Şəkinin Cəfərabad kəndi yaxınlığındakı "Cəfərabad kurqanı"nda qanunsuz qazıntı işləri aparılır. Bu xəbər Turana bölgə müxbirindən daxil olub.
Qazıntı işlərini aparanların kimlikləri nə yerli sakinlərə, nə də arxeoloq mütəxəssislərə bildirilmir.
Mənbə adı çəkilən kurqanın 4 min il tarixə malik olduğunu söyləyib. Ərazini əhatəyə alan polislər heç kəsi kurqana yaxın buraxmır, qazıntı işi ekskavatorla aparılır. Bu qazıntını mobil telefona çəkən yerli sakinin telefonu əlindən alınıb.
Polislərlə yerli mənbələrin kurqan ərazisindən aparılan əşyanın nə olması barədə baxışları fərqlidir. Belə ki, polislər tapılan əşyanın tüfəng olduğunu desələr də, yerli sakinlər bunun tarixi əhəmiyyətə malik olduğunu ehtimal edirlər.
Kurqanın qazılması tarixə vurulan zərbə adlandırılıb. Belə ki, həmin ərazidə vaxtilə 4 kurqan olub.
“Cəfərabad kurqanı” bunların arasında tarixi informasiya baxımından salamat qalan yeganə kurqandır. Mənbənin bildirdiyinə görə, bu qanunsuz qazıntı ilə Azərbaycanın qədim tarixinin maddi-mədəniyyət abidəsi olan kurqana zərər dəyib, bununla kurqan tarixi dəyərini itirib.
Arxeoloqlar baş vermiş hadisə ilə bağlı uyğun dövlət qurumlarına müraciət hazırlamağı nəzərdə tuturlar.
contact.az
Комментариев нет:
Отправить комментарий