Xosrov Barışan
Bilməz idim
Kəlmələrin ləyaqəti olmayacaq!
Çıxarsızlar,
Sorunsuzlar...
Bir zad vardır
Sürəkli hiss edirəm.
Biri səsləyir məni,
Eşitdim indi yenə!
Oxuyur!
Dinləyirəm.
Göstərir o!
Baxıram.
Doyurur!
Dadıram.
Əsir o!
İyləyirəm.
Han! Yumulanda gözlərim,
Ləms edirəm.
Çağıranda qaçıram.
Anladır o!
Bax..;
Bilirəm.
Və...
Və...
Və...
Hey duyuram,
Həp duyuram...
Hətta bundan yuxarı
Ağnayır varlığıma!!!
Bir anda da;
Fikrə cumub
Səsləyərək
Hayxıraraq
Sayıqlıram.
Öpürəm...
Sevişirəm...
Öpüşürəm...
Qovuşuram...
Yaşıram...
Mən yaşıram.
Birdən-birə;
Qələmə yalvarıram:
-Çəliyim apar məni,
Nə olar...
Ah.., nə yazıq,
Nə yaman,
Hevik, hevik,
Aman, aman;
Kəlmələrin sınır beli!..?..!
Bilməz idim
Kəlmələrin ləyaqəti olmayacaq!
Çıxarsızlar,
Sorunsuzlar...
Bir zad vardır
Sürəkli hiss edirəm.
Biri səsləyir məni,
Eşitdim indi yenə!
Oxuyur!
Dinləyirəm.
Göstərir o!
Baxıram.
Doyurur!
Dadıram.
Əsir o!
İyləyirəm.
Han! Yumulanda gözlərim,
Ləms edirəm.
Çağıranda qaçıram.
Anladır o!
Bax..;
Bilirəm.
Və...
Və...
Və...
Hey duyuram,
Həp duyuram...
Hətta bundan yuxarı
Ağnayır varlığıma!!!
Bir anda da;
Fikrə cumub
Səsləyərək
Hayxıraraq
Sayıqlıram.
Öpürəm...
Sevişirəm...
Öpüşürəm...
Qovuşuram...
Yaşıram...
Mən yaşıram.
Birdən-birə;
Qələmə yalvarıram:
-Çəliyim apar məni,
Nə olar...
Ah.., nə yazıq,
Nə yaman,
Hevik, hevik,
Aman, aman;
Kəlmələrin sınır beli!..?..!
Комментариев нет:
Отправить комментарий