25.12.2012

Elşad Abdullayev Rövşanənin videosunu yaydı



Video Elşad Abdullayevlə Rövşanə adlı qadının söhbətini əks etdirir

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev redaksiyamıza yeni video göndərib. Video Elşad Abdullayevlə Rövşanə adlı qadının söhbətini əks etdirir.
Elşad Abdullayev əvvəlki müraciətlərində bu qadının adını hallandırıb. O bildirib ki, onu Arzu Kazımovla məhz bu qadın tanış edib. Rövşanə sabiq rektoru əmin edib ki, qardaşı Mahir Abdullayevin tapılmasında Arzu Kazımov ona yardımçı ola bilər.
Elşad Abdullayevin iddialarına görə, Kəmaləddin Heydərovun anası Hacı Simuzər xanımın adı ilə onunla danışan da Rövşanə olub. Rövşanə isə “Azadlıq”a açıqlamasında Elşad Abdullayevin iddialarını təkzib edərək Mahir Abdullayevin işilə bağlı hər hansı fəaliyyəti olmadığını bildirmişdi.
Bu video isə Rövşanənin söylədiklərinin əksini göstərir.

azadliq.info

Комментариев нет:

Отправить комментарий