Nəsihətnamə
Sığın fəzli-həqqə, ey talibi-rah,
Ki, dust, eşqin özünə eylə həmrah.
Təvəccöh qıl, təvəccöh ol kərimə,
Cəmali-ənvəri-zati-qədimə.
Təvəkkül qapusunda sən müqim ol,
Təriqi-eşq içində müstəqim ol.
Təfərrüc əhli ol aləmdə sadiq,
Təhəyyür şöleyi-didarə aşiq.
Hər iş, kim, dutasan eşqilə dutgil,
Iki sanmaqlığı, ey can, unutgil.
Niyazmənd ol müdam yol içrə doğru,
Ki, surət təbdil edib olma oğru.
Yəqin bil doğruluq dost qapusudur,
Həqiqət aləminin tapusudur.
Ola sidqilə kim ki, əhli-niyaz
Olar, ol yol içində saf şahbaz.
Kimin ki, olmasa üzrü niyazı,
Qəbul olmaz niyazı, həm namazi.
Özünü məskənət babaində xak et,
Bu cismi mərifət abində pak et.
Ki, mənlik mənzilini məhv eylə daim,
Ola gör eşqilə xidmətdə qaim.
Irə ta Fəzli həqdən sənə ənam,
Düşə qəlbinə rəhmət feyzi-ilham.
Xəbərdar olasan hər canibindən.
Çıxar zati-şərifin küfrü kindən.
Irişə halına eşqi-ilahi,
Ola canında daim dərdü ahi.
Dilində fəthü dövlət ola yahu,
Könüldə hikməti-yahu-yamənhu.
Dilərsən kim, olasan əhli-tovhid,
Ki, səndə qalmaya bir şəmmə təqlid.
Könül safilə saf ol sadiqanə,
Səfa birlə həqiqət aşiqanə.
Qədimü layəzəlü fərdü yekta,
Ki, misli yox onun zatinə həmta.
Şəriki yoxdur onun, zati hudur,
Mübərradır xamudan şöylə hudur.
Münəzzəhdir xamudan eyni zati,
Bəli, hər şeydə zahir möcüzati.
Ikilikdən bəridir zati-mütləq,
Kəmali-qüdrətinə söylə səddəq!
Özidir hər işə sərkaru memar,
Bu rəmzi anlagil, ey əhli-iqrar!
Cəhani taru-mar etmək əlində,
Yenə bir dəmdə var etmək əlində.
Görünən, göstərən, gözlə görən ol,
Aparan, gətirən, alan, verən ol.
Dəxi kimdən görərsən munca işlər,
Öz işidir ki, işlər munca işlər.
Gəhi məzhər cəmalə, gəh cəlalə,
Əcəb sirdir, bu sir cəllə cəlalə!
Ki, həqdir səcdə çün zikrinə fikrin,
Kəlisa məscidü küfrünə küfrün.
Kim, oldur hər işin eynində mövcud,
Özidir cümlə məxluq içrə məbud.
Bəhanədir, vəleykin, işi xəlqə,
Ki, qulağda bu pəndi eylə həlqə!
Onun hikmətlərinə qüdrəti çox,
Nə deyim binəhayət, payani yox,
Təriqi-əhli-həqq özgə bir haldır!
Qalanı yüz elə çox qeylü qaldır.
Kim, ol tovhid məqamidir bu yollar,
Bu yoldan çıxanı yol əhli yollar.
Həqiqət içrə gər var, gənc, özidir,
Deyilən xamı dildə öz sözidir.
Vəli, sitri-ədəbdir görmək ondan,
Bəşər felini, yəni bilmək ondan.
Çıxarma pərdədən dışra bu sirri,
Eşit, ey seyr edən bəhr ilə bərri!
Keçit gözlə, saqın, keçmə bu suyi,
Deyu, naməhrəmə açma bu sirri!
Məqami-heyrət içrə eylə seyran,
Divanə, əsrikü sərməstu heyran.
Olasan ta kim, ol didarə məhrəm,
Visali-həzrəti-dildarə həmdəm.
Əzəldən bir məsəldir, kim, demişlər,
Təriqət pirləri şəkkər yemişlər.
Nə isə zahirin, batinin oldur,
Zahirdən batinə düş doğru yoldur.
Nəzər eylə həqqin hikmətlərinə,
Təaləllah, zəhi qüdrətlərinə!
