Sent Luis Universitetinin tibb professoru Bahar Bəstani: «Bizim bu şimal şəhərini seçməyimizin səbəbi əhalinin yarıdan çoxunun işsiz və tibbi sığortasız olmasıdır»
FaktXeber.com-un verdiyi məlumata görə, Amerikanın Sent Luis şəhərində müsəlman həkimlər tibbi sığortası olmayan şəxslərə kömək etmək üçün pulsuz tibbi kabinet açıb.
«Bizim bu şimal şəhərini seçməyimizin səbəbi əhalinin yarıdan çoxunun işsiz və tibbi sığortasız olmasıdır», - deyə Dur-ul-Zəhra məscidinin rəhbəri və Sent Luis Universitetinin tibb professoru Bahar Bəstani bildirib.
Bir sıra müsəlman həkimlər ABŞ səhiyyə nazirliyinin səbatsızlığı nəticəsində tibbi sığortasız qalan az imkanlı vətəndaşlara yardım etmək üçün öz aralarında razılığa gəliblər. Onlar Sent Luisin şimalında metodist kilsənin pastoru Ceym Morisə öz ideyalırını bölüşdükdən sonra, o, məbədin həyətindən şənbə günləri tibbi kabinet kimi istifadəsinə razılıq verir. Qeyd edək ki, pulsuz tibbi mərkəzin açılışı barədə ilkin rəylər şübhə ilə qarşılanmışdı. «Hər kəs soruşurdu ki, burda nə kələk var», - deyə pastor bildirir. Artıq hər şey dəyişilib: şənbə günləri 14 müsəlman terapevt pasiyetləri qəbul edərək, onların müayiən edir, sadə rengen, ultrasəs və laborator tədqiqatlar aparırlar.
Комментариев нет:
Отправить комментарий