Günbəgün həyat bizə çətin gəlir və biz maskalar arxasında gizlənməyi öyrənirik.Amma elə bir an gəlir ki,onu istər-istəməz çıxarmalı olursan.İnsanlar çox maraqlıdırlar-onların fikirləri,emosiyaları,arzuları,davranışları,psixologiyası.Onları seyr etmək də çox maraqlıdır.Onlar bir-birinə bənzəyir,eyni səhvləri edir,hətta çox vaxt nə edəcəklərini də qabaqcadan duymaq olur.
İlk baxışda hər şey ideal görünə bilər.Elə bil yaxşı yazılmış ssenari üzrə hadisələr cərəyan edir.Heç kimin problemi yoxdur,uğursuzluq yan keçib hamıdan,iflasa uğrayan da olmayıb.Hamı bir biri ilə bölüşür,paylaşır,sevincinə şərik olur.
Amma yaxından münasibət qurduqca görürsən ki hər şey tamam başqadır.İnam qazanandan sonra insanları tanımağa başlayırsan.Sənə inanırlar,sən o adamsan ki başa düşəcəksən və dayaq olacaqsan.Məhz bu zaman sənin qarşında maskanı çıxarırlar.Bu həyatda kim olduqlarını əsl iç üzündən göstərirlər.
Amma onun əsl üzünü görəndən sonra əvvəlki münasibət qalırmı?O sizə yenə də maraqlı olacaqmı?
Fikirləş ki axı sən də beləsən.Öz emosiyalarına sahib olmağı öyrənmisən.Sənə kədərlidirsə,qanın qaradırsa,gücün qalmayıbsa neynirsən?Bunu ətrafdakılara bildirmirsən,gülümsəyirsən,
emosiyalarını maska altında gizlədirsən.Axı hamıya sənin problemin maraqlı deyil.Sən necə yaşayırsan,nələr hiss edirsən-bu kimə maraqlıdır ki?Başqaları səni həyatsevər,şən,uğurlu biri kimi görmək istəyir.Sən də bunu hiss etdirirsən onlara.
Hər kəs bir maska arxasında gizlənir.Bəzən özündən gizlənir,bəzən yad gözlərdən.Amma hər iki halda bütün maskalar qorxuludur…
Vicdan maskasından qorxulu heç nə yoxdur… çünki bu maskada gizlənənlər müqəddəs bir sifətlə alver edirlər…
Yaltaqlıq maskası heç də ondan az qorxulu deyil…üzə gülüb arxaca tüpürənlər var…
Sədaqət maskasından qorxulu heç nə yoxdur…axı onunla gecədən səhərədək xəyanət edirlər..ondan sonra da günahsızlıq maskası geyinirlər!
Günahsızlıq maskasından qorxulu heç nə yoxdur…hönkür-hönkür ağlayaraq tövbə edirlər…
Borc maskası daha dəhşətlidir…urra deyib dəridən qabıqdan çıxanlar var
Gözlərini yumub mömin maskası taxanlar var…öz vicdanlarını unitazda axıdıblar
Dost maskasından agrılısı yoxdur…elə bil həmişə yanındadır.Amma çətinə düşəndə göyə çəkilər
Bəzən də qorxu maskası geyib səni uçuruma itələyər dost maskaları,taleyinin cəlladına çevrilər!
Səmimilik maskası da maraqlıdır,amma ən alçaq maskalardandır…ürəyindən parça-parça qoparar.Qəlbini hissə-hissə oğurlayar.
Bəxt,qismət maskası geyib həqiqətləri doğrayar.
Bütün maskalar ayrı-ayrı adlarla,fərqli formalarda ola bilər,profilləri isə eynidir.Bədəni insan bədəni,daxili isə qulyabanı!
Amma bunlardan seçilən bir maska var,onunla heç kimi aldatmaq olmur.Bu ölüm maskasıdır.Bircə ölüm maskası heç vaxt yalan danışmır.
Nə vaxtsa maska arxasında gizlənməyə məcbur olmusunuzmu?
Ətrafınızda maskalı insanlar çoxdurmu?Hansı maskalara daha çox rast gəlinir?
Комментариев нет:
Отправить комментарий