19.11.2017

Amerikan ordusu haqqında mif


İbrahim Sel

MƏTBUAT VƏTƏNDAŞLARIN BEYNİNİ ELƏ YUMUŞDU Kİ, ONLAR HAKİMİYYƏTİ YENİ-YENİ TORPAQLARIN İŞĞALINA SƏSLƏYİRDİLƏR
 
 Yanlış təbliğat nəticəsində bizi inandırmağa çalışırlar ki, ABŞ ordusu dünyanın ən güclü, möhtəşəm və döyüşkən ordusudur. Amma bu doğrudanda belədirmi? Amerikanlar bir çoxları tərəfindən dünyanın ən döyüşkən xalqı sayılır. Axı ABŞ ordusu tarix boyu çoxlu sayda müharibə, intervensiya və əməliyyatlarda iştirak etmişdir. 20-ci əsrin axırına kimi ABŞ xaricdə 200 dəfədən çox hərbi güc işlətmişdir. Həmin situasiyaların bir çoxu müstəqil dövlətlərin ərazisinə birbaşa aqressiya ilə bağlı olmuşdur. Lakin ABŞ ordusunun əfqan terrorçularınun, İraq fədailərinin, Somali banditlərinin qarşısında daim məğlubiyyətə uğraması insanları get-gedə daha çox təəccübə salmaqdadır.
 ABŞ və ordusu tarixi miflərlə doludur. Məsələn, onu götürək ki ABŞ iddia olunduğu kimi 4 iyul 1776-cı ildə deyil, 10 il sonra müstəqil olmuşdur. 1776-cı ildə Şimali Amerika koloniyaları Britaniya hökumətinə qarşı sonradan partizan müharibəsinə çevrilən üsyana qalxmışlar. Özü özünü prezident elan etmiş Britaniya ordusunun keçmiş polkovniki Corc Vaşinqton ingilis qoşunlarının qorxusundan kənddən kəndə keçərək qaçaq həyat tərzi sürmüşdür. İngilis qoşunları başıpozuq qaçaq dəstələrinin öhdəsindən asanlıqla gələrdilər, lakin 1783-cü ildə Fransa İngiltərə ilə müharibəyə başladı və bu üsyançıların işinə yarıdı. Amerikadakı Fransa flotu üsyançıların tərəfində ingilislərə qarşı vuruşdu. İngilis qoşunları darmadağın edildi və nəticədə Amerika Birləşmiş Ştatları dövləti yarandı.
 Lakin amerikanlar həmin dəstəyə görə fransızlara minnətdarlıq etmək əvəzinə onlara arxadan bıçaq sapladılar. 1803-cü ildə Fransanın Avropada müharibəyə başı qarışmasından istifadə edən ABŞ Luiziana torpağını onun əlindən alıb öz tərkibinə qatdı. Nəticədə Luiziana ərazisində bir neçə ştat yaradıldı. Bundan sonra iştahaya gələn amerikanlar həmin oyunu ingilislərin də başına açmaq istəsələr də, bu onlara baha başa gəldi. İngiltərənin Avropada müharibəyə başı qarışmasından istifadə edən amerikanlar Kanadanı onun əlindən almaq istəsələr də, az qala müstəqilliklərindən məhrum olacaqdılar. 1814-cü ildə amerikan təcavüzünə cavab olaraq ingilis ordusu irəliləyib ABŞ paytaxtı Vaşinqtonu Ağ Ev qarışıq yandırdı. Bundan sonra amerikanlar 84 il heç bir Avropa dövləti ilə müharibəyə girməyə cəsarət etmədilər, hindu və meksikanları qırıb çatmaqla məşğul oldular. 1861-1865-ci illər Vətəndaş Müharibəsi dövründə isə ölkə daxilində savaşaraq bir-birini 1 milyon nəfərə kimi qırdılar. Nəzərə alsaq ki, həmin dövrdə ABŞ-ın əhalisi 30 milyon nəfər idi, 1 milyon o dövr üçün böyük itki sayılır. Bu ilk növbədə onunla izah olunur ki, şimallılarla cənublular arasında gedən həmin müharibədə iştirak etmiş amerikan general və zabitlərinin nəinki döyüş qaydalarından başı çıxmırdı, hətta elementar taktiki detalları belə bilmirdilər. Ordudakı nizam-intizamdan isə heç danışmağa belə dəyməz.
 ABŞ requlyar ordusunun ilk biabırçı məğlubiyyətlərindən biri 25 iyun 1876-cı ildə Littl-Biqxorn çayı sahilində lakota hindu qəbiləsi ilə döyüşdə olmuşdur. Təpədən dırnağa kimi silahlanmış yankilər adam hesab etmədikləri, pis silahmış hinduların hücumuna tab gətirməyərək qaçmağa üz qoydular. Hindu kəndinə daxil olarkən südəmər körpədən tutmuş zəlil qocaya kimi ucdantutma hamını ruhları da incimədən qıran amerikan əsgərləri əli silahlı hindu kişiləri ilə döyüşə bilmədilər. Cəmi 50 nəfəri həlak olan, 160 nəfəri isə yaralanan hindu dəstəsi 7-ci kavaleriya polkunun 5 rotasını büsbütün məhv etdi.
 84 il fasilədən sonra ABŞ yenidən Avropa dövlətlərinə hücum etmək cəsarətinə gəldi. Bu dəfə zəifləmiş, gücdən düşmüş və koloniyalarının çoxunu itirmiş İspaniya hədəf kimi seçildi. ABŞ İspaniyanın sonuncu koloniyalarından olan Kuba, Puerto-Riko və Filippin adalarını ələ keçirmək üçün müharibəyə başladı. Amerikanlar müharibəyə bəhanə qazanmaq üçün təxribata əl atdılar: 15 fevral 1898-ci ildə özlərinə məxsus olan “Meyn” kreyserini partlatdılar və həmin əməli ispanların üzərinə yıxdılar. Partlayış nəticəsində kreyserin bütün ekipajı- 260 amerikan matrosu məhv olsa da, amerikanlar ispan koloniyalarını zəbt etmək üçün səbəb qazandılar.
 Lakin ABŞ ordusu hətta zəifləyib gücdən düşmüş İspaniya ilə müharibədə də biabır oldu. Filippin adalarında yerli üsyançılar ispan ordusunu tam darmadağın etdiklərindən ABŞ ordusu burda müqavimət ilə rastlaşmadı və asanlıqla irəlilədi. Kubada isə yerli üsyançılar amerikanlara hərtərəfli dəstək versələr də, amerikanlar ispan qoşunlarına bata bilmədilər və məğlub olaraq geri oturdular. Yalnız ərzaq çatışmazlığı və tropik xəstəliklər ucbatından gücdən düşmüş ispanların təslim olmaq istəyi amerikanları vəziyyətdən çıxardı. Puerto-Riko adasında uzun müddət döyüş aparan amerikanlar yalnız 3 min əsgər tələfat verdikdən sonra bir neçə yüz nəfərlik ispan qarnizonuna qalib gələ bildilər.
 Maraqlı burasındadır ki, indilərdə olduğu kimi həmin dövrdə də Amerika qəzetləri ölkə əhalisinə cəbhədəki “müdhiş” qələbələr haqqında fantastik nağıllar söyləməkdəydi. Mətbuat məğlubiyyətləri ciddi-cəhdlə gizlədir, qələbələri isə şişirtməklə məşğul olurdu. Bu qəzetləri oxuyan amerikanlara elə gəlirdi ki, ABŞ ordusu Avropanın birgə götürülmüş ordularından da güclüdür. Mətbuat vətəndaşların beynini qələbə müjdələri ilə elə yoğurmuşdu ki, onlar ölkə hakimiyyətini yeni-yeni torpaqların işğalına səsləyirdilər.
 Birinci Dünya Müharibəsi dövründə ABŞ ordusunun bivecliyi daha qabarıq şəkildə üzə çıxdı. Hiyləgər amerikanlar öz maneralarına xas olaraq Birinci Dünya Müharibəsinə də əvvəldən yox, bitməsinə 1 il qalmış- 1917-ci ildə qoşuldular. Həmin dövrdə artıq müharibənin taleyi həll olmuş, qaliblər müəyyənləşmişdi. Reallıqda isə ABŞ ordusu Avropaya 1918-ci ilin yazında- müharibənin qurtarmasına yarım il qalmış girdi. 1 milyondan ibarət ABŞ ordusu Avropaya gələrkən aydın oldu ki, ABŞ əsgərləri müharibəyə qətiyyən hazır deyillər. Amerikanların müasir artilleriyası və atıcı silahları olmadığı üzə çıxdı. Onlar ötən əsrin silahları ilə silahlanmışdılar. Fransız və ingilis zabitləri amerikanları döyüşə buraxmazdan qabaq yenidən silahlandırıb təlim keçməyə məcbur qaldılar. Fransızlar amerikanlara müasir top və pulemyotlar, ingilislər isə mundir və tüfənglər verdilər. Elə indinin özündə də ABŞ ordusunda fransızların Birinci Dünya Müharibəsi zamanı verdikləri 105 mm və 155 mm kalibrli toplar qalmaqdadır. 1942-ci ilə kimi ABŞ əsgərləri başlarına ingilislərin verdikləri həmin o kaska-“tarelka”ları geyirdilər. ABŞ əsgərlərini yarım il ərzində “qaydaya” saldıqdan sonra avropalılar nəhayət 1918-ci ilin avqustunda (müharibənin qurtarmasına 3 ay qalmış!) onları döyüşə buraxdılar.
