31.12.2012

Əyyub Qiyas - ANA


Canım anam! Sənin bayramını təbrik edirəm! Sən evimə işıq, ömrümə məna, ruhuma cansan!

Ağ saçları dağlar qarıdır, zirvədə parlar,
Xoş sözləri dağ müjdəli sellər kimi gurlar!
Bir dəm yola çıxsam diləyər dəmü-uğurlar,
Bir dəm gözünün nuru olar yolda çırağım.
Şükr eylə! Sənin şükrün olur indi dayağım...

Mən dərd ilə möhnət gətirən bir bəla oldum.
Sən dərdimi çəkdikcə ona mübtəla oldum.
Neynim, ay ana, mən də səninçün bala oldum.
Qoydum səni dərdlər qucağında gözü yaşla.
Rəhm eylə, İlahi! Anacan, bircə bağışla!


Düşsəm ayağın altına qumlar kimi tək-tək,
Qoyma ki, yanam həsrətinə, sənsə sitəm çək.
Mən sevgin ilə sevgini duydum sevilən tək.
Sənsə bil, ana, bircə yarım Tanrıdı, Sənsən...
Mən aşiq olub sevdiyimə qəm deyəcəksən.

Tanrım yaradıb İnsanı, çün O yaradandı!
Sonra yaranan varsa da bətnindəki qandı!
Ondan o yana varsa nəsə, tozdu, dumandı...
Bircə nəfəsin bəsdi evim nura boyansın.
Sən bolca nəfəs al, evimin şamları yansın!

Комментариев нет:

Отправить комментарий