27.01.2012

Aynur İsgəndərli


1987-ci il avqustun 20-də Bakıda musiqiçi ailəsində anadan olan A. İsgəndərli 1994-2005-ci illərdə 5 saylı ümumtəhsil məktəbində və 16 saylı 5 illik musiqi məktəbində fortepiano sinfində təhsil alıb. 7 yaşında “Hər birimiz bir çiçək” televiziya verilişinin solisti olub. Məktəb yaşlarından “Şərq ulduzları” Uşaq Vokal Ansamblının tərkibində konsertlərlə çıxış edib. 2004-cü ildə “Azəri-star” tele-layihəsində iştirak edib və həmin müsabiqədə III yeri qazanıb. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada vokal oxuma fakültəsinə daxil olub. Həmin il “8-ci Beynəlxalq Asiya Festivalında” iştirak edərək “Gələcəyin ən perspektivli müğənnisi” nominasiyasını qazanıb. Vaqif Gərayzadənin rəhbərlik etdiyi “Aypara” qrupunun solistidir.

Комментариев нет:

Отправить комментарий