Oktay Hacımusalı
Yusif Məhəmmədoğlunun “Məni belə tanı sən” şeirlər kitabı üstündə köklənərək
Şeir haqqında danışmaq ayrı şeydir. Şeiri addım – addım, misra – misra yaşayıb onu hiss etmək isə tamamilə bambaşqa bir şeydir. Şeir insanın – yəni onu qələmə alanın, onu Verənlə oxuyan arasında Vasitə olanın əziyyətlə ortaya çıxartdığı, içində yaşadıb hər tərəfinə çəkib çevirdikdən sonra yaratdığı hiss təlatümüdür – desək yəqin ki, yanılmarıq. Bütün hallarda şeirin sevgi ilə nifrət arasında seçim etdiyi zaman hər zaman sevgini seçməsi göz önündə olan bir haldır və bu aksiomanın qətiyyən sübuta ehtiyacı yoxdur. Çünki, əgər şeir sevgidən yaranmasaydı, onun adına şeir deməzdilər. onu hər şey adlandırmaq olardı, hətta onu ekstaz halında deyilən ardı – sırası kəsilməyən söz yığını da saymaq olardı.

Söz ciddiyyətini qoruduqca poetikləşir, özünə qovuşur və şeirləşir. Istənilən söz oyunundan uzaq, arı və duru, oxucusunu dağa – dərəyə salmayan şeiri bu günün oxucusu çox rahatlıqla qəbul edir və onun ölümsüzlüyünə inanır.
Inanır, çünki söz ziddiyyətdən yarana bilməz...
İnanır, çünki sözün mayasında dayanan mükəmməllikdir...
Inanır, çünki sözün şeirə çevrilməsi an məsələsidir və bu ani proses göz görüldüyü kimi adidir. Amma daxilinə vardıqca sözün inam yükü onu böyüdür, yenidən cana – qana gətirir, onu zamanın süzgəcindən keçən şeirə çevirir.
Inanır, çünki

Günlər ötür, aylar ötür, il ötür,
Bu aylara, bu illərə borcluyam.
Varaqlayır bir – birini fəsillər,
Ötüb keçən fəsillərə borcluyam
Bu aylara, bu illərə borcluyam.
Varaqlayır bir – birini fəsillər,
Ötüb keçən fəsillərə borcluyam
-deyən şairin misra yükü onun torpaqla, yurdla, bu torpaqla, bu yurdla yaşadığı hər anına bağlıdır.
Bağlı olmasa o, yaşamaz. Diri ikən ölüyə çevrilər anbaan, yeniləşməz, özünü yeniləməz və yeniləmək imkanını aşkarlamaz öz canında.
Bağlı olmasa o, yaşamaz. Diri ikən ölüyə çevrilər anbaan, yeniləşməz, özünü yeniləməz və yeniləmək imkanını aşkarlamaz öz canında.
Yuxusuz gecəmə yuxu gətirdi
Körpə ürəyimdə sevgi bitirdi
Həyatı anlayıb duymadığım vaxt
Mənə qol – qanadlı nəğmə yetirdi –
Ana laylası.
Körpə ürəyimdə sevgi bitirdi
Həyatı anlayıb duymadığım vaxt
Mənə qol – qanadlı nəğmə yetirdi –
Ana laylası.
Sevgisini insan təkcə cismani sevgilər arasında paylaşdırmır. Onu bütöv və əzəli sevgilər arasında da param – parça edir və özündən ayırdığı bu duyğularla, bu sevgi zərrəcikləri ilə yenidən həyat qazanır və özünü təsdiqləmək yolunda irəliləyir. Onun – yəni düşünən, Allahın Əşrəfi – məxluqat kimi yaratdığı İnsanın sevgi ilə nəşvü – nüma tapmasını qeyd etmişdik yuxarıda. Insan sevir ki, sevgisindən pay verə bilir. Insan sevir ki, dar macalda hisslərini bir parça kağıza tökür və o hisslər kağızlara töküldükcə daxilində bir rabhatlıq tapır. Sevir – deyəndə yenə də deyirəm sadəcə cismani, bu gün var olan, amma sabah var olub olmaması sual işarəsi altında olan sevgilərdən bəhs etmirik, bütün halları ilə insana həyat eşqi verən bir Sevgidir insanı məcbur edən ki, hisslərini kağızlara töksün.
Bu elə bir sevgidir ki, insan hətta sevdiyinin varlığında belə yoxluğuna duyur, amma buna inana bilmir:
Bu elə bir sevgidir ki, insan hətta sevdiyinin varlığında belə yoxluğuna duyur, amma buna inana bilmir:
Inana bilmirəm yoxluğuna mən,
Həsrətdən ürəyim, qəlbim qan olub.
Səninlə ötüşən hər xoş dəqiqəm,
Indi mənim üçün bir dastan olub.
Həsrətdən ürəyim, qəlbim qan olub.
Səninlə ötüşən hər xoş dəqiqəm,
Indi mənim üçün bir dastan olub.
Nə qədər sevgilərdə ayrılıqlar olsa da, nə qədər əsrlərdir, qərinələrdir bizi öz ağuşuna alıb aparan Xeyir və Şər mübarizəsi davam etmiş olsa belə insan yenə də həqiqi sevgi axtarışından əl çəkmir ki, əl çəkmir.
Çünki, bu elə bir sevgidir ki, canından can ayrılsa da, ətini tikə - tikə edib hər tikəsini bir dərəyə atsalar belə o, bu sevgidən heç nə itirmir. Əksinə, daha da ümidlərinə, arzularına çatmaq üçün yeni bir İlahi qüvvəyə ehtiyac duyur. Bu duyulan ehtiyacın müqəddəslik kodları o qədər yüksəkdir ki, hətta İnsan bunun üçün bir çox şeylərdən vaz keçməyə hazırdır:

İstəmirəm dəniz olum
Dalğam ilə sahillərdə
Qayaları yumaq üçün.
Istəmirəm qartal olum,
Açaraq qol – qanadımı
Zirvələri qucmaq üçün.
Istəmirəm bulaq olum
Gözəllərin hörüyü tək
Dağlara sarılmaq üçün
Istəyirəm əgər bunu
Sən bacara bilsən, ey həyat,
Gəncliyimə ömür qat.
Ümidimə, istəyimə
Əl uzadıb çatmaq üçün.
Dalğam ilə sahillərdə
Qayaları yumaq üçün.
Istəmirəm qartal olum,
Açaraq qol – qanadımı
Zirvələri qucmaq üçün.
Istəmirəm bulaq olum
Gözəllərin hörüyü tək
Dağlara sarılmaq üçün
Istəyirəm əgər bunu
Sən bacara bilsən, ey həyat,
Gəncliyimə ömür qat.
Ümidimə, istəyimə
Əl uzadıb çatmaq üçün.
Dalğası ilə sahillərdə qayaları yumaq üçün dəniz olmaq istəməyən, zirvələri qucmaq üçün qol – qanad açan qartal olmaq istəməyən şairin bundan sonra daha nələrisə yazıb yazmayacağı elə də mühim deyil, çünki, sevgi həm də sabaha duyulan ümidlərdir. Sabaha ümidlərlə dolu bir şeiri, bir sözü araya - ərsəyə gətirmək böyük bir hissdir.
Çünki, ümid bambaşqa bir haldır.
Çünki, ümidi yaşamaq lazımdır.
Çünki, ümidi yaşamaq lazımdır.
Çünki, “Sonuncu ölən Ümidlərdir”(Varis)
Səni, belə tanıdıq, Yusif qardaş!
Xeyirə qənşər, atam – qardaşım!
Səni, belə tanıdıq, Yusif qardaş!
Xeyirə qənşər, atam – qardaşım!
Комментариев нет:
Отправить комментарий