Bir müddət əvvəl bahalı bir maqazinin qapısının ağzında kömbə şəklində (svernuvşis kalaçikom) yatmış bir evsiz qadının şəkli yayılmışdı. Biz də bu səhifədən paylaşmışdıq. Bu da başqa bir rəzillik. Bir azərbaycanlı qadın, bir ana, nənə.... bir insan prezidentin ad günü şərəfinə bişirilmiş tortun qırıntılarını yığışdırır. Yox, o bunu xoş gündən etmir. Bizim kapitalistlər, kapitalistlərin anusunu yalayıb varlı həyat sürənlər elə bilirlər ki, torpaqlarına, kəndlərinə bağlı, rus dilini bilməyən, rus mədəniyyətini sevməyən, anlamayan azərbaycanlılar kefindən baş götürüb Rusiyaya gedirlər.
İndi eyni sosial qrup zənn edəcək ki, bu xanımın elə xislətindədir yerdən tort tullantıları təmizləmək. Azərbaycan maliyya elitası o qədər qudurub ki, gözləri ayaqların altını, xalqın dərdini-sərini görmür, bilmir. Onların sağçı, liberal məntiqinə görə, insan kasıbdırsa, onun günahı sırf onun özündədir. Biz (ekososialistlər) düşünürük ki, azərbaycanlıların bir günahı var: sosializmin qədrini bilmədilər, cahillik etdilər. Hələ də sosializmin qədrini bilmirlər, cahilləşməyə davam edirlər. Ən azından müəyyən həqiqətlərin anlamanızın zamanı gəlib. Məsələn, anlayın ki, sağ-liberal düşüncə paradiqmasında hər sözün mənası , məzmunu fərqlidir. Arasıra "demokratiya", "azadlıq", "müstəqillik" sözlərinin məzmunu barədə yazmışıq. İndi də sağ, liberal lüğətində "inkişaf" sözünün mənasını açıqlayırıq. Kapitalizmdə "inkişaf" deyəndə bilin ki, kapitalistlərin öz şəxsi biznesinin inkişafından söz gedir. Məsələn, "inkişaf"dan danışanda bəzən yaraşıqlı binaları nümunə kimi göstərirlər. Amma bu binaların bir qrup kapitalistən başqa kimə aidiyyatı var?! Kimə?
Kapitalizmin əvvəlki forması - feodalizmi xatırlayın. Xanlar, padşahlar il boyu xalqı ac saxlayardılar, sonra bir gün, hansısa bir bayramla bağlı şah öz svitasıyla meydana çıxardı, ora yığışmış rəiyətə konfet, xırda pul filan fırladardı...Adamlar bir-birini əzə-əzə yerə tökülmüş "səxavətli padişahın hədiyyələrini" dənləyərdi... və xoşbəxt olardı, "padişahım, çox yaşa!" qışqırardılar, padişaha xeyir-dua edərdilər. Müsəlmanların din "bayramları" da mahiyyət etibarı ilə "ildə bir kərə kiməsə bir kilo ət vermə"dən başqa bir şey deyil. Bu, bir yanlış siyasi və əxlaqi sistemdir. bunu qırmamız lazım. İlk növbədə düşüncəmizi , qavrama paradiqmamızı dəyişməyimiz lazım. Heç olmasa kapitalizmdə "inkişaf", "demokratiya", "azadlıq" deyiləndə nədən bəhs edildiyini anlamamız lazım. Səhifəmizi izləməyə davam edin, vaxt, şərait imkan verdikcə əsl həqiqətləri anlatmağa çalışacağıq.
Azərbaycan ekososialistləri - Eco-socialists of Azerbaijan
Комментариев нет:
Отправить комментарий