29.01.2012

Keçi(d) dövrünün şəxsiyyəti


Ülvi Məmmədli
Professional Oxucu Liqası

Vay o günə ki, düşəsən keçid dövrünə!

 Şəxsiyyət - müstəqil, öz bildiyini edən, mənəvi-intellektual substansiyadır. Bəlkə də təbiətdə mövcud olmayan, amma başa düşülən, tətbiqi mənada "qəlb" variantında şəxsiyyət anlayışını deyirəm. Şəxsiyyət - informasiyanın dərk olunması prosesində olan kompleksdə, onların işlənilməsi və insanın həyat fəaliyyətində işlədilməsinin məcmusudur. Xarici görünüşdə şəxsiyyət müəyyən dərəcədə inkişaf etmiş, orqanizə olunmuş hər bir adamdır.

Şəxsiyyət konkret adamın spesifikliyi, onun təkrar olunmaması, başqalarından fərqləndirən, eyni zamanda onlara oxşadan xarakterdir. Şəxsiyyət insanın ətraf mühitə və insan cəmiyyətinə təsirinin nəticəsidir.
 Bir çox alimlər şəxsiyyətə verilən təriflər və izahlar arasında itib-batırlar, nəticə isə nəticəsizlik olur. Alimlərin dedikləri nəyi desən göstərir, amma şəxsiyyətin dəyərini müəyyənləşdirə bilmir.
 Allah-Təala insanları demək olar ki, bərabərhüquqlu, doğuluşundan şəxsiyyət fərqi olmadan yaradıb. Ona görə demək olar deyirəm ki, peyğəmbərləri və fenomenal adamları da insanlar arasında yaradır. Amma deyəsən bu bərabərhüquqluluq elə ilk saniyələrdən pozulur. Harda, hansı ailədə, mühitdə doğulmasından başlayaraq şəxsiyyət kimi formalaşması və ya heç formalaşmaması da daha başqa yollarla baş verir.
 Deyəsən, bundan sonra başqa konstitusiya ilə yaşamaq lazım olur ki, şəxsiyyətin formalaşması və ya formalaşmaması məhz bu konstitusiya ilə baş verir. Vay o günə ki, düşəsən keçid dövrünə. Bizim Professional Oxucu Liqaçılar onu belə yazırlar: Keçi(d) dövrü. Əli aşından da olursan, Vəli aşından da. Bizim kimi adamların şəxsiyyətinin formalaşması bazar iqtisadiyyatı tərəfindən tənzimlənir. Bu isə o deməkdir ki...
 Bu isə o deməkdir ki, rəngləri qarışdırmamaq üçün, belə deyək - işə qəbul edənin şəxsiyyəti və qəbul olanın şəxsiyyəti arasında leqal və qeyri-leqal fərqlərin olması qaçılmazdır. Sözsüz ki fərdlərin özləri də "boyunlarına qoyulmuş şəxsiyyət yükü"nü daşımağa məcbur olurlar. Və burada adamın "qiyməti" ona cəmiyyət tərəfindən verilən mükafatlar, güzəştlər, adlar... vasitəsi ilə qarışdırıla da bilər.
 "Koroğlu" dastanında Koroğlu Keçəl Həmzəyə Qıratın qiymətini söyləmək üçün saza əl atdı. İndi saz da elektronlaşıb, yanında türlü-türlü alətlər yığışıb, səs, işıq, qrafika effektləri, montaj, indi şəxsiyyətin maya dəyəri bilirsiniz necə qalxıb? İndi "əylənmək" vaxtı deyil, elə qulağında qulaqcıqlar sənə deyəcək ki, hansı adama cəmiyyət şəxsiyyət qiyməti verir, hansına heç qiymət də vermir.
Heç nə, qiyməti olanla qiymətsiz eynimənalı olub...

Комментариев нет:

Отправить комментарий