27.12.2012

“Telli Borçalı qələt edir, başını yekə daşa döyür”

“O ifadəni işlədən adamcığaz qələt edir, başını yekə daşa döyür. Mən onun da, onun arxasında duranların da cavabını artıqlaması ilə verə bilərəm”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Ruslan Bəşirli Telli Borçalının “Publika. az” saytında onun ünvanına səsləndirdiyi “Allaha and olsun, səni tutub sürüyərəm, əlimdən alan olmaz. Tərs damarım tutdusa, əlimdən heç kim qurtarmaz” fikirlərinə münasibət bildirərkən deyib.
Ruslan Bəşirli bildirb ki, təxminən 4 ay bundan əvvəl “Avropa. info” saytında Telli Borçalının döyülməsi ilə bağlı informasiya getmişdi: “Həmin informasiyadan 1 ay sonra Telli Borçalı mənə zəng etdi. Əvvəlcə özünü prodüseri kimi təqdim etdi. Bir qədər danışdıqdan sonra bildirdi ki, o, Telli Borçalının özüdür. Təhqiramiz ifadələrlə danışmağa başladı. Mən danışmaq üçün uyğun məkanda olmadığımdan kənara çəkildim və ona zəng vurub mənə söylədiyi fikirlərə adekvat olaraq fikirlərimi çatdırdım”.

R. Bəşirli qeyd edib ki, guya o deyib ki, “gəlib məni sürüyər”: “Məni Azərbaycanda hamı tanıyır və bilir ki, heç kimdən çəkinmirəm, qorxmuram. Mən ümumiyyətlə, o yazıya kimi bilmirdim Azərbaycanda Telli Borçalı adında aşıq var. Bunu tam səmimi deyirəm, çünki mən şou-bizneslə qətiyyən maraqlanmıram”.

Комментариев нет:

Отправить комментарий