kitabda adı çəkilən hər 15 məqam Kamal Abdullanın yaradıcılığı ətrafında olan ədəbiyyat söhbətləridir. Hər məqamda fərqli bir aləmə səyahət edirlər və nəticədə maraqlı ədəbi fikirlər ortaya çıxır. Hər məqamda onun açıqlamasını da verməyə calışmışlar . Təbii ki, oxucu bunları tam olaraq kitabı oxuduqdan sonra söyləyə bilər. Hər üç müəllifə uğurlar diləyirəm və yeni kitabda görüşənədək deyirəm.
Könül Səid, xüsusi olaraq dayaq.org üçün
Комментариев нет:
Отправить комментарий