Dilqəm Əhməd
Gedək bu şəhəri gömməyə
Yuyulmamış,
Quran oxunmamış kimi
Bir damcı göz yaşı da axıtmayaq
Axıtdırdığı günlərə saysın şəhər
Hava buz kəsir
Üşüyəcək yerin altında şəhər
Bir az da o cavab versin
Tanrı suallarına
Bir az da o yansın
Çəkdirdiyi əzablara görə.
***
Cənnət üzü görməyən, şəhərim
Buruqlarla burulan, şəhərim
Qanı, ürəyi, nefti sorulan, şəhərim
Onlar səni
Sən bizi bitirdin, şəhər
***
Məzarını dərin qazacağıq bu gecə
Heç bir xatırlayanın olmayacaq
Sinədaşına bir qərənfil də toxunmayacaq
Tikanlar bürüyəcək hər yanını
Sən orda çürüyəcəksən…
Artıq yoxsan, şəhər…
Комментариев нет:
Отправить комментарий