28.12.2012

Tunisli jurnalist Suriyaya göndərilən muzdlular barədə ŞOK açıqlama verib


FaktXeber.com-un “Turess.com” saytına istinadən verdiyi məlumata görə, Tunisin tanınmış jurnalistlərindən olan Məhəmməd Bəvud, bu ölkənin “Nasmə” telekanalına verdiyi açıqlmada Suriyaya göndərilən terrorçularla bağlı ilginc faktlar ortaya qoyub. O deyib: “Terrorçuların bir hissəsi Tunis Hava Yollarına məxsus bir şirkətin təyyarələri vasitəsilə birbaşa olaraq Livana və İsranbula aparılır. Digərləri isə ilkin döyüş təlimi almaq məqsədilə əvvəlcə Tunisin Liviya ilə sərhədinin 70 kilometrliyində yerləşən Xidamis məntəqəsinə, daha sonra isə Liviyanın əz-Zaviyə şəhərinə aparılırlar. Orada terrorçuları İbrahim əs-Suəyvi adlı şəxs qarşılayaraq onlara 20 gün müddətində təlim keçir.
Təlim başa çatdıqdan sonra onları bu ölkənin əl-Bəriqə şəhərinə aparırlar. Orada Tunis hökuməti ilə sıx əlqədə olan Həkim Bilhac terrorçuları qarşılayıb, pul verdikdən sonra onları birbaşa İstanbula göndərir”. Daha sonra Türkiyə hökumətini tənqid edən tunisli jurnalist deyib: “Rəsmi Ankara Liviya və tunisli terrorçuları bir gün belə öz ölkəsində qalmalarına icazə vermir. Onlar hava limanında endikdən sonra birbaşa Suriya sərhədi yaxınlığında yerləşən Antakya, Adana və Mersin şəhərlərinə aparılırlar. Orada onları Hac İbrahim və Əbu Əhməd adlı 2 terrorçu qarşıladıqdan sonra terrorçular Suriyaya göndərilir”. Jurnalist Məhəmməd Bəvudun sözlərinə görə, terrorçu Əbu Əhməd beynəlxalq kəşfiyyat orqanları tərəfindən güya axtarışda olan bir şəxsdir. Bu insan sözügedən terrorçuları 3 hissəyə bölür. Bir dəstəni “Azad Suriya Ordusu”na, digər hissəni əl-Qaidə təşkilatının Suriyadakı qolu olan “ən-Nusrə” qruplaşmasına, başqa bir dəstəni isə Suriya xüsusi xidmət orqanlarına təhvil verir”.

Комментариев нет:

Отправить комментарий