Laçın Məmişov
Oturmuşdum gecənin səssizliyində...
Seyr edərək səmadakı ulduzları
Arayırdım ulduzumu...pərim gəldi
Xoş gəlmisən, deyib nitqimə başladım
Düşünürdüm - Mən nə üçün yaşıyıram?
Dönüb baxıb, ötən keçən günlərimə
Bu günümə, sabahıma..
Dərk etdim ki, uzaq yolun yolçusuyam
O mənzilə, qəm yükümü daşıyıram
Yüküm ağır, yolum yoxuş
Daşıyıram, yorulsam da, üzülsəm də
Tək özümçün, tək evimçin deyil bu yük
İrəvanım, Qarabağım, Şuşam üçün daşıyıram
Urmi gölüm, Göyçədəki Göycə gölüm
Pir Ələsgər məzarıyçın yaşıyıram
Babək alovu əlimdə, içdiyi andı dilimdə
Doğulub Şirvan elində, özgürlüyü Təbrizimə
Ərdəbilə, Astarama daşıyıram
Hələ yolum çox uzaqdı
Yollar pusqudu, tuzaqdı
Edam olub, ruhu doğma Şamaxımda
Cismi Hələbdə uyuyan Nəsimimçin
Şah Xəndandan soraq alıb
Qəm yükümü, daşıyıram
Kərbübəla səhrasında
Şəhid qanından qızaran lalələri
Mübarizimə bir çələngin saxlayıb
Əhli-Beytin uyuduğu məzarına
Fizulinin dünyasına o gülləri daşıyıram
Yorulanda hiss edirəm, güc alıram
Sabirimin dühasından,Seyyid Əzim dünyasından
Nizamimdən-İlyasımdan
Leylimə qovuşmaq üçün
Eşq dəryasın bulmaq üçün
Öz yükümü, Anaların göz yaşından
Duz yükümü daşıyıram
Mənzil çox uzaqdır dostum
Bu yolu sonu nə ilə bitəcəkdir
Bəlli deyil, çox qorxulu yoldu bu yol
Bəziləri qınayırlar, bir çoxları sınayırlar
Kiməm, hansı yolun, yolçusuyam
Sınasınlar...qəmləri kəm
Onu dəqiq deyim bilin, ismim Laçın
Şuşa zirvəsində qalıb mənim yuvam
Orda o zirvədə çoxdan qalıb ağlar
Mənim Üzeyirli dünyam...
Bir gün həmin o zirvəyə getmək üçün
Ölümsüzlük zirvəsinə yetmək üçün
O zirvədə ölmək üçün yaşayıram!
Şamaxı şəhərinin Bakı əyaləti 26 dekabr 2012-ci il
Oturmuşdum gecənin səssizliyində...
Seyr edərək səmadakı ulduzları
Arayırdım ulduzumu...pərim gəldi
Xoş gəlmisən, deyib nitqimə başladım
Düşünürdüm - Mən nə üçün yaşıyıram?
Dönüb baxıb, ötən keçən günlərimə
Bu günümə, sabahıma..
Dərk etdim ki, uzaq yolun yolçusuyam
O mənzilə, qəm yükümü daşıyıram
Yüküm ağır, yolum yoxuş
Daşıyıram, yorulsam da, üzülsəm də
Tək özümçün, tək evimçin deyil bu yük
İrəvanım, Qarabağım, Şuşam üçün daşıyıram
Urmi gölüm, Göyçədəki Göycə gölüm
Pir Ələsgər məzarıyçın yaşıyıram
Babək alovu əlimdə, içdiyi andı dilimdə
Doğulub Şirvan elində, özgürlüyü Təbrizimə
Ərdəbilə, Astarama daşıyıram
Hələ yolum çox uzaqdı
Yollar pusqudu, tuzaqdı
Edam olub, ruhu doğma Şamaxımda
Cismi Hələbdə uyuyan Nəsimimçin
Şah Xəndandan soraq alıb
Qəm yükümü, daşıyıram
Kərbübəla səhrasında
Şəhid qanından qızaran lalələri
Mübarizimə bir çələngin saxlayıb
Əhli-Beytin uyuduğu məzarına
Fizulinin dünyasına o gülləri daşıyıram
Yorulanda hiss edirəm, güc alıram
Sabirimin dühasından,Seyyid Əzim dünyasından
Nizamimdən-İlyasımdan
Leylimə qovuşmaq üçün
Eşq dəryasın bulmaq üçün
Öz yükümü, Anaların göz yaşından
Duz yükümü daşıyıram
Mənzil çox uzaqdır dostum
Bu yolu sonu nə ilə bitəcəkdir
Bəlli deyil, çox qorxulu yoldu bu yol
Bəziləri qınayırlar, bir çoxları sınayırlar
Kiməm, hansı yolun, yolçusuyam
Sınasınlar...qəmləri kəm
Onu dəqiq deyim bilin, ismim Laçın
Şuşa zirvəsində qalıb mənim yuvam
Orda o zirvədə çoxdan qalıb ağlar
Mənim Üzeyirli dünyam...
Bir gün həmin o zirvəyə getmək üçün
Ölümsüzlük zirvəsinə yetmək üçün
O zirvədə ölmək üçün yaşayıram!
Şamaxı şəhərinin Bakı əyaləti 26 dekabr 2012-ci il
Комментариев нет:
Отправить комментарий