31.01.2012

ÖLÜM HEÇ NƏYƏ OXŞAMIR...


Elçin Aslangil

Gözlərimdəki pərdələr bağlanmır.
Elchin AslangilSəhnədəki tamaşamın sözü və obrazları,
Günəş böyüklüyündə gur işıqları,
Balasından ayrı qalan ananın acı dramı,
Bir də izləyənlərin göz yaşları var.
Bu göz yaşları hər dəfə,
 eyni nəğməni oxuyar.

Dənizlərə qərq olacam,
Qoy göy sular məni alsın.
Qoy o sular buxarlanıb bulud olsun,
Qoy buludlar ağlasın,
Oğurladığı ruhumu dənizlərə qaytarsın.
Qanuna uyğun sevgi,
Əbədiyyən yaşasın.

Gözlərimdəki pərdələr bağlanmır,
Ölüm heç nəyə oxşamır...

Комментариев нет:

Отправить комментарий