Tanınmış yazıçıların sevgi məktubları kitab halında çap edilir: “Sevgi məktubları: məhəbbətin iki min yaşı var (Love Letters: 2000 Years of Romance)
Britaniya kitabxanasının nəşrə hazırladığı kitabda məşhur ingilis yazıçısı Şarlotta Brontenin nadir sevgi məktubları da yer alır.
Yazıçı məktubları öz müəlliminə--belçikalı professor Konstantin Ejeyə yazılıbmış.
Məktubdan anlaşılır ki, Şarlotta Bronte özündən yaşca böyük olan ailəli şəxsə romantik hisslər bəsləyirmiş.
“The Daily Telegraph” qəzetinin yazdığına görə, yazıçı fransızca yazdığı məktubları müəlliminə 1844-cü ildə göndərib.
Onda Şarlottanın 28 yaşı varmış. Yazıçı bacısı ilə bərabər Brüsseldə Ejenin məktəbində oxuyurmuş, dil öyrənirmiş.
Onun yazıçı potensialının üzə çıxmasında müəlliminin də rolu olub, amma güman ki Şarlotta Ejenin ona isti münasibətini düzgün anlamayıb.
Deyilənə görə, sevgi məktublarını alan Konstantin Eje onları cırıb atıb. Ancaq onun xanımı məktubları bərpa edib. Güman ki, sübut kimi saxlamaq üçün.
Daha sonra bu məktublardan elə Eje vasitəsilə yazıçı Elizabet Qaskell xəbər tutub. O, Şarlotta Brontenin bioqrafiyasını yazırmış. Amma nədənsə o bioqrafiyada məktublardan bəhs etməyib.
Güman ki, yazıçının - ailəsi, uşağı olan bir kişiylə əlaqə yaratmaq istəməsinin onun haqda mənfi təsəvvür yaradacağını düşünüb.
Yalnız 1913-cü ildə məktublar üzə çıxıb. Məktublar Britaniya kitabxanasına verilib və "The Times" qəzetində dərc olunmağa başlayıb.
Dünya mediası Britaniya kitabxanasının saytına əsaslanaraq bildirir ki, kitabın təqdimat mərasimi və nəşrlə bağlı diskussiyalar fevralın 11-də olacaq.
Kitabda Şarlotta Brontenin məktublarından başqa Oskar Uayldın, Lord Horasio Nelsonun, Çarlz Dikkensin və b. yazışmaları da var.
Xatırladaq ki, ingilis yazıçısı Şarlotta Bronte dünya ədəbiyyatına “Ceyn Eyr” romanı ilə düşüb.
Kədərli bir həyat keçirən, sağlığında əzizlərini itirən yazıçı cəmi 39 yaşında dünyadan köçüb.

Комментариев нет:
Отправить комментарий