Məşhur amerikalı kino-rejissor Kventin Tarantino, Amerikada 245 il ərzində hökm sürmüş quldarlıq rejimini sərt tənqid edib
QafqAzNews “Rossiyskaya qazeta”-ya istinadən xəbər verir ki, Hollivud ulduzu Amerikada qaradərililərin boykot edilməsinə dair sualı cavablarkən bunları deyib: “Onlara qarşı “yoxluq effekti” tədbiq edilirdi. Amma əsas budur ki, quldarlıq ölkəmin ən qara səhifələrini yazmış iyrənc və rüsvayçı bir fenomendir. Mövcud olduğu 245 illik tarixi ərzində quldarlıq elə faciələr yaratmışdır ki, bu millətin gələcək inkişafına təsir göstərib. Əgər quldarlıq olmasaydı, biz bugün tamam başqa bir xalq olardıq.”
Bu arada Tarantino açıqlayıb ki, İkinci Dünya Müharibəsi vaxtında Amerika ordusunda xidmət etmiş qaradərili əsgərlərin irqi ayrıseçkiliyə məruz qalmaları haqqında “Qatil qarğalar” adlanacaq filmi çəkəcək. Bu mövzu Amerikada olduqca aktualdır, çünki 1948-ci ildə prezident Truman tərəfindən orduda irqi ayrıseçkiliyin rəsmən qadağan olunmasına baxmayaraq, qeyri-rəsmi mənbələrin məlumatına görə, irqçilik bu günə qədər davam edir.

Комментариев нет:
Отправить комментарий