Miladi il illə yeni ilə - 2013-ə qədəm qoymaqdayıq
2012-ci il daxil olanda mən MTN-nin təcridxanasında idim. Sözün düzü özümə sual verirdim “görəsən 2011-də vəzifəmə əməl etmişəmmi?”. İndi də, bu haqda bəzən özümə sual verirəm... Keçən ilin yeni ili ərəfəsində yanımda olan dustaq sual verdi “bu il nə gitərəcək?”. Deyirdim, il axı insana nə gətirə bilər? 2013-cü ili çoxları gözləyir və “ildən” nəsə umurlar. Umurlar deyəndə, “bu il bizə uğur gətirsin” və bu kimi fikirləri nəzərdə tuturam. Sözün düzü bu fikirdən çox acığım gəlir. Üzümüzə gələn ildə olan bərəkət və müqəddəratı qismən biz özümüz gətiririk. Necə ki, hədislərdə buyurulur ki, Qədr gecəsində özünüz üçün dünya və axirət xeyiri istəyin. Mənim üçün 2012-ci ilin ilk 3 ayı ondan əvvəlki 2011-ci ilin son 4 ayı kimi keçdi. Məhkəmədən sonra isə Kürdəxanı təcridxanasına gəldim.
Kürdəxanı, birinci gün – karantin...
Karantin kameralara bölünməmişdən əvvəl dustaqların və ya istintaqı gedənlərin qaldığı yerdir. Bir gün qaldım. Bir gündə həyatda rast gəlmədiyim şeyləri gördüm. Narkotikanın “lomka”sından yatan, tir-tir əsəndən tutmuş tualetdən çıxmayana kimi. Məqam tapan kimi qumar oynamaq həsrətində olanı da məhz burda gördüm. Ancaq hələ ki, qeyrət üstə düşənlər də var, belələrini də gördüm .
Kameralara göndərildik...
Kameraya gəldikdə, kamerada 6 nəfər var idi, mənimlə 7 oldu. Lakin çarpayıların 6 dənə olması məndə maraq doğurdu. Sonradan bildim ki, kameralarda o qədər dustaq var ki, hər kamerada 2 nəfərlikdə 3 nəfər, 6 nəfərlikdə isə 7 nəfər qalır. Dustaqlarla ilk tanışlıqdan sonra çarpayının birini mənim üçün hörmət əlaməti olaraq ayırdılar.
“Vəziyyət”ə baxanlarla tanışlıq...
Hər bir türmədə “vəziyyət” deyilən bir kriminal qanunlarla idarə olunan “nizam-intizam qaydaları” hökm sürür. Bir nəfər “vəziyyətə baxan”, korpuslarda isə “korpusnoy”lar olur. “Korpusnoylar” “vəziyyətə baxan”ın köməkçiləri olur. Bu şəxslərin yanında yatanlar isə “bratva”lar sayılır. Məhz yanımızdakılardan biri “koprusnoy”un kamerasına – “xata”-sına getdikdən sonra kamerada 6 nəfər olduq. Bir neçə gün sonra isə, onlarla tanış oldum.
Yadımdan çıxmayacaq anlar...
Zindanda olanda yazımda qeyd etmişdim. Qonşu kamerada dindar bir ağsaqqal kişinin olması xəbərini “xata” yoldaşlarım mənə dedi. Mənə çox maraqlı idi, bu şəxsin kimliyi. Az keçmədi ki, kameradan çıxandan sonra bu ağsaqqalla görüşdüm. Həqiqətən də, nuraniləşmişdi. Məni görən kimi sevindi. Mənə xəstə olmasını dedi. Söhbətlərimiz oldu. Arada Hacı bizə, biz də hacının kamerasına yanımıza gələn sovaqatdan göndərirdik. Mən hardan biləydim ki, bir müddət sonra bu şəxs Azərbaycanın İslami Cameəsi ndə “ilk hicab şəhidi” kimi tarixə düşəcək. Bəli, söhbət etdiyim şəxs ağsaqqal, ictimai-siyasi xadim Hacı Vaqif Abdullayevdir. Dəfələrlə gəzinti otağnda onunla söhbət etdim. Həqiqətən də, ruhiyyəsi ali dərəcədə idi. Səsi hələ də qulağımdadır. Allah rəhmət etsin!
Hacı Vaqif başqa korpusa, mən də...
Sonra Hacı Vaqif başqa kameraya, mən də, başqa kameraya göndərildik. Bu korpusda fevral ayında həbs edilən üzvü olduğum MMDİB-nin sədri Hacı Mehdi Məmmədov, fəal dindar Seyyid Elbrus İbdaov və hələ də, Kürdəxanıda saxlanılan mübariz ruhani Hacı İlqar Əliyev dustaqlıq həyatı yaşayırdılar. Əlbəttə ki, onlarla da görüşür, söhbət edirdim. Hacı İlqar Əliyev 35-ci kamera, mən isə 36-cı kamerada olduğumdan gəzinti otağında onunla xeyli söhbət edirdim. Bəzən mediada onun “Avroviziya”ya qarşı çıxış etdiyinə görə həbs edilməsini qeyd edirlər. Ola bilər bu sözdə bir həqiqət olsun. Lakin Hacının öz sözüdür ki, onu dəfələrlə sabiq polis rəisi Abbas yanına çağırıb deyirmiş ki, “səni şərləmək istəyirlər”. Hacı özü deyərdi ki, “məni İslamı müdafiə etdiyimə görə tutublar”. Həqiqətən Hacı İlqarın dini söhbətləri, mübarizəvi bəhsləri məndə ruh yüksəkliyi yaradırdı. Çoxları ondan dini məslələr soruşar, onunla çox böyük hörmətlə davranardılar. Hacının azan vaxtları xoş avazı isə gözlərimizin qabağına Məşhəd ziyarətini gətirərdi. Kürdəxanıda mübariz ruhani Seyyid Fəramiz Abbasov və Hacı Mövsüm Səmədovla görüşə bilmədim. Bu görüş üçün çalışsam da alınmadı...
Nəhayət 16-cı “zon”a...
Bir ay tamam olmamış məni cəzaçəkmə müəssisələrinə bölünməm üçün çağırdılar. Bölgüdə 16-cı “zon” eşidəndə əlbəttə ki, sevindim. Çünki, bu cəzaçəkmə müəssisəsində Hacı Tale Bağırzadə, fəal dindar, çoxdan tanıdığım Ağaəli Yəhyayev, Bülbülə ağsaqqalı Hacı Məsim Novruzov, fəal dindar hicab məhbusu Rəşad Vəliquliyev, AİP funksioneri Elmar Səmədov, hicab məhbusları Araz, Çingiz, Zaur, Rüfət və digərləri dustaqlıq həyatı çəkirdilər. “Zon”un karantinində isə, Hacı Tale ilə birlikdə həbs edilən Bərdə ruhanisi Məşhədi Elşən Abbasovu gördüm. “Zon”a birlikdə daxil olduq. Əlbəttə ki, Hacı Tale başda olmaqla digər hicab məhbusları bizi xoş qarşladılar. “Zon” həyatı türmədən fərq edir. Burada azad gəzmək, kitab oxumaq, idmanla məşğul olmaq, çayxanada çay içmək, kinoklubda televiziyaya baxmaq və ən əsası məsciddə ibadət etmək (saat 06:00-dan 22:00-a kimi) hər dustağın öz haqqıdır. “Zon”da hər kəsin öz yeri var. Hər kəs də, demək olar ki, öz yerini tanıyır. Məşhədi Elşən bir müddət sonra azad olundu. Çünki ona 5 may aksiyasına görə 1 il cəza verilmişdi.
Dindarların sayı artırdı...
Bir müddət sonra “zon”a yeni dustaqlar gəldi. Nardaran sakinləri Hacı Dilavər və Hacı Elçin. Hər iki dindar Avroviziya ərəfəsində həbs olunmuşdular. Daha sonra qələminə hörmət etdiyim, qardaşım nardaranlı Əbülfəz Bünyadov cəzaçəkmə müəssisəsinə gəldi. Vaxtımız müzakirələr, söhbətlər və dəsrlərdə keçirdi. Orucluq ayı ərəfəsində isə, dostum, qardaşım Hacı Mehdi Məmmədov, Hacı Elxan, Kərbəlayi Seymur və Məşhədi Zöhrab, Hacı Fizuli Novruzov, daha sonra ruhani Hacı İlham Əliyev “zon”a gəldi. Hər kəsin bir xətri, bir hörməti var. Artıq “zon”un 2 tanınmış ruhanisi var idi. Hacı Tale görüşdə olanda Hacı İlham, ya da əksinə pişnamaz məsələsi bölüşdürülmüşdü. Mübarək Ramazan ayından əvvəl hicab məhbusları Çingiz və Rüfət, daha sonra Araz və Zaur şərti olaraq azad edildilər.
