29.12.2012

"Söhbətin təfərrüatlarını Ramiz Mehdiyevin özü desəydi daha yaxşı olardı"

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev müsahibə verib. Müsahibədə o, Sevinc Babayevanın ölümü məsələsindən tutmuş Ramiz Mehdiyevlə görüşünün detallarına qədər məsələlərə münasibət bildirib. "Yeni Şərq" olaraq Elşad Abdullayevin “Azadlıq” qəzetinə verdiyi geniş müsahibədən bəzi parçaları təqdim edirik:
Məlumdur ki, mafiya şahidləri sevmir. Videolardan da göründüyü kimi, Sevinc Babayeva dövlət səviyyəsində baş verən cinayətlərin əsas şahidlərindən biri idi. Mən bu məsələ ilə bağı mümkün qədər rəy bildirməməyə çalışıram. Amma təəssüf ki, Azərbaycanda hüquq sistemi bərbad durumdadır. Nəinki Sevinc Babayeva, hətta zərər çəkən olan mənim özümə də hücum edirlər...

Əgər vaxtında Mahirin oğurlanması ilə bağlı düzgün istintaq aparılsaydı, cinayətin sifarişçi və icraçıları məsuliyyətə cəlb olunsaydı, son olaylar da baş verməyəcəkdi.
Onu da deyim ki, Mahirin oğurlanması və bununla bağlı digər cinayətlərdə Sevinc Babayeva yeganə şahid deyildi. Ona görə də qurbanların sayı çox ola bilər. Amma bunlar yanılırlar. İstər Mahirin oğurlanması, istərsə də mandat məsələsi bütün dünyada izlənilən bir məsələdir.
Əgər Sevinc Babayeva bütün bu cinayətləri ört-basdır etmək məqsədilə aradan götürülübsə, nəzərə almalıdırlar ki, təkcə məndə onunla bağlı təxminən 25-ə qədər video və audio yazı var. Bütün bunlar da maddi sübutlardır.
Hesab edirəm ki, Sevincin məhz İstanbulda dünyasını dəyişməsi təsadüfi deyil. Məndə olan məlumata görə, bunların bir sıra ölkələrdə, o cümlədən Türkiyədə aşpaz adı altında killerləri var. Mən özüm də belələri ilə qarşılaşmışam. Sadəcə hüquqşünas olduğuma, vaxtilə MTN akademiyasında dərs dediyimə görə təhlükədən yayına bilmişəm.
Sevinc Babayeva, Arzu Kazımov, Rövşanə Əliyeva və bunların başqa adamları ilə bağlı məndə olan videolara baxanda görünür ki, bunların hamısı eyni mərkəzdən idarə olunur. Onu da deyim ki, bunların belə adamları xarici görkəminə, danışıq qabiliyyətinə görə xüsusi seçilmiş adamlar olur. Həmin o başqa adamlarla bağlı məndə olan videoları da vaxtı gəldikcə açıqlayacam.
Bu adamların hamısı 4-cü idarə deyilən bir qurum var, orada birləşirlər. Arzu Kazımov həmişə mənə deyirdi ki, sən hüquqşünassan, ona görə də sənə elə gəlir ki, ölkədə hər şey hüquq müstəvisində həll olunur. Biz elə bir yerdə yerləşirik ki, bura nə polis, nə MTN, nə də prokurorluq girə bilər. Biz heç nazirləri də saymırıq. Bunu mənə Sevinc Babayeva da deyirdi. Onlarda o qədər arxayınlıq var idi ki...
Qardaşım oğurlanana qədər mən Arzu Kazımov, Zaur Kazımov, Rövşanə Əliyeva adlı adamlar tanımamışam. 2003-cü il oktyabrın 13-də qardaşım oğurlandı, 14-də Sevinc Babayeva və Gülər Əhmədova yanıma gəldi. Gülər Əhmədova mənə dedi ki, qardaşın Mahirin mənə 600 dollar borcu var. Dedim ki, qardaşım gəlsin, borcu olduğunu təsdiqləsə, mən sənə lap min dollar qaytararam. Bunu deyəndən sonra onlar bildirdilər ki, biz itkin düşənlərlə bağlı komissiyanın üzvüyük, kömək lazım olsa deyərsən. Mən bunu belə qəbul etdim ki, yəni onlarla işləməliyəm.
Həmin nüfuzlu şəxsin kimliyi və görüşdəki söhbətin təfərrüatlarını Ramiz Mehdiyevin özü desəydi daha yaxşı olardı. Amma bir halda ki, istər “Azadlıq”, istərsə də başqa media orqanları buna aydınlıq gətirilməsinə israr edir, mən deyə bilərəm...
Gördüm ki, Ramiz Mehdiyevin adamları sağa-sola vurur, onda milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəbuluna düşdüm, ondan xahiş etdim ki, Ramiz Mehdiyevlə görüşməyimə yardım etsin. Eldar Mahmudov da mənim yanımda Ramiz Mehdiyevə zəng elədi, o da səhəri gün saat 11-də məni qəbul etməyə razılaşdı...
Fransa hüquqi dövlətdir. Burda məsələlər onların başa düşdüyü tərzdə həll olunmur. Bildiyimə görə, əvvəl 3 senator dəvət olunub, sonra səfirlik səviyyəsində danışıqlar aparılıb. Bütün mümkün vasitələrdən istifadə ediblər. Hətta “aşpaz” killerlərindən də istifadə etmək istəyiblər...
Onların müəyyən adamları gəlib dedilər ki, ayıbdır, ağsaqqalın ünvanına belə söhbətlər yaymaq olmaz. Çünki yaxşı bilirlər ki, məndə elə videolar var, yaysam Azərbaycanda xalq ağacları kökündən qoparıb bunları qabağına qatar...

yenisharq.org

Комментариев нет:

Отправить комментарий