28.12.2012

Bu il sionist rejimin təcavüzləri nətcəsində 278 nəfər şəhid olub

2012-12-28_155701QafqAzNews Fələstin mətbuatına istinadən xəbər verir ki, Fələstin Səhiyyə nazirliyi, son günlərini yaşadığımız 2012-ci il ilə əlaqədar verdiyi hesabatda, işğalçı İsrail rejiminin il boyunca etdiyi hücumlar nəticəsində 278 fələstinlinin şəhid olduğunu açıqlayıb. Onların çoxunun 8 günlük döyüşdə şəhid olduğu bildirilir.
Səhiyyə nazirliyinin hesabatında, 2012-ci ildə şəhid olan 278 nəfərdən 189-nun son döyüşdə şəhid olduğu, onların 25 nəfərinin kişi, 27 nəfərinin qadın, 18 nəfərinin isə beş yaşa çatmayan uşaqlar olduğu deyilir.

Hesabatda 2012-ci ildə 2158 nəfərin yaralandığı qeyd edilir. Onların 1526 nəfəri son döyüşdə yaralanıb. Yaralıların 1641 nəfəri kişi, 517 nəfəri qadın, 212 nəfəri isə beş yaşına çatmayan uşaqlardır.
Qeyd edək ki, sionsitlərin Qəzza sərhədinə yaxın bölgələrdə yaşayan fələstinlilərə tez-tez atəş açmaları, əkinçilik sahələrinə gedən fələstinliləri hədəf almaları, təyyarə və tanklarla davamlı olaraq Qəzzanı bombalamaları və son 8 günlük döyüşü başlatmaları nəticəsində bu il şəhid və yaralıların sayı əvvəlki illərə nisbətən daha çoxdur.

Комментариев нет:

Отправить комментарий