Mənəvi ay...
Mübarək Ramazan ayı daxil olandan isə, bir yerdə imsak edər, bir yerdə iftar açardıq. Bu mənəvi ayda məsciddə dualar, Quran tilavəti edilərdi. Mübarək Ramazan ayının ilk günlərindən birində isə, bizimlə birlikdə imsak, iftar edən əziz qardaşımız Hacı Fizuli Novruzov qəfil ürək çatışmamazlığından dünyasını dəyişdi. Beləliklə, Hacı Fizluli İslami cameəmizdə Hacı Vaqifdən sonra “hicab şəhidi” adına layiq görüldü. Allah rəhmət etsin. Bir müddət bu itki bizim halımızda öz izini buraxmışdı. Başqa cür ola da bilməzdi. Mömin birinin gözünün qarşısında dünyasını dəyişməsi, axı insana təsirsiz ötüşə bilərdimi? Beləcə, onu iftar, namaz vaxtı və Quran qiraəti vaxtlarında yad edir, onun ruhuna salavat deyərdik.
Siyasi dustaqlarla tanışlıq...
16-ci “zon”da siyasi dustaqlar da həbsxana həyatı yaşayırdılar. Hər üçü ilə yaxşı ünsiyyətimiz var idi. Müsavat Partiyasının Mərkəzi İcra Aparatın rəhbəri Arif Hacılı, həbsxanada müsavatçı olan Ülvi Quliyev, AXCP üzvü Zülfüqar Eyvazov. Bəzən mən onların otağına, bəzən də onlar bizim otağımıza qonaq gələrdi. Arif bəylə də arada söhbətlərimiz olardı. Arada Ülvü ilə sözümüz çəp də gələrdi. Təbii ki, onun öz baxış bucağı, bizim öz baxış bucağımız olmasına baxmayaraq səmimi dostluq əlaqələrini qorumağa çalışırdıq.
Son olaraq...
O günlər mənim üçün sanki bir yuxu kimi gəlib, keçdi. Yaddaşımdan silinməyən şəxslər, möminlər və hadisələr. Öyrəndiyim və öyrənmədiyim çox şeylər oldu. Lakin onu yəqin etdim ki, Allah bir kəsə bir nemət əta etmək istəsə, onun qarşısını heç kəs (dünya əhli yığılsa belə) ala bilməz. Və Allah bir kəsi öz israrlı günahlarına görə xar etmək istəsə, yenə də onun qarşısını heç kəs (dünya əhli yığılsa belə) ala bilməz. Odur ki, Allahımızdan istəyək bizləri nemət əta olunanlardan qərar versin. Çünki, Allahın əta etdiyi nemətin içində Allahı tanımaq, din müdafiəçisi olmaq, haqqı demək, səbr etmək və şəhadətə layiq olmaq kimi hədiyyələr də olacaq. Əlbəttə ki, bu bir ildə sözü və əməli bir olan ruhanilər daha çox yaddaşlara həkk oldu. Allah Hacı İlqar Əliyev, Hacı Abgül Suleymanov, Seyyid Fəramiz Abbasov kimi cismləri zindanda olsa da ruhları azadə olan ruhanilərimizi bizim xalqa çox görməsin. Çünki, başqaları “özlərini və ətrafları”nı qoruyanda bu ruhanilər haqqı dedilər və deməkdədirlər.
Allah üzümüzə gələn günləri bərəkətli, bizi öz vəzifəmizə əməl edənlərdən qərar versin.
Ramin Bayramov
www.islamazeri.az
İnternet qəzetinin
baş redaktoru

Комментариев нет:
Отправить комментарий