Yaratdı canını uş, bu nəfəsdən,
Munu bil, çıxmadın sən bu qəfəsdən.
Ki, bir gövhərdurur əşyanın əsli,
Ki, onun mədənü mənbəü nəsli.
Göhər gər dürrilədür kani-gövhər.
Nə gövhərdir, həqiqət həqqə məzhər.
Cahan qətrə onun bəhri yanında,
Ki, qərq olur əqillər payanında.
Bəli, qətrə deyil dəryadan ayrı,
Ulaşcaq bir olur, gəl sanma qeyri.
Əlünə alıcaq bir saf ayinə,
Yenə özün görərsən hər ayinə.
Görünən güzgüdə həm öz cəmalın,
Dəxi, nədir sənə səndən xəyalın?
Yaxın bax kim, sənə səndən yaxındır,
Iqrar baxma sana səndən saqındır.
Yüzündəvü sözündəvü gözündə,
Özüdür can olan, ey can, özündə.
Xamuya dövr edən bir dövri-həqdir,
Özün bilənə bu yaxşı səbəqdir.
Bu məni hər kimin həqqi deyildir,
Ki, safu sidqlə bağlı könüldür.
Əgər seyr eyləsən can iqlimini,
Sərayi-gülşəni-canan elini;
Kim özü canə can olmuş bu canə,
Nihani gəşt edər xanəbəxanə.
Yəqin, ayrü deyildir kəndudən can,
Ki, bir mənadadır dəryayü ümman.
Günəş zərrəvü həm zərrə günəşdir,
Özünə özünü, ey can, ulaşdır.
Bu cismin eşqilə, can eylə rövşən,
Ki, zülmət rəf olub, cism ola rövşən.
Kimin ki, eşqi yox, varma yanınca,
Keçər fürsət o bu eşqə yanınca.
Ki, ol eşqilə sərməstu divanə,
Ona yoxdur qələm, varsa divanə.
Yeri, eşqi özünə pişə eylə,
Yetər uzaği fikr, əndişə eylə.
Bu dəmi xoş gör, ey can, həqqə şükr et,
Bu fikrin tərkin et, var, özgə fikr et.
Niyə gəldin, nə gətirdin cəhanə,
Nə iltərsən axirət cavidanə?
Nə idin aləmi-vəhdətdə, söylə,
Bu kəsrət evinə düşdün ki, böylə?
Bunu bildin isə, irdin məqamə,
Axirət mənzilini, Darüs-səlamə.
Munu sən istə bir əhli-nəzərdən,
Verə, lütf eyləyib, gizlü xəbərdən.
Əlində var ikən bir ixtiyarlıq,
Həqqin aşiqlərilə eylə yarlıq.
Əlini alalar bir dar məhəldə,
Gərəkdir ançlayın yar məhəldə.
Yarım deyən çox olur munda, ey yar,
Saqın hər yetənə aldanma zinhar.
Kimi sevsən onunla həm qoparsan,
Onu kim canu dildən sən taparsan.
Uzaqdır mənzilin azuq qazangil,
Yetər bu dünya mülkünə uzangil.
Xəyal eşqi özünə həmdəm eylə,
Onunla xoş səfa sür, həm, dəm eylə.
Hər an canda ki, ola eşq xəyali,
Degildir haldan ol hal içrə xali.
Olur bu eşqilə can həqqə vasil,
Ki, eşqi olmayan candan nə hasil!
Təşəbböh eylə, ey can, cavidanə,
Yolunda qalma anun cismü canə.
Cəmali-Mustafayə ver səlavat,
Olasan cümlədən sağu səlamat.
Ibadətlər başıdır, ey qarındaş,
Səlavat eşqilə gər ola yoldaş.
Kimin eşqinə yar etdi cəhanı?
Budur eyni ibadət tanı anı!
Təvəkkül qıl, təfəkkür ilə idrak,
Nədir ol aləmi-mənidə lövlak?
Məhəmməd ümməti qalmaz damuda,
Salavat var, canın yanmaya oda.
Ona ixlas ilə ümmət ola gör,
Ona münkir olanın gözləri kor.
Həqqin düstünü bilgil düst olasan,
Şana ulaşıban peyvəst olasan.
Kimin əlindədir bu cümlə aləm,
Bu hikmətə ulaşır gerçək adəm.
Nəbi meracə çıxdı kimi gördi,
Məqami-müntəhadə kimə irdi?
Yol üstündə duran aslanı gördi,
Çıxardı yüzügünü ona verdi.
Dedi ki, aramızda bu nişanə,
Bu sözümə məvalilər inanə.
Munu fəhm eylə ki, özgə xəyaldır,
Xəyal içrə, vüsal içrə məaldır.
Dəxi sir var deyilməz xəlq içində,
Yenə söz var deyəsi xülq içində.
Yürü şahə mudam, könlün açılsın,
Lütüf söylə, dilindən dür saçılsın.
Ki, dəgmə, kimsə olmaz şahə məqbul,
Nişan göstər olasan ki, şaha qul.
Nədir, söylə mənə, şahin nişanı?
Əgər mömin isən, sən şahı tanı!
Kimin əmrilə çizginir fələklər,
Ona səcdə edər göydə mələklər.
Mürüvvət və kərəm, lütfü səxavət
Nişanı şahın, ey əhli-səadət.
Həsən-Hüseyni sev candan həmişə,
Zəhi, dövlətli can şahə buluşə.
Əli Zeynəlibadü Baqirü Cəfər,
Olardır möminə mürşidi rəhbər.
Musayi Kazim, Əli Musa Rzayə,
Rza vergil yəqin ali-əbayə.
Təqiyü ba Nəqi şah Əsgəridən,
Ola görgil imamlar gövhərindən.
Irişdi vədeyi-əhdi-Məhəmməd,
Zühur edə özün Məhdi-Məhəmməd.
Bu on iki imamə qıl eyvallah,
Əgər mömin isən yarınçın Allah.
Yəqin oldu çıxa sahib zəmanə,
Vilayət ləşgər ilə xanədanə.
Əlamətlər göründü cümlə əhval,
Ki, təbdil görünür qövl ilə əqval.
Cəhan əksinə döndü, ey bəradər!
Dilər div ola insanə bərabər?!
Haçan dürüst ola bu xam xəyallar,
Yaxışmaz yol içində işbu hallar.
Bu bikar iyəsi mülkini gözlər,
Görər bu məniyi işıqlı gözlər.
Zühur olmaz cahan qarışmayınca,
Bu aləm cümlə küfrə düşməyincə.
Yenə oynaya şahin zülfüqarı,
Muti ola onun əmrinə varı.
Gəl imdi bir dəxi söhbəti dinlə,
Qulax dut, bu sözün mənisin anlə.
Edərsən mundan axır seyran onda,
Nə köşək təxt yaparsan yəni munda?
Yükün zülm isə, arxandan buraxgil,
Təfərrüc eyləyib didarə baxgil.
Irəsən mənzilə oynaya gülə,
Ki, şəklin bənzəyə gülşəndə gülə.
Bu dünya möhnətin vəhdətdə dəgşür,
Özünü sidqilə sən şahə dapşür.
Həqqi ərdən ari, mömindən istə,
Budur pəndim sənə şikəstə-bəstə.
Ərə yetən, həqqə yetər yəqin bil,
Əgər talib isən, bu rəmzi bilgil.
Bil ol can kim, həqiqət pirimizdir,
Yolunda təslim olmaq əmirimizdir.
Əgərçi qətreyi sudan yaratdı,
Vəli öz eşqini ona yar etdi.
Bəvəzullah, qılgil sən sücudi,
Münəvvər eyləgil iş, bu sücudi.
Zəhi, surət ana canlar göricək,
Yanınca sürünür, olur baliçək.
Gərəkdürür sənə hər işdə təzim,
Mələk adəmdən alur elmü təlim.
Könül göziylə bax, didar görəsən.
Neçə bir sən dərü divar görəsən.
Nə kim vardır bu surətdə görindi,
Təcəlla şövqini munda gör indi –
Ki, munda görməyən, can onda görməz,
Qalur ol vəslini canana irməz.
Bu vəchin təfsiri Tövratü Incil,
Edərlər anu furqan əhli-təvil.
Şəriət və təriqət yollarıdır,
Ki, mərifət və həqiqət hallarıdır.
Budur bu dörd kitabın mənisi həm,
Özün bilib, olasan yolda möhkəm.
Yəqin əhli yanında yol bir oldu,
Ki, münkirlər bu dərgahdan sürüldü.
Mürid oldur ola əhli-iradət,
Hər işdə var ala pirdən icazət.
Həram edə yuxusun dost aduna,
Yana pərvanətək eşqin oduna.
