1920-1930-cu illərdə ABŞ ordusu durğunluq dövrü yaşadı. 1930-cu illərə kimi ABŞ-ın özünün istehsal etdiyi tankı olmasa da, flotu kifayət qədər inkişaf etmişdi: ölkənin öz təyyarədaşıyan gəmiləri və müvafiq göyərtə aviasiyası vardı. Lakin İkinci Dünya Müharibəsi başlayarkən üzə çıxdı ki ABŞ hərbi gəmilərinin kifayət qədər döyüş təcrübəsi yoxdur: 1941-ci ildə ABŞ flotu 43 il- İspaniya ilə müharibə qurtarandan bəri vuruşmamışdı. Yapon aviasiyasının Perl-Xarbora qəfil zərbəsi nəticəsində iddia edildiyi kimi ABŞ-ın ordakı bütün flotu yox, cəmi 9 linkoru məhv olmuşdu, kreyserlər, esmineslər və təyyarədaşıyan gəmilər hamısı salamat idi. Bu qədər qüvvə ilə amerikanlar yaponlara layiqli cavab verə bilərdilər, axı İkinci Dünya Müharibəsi zamanı təyyarədaşıyan gəmilər dəniz döyüşlərinin əsas zərbə qüvvəsi sayılırdı. Məhv olmuş linkorların yerini amerikanlar Atlantik okeanındakı analoji gəmiləri gətirməklə kompensasiya edə bilərdilər, lakin onlar bunu etmədilər və məğlubiyyətə görə Yaponiyaya atom bombası atmaqla əvəz çıxdılar. Mütəxəssislər göstərirlər ki, 1941-1942-ci illərdə ABŞ-ın Sakit okeandakı məğlubiyyəti yapon təyyarələrinin Perl-Xarboru bombalaması yox, ABŞ flotu komandanlığının kütlüyü və bacarıqsızlığı olmuşdur. 1942-ci il fevraldan 27-sindən 28-inə keçən gecə Yavan dənizində amerikanların 5 kreyseri və 10 esminesi yaponların 4 kreyseri və 14 esminesi ilə üz-üzə gəldi. Güclərin təxmini bərabərliyinə baxmayaraq amerikanlar həmin döyüşdə yaponlara məğlub oldular və qaçmağa üz qoydular. Yaponlar heç bir gəmi itirmədən amerikanların 2 kreyserini və 3 esminesini vurub batırdılar. Halbuki 1904-1905-ci illər Rus-Yapon müharibəsindən üzü bəri yapon flotu 37 il idi ki vuruşmurdu. 1941-1942-ci illərin 8 ayı ərzində Sakit okeanda gedən döyüşlər zamanı yaponlar hər yerdə amerikanları asanlıqla məğlubiyyətə uğratdılar, nəhəng akvatoriyanı onların əlindən aldılar və arxipelaqlara sahib çıxdılar. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)
Комментариев нет:
Отправить комментарий