Adam var yaxşılıq yağır üzündən,
Adam var yaxşı bir tərəfi yoxdur,
Adam var şərəfdən özgə varı yox,
Adam var varı var, şərəfi yoxdur.
Adam var ədəbdən kənara çıxmaz,
Adam var ədəbdən xeyli kənardır,
Adam var mərd yaşar məzara qədər,
Adam var fitrətən mərdüməzardır.
Adam var itinin xaltası qızıl,
Adam var yeməyə əppəyi yoxdur,
Adam var tapdığın sədəqə verər,
Özünün əynində köynəyi yoxdur.
Adam var ki ölər, ancaq əyilməz,
Çəlimsizdi çox da, bir az zəifdi,
Adam var ki boynu dönmür, yoğundu,
Di gəl ona kişi demək heyifdi.
Комментариев нет:
Отправить комментарий