25.12.2012

“Əl Cəzirə”nin Suriya taktikası və ya “sirr”lər açılır

Telekanalın Suriya üzrə direktoru Əhməd İbrahimi Suriya müxalifətinin liderlərindən sayılan Anas Əl -Əbdinin qardaşıdır

Suriyadakı müxalif döyüşçülərin əksəriyyətinin "Əl Qaidə" terrorçusu olmasını bilə-bilə telekanal bu faktı gizlədir

Bu telekanal Qətərə məxsus "Əl Cəzirə" telekanalıdır.
Sosial şəbəkələrdə "Əl Cəzirə" telekanalından istefa vermiş jurnalistlər bu "sirri" açıblar.
Belə ki, "Əl Cəzirə"nin xəbər redaktorlarından olmuş Rula İbrahim bu haqda məlumat yayıb.
Onun fotofaktla yazdığı məlumata görə, "Əl Cəzirə" telekanalının çox sayda jurnalisti "niyə həqiqəti çatdırmırsınız?" adlı etiraz aksiyası keçirib.

Jurnalistlər "Əl Cəzirə"ni Suriya məsələsində xüsusilə qərəzli mövqe sərgiləməsinə görə bu aksiyada tənqid ediblər.
Rula İbrahim "Əl Cəzirə" ilə bağlı bəzi faktları da açıb.
Faktlardan biri budur ki, telekanalın Suriya üzrə direktoru Əhməd İbrahimi Suriya müxalifətinin liderlərindən sayılan Anas Əl-Əbdinin qardaşıdır və bu səbəbə görə, də Əhməd İbrahimi öz soyadından istifadə etmir.
Digər fakt isə, Suriyadakı müxalif döyüşçülərin əksəriyyətinin "Əl Qaidə" terrorçusu olmasını bilə-bilə telekanal bu faktı gizlədir.
Bundan başqa yalan xəbərlər yayımlamasına görə, telekanaldan çox sayda redaktor və müxbirin istefa etməsi də Rula İbrahim tərəfindən önə çəkilir.
Qeyd edək ki, "Suriyanın dostları"ndan biri də məhz Qətər rejimidir. Bu ölkənin də Suriyanın parçalanması üçün böyük maraqları var. Qətər rejiminə bağlı "Əl Cəzirə"nin Bəhreyn hadisələrini düzgün işıqlandırmaması və bu etirazların ərəb dünyasında mümkün qədər dezinformasiyalı xəbərlərlə yayması da məhz Qətər rəhbərliyinin ABŞ maraqlarına xidmət etməsinin əyani sübutu kimi dəyərləndirilir.

xeber44.com

Комментариев нет:

Отправить комментарий