27.01.2012

ABŞ-da İslama düşmən polislər hazırlanır


Müsəlmanlar Nyu-York polis rəisinin istefasını tələb edirlər. 
“Nyu-York Tayms” qəzetində dərc olunan xəbərə görə, Birləşmiş Ştatların Nyu-York şəhərinin polislərinə təlim vaxtı müsəlmanları terrorçu kimi qələmə verən film nümayiş etdirilib.
“III Cihad” adlı sənədli filmdə terrorçular kimi qələmə verilən müsəlmanların xristianlara baş nahiyələrindən atəş açdıqları, partlayıcı maddə yerləşdirilmiş yük maşınları ilə intihar aktları həyata keçirdikləri, Ağ Evə “islam bayrağı” asdıqları bildirilib. Nyu-York şəhərinin meri Raymond Kelli ilə müsahibənin də öz əksini tapdığı filmə 1500 polisin tamaşa etdiyi xəbərlərdə qeyd edilib. Mövzu ilə bağlı xəbərlərdə sözügedən filmdə müsəlman uşaqlar belə əli silahlı göstərilərək, İslamın silahı müqəddəs hesab etdiyi iddia edilir.

Qalmaqalın ortaya çıxmasından sonra amerikalı müsəlmanların tənqid atəşinə tutduqları Nyu-York Şəhər Polis İdarəsinin rəisi Raymond Kelli sənədli filmdəki müsahibənin 5 il bundan əvvələ aid olduğunu və bundan dolayı peşmanlıq hissi keçirdiyini deyib. 
ABŞ mətbuatı Kellinin narazılığın qarşısını almaq üçün müsəlmanlardan üzr istədiyini, ancaq müsəlmanların üzrlə kifayətlənməyərək, polis rəisinin istefasını tələb etdiklərini yazıb. /haber365/

Комментариев нет:

Отправить комментарий