28.12.2012

O misalla razılaşmıram

Mərdan Əzimov

Atalar yaxşı deyib: “Üzə bilmirsən ağaca niyə çıxırsan?”
Bu atalar sözü ölkəmizin indiki vəziyyətinə çox uyğun olan bir məna kəsb edir. O vaxtın “ataları”da elə bil ki, bu günləri hiss edib proqnoz verirlərmiş. Amma o atalar biraz “canı sulu” olublar deyə yazılarında abstraktlıq çox aydın şəkildə sezilir. Mütləq düzəliş edib atalar sözünü abstraktlıqdan azad edib aktual bir mövzu kimi qeyd etmək olar və olur..: “Yaza bilmirsən qələmi neynirsən?” Eyni mənanı kəsb edən, amma yazılışında fərq olan sözlərə sinonimlər deyilir. Bu atalar sözümüzdə sinonimlərdəndir.
Hal-hazırda ölkəmizdə yaza bilməyib əlinə qələm götürən vətəndaşlarımız mövcuddur. Onların çox və ya az olmamaları barədə isə heçnə deyə bilmərəm. Çünki buna nə yaşım, nə də ki, təcrübəm çatmaz. Nəsə.
O vətəndaşlarımızın yarısı “şair”, yarısı “yazıçı”, yarısı “tədqiqatçı”dır. Qocasından tutmuş cavanına kimi əlinə qələm almış günlərlə, həftələrlə yatmayaraq, yeməyərək, içməyərək kağız üzərində qələm oynadıb nəsə alındırmaq istəyən sənət adamlarıdılar ki, onlarında bəzilərində alınır, bəzilərində yox. Bəlkə məndə o yazısı alınmayanlardanam... Amma mən onlar kimi gecə-gündüz, aclıq-susuzluq bilmədən yazanlardan deyiləm. Gəldi yazıram, gəlməsə nə yaza bilərəm ki vərəq dolsun..? Bir də xəttim elə də pis deyil axı yazım pis olsun...
Burda ataların bir misalı da yada düşür, amma mən o misalla bir növ razılaşmıram. O misal: “Güclə bazar olmaz”dır. Məncə fili ceyran edə bilən millət, güclə bazar da qurar, al-ver də edər.

Комментариев нет:

Отправить комментарий