 Lakin nəticə amerikanlarçün dəhşətli oldu. Cəmi 2 ay yarım ərzində gedən döyüşlər zamanı amerikanlar 200 min əsgər itirdilər! Əgər 600 min yaralını da bura əlavə etsək, Avropaya göndərilmiş 1 milyonluq ABŞ ordusu demək olar ki sıradan çıxaraq yararsız hala düşdü. Nəzərə almaq lazımdır ki, müharibənin axırı idi, onlarla vuruşan alman əsgər və zabitlərinin əsas və döyüşkən hissəsi tamamilə məhv edilmişdi. Amerikanların döyüşdükləri alman ordusunun sınıq-salxaq qalıqları idi. Birinci Dünya Müharibəsinin getdiyi 4 il ərzində Rusiya 700 min, İngiltərə 900 min, Fransa 1 milyon 300 min, Almaniya 500 min əsgər itkisi vermişdi. Amerikanlar isə cəmi 3 ay iştirak etdikləri döyüşlərdə ingilislərin 1 ildə itirdiklərinə bərabər əsgər itirmişdilər.
 O dövrün araşdırmaları göstərdi ki, artilleriya atəşinin idarə olunmasını və manevrini istənilən avropalı artilleriya zabiti bilsə də, amerikan zabitlərinin bu məsələlərdən qətiyyən anlayışı yoxdur. Amerikan zabitlərinin bacarıqsızlığı həm də onunla izah olunurdu ki, ABŞ-dakı vətəndaş təhsili olduqca aşağı səviyyədə idi: ABŞ-ın hətta ali məktəblərində belə artilleriyada gərək olan adi hesablama qaydalarını öyrətmirdilər.
 
AMERİKANLAR QARANATOMYOTDAN 150-200 METRDƏN ATƏŞ AÇMAQ ƏVƏZİNƏ QORXULARINDAN 400-500 METRDƏN ATƏŞ AÇIRDILAR
 
 Vətəndaş Müharibəsi dövründə (1917-1923) amerikan qoşunları Uzaq Şərq istiqamətindən Rusiyaya daxil oldular. Uzaq Şərqdə Qızıl Ordunun nizami hərbi hissələri olmasa da, rus qırmızı partizanları sözün həqiqi mənasında amerikanların başbəlasına çevrildilər. Partizanlar tez-tez amerikan hərbi hissələrinə hücum edir və əsgərlərin silahlarını əllərindən alırdılar. Amerikanlar onlara hücum etməmək müqabilində partizanlara pul ödəyirdilər. Qırmızı partizanlar özlərinin əsas rəqibləri kimi yaponları və ağqvardiyaçıları görsələr də, amerikanları əsgər saymırdılar və onlara yuxarıdan aşağı baxırdılar. Həmin hadisələr yazıçı Aleksandr Fadeyevin “Udegeylərin sonuncusu” romanında geniş təsvir olunmuşdur.
 1920-1930-cu illərdə ABŞ ordusu durğunluq dövrü yaşadı. 1930-cu illərə kimi ABŞ-ın özünün istehsal etdiyi tankı olmasa da, flotu kifayət qədər inkişaf etmişdi: ölkənin öz təyyarədaşıyan gəmiləri və müvafiq göyərtə aviasiyası vardı. Lakin İkinci Dünya Müharibəsi başlayarkən üzə çıxdı ki ABŞ hərbi gəmilərinin kifayət qədər döyüş təcrübəsi yoxdur: 1941-ci ildə ABŞ flotu 43 il- İspaniya ilə müharibə qurtarandan bəri vuruşmamışdı. Yapon aviasiyasının Perl-Xarbora qəfil zərbəsi nəticəsində iddia edildiyi kimi ABŞ-ın ordakı bütün flotu yox, cəmi 9 linkoru məhv olmuşdu, kreyserlər, esmineslər və təyyarədaşıyan gəmilər hamısı salamat idi. Bu qədər qüvvə ilə amerikanlar yaponlara layiqli cavab verə bilərdilər, axı İkinci Dünya Müharibəsi zamanı təyyarədaşıyan gəmilər dəniz döyüşlərinin əsas zərbə qüvvəsi sayılırdı. Məhv olmuş linkorların yerini amerikanlar Atlantik okeanındakı analoji gəmiləri gətirməklə kompensasiya edə bilərdilər, lakin onlar bunu etmədilər və məğlubiyyətə görə Yaponiyaya atom bombası atmaqla əvəz çıxdılar. Mütəxəssislər göstərirlər ki, 1941-1942-ci illərdə ABŞ-ın Sakit okeandakı məğlubiyyətinə səbəb yapon təyyarələrinin Perl-Xarboru bombalaması yox, ABŞ flotu komandanlığının kütlüyü və bacarıqsızlığı olmuşdur. 1942-ci il fevraldan 27-sindən 28-inə keçən gecə Yavan dənizində amerikanların 5 kreyseri və 10 esminesi yaponların 4 kreyseri və 14 esminesi ilə üz-üzə gəldi. Güclərin təxmini bərabərliyinə baxmayaraq amerikanlar həmin döyüşdə yaponlara məğlub oldular və qaçmağa üz qoydular. Yaponlar heç bir gəmi itirmədən amerikanların 2 kreyserini və 3 esminesini vurub batırdılar. Halbuki 1904-1905-ci illər Rus-Yapon müharibəsindən üzü bəri yapon flotu 37 il idi ki vuruşmurdu. 1941-1942-ci illərin 8 ayı ərzində Sakit okeanda gedən döyüşlər zamanı yaponlar hər yerdə amerikanları asanlıqla məğlubiyyətə uğratdılar, nəhəng akvatoriyanı onların əlindən aldılar və arxipelaqlara sahib çıxdılar.
 İkinci Dünya Müharibəsi dövründə ABŞ ordusunun “Kottec” əməliyyatı dünya hərb tarixində ən gülməli əməliyyat kimi qeydə alınıb, belə ki amerikanlar həmin əməliyyatı həyata keçirərkən boş adada heç bir düşmən ilə üz-üzə gəlmədən ağır itkilərə məruz qalmışlar. Heç bir ins-cins olmayan adaya hücum edən amerikan ordusundan bircə güllə də atmadan 150-yə yaxın əsgər həlak olmuş, 250-yə yaxın əsgər yaralanmış, 130 əsgər xəstələnmiş, 191 əsgər isə itkin düşmüşdür.
 Sakit okeanda yaponlarla yaranan gərginlik zamanı amerikanlar Attu və Kıska adalarını tutmaq üçün hərəkətə keçdilər. Adaları dənizdən ABŞ kreyser və esminesləri, havadan isə ABŞ və Kanada təyyarələri aylarla mütəmadi bombaladılar. 1943-cü ilin 11 mayında amerikan ordusu ilk əvvəl Attu adasına soxuldu və ağlamalı duruma düşdü. Adada özlərindən qat-qat az olan və zəif silahlanmış yaponlarla döyüş zamanı amerikanlar tərəfdən 579 əsgər öldü, 1148 əsgər yaralandı, 2100 əsgər isə donvurmadan qırıldı. 3 həftə davam edən qızğın döyüşlərdən sonra amerikanlar güc-bəla ilə adanı tutdular; cəmi 28 yapon əsgəri əsir götürdülər ki, onların içində bircə nəfər də olsun zabit yox idi. Bir il ərzində hərtərəfli blokadaya alınmış, ətraf aləmlə əlaqəsi və təhcizatı tam kəsilmiş xırda bir adanın tutulması üçün bu qədər itki verilməsi hərb tarixində nadir hadisələrdən biridir.
 Lakin ən maraqlısı qonşuluqdakı Kıska adasının tutulması zamanı baş verdi. ABŞ ordu komandanlığı Kıska adasını ələ keçirmək üçün “Kottec” adlı əməliyyat planı hazırladı. Əməliyyat 1943-cü il 15-24 avqust arasında həyata keçirildi. Adaya basqın edən ABŞ ordusunun xəbəri yox idi ki, adada heç kəs yoxdur; izolyasiyaya alınmış yaponlar müdafiənin lüzumsuzluğunu başa düşərək çoxdan adanı sakitcə tərk etmişdilər. Lakin boş adaya hücum edən ABŞ ordusu ağır itkilər verməsəydi, onda ABŞ ordusu olmazdı. Hücum etməmişdən qabaq ağıllı amerikan ordusu adanı başdan-başa 8 dəfə bombaladı. Amerikanlar adaya 135 ton bomba və bir neçə ton təslim olmaq haqqında vərəq səpələdilər. Bundan sonra 100-dən çox gəmidə 29 000 ABŞ və 5 500 Kanada əsgəri adaya hücuma keçdi. Esmines gəmisi adaya yan alarkən minaya toxunaraq partladı, 71 matros öldü, 47 matros isə yaralandı. Adanın artilleriya atəşi ilə səhvən bombalanması zamanı 32 amerikan əsgəri həlak oldu və 50 əsgər yaralandı. İki gün ərzində amerikan desantçıları cəmi 5-7 kilometr irəliləyə bildilər və ilişib qaldılar. Adanın içinə doğru getdikcə amerikanları vahimə basırdı ki, yaponlar onlara tələ qurmuşlar. Lakin qəhrəman yankilər əvvəl-axır heç bir yapona rast gəlmədilər. Adada çoxlu yeraltı tunellər vardı ki, onları araşdıran zaman 191 ABŞ və Kanada əsgəri itkin düşdü! 130 əsgərin əlini, ayağını və digər bədən üzvlərini don vurdu. Boş yapon dzotunu nəzərdən keçirərkən 34 ABŞ dəniz piyadası minaya düşdü, onlardan 2-si öldü, qalanları yaralandı. Yaxınlıqdakı Kanada əsgərləri partlayış gələn istiqamətə atəş açdılar, ABŞ əsgərlərinin onlara tərəf pulemyotlardan cavab atəş açması nəticəsində 5 Kanada əsgəri dünyasını dəyişdi. Bu zaman admiral Kikneyd döyüş gedən ərazinin bombalanmasını əmri verdi, “Abner Reyn” gəmisindən əraziyə atılan artilleriya mərmiləri 7 ABŞ və 3 Kanada əsgərini öldürdü, 150-yə yaxın əsgəri isə yaraladı. Beləcə amerikanlar bir-birini gülləbaran edərək qırdılar. 21 avqustda minomyot batareyası itən əsgərləri axtarmaqdan qayıdan kəşfiyyatçıları heç bir səbəb olmadan bombaladı. Sağ qalan kəşfiyyatçılar minomyotçuların üstünə hücum etdilər və hamısını güllələdilər. Beləcə amerikan ordusu bircə yapon əsgəri də öldürmədən tar-mar oldu və biabırçı vəziyyətə düşdü. İtki hesabı ilə götürdükdə Kıskanın “müdafiəsi” yapon ordusunun ən yaxşı əməliyyatlarından biri sayılır.
 Amerikan strateqlərinin hesablamalarına görə 1944-cü ilin iyununda ABŞ ordusunun Fransa sahillərinə çıxması əməliyyatı itkisiz keçməli idi. Alman qoşunlarının Fransadakı komandanı feldmarşal Rommel Hitlerə qarşı gizli koalisiyanın üzvü idi: o amerikan və ingilis qoşunlarının problemsiz Fransaya daxil olması üçün şərait yaratmalıydı. Mütəffiq qoşunlarının Fransa sahillərinə yan aldığı gündən bir gün əvvəl Rommel arvadının ad gününü bəhanə edib Berlinə getdi, həmin günə isə ordu komandirlərinin müşavirəsini təyin etdi. 6 iyun 1944-cü ildə müttəfiq qoşunlarının gəmiləri Fransanın Atlantik sahillərinə yan alarkən ərazini müdafiə edən alman qoşunları komandanlıqsız qalmışdı. Hərtərəfli hərbi üstünlüyə malik müttəfiqlər planlaşdırmışdılar ki, Parisə kimi 200 km məsafəni 3 günə qət edəcəklər, 6-7 günə isə Almaniya sərhədinə çatacaqlar. Lakin alman qoşunları başsız qalsa da, şiddətli müqavimət göstərdi. Sahilə çıxan amerikan və ingilis əsgərləri düz 10 gün irəliləyə bilməyərək yerlərində saydılar. Amerikan və ingilis generallarının bivecliyi, əsgər və zabitlərinin isə öz “qiymətli canlarını” riskə atmaq istəməmələri əməliyyatın uğurla keçməsinə imkan vermədi. Satqın Rommelin onların üzünə Qərb cəbhəsini açmasından bəhrələnə bilməyən ABŞ idarəçiləri Almaniya hakimiyyətindəki agentlərindən tələb etdilər ki, çevriliş törətsinlər və Hitleri devirsinlər. 20 iyun 1944-cü ildə Hitlerə sui-qəsd təşkil olundu, Amerikanın təsir agentləri olan generallar Paris və Vyanada çevriliş edərək Hitlerin yerli idarəçilərini həbs etdilər. Lakin Hitler yaxın silahdaşı Gebbelsin köməyi ilə çevrilişin qarşısını aldı və sui-qəsdçiləri darmadağın etdi. Alman qoşunlarının onların qarşısında diz çökəcəyini gözləyən müttəfiqlər qollarını çırmalayıb vuruşmalı oldular. Sahildən Parisə kimi 200 km məsafəni onlar planlaşdırdıqları kimi 3 günə yox, iki ay yarıma qət etdilər. Rəqib qarşısında hərtərəfli üstünlüyə baxmayaraq, onlar orta hesabla günə iki kilometr yarım irəlilədilər. Sahildən Almaniyaya kimi 600 km məsafəni hesabladıqları kimi bir həftəyə yox, 6 aya adladılar. Bu orta hesabla günə 3 km edir. Müqayisə üçün deyək ki, təxminən həmin vaxtda Sovet qoşunu alman ordusundan texnika və canlı qüvvə sarıdan qat-qat geri qalmasına baxmayaraq, Belorusiya cəbhəsində 600 km məsafəni günə 20 km olmaqla irəliləyirdi. Fransada gedən döyüşlər zamanı amerikan və ingilislərin 135 min, almanların isə 150 min əsgəri həlak oldu və yaralandı. Halbuki amerikan və ingilislərin gəmiləri bir neçə dəfə, aviasiyası 15 dəfə, tankları 5 dəfə, canlı qüvvəsi isə 3 dəfə almanlarınkından çox idi!
 Almanların Fransa sahillərini qoruyan qoşunu əlillərdən və cərimə batalyonlarına düşənlərdən təşkil olunmuşdu. Onlar köhnə, paslı silahlarla, Birinci Dünya Müharibəsindən qalma, az sayda mərmiyə malik trofey toplarla silahlanmışdılar. Müdafiə istehkamlarının cəmi 50 faizi qurulmuşdu. Qəribədir ki, amerikan gəmilərindəki toplardan atılan 15 min mərminin heç biri real hədəfə dəymədi. Nəinki bircə dənə də olsun bunkeri vurmadılar, heç səngərləri vurub dağıda bilmədilər. Amerikanların “Libereytor” təyyarələrinin tökdüyü bir neçə yüz ton bomba müdafiə istehkamları bir yana, heç sahildəki çimərliyə də düşmədi. Sahilə desant çıxarılması böyük faciələrlə nəticələndi. 32 üzən “Şerman” tanklarının 27-si elə suya buraxılan andaca batdı. İstehkamları dağıtmalı olan 16 zirehli buldozerin yalnız 3-ü sahilə gəlib çıxa bildi. Sahilə yaxın yerdə desant barjalarından suya tullanan amerikan əsgərlərinin bir çoxu boğuldular. 62 saylı istehkamı qoruyan alman pulemyotçusu Henrix Severlo bir neçə saat ərzində MG42 pulemyotundan 12 min, yanındakı 2 karabindən isə 400 patron atmış, bu müddət ərzində 3000-ə yaxın amerikan əsgərini öldürmüşdü. Tankların keçməsinə şərait yaratmaq üçün sapyorlar beton blokları partlatmaq istəsələr də, dəniz piyadaları buna imkan vermədilər; onlar həmin blokların arxasında gizlənərək güllə yağışından qorunurdular. Nəticədə sahildə əsir-yesir qalan çoxlu sayda sapyor qırıldı. Ən gülməli vəziyyət isə paraşütlə atılan amerikan desantçıları ilə bağlı oldu. Onları alman mövqelərini arxasına tulladılar ki, əks tərəfdən hücuma keçərək düşmənə zərbə endirsinlər və pərakəndəlik salsınlar. Lakin onlarla amerikan paraşütçüsü səhvən almanların V-5 bunkerinin ərazisinə düşdü. Bunkerdəki əlillər qrupundan olan alman əsgərləri onları tutdular. Əsir götürülmüş amerikan desantçıları almanlara yalvararaq bunkerin ərazisindən kənara aparılmalarını xahiş etdilər. Məlum oldu ki, əməliyyat başlayandan bir neçə saat sonra bunker amerikan artilleriyası tərəfindən bombalanacaqmış! Lal, kar və çəpgöz alman əsgərləri təəccüb içində qalsalar da, amerikanlara heç nə etmədilər.
 1944-cü ilin sentyabr-dekabr aylarında Hürtgen meşəsində 120 minlik ABŞ ordusu ilə 80 minlik alman ordusu üz-üzə gəldi. Bu döyüşlərdə ABŞ ordusunun 33 min əsgəri öldü və yaralandı. Amerikanlar qarşıya qoyulan məqsədlərin heç birinə nail olmadılar. Ardennı dağlarında gedən döyüşlər zamanı 840 minlik amerikan ordusu 240 minlik alman ordusunun qarşısında tab gətirməyərək geri qaçdı. Almanlar cəmi bir həftə ərzində amerikanların 800 tankını və 90 min əsgərini məhv etdilər, 30 min əsgərini isə əsir götürdülər. Vəziyyət elə bir kritik həddə çatdı ki, ABŞ hökuməti kömək üçün Stalinə müraciət etdi. Alman qoşunları Qərb cəbhəsini boşaldıb hücuma keçən Sovet ordusu ilə döyüşə yollanandan sonra amerikanlar güc-bəla ilə irəliləyə bildilər.
 1950-1953-cü illər Koreya müharibəsi amerikan ordusunun puçluğunu bir daha ortaya qoydu. 1950-ci ildə ABŞ-ın təhriki ilə yaradılan konflikt nəticəsində Şimali Koreya ilə Cənubi Koreya arasında müharibə başladı. Məlum olduğu kimi, Şimali Koreyaya SSRİ, Cənubi Koreyaya isə ABŞ kömək edirdi. Müharibənin ilkin mərhələsində 100 min nəfərdən ibarət Şimali Koreya ordusu 100 min nəfərdən ibarət Cənubi Koreya ordusu və 40 min nəfərdən ibarət ABŞ korpusu ilə üz-üzə gəldi. Qeyd etmək lazımdır ki, Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) 1948-ci ildə Sovetlərin köməyi ilə yaranmışdı; iki il ərzində yetkin ordu və təcrübəli komandirlər yetişdirmək mümkün olmamışdı. Müharibə başlayan dövrdə Şimali Koreya ordusu dağınıq halda idi; hətta Cənubi Koreyanın 100 minlik ordusu olmasa idi belə, ABŞ-ın 40 minlik professional ordusu ona qalib gəlməli idi. Amma belə olmadı. Müharibənin elə ilk ayında Şimali Koreya ordusu 600 km irəliləyərək Cənubi Koreyanın əksər ərazilərini tutdu. Amerikan hərbçiləri geri çəkildilər və Pusan port-şəhərində müdafiə olunmağa başladılar. Yalnız linkor və kreyserlərin, əsasən də göyərtə aviasiyasının zərbələri nəticəsində amerikanlar bir müddət şimali koreyalıların qarşısında tab gətirə bildilər. Qərb tarixçiləri bu gün amerikanların Koreyadakı məğlubiyyətini onunla əsaslandırırlar ki, həmin müharibədə şimali koreyalıların 500 T-34 tankı olduğu halda amerikanların cəmi 100 M-24 tankı vardı. Amma güclü aviasiyaya malik olan amerikanlar həmin 500 tankı 2-3 gün ərzində məhv edə bilərdilər. Bacarmadılar. Bundan başqa amerikan hərbçilərinin əlində 4 min reaktiv qranatomyot vardı; şimali koreyalıların hər tankına 8 amerikan qranatomyotçusu düşürdü. Amerikanlar həmin qranatomyotlardan da düzgün istifadə edə bilmədilər. Tankı qranatomyotla vurmaq üçün ona 150-200 metr yaxınlaşmaq lazımdır, amerikanlar isə qorxularından 400-500 metrdən atəş açırdılar. Belə uzaq məsafədən açılan atəş nəinki tanka heç nə etmir, hətta dəymirdi; tankın pulemyotundan atəş açılan kimi amerikanlar qaçmağa üz qoyurdular.
 Müharibə başlayanda ABŞ ordusu komandanlığı təmtəraqlı şəkildə elan etmişdi ki, Koreyanın “taleyi 72 saat ərzində həll olunacaq”. Amma 3 il davam edən Koraya müharibəsində amerikanlar 400 min əsgər, 12 mindən çox təyyarə və zirehli maşın, 13 mindən çox avtomobil, 560 gəmi, 7 mindən çox top, 900 mindən çox atıcı silah, külli miqdarda hərbi material itirdilər. Şimali Koreya ordusu ABŞ-ın sattilet ölkələri orduları (“BMT qoşunları”) və Cənubi Koreya ordusu daxil olmaqla düşmənin 1 567 128 əsgərini məhv etdi. Nəzərə almaq lazımdır ki, şimali koreyalıların amerikanlardan fərqli olaraq linkorları, təyyarədaşıyanları, digər nəhəng döyüş gəmiləri, bombardmançı və hücumçu təyyarələri, ballastik və qanadlı raketləri, o cümlədən amerikanların geniş istifadə etdiyi bakterioloji silahları yox idi. 2 iyul 1950-ci ildə Şimali Koreyanın 4 xırda kateri ABŞ-ın tərifli “Baltomor” ağır kreyserini vurub batırdı, digər hərbi gəmisini isə zədələdi. 30 oktyabr 1951-ci ildə 90 qırıcı-bombardmançı təyyarənin müşayiəti ilə hücum həyata keçirən “Bionq-29” eskadriliyasından 3-ü vuruldu, 5-i isə zədələndi. Həmin gün Amerika aviasiyası tarixinə “Qara çərşənbə axşamı” kimi düşmüşdür. Az keçməmiş cəmi bir həftə ərzində ABŞ-ın 20 hərbi təyyarəsi vuruldu. Jurnalistləri heyrətləndirən o idi ki, şimali koreyalılar bir il ərzində tüfəng və pulemyotlar ilə ABŞ-ın 1000-dən çox təyyarəsini vurub salmışdılar. Bu fiasko ABŞ ordusunda elə qorxu yaratmışdı ki, 2200 ABŞ hərbi təyyarəçisi ordudan təxris olmaq barədə ərizə vermişdi. Koreyadakı ağır məğlubiyyətə görə ABŞ-ın çoxlu sayda generalı hərbi xidmətdən qovuldu. 27 iyul 1953-cü ildə ABŞ prezidenti Eyzenxauer kapitulyasiya mətnindən fərqlənməyən atəşkəs sazişi imzaladı və mikrofon qarşısında belə dedi: “Bu faciəvi dərəcədə kədərlidir”. ABŞ Konqresində dinləmələr zamanı ordunun yüksək rütbəli məmuru Bredli çaşqın halda bildirdi: “Biz özümüzə düzgün düşmən seçə bilməmişik”. ABŞ-ın Uzaq Şərqdəki silahlı qüvvələri komandanı Klark dedi: “Mən məyusluq hissindən mənəvi əzab çəkirəm”. ABŞ-ın möhtəşəmliyi haqqında mif məhz həmin dövrdə darmadağın oldu. Müharibədən sonra ABŞ müdafiə naziri Marşall etiraf etdi: “Mif dağıldı. Bizim ölkəmiz başqalarının fikirləşdiyi qədər də güclü deyilmiş”. Müharibəyə sərf olunmuş 165 milyard dollar pul havaya sovruldu. ABŞ şəhərlərində antimüharibə aksiyaları geniş vüsət aldı, xalq prezident və dövlət katibinin istefası tələbini qoydu.
 Koreya müharibəsində ilk dəfə Sovet və ABŞ təyyarələri üz-üzə gəlib döyüşdülər. Bu döyüş Sovetlərin xeyrinə bitdi: 22 dekabr 1950-ci ildə gedən hava döyüşlərində amerikanların 5 ədəd F-86 təyyarəsi, Sovetlərin isə 2 ədəd Miq-15 təyyarəsi vuruldu. Müharibə dövründə Sovet Miq-15-ləri amerikanların 832 ədəd F-86 təyyarəsini vurub saldılar. Həmin döyüşlərdə Sovet hərbi texnikasının ABŞ texnikasından daha kompakt və çevik olması bütün qabarıqlığı ilə üzə çıxdı: Sovet hərbi təyyarəsinin çəkisi 3680 kq, uzunluğu 10,1 m, hündürlüyü 3,7 m olsa da, analoji amerikan təyyarəsinin çəkisi 4582 kq, uzunluğu 11,45 m, hündürlüyü 4,5 m idi.
 Koreya müharibəsində ABŞ əsgərləri nizami ordu hissələrinə qarşı döyüşməyə bacarmasa da, silahsız əhaliyə qarşı “ustalıqla” döyüşürdü. “Qabağına çıxanı öldür!” prinsipi ilə hərəkət edən amerikanların dinc sakinlərə qarşı amansızlıqlarının həddi-hüdudu yox idi. Onlar koreyalıların üstünə benzin töküb yandırır, diri-diri torpağa basdırır, qulaq və burunlarını kəsir, gözlərini çıxarır və dərilərini soyurdular. Müharibə dövründə amerikanlar 230 min dinc sakini qətlə yetirdilər. 1950-ci ilin oktyabrında amerikan əsgərləri Sinçxon qəzasını müvəqqəti olaraq işğal edərkən burda 35 min dinc sakini qətlə yetirdilər; onların 16 mindən çoxu uşaq, qadın və qoca idi. Amerikanlar Şimali Koreyanın bir çox kənd və şəhərlərini Yer üzündən sildilər. Ölkənin paytaxtı Pxenyana 428 700 bomba atdılar; hər paytaxt sakininə 1 bomba düşürdü. ABŞ ordusu beynəlxalq hüquq qaydalarını kobud surətdə pozaraq biokimyəvi silahdan da geniş istifadə etdi. Təkcə 1952-ci ilin yanvarından aprelinə kimi 100-ən çox Şimali Koreya şəhər və kəndinə zəhərli həşəratlar və bakteriyalarlar dolu konteynerlər tulladılar. Napalm yandırıcı mayesini nəinki cəbhə xəttinə, həm də arxa cəbhəyə, dinc sakinlərin yaşadığı məskənlərə və balıqçı qəsəbələrinə də səpdilər. Fransa qəzetlərindən biri yazırdı: “ABŞ Koreya yarımadasında 20-ci əsrin ən böyük cinayətlərindən birini törətdi”.
 
ABŞ BİR VYETNAM PARTİZANININ ÖLDÜRÜLMƏSİNƏ 52,5 MİN DOLLAR SƏRF ETDİ
 
 Vyetnam müharibəsində ABŞ bir daha bütün dünyada biabır oldu. Güclü iqtisadiyyatı, çoxmilyonlu əhalisi, okean flotu və reaktiv aviasiyası ilə tanınan ABŞ onunla müqayisədə dırnaq boyda olan Vyetnama uduzmaqla pis vəziyyətdə qaldı. ABŞ ordusu vətəndaş müharibəsi nəticəsində gücdən düşmüş xırda bir xalqıın başına 8 il ərzində dayanmadan napalm və defoliant bombaları yağdırsa da, qalib gələ bilmədi və Vyetnamdan qaçdı.
 ABŞ Vyetnama 540 minlik ordu kontingenti yeritsə də, qırmızı partizanlara güc gələ bilmədi. ABŞ aviasiyasının Vyetnama 7,7 milyon ton bomba tökməsi də işə yaramadı. Vyetnam müharibəsində 60 min amerikan əsgəri öldü, 2500 əsgər itkin düşdü, 300 min əsgər isə şikəst oldu. Bu siyahıya ABŞ ordusunda muzdlu xidmət edən puertorikanlar salınmamışdır. ABŞ-ın 4100 təyyarəsi, 5100 vertolyotu məhv edildi, 1000-ə yaxın pilotu əsir düşdü. Müharibə qurtaranda ABŞ-ın 550 tankı, 1200 zirehli transportyoru, 1100 təyyarəsi, 500 vertolyotu və 80 gəmisi qənimət kimi vyetnamlıların əlinə keçdi. Müharibə dövründə 27 min amerikalı ordudan qaçdı və ya hərbi xidmətdən yayındı ki, 1974-cü ildə prezident Ford onlarla bağlı əfv fərmanı imzalamalı oldu. Müharibədən yayınanlar içərisində ABŞ-ın gələcək prezidenti Bill Klinton da vardı. 1975-ci ildə ABŞ ordusu məğlub olaraq Vyetnamdan çıxdı. Uğursuz Vyetnam müharibəsinə görə ABŞ 738 milyard dollar itirdi. ABŞ-ın “Forçun” jurnalının yazdığı kimi: “Bir Vyetnam partizanının öldürülməsinə 52,5 min dollar sərf olundu”. Müharibəyə görə ABŞ-da iqtisadi vəziyyət pisləşdi, inflyasiya baş verdi, qiymətlər qalxdı, əhalinin alıcılıq qabiliyyəti aşağı düşdü və milyonlarla adam işsiz qaldı. Tarixçi Filipp Devidson yazırdı: “Bütün müharibə boyunca Birləşmiş Ştatlar hərbi əməliyyatların siyasi, iqtisadi və psixoloji nəticələrinə az diqqət yetirirlər. Dinc əhalinin qırılması, lazımsız dağıntılar heç kəsi düşündürmür, halbuki bunlar hamısı neqativ siyasi effekt yaradır”. Vyetnam müharibəsindəki uğursuzluq və itkilər ABŞ-ın ictimai-siyasi həyatında ağır fəsadlar yaratdı. 100 minlərlə