Təriqi-övliya bir doğru yoldur,
Yetər hər yetənə kəndunu buldur.
Əgər olmaz isən bu yolda gerçək,
Vilayət süfrəsindən sən əlin çək.
Kərəm kani Əlidən, haşa lillah,
Xaçan öz çakərini edə gümrah.
Mühubbi-şah olan dərmandə olmaz,
Çıxar aydınlığa, zülmətdə qalmaz.
Çalınma dörd yana bağlan Əliyə,
Ərənlər sərvəri şahi-vəliyə.
Mizanü tərazü sorğuvü məhşər,
Əli əlindədir, filcümlə, yeksər.
Keçirən ol siratül-müstəqimi,
Onun ümmətidir əzəl qədimi.
Vilayət şəhrinin qədri Əlidir,
Həqiqət bəhrinin dürri Əlidir.
Yedi damu, səkiz cənnət nişani,
Xamusi səndədir anla bəyani.
Vücudindən gedər damu sifatin,
Yaman xudur, burax əldən bəratin.
Sifati-əhli cənnət yaxşı xudur,
Ki, xuyi yaxşı olan bəxtlüdür.
Kəmal əhli ilə olgil müsahib,
Ki, ondan mərifət kəsb et əcayib.
Özünbilməz ilə durma, oturma,
Ömür zaye keçər əqlin itirmə.
Qoyma şah damənini daim əldən,
Yapış silsiləsinə canu dildən.
Kimin ki, məni içrə zati yoxdur,
Çürükdür, sözünün bünyadi yoxdur.
Yəqin sidq aşiqin sərmayəsidir,
Bu rəmzi bil ki, ol can ayəsidir.
Iman əhli isən ey can, vəleykin,
Ki, cismü canü dildə dutmagil kin.
Budur sözüm sənə məndən əmanət,
Könül yıxma, vəli, eylə imarət.
Dəxi, yoldaş ilə qonşunu gözlə
Ki, xəlqin eybini sən açma, gizlə.
Hamu fəzli-həqqə oldu betofiq,
Ola taliblərə hər yolu təhqiq.
Həqqin ol haqlığı ol həqq həqqiçün,
Ki, zati fəzli həq mütləq həqqiçün.
Cəmali-pərtəvi-şövqu həqqiçün,
Kəmali-qüdrəti-eşqi həqqiçün.
Kəmali-ismi-əsmasi həqqiçün,
Həm ol ismül-müsəmması həqqiçün,
Müsəlla, ərşü fərş naxış həqqiçün,
Həm ol göydən enən yağış həqqiçün,
Imam Həsən-şəhid canı həqqiçün,
Tökülən şah Hüseyn qanı həqqiçün.
Ənəlhəq söyləyən Mənsur həqqiçün,
Şəhidlər üstə düşən nur həqqiçün!
Ki, üçlər, yeddilər qırxlar həqqiçün,
Bu vala qovmi-sərməstlər həqqiçün!
Səfa əhli sufi safi həqqiçün,
Ənəllah əhli-insafi həqqiçün!
Urum əbdalları sidqi həqqiçün,
Xorasan pirləri nitqi həqqiçün!
Nihan dərvişlərin sirri həqqiçün,
Bu yolda pirlərin sirri həqqiçün!
Aşiqlər atəşi-ahı həqqiçün,
Ki, təsbihi səhərgahı həqqiçün!
Mudam çağırduğun ol şah həqqiçün,
Hacat qəbul olan dərgah həqqiçün!
Suçum bağışla şahi-Kərbəlayə,
Qamu aşiqlərə şah övliyayə.
Qəbul et bu duayi ya ilahi,
Ki, sənsən cümlə aləm padşahi.
Nə ərbabəm, nə zahid, xaki-payəm,
Bəhəmdullah ki, dust eşqilə bayəm.
Qənidir lütf iyəsi padişahim,
Ümidgahım, şahım, lütfü pənahım.
Nəsihətnamə yazdım dərvişanə,
Cahanda olmağ üçün bir nişanə.
Təvəccöh qıl, təvəkkəltü Ələllah,
Qulağ çəkdim, dedim, ərənlərə şah.
Həqqin fəzlinə bağlandıq əzəldən,
Təmənnamız didardır ləmyəzəldən.
Xətai, dərdməndəm bir kəminə,
Onuçuq, hu deniz şahın dəminə.
Sığın fəzli-həqqə, ey talibi-rah,
Ki, dust, eşqin özünə eylə həmrah.
Təvəccöh qıl, təvəccöh ol kərimə,
Cəmali-ənvəri-zati-qədimə.
Təvəkkül qapusunda sən müqim ol,
Təriqi-eşq içində müstəqim ol.
Təfərrüc əhli ol aləmdə sadiq,
Təhəyyür şöleyi-didarə aşiq.
Hər iş, kim, dutasan eşqilə dutgil,
Iki sanmaqlığı, ey can, unutgil.
Niyazmənd ol müdam yol içrə doğru,
Ki, surət təbdil edib olma oğru.
Yəqin bil doğruluq dost qapusudur,
Həqiqət aləminin tapusudur.
Ola sidqilə kim ki, əhli-niyaz
Olar, ol yol içində saf şahbaz.
Kimin ki, olmasa üzrü niyazı,
Qəbul olmaz niyazı, həm namazi.
Özünü məskənət babaində xak et,
Bu cismi mərifət abində pak et.
Ki, mənlik mənzilini məhv eylə daim,
Ola gör eşqilə xidmətdə qaim.
Irə ta Fəzli həqdən sənə ənam,
Düşə qəlbinə rəhmət feyzi-ilham.
Xəbərdar olasan hər canibindən.
Çıxar zati-şərifin küfrü kindən.
Irişə halına eşqi-ilahi,
Ola canında daim dərdü ahi.
Dilində fəthü dövlət ola yahu,
Könüldə hikməti-yahu-yamənhu.
Dilərsən kim, olasan əhli-tovhid,
Ki, səndə qalmaya bir şəmmə təqlid.
Könül safilə saf ol sadiqanə,
Səfa birlə həqiqət aşiqanə.
Qədimü layəzəlü fərdü yekta,
Ki, misli yox onun zatinə həmta.
Şəriki yoxdur onun, zati hudur,
Mübərradır xamudan şöylə hudur.
Münəzzəhdir xamudan eyni zati,
Bəli, hər şeydə zahir möcüzati.
Ikilikdən bəridir zati-mütləq,
Kəmali-qüdrətinə söylə səddəq!
Özidir hər işə sərkaru memar,
Bu rəmzi anlagil, ey əhli-iqrar!
Cəhani taru-mar etmək əlində,
Yenə bir dəmdə var etmək əlində.
Görünən, göstərən, gözlə görən ol,
Aparan, gətirən, alan, verən ol.
Dəxi kimdən görərsən munca işlər,
Öz işidir ki, işlər munca işlər.
Gəhi məzhər cəmalə, gəh cəlalə,
Əcəb sirdir, bu sir cəllə cəlalə!
Ki, həqdir səcdə çün zikrinə fikrin,
Kəlisa məscidü küfrünə küfrün.
Kim, oldur hər işin eynində mövcud,
Özidir cümlə məxluq içrə məbud.
Bəhanədir, vəleykin, işi xəlqə,
Ki, qulağda bu pəndi eylə həlqə!
Onun hikmətlərinə qüdrəti çox,
Nə deyim binəhayət, payani yox,
Təriqi-əhli-həqq özgə bir haldır!
Qalanı yüz elə çox qeylü qaldır.
Kim, ol tovhid məqamidir bu yollar,
Bu yoldan çıxanı yol əhli yollar.
Həqiqət içrə gər var, gənc, özidir,
Deyilən xamı dildə öz sözidir.
Vəli, sitri-ədəbdir görmək ondan,
Bəşər felini, yəni bilmək ondan.
Çıxarma pərdədən dışra bu sirri,
Eşit, ey seyr edən bəhr ilə bərri!
Keçit gözlə, saqın, keçmə bu suyi,
Deyu, naməhrəmə açma bu sirri!
Məqami-heyrət içrə eylə seyran,
Divanə, əsrikü sərməstu heyran.
Olasan ta kim, ol didarə məhrəm,
Visali-həzrəti-dildarə həmdəm.
Əzəldən bir məsəldir, kim, demişlər,
Təriqət pirləri şəkkər yemişlər.
Nə isə zahirin, batinin oldur,
Zahirdən batinə düş doğru yoldur.
Nəzər eylə həqqin hikmətlərinə,
Təaləllah, zəhi qüdrətlərinə!
Yaratdı canını uş, bu nəfəsdən,
Munu bil, çıxmadın sən bu qəfəsdən.
Ki, bir gövhərdurur əşyanın əsli,
Ki, onun mədənü mənbəü nəsli.
Göhər gər dürrilədür kani-gövhər.
Nə gövhərdir, həqiqət həqqə məzhər.
Cahan qətrə onun bəhri yanında,
Ki, qərq olur əqillər payanında.
Bəli, qətrə deyil dəryadan ayrı,
Ulaşcaq bir olur, gəl sanma qeyri.
Əlünə alıcaq bir saf ayinə,
Yenə özün görərsən hər ayinə.
Görünən güzgüdə həm öz cəmalın,
Dəxi, nədir sənə səndən xəyalın?
Yaxın bax kim, sənə səndən yaxındır,
Iqrar baxma sana səndən saqındır.
Yüzündəvü sözündəvü gözündə,
Özüdür can olan, ey can, özündə.
Xamuya dövr edən bir dövri-həqdir,
Özün bilənə bu yaxşı səbəqdir.
Bu məni hər kimin həqqi deyildir,
Ki, safu sidqlə bağlı könüldür.
Əgər seyr eyləsən can iqlimini,
Sərayi-gülşəni-canan elini;
Kim özü canə can olmuş bu canə,
Nihani gəşt edər xanəbəxanə.
Yəqin, ayrü deyildir kəndudən can,
Ki, bir mənadadır dəryayü ümman.
Günəş zərrəvü həm zərrə günəşdir,
Özünə özünü, ey can, ulaşdır.
Bu cismin eşqilə, can eylə rövşən,
Ki, zülmət rəf olub, cism ola rövşən.
Kimin ki, eşqi yox, varma yanınca,
Keçər fürsət o bu eşqə yanınca.
Ki, ol eşqilə sərməstu divanə,
Ona yoxdur qələm, varsa divanə.
Yeri, eşqi özünə pişə eylə,
Yetər uzaği fikr, əndişə eylə.
Bu dəmi xoş gör, ey can, həqqə şükr et,
Bu fikrin tərkin et, var, özgə fikr et.
Niyə gəldin, nə gətirdin cəhanə,
Nə iltərsən axirət cavidanə?
Nə idin aləmi-vəhdətdə, söylə,
Bu kəsrət evinə düşdün ki, böylə?
Bunu bildin isə, irdin məqamə,
Axirət mənzilini, Darüs-səlamə.
Munu sən istə bir əhli-nəzərdən,
Verə, lütf eyləyib, gizlü xəbərdən.
Əlində var ikən bir ixtiyarlıq,
Həqqin aşiqlərilə eylə yarlıq.
Əlini alalar bir dar məhəldə,
Gərəkdir ançlayın yar məhəldə.
Yarım deyən çox olur munda, ey yar,
Saqın hər yetənə aldanma zinhar.
Kimi sevsən onunla həm qoparsan,
Onu kim canu dildən sən taparsan.
Uzaqdır mənzilin azuq qazangil,
Yetər bu dünya mülkünə uzangil.
Xəyal eşqi özünə həmdəm eylə,
Onunla xoş səfa sür, həm, dəm eylə.
Hər an canda ki, ola eşq xəyali,
Degildir haldan ol hal içrə xali.
Olur bu eşqilə can həqqə vasil,
Ki, eşqi olmayan candan nə hasil!
Təşəbböh eylə, ey can, cavidanə,
Yolunda qalma anun cismü canə.
Cəmali-Mustafayə ver səlavat,
Olasan cümlədən sağu səlamat.
Ibadətlər başıdır, ey qarındaş,
Səlavat eşqilə gər ola yoldaş.
Kimin eşqinə yar etdi cəhanı?
Budur eyni ibadət tanı anı!
Təvəkkül qıl, təfəkkür ilə idrak,
Nədir ol aləmi-mənidə lövlak?
Məhəmməd ümməti qalmaz damuda,
Salavat var, canın yanmaya oda.
Ona ixlas ilə ümmət ola gör,
Ona münkir olanın gözləri kor.
Həqqin düstünü bilgil düst olasan,
Şana ulaşıban peyvəst olasan.
Kimin əlindədir bu cümlə aləm,
Bu hikmətə ulaşır gerçək adəm.
Nəbi meracə çıxdı kimi gördi,
Məqami-müntəhadə kimə irdi?
Yol üstündə duran aslanı gördi,
Çıxardı yüzügünü ona verdi.
Dedi ki, aramızda bu nişanə,
Bu sözümə məvalilər inanə.
Munu fəhm eylə ki, özgə xəyaldır,
Xəyal içrə, vüsal içrə məaldır.
Dəxi sir var deyilməz xəlq içində,
Yenə söz var deyəsi xülq içində.
Yürü şahə mudam, könlün açılsın,
Lütüf söylə, dilindən dür saçılsın.
Ki, dəgmə, kimsə olmaz şahə məqbul,
Nişan göstər olasan ki, şaha qul.
Nədir, söylə mənə, şahin nişanı?
Əgər mömin isən, sən şahı tanı!
Kimin əmrilə çizginir fələklər,
Ona səcdə edər göydə mələklər.
Mürüvvət və kərəm, lütfü səxavət
Nişanı şahın, ey əhli-səadət.
Həsən-Hüseyni sev candan həmişə,
Zəhi, dövlətli can şahə buluşə.
Əli Zeynəlibadü Baqirü Cəfər,
Olardır möminə mürşidi rəhbər.
Musayi Kazim, Əli Musa Rzayə,
Rza vergil yəqin ali-əbayə.
Təqiyü ba Nəqi şah Əsgəridən,
Ola görgil imamlar gövhərindən.
Irişdi vədeyi-əhdi-Məhəmməd,
Zühur edə özün Məhdi-Məhəmməd.
Bu on iki imamə qıl eyvallah,
Əgər mömin isən yarınçın Allah.
Yəqin oldu çıxa sahib zəmanə,
Vilayət ləşgər ilə xanədanə.
Əlamətlər göründü cümlə əhval,
Ki, təbdil görünür qövl ilə əqval.
Cəhan əksinə döndü, ey bəradər!
Dilər div ola insanə bərabər?!
Haçan dürüst ola bu xam xəyallar,
Yaxışmaz yol içində işbu hallar.
Bu bikar iyəsi mülkini gözlər,
Görər bu məniyi işıqlı gözlər.
Zühur olmaz cahan qarışmayınca,
Bu aləm cümlə küfrə düşməyincə.
Yenə oynaya şahin zülfüqarı,
Muti ola onun əmrinə varı.
Gəl imdi bir dəxi söhbəti dinlə,
Qulax dut, bu sözün mənisin anlə.
Edərsən mundan axır seyran onda,
Nə köşək təxt yaparsan yəni munda?
Yükün zülm isə, arxandan buraxgil,
Təfərrüc eyləyib didarə baxgil.
Irəsən mənzilə oynaya gülə,
Ki, şəklin bənzəyə gülşəndə gülə.
Bu dünya möhnətin vəhdətdə dəgşür,
Özünü sidqilə sən şahə dapşür.
Həqqi ərdən ari, mömindən istə,
Budur pəndim sənə şikəstə-bəstə.
Ərə yetən, həqqə yetər yəqin bil,
Əgər talib isən, bu rəmzi bilgil.
Bil ol can kim, həqiqət pirimizdir,
Yolunda təslim olmaq əmirimizdir.
Əgərçi qətreyi sudan yaratdı,
Vəli öz eşqini ona yar etdi.
Bəvəzullah, qılgil sən sücudi,
Münəvvər eyləgil iş, bu sücudi.
Zəhi, surət ana canlar göricək,
Yanınca sürünür, olur baliçək.
Gərəkdürür sənə hər işdə təzim,
Mələk adəmdən alur elmü təlim.
Könül göziylə bax, didar görəsən.
Neçə bir sən dərü divar görəsən.
Nə kim vardır bu surətdə görindi,
Təcəlla şövqini munda gör indi –
Ki, munda görməyən, can onda görməz,
Qalur ol vəslini canana irməz.
Bu vəchin təfsiri Tövratü Incil,
Edərlər anu furqan əhli-təvil.
Şəriət və təriqət yollarıdır,
Ki, mərifət və həqiqət hallarıdır.
Budur bu dörd kitabın mənisi həm,
Özün bilib, olasan yolda möhkəm.
Yəqin əhli yanında yol bir oldu,
Ki, münkirlər bu dərgahdan sürüldü.
Mürid oldur ola əhli-iradət,
Hər işdə var ala pirdən icazət.
Həram edə yuxusun dost aduna,
Yana pərvanətək eşqin oduna.
Təriqi-övliya bir doğru yoldur,
Yetər hər yetənə kəndunu buldur.
Əgər olmaz isən bu yolda gerçək,
Vilayət süfrəsindən sən əlin çək.
Kərəm kani Əlidən, haşa lillah,
Xaçan öz çakərini edə gümrah.
Mühubbi-şah olan dərmandə olmaz,
Çıxar aydınlığa, zülmətdə qalmaz.
Çalınma dörd yana bağlan Əliyə,
Ərənlər sərvəri şahi-vəliyə.
Mizanü tərazü sorğuvü məhşər,
Əli əlindədir, filcümlə, yeksər.
Keçirən ol siratül-müstəqimi,
Onun ümmətidir əzəl qədimi.
Vilayət şəhrinin qədri Əlidir,
Həqiqət bəhrinin dürri Əlidir.
Yedi damu, səkiz cənnət nişani,
Xamusi səndədir anla bəyani.
Vücudindən gedər damu sifatin,
Yaman xudur, burax əldən bəratin.
Sifati-əhli cənnət yaxşı xudur,
Ki, xuyi yaxşı olan bəxtlüdür.
Kəmal əhli ilə olgil müsahib,
Ki, ondan mərifət kəsb et əcayib.
Özünbilməz ilə durma, oturma,
Ömür zaye keçər əqlin itirmə.
Qoyma şah damənini daim əldən,
Yapış silsiləsinə canu dildən.
Kimin ki, məni içrə zati yoxdur,
Çürükdür, sözünün bünyadi yoxdur.
Yəqin sidq aşiqin sərmayəsidir,
Bu rəmzi bil ki, ol can ayəsidir.
Iman əhli isən ey can, vəleykin,
Ki, cismü canü dildə dutmagil kin.
Budur sözüm sənə məndən əmanət,
Könül yıxma, vəli, eylə imarət.
Dəxi, yoldaş ilə qonşunu gözlə
Ki, xəlqin eybini sən açma, gizlə.
Hamu fəzli-həqqə oldu betofiq,
Ola taliblərə hər yolu təhqiq.
Həqqin ol haqlığı ol həqq həqqiçün,
Ki, zati fəzli həq mütləq həqqiçün.
Cəmali-pərtəvi-şövqu həqqiçün,
Kəmali-qüdrəti-eşqi həqqiçün.
Kəmali-ismi-əsmasi həqqiçün,
Həm ol ismül-müsəmması həqqiçün,
Müsəlla, ərşü fərş naxış həqqiçün,
Həm ol göydən enən yağış həqqiçün,
Imam Həsən-şəhid canı həqqiçün,
Tökülən şah Hüseyn qanı həqqiçün.
Ənəlhəq söyləyən Mənsur həqqiçün,
Şəhidlər üstə düşən nur həqqiçün!
Ki, üçlər, yeddilər qırxlar həqqiçün,
Bu vala qovmi-sərməstlər həqqiçün!
Səfa əhli sufi safi həqqiçün,
Ənəllah əhli-insafi həqqiçün!
Urum əbdalları sidqi həqqiçün,
Xorasan pirləri nitqi həqqiçün!
Nihan dərvişlərin sirri həqqiçün,
Bu yolda pirlərin sirri həqqiçün!
Aşiqlər atəşi-ahı həqqiçün,
Ki, təsbihi səhərgahı həqqiçün!
Mudam çağırduğun ol şah həqqiçün,
Hacat qəbul olan dərgah həqqiçün!
Suçum bağışla şahi-Kərbəlayə,
Qamu aşiqlərə şah övliyayə.
Qəbul et bu duayi ya ilahi,
Ki, sənsən cümlə aləm padşahi.
Nə ərbabəm, nə zahid, xaki-payəm,
Bəhəmdullah ki, dust eşqilə bayəm.
Qənidir lütf iyəsi padişahim,
Ümidgahım, şahım, lütfü pənahım.
Nəsihətnamə yazdım dərvişanə,
Cahanda olmağ üçün bir nişanə.
Təvəccöh qıl, təvəkkəltü Ələllah,
Qulağ çəkdim, dedim, ərənlərə şah.
Həqqin fəzlinə bağlandıq əzəldən,
Təmənnamız didardır ləmyəzəldən.
Xətai, dərdməndəm bir kəminə,
Onuçuq, hu deniz şahın dəminə.
Комментариев нет:
Отправить комментарий