Natiq Güləhmədoğlu
Bütün türk millətçilərinin sevimlisi olan Məmməd Əmin Rəsulzadə əfəndinin sonuncu həyat yoldaşının qeyri-türk olmasına diqqət edəcəksiniz
Bəxtiyar Vəhabzadə ömrünün ixtiyar çağında “Yeni Müsavat”a verdiyi müsahibədə xalqımızı qarışıq nikahlara girməkdə cəsarətli olmağa səsləmişdi
“Rus qadını türk qadınından daha gözəl, daha ailəcanlıdır”
AKP hökumətinin ən sanballı üzvü, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun təmsil olunduğu partiyaya növbəti seçki üçün səs itkisi yaşatdığı iddiasındayam. Buna səbəb isə Davudoğlunun Moskvada dedikləridir. O, media önündə rus qadınları ilə türk kişilərinin nikahını təşviq edən çıxış edib, rus qadınları ailəcanlı olduqlarına görə tərifləyib.
Türkiyə mediasından xəbər tutduğum qədər, qardaş ölkənin xanımları onsuz da rus qadınlarının əlindən yanıqlıdırlar, Davudoğlu isə bu yanğına benzin töküb. Bilmirəm türk kişiləri Davudoğlunu nə qədər eşidəcək, ancaq xanımlar onun “rus gəlinlər Türk ailə yapısına çox uyğun” fikrini çətin ki, elə-belə həzm eləsinlər.
Mövzunu bir az ciddiyə alsaq, şəxsən mən Davudoğlunun bu fikirlərini ayaqda alqışlayıram. “Rus qadını türk qadınından daha gözəl, daha ailəcanlıdır” deyə bir iddiam yoxdur. Sadəcə, bu işin elmi tərəfi çox bəyəniləsidir. 200 ilə yaxındır ki, genetika elmi çarpaz dölləndirmənin faydasından yazır, öyrədir, ancaq biz hələ də onu ciddiyə almırıq. Bizim çoxumuz ailə qurarkən ən avara el qaydasına əməl edərik, ancaq əşədübillah genetikanın tövsiyəsinə göz atmağı qürurumuza sığışdırmarıq. Oysa, son nəticədə bunun acısını yaşayan bizik - nə genetikadır, nə də onun təməlini qoyan alimlər.
Qarışıq nikahların azlığı bizim ölkə üçün bineyi-qədimdən aktual idi. Son illər təşəkkül tapan millətçilik prosesi bu zərərli tendensiyaya daha da güc qatdı.
Davudoğlunun ruslarla evlilik haqda təklifini “facebook”da paylaşanda millətçi dostlarımın sərt təpkiləri məni bu problem ətrafında bir daha düşünməyə vadar etdi. O üzdən bunları yazmağı özümə borc bilirəm:
Bir: elmi inkar etmirsinizsə, genetikanın da qanunları ilə hesablaşmaq zorundasınız, dostlar. Millətin hər mənada cırlaşmasını istəyirsinizsə, o zaman qarışıq nikahlara “hə” deməlisiniz;
Iki: Bütün türk millətçilərinin sevimlisi olan Məmməd Əmin Rəsulzadə əfəndinin sonuncu həyat yoldaşının qeyri-türk olmasına diqqət edəcəksiniz;
Üç: Sizləri qarışıq nikaha həvəsləndirən bir amil də qoy, rəhmətlik şairimiz Bəxtiyar Vəhabzadə olsun. O, ömrünün ixtiyar çağında “Yeni Müsavat”a verdiyi müsahibədə xalqımızı qarışıq nikahlara girməkdə cəsarətli olmağa səsləmişdi.
Hələlik bu qədər bəsdir. Onsuz da bilirəm ki, sevən adam millətinə baxıb qərar vermir, ancaq istərdim ki, bu işin ayıb, qınanılası olmadığı ovqatı nəhayət, məmləkətimizdə hakim kəsilsin.
Sıfırlamaq. AKP hökumətinin əsas siyasətlərindən biri “qonşularla sıfır problem”dir. Bu ideyanın da babası Əhməd bəy Davudoğludur. Çox bəyəndiyim bu ideya deyəsən, ömürünü Əhməd bəyə bağışlamaqdadır. O gün M.Ə.Birandın yazısından oxudum, çox doğru buyurur ki, Türkiyə qonşularla “sıfır sorun” istəyərkən dörd bir yanı problem oldu; Iran, Iraq, Ermənistan, Israil, Əlcəzair, bu tərəfdən də Azərbaycan çıxdı. Görünür, Türkiyə öz xarici siyasətini yenidən sıfırlamalı olacaq. Yoxsa, bu qədər problemli qonşu çevrəsində qalmaq ölkənin öz taleyini sual altına salar.
“New” Kərbəla. “Bakını Hacıbala Abutalıbovdan daha pis kim rüsvay edə bilər?”, - deyə düşünürdüm ki, qış dedi: “Mən”.
Temperaturun “0” dan 2-3 dərəcə aşağı düşməsi kifayət edir ki, Bakının bütün infrastrukturunun şalvarı beldən düşsün. 2-3 dərəcə şaxtaya görə yollar iflicdir, sular kəsilib. Bizim evdə rəsmən Imam Hüseyn müsibəti yaşanır. Imam Hüseyn və əshabəsi istidə suya təşnə idi, biz isə şaxtada, qarda...
azadliq.info

Комментариев нет:
Отправить комментарий