20.11.2017

Müharibə başlayanda ABŞ ordusu komandanlığı təmtəraqlı şəkildə elan etmişdi ki, Koreyanın “taleyi 72 saat ərzində həll olunacaq”. Amma 3 il davam edən Koraya müharibəsində amerikanlar 400 min əsgər, 12 mindən çox təyyarə və zirehli maşın, 13 mindən çox avtomobil, 560 gəmi, 7 mindən çox top, 900 mindən çox atıcı silah, külli miqdarda hərbi material itirdilər. Şimali Koreya ordusu ABŞ-ın sattilet ölkələri orduları (“BMT qoşunları”) və Cənubi Koreya ordusu daxil olmaqla düşmənin 1 567 128 əsgərini məhv etdi. Nəzərə almaq lazımdır ki, şimali koreyalıların amerikanlardan fərqli olaraq linkorları, təyyarədaşıyanları, digər nəhəng döyüş gəmiləri, bombardmançı və hücumçu təyyarələri, ballastik və qanadlı raketləri, o cümlədən amerikanların geniş istifadə etdiyi bakterioloji silahları yox idi. 2 iyul 1950-ci ildə Şimali Koreyanın 4 xırda kateri ABŞ-ın tərifli “Baltomor” ağır kreyserini vurub batırdı, digər hərbi gəmisini isə zədələdi. 30 oktyabr 1951-ci ildə 90 qırıcı-bombardmançı təyyarənin müşayiəti ilə hücum həyata keçirən “Bionq-29” eskadriliyasından 3-ü vuruldu, 5-i isə zədələndi. Həmin gün Amerika aviasiyası tarixinə “Qara çərşənbə axşamı” kimi düşmüşdür. Az keçməmiş cəmi bir həftə ərzində ABŞ-ın 20 hərbi təyyarəsi də vuruldu. Koreya müharibəsində jurnalistləri heyrətləndirən o idi ki, şimali koreyalılar bir il ərzində tüfəng və pulemyotlar ilə ABŞ-ın 1000-dən çox təyyarəsini vurub salmışdılar. Bu fiasko ABŞ ordusunda elə qorxu yaratmışdı ki, 2200 ABŞ hərbi təyyarəçisi ordudan təxris olmaq barədə ərizə vermişdi. Koreyadakı ağır məğlubiyyətə görə ABŞ-ın çoxlu sayda generalı hərbi xidmətdən qovuldu. 27 iyul 1953-cü ildə ABŞ prezidenti Eyzenxauer kapitulyasiya mətnindən fərqlənməyən atəşkəs sazişi imzaladı və mikrofon qarşısında belə dedi: “Bu faciəvi dərəcədə kədərlidir”. ABŞ Konqresində dinləmələr zamanı ordunun yüksək rütbəli məmuru Bredli çaşqın halda bildirdi: “Biz özümüzə düzgün düşmən seçə bilməmişik”. ABŞ-ın Uzaq Şərqdəki silahlı qüvvələri komandanı Klark dedi: “Mən məyusluq hissindən mənəvi əzab çəkirəm”. ABŞ-ın möhtəşəmliyi haqqında mif məhz həmin dövrdə darmadağın oldu. Müharibədən sonra ABŞ müdafiə naziri Marşall etiraf etməli oldu: “Mif dağıldı. Bizim ölkəmiz başqalarının fikirləşdiyi qədər də güclü deyilmiş”. Müharibəyə sərf olunmuş 165 milyard dollar pul havaya sovruldu. ABŞ şəhərlərində antimüharibə aksiyaları geniş vüsət aldı, xalq prezident və dövlət katibinin istefası tələbini qoydu. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий