Almanların Fransa sahillərini qoruyan qoşunu əlillərdən və cərimə batalyonlarına düşənlərdən təşkil olunmuşdu. Onlar köhnə, paslı silahlarla, Birinci Dünya Müharibəsindən qalma, az sayda mərmiyə malik trofey toplarla silahlanmışdılar. Müdafiə istehkamlarının cəmi 50 faizi qurulmuşdu. Qəribədir ki, amerikan gəmilərindəki toplardan atılan 15 min mərminin heç biri real hədəfə dəymədi. Nəinki bircə dənə də olsun bunkeri vurmadılar, heç səngərləri vurub dağıda bilmədilər. Amerikanların “Libereytor” təyyarələrinin tökdüyü bir neçə yüz ton bomba müdafiə istehkamları bir yana, heç sahildəki çimərliyə də düşmədi. Sahilə desant çıxarılması böyük faciələrlə nəticələndi. 32 üzən “Şerman” tanklarının 27-si elə suya buraxılan andaca batdı. İstehkaları dağıtmalı olan 16 zirehli buldozerin yalnız 3-ü sahilə gəlib çıxa bildi. Sahilə yaxın yerdə desant barjalardan suya tullanan amerikan əsgərlərinin bir çoxu boğuldular. 62 saylı istehkamı qoruyan alman pulemyotçusu Henrix Severlo bir neçə saat ərzində MG42 pulemyotundan 12 min, yanındakı 2 karabindən isə 400 patron atmış, bu müddət ərzində 3000-ə yaxın amerikan əsgərini öldürmüşdü. Tankların keçməsinə şərait yaratmaq üçün sapyorlar beton blokları partlatmaq istəsələr də, dəniz piyadaları buna imkan vermədilər; onlar həmin blokaların arxasında gizlənərək güllə yağışından qorunurdular. Nəticədə sahildə əsir-yesir qalan çoxlu sayda sapyor qırıldı. Ən gülməli vəziyyət isə paraşütlə atılan amerikan desantçıları ilə bağlı oldu. Onları alman mövqelərini arxasına tulladılar ki, əks tərəfdən hücuma keçərək düşmənə zərbə endirsinlər və pərakəndəlik salsınlar. Lakin onlarla amerikan paraşütçüsü səhvən almanların V-5 bunkerinin ərazisinə düşdü. Bunkerdəki əlillər qrupundan olan alman əsgərləri onları tutdular. Əsir götürülmüş amerikan desantçıları almanlara yalvararaq bunkerin ərazisindən kənara aparılmalarını xahiş etdilər. Məlum oldu ki, əməliyyat başlayandan bir neçə saat sonra bunker amerikan artilleriyası tərəfindən bombalanacaqmış! Lal, kar və çəpgöz alman əsgərləri təəccüb içində qalsalar da, amerikanlara heç nə etmədilər. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)
Комментариев нет:
Отправить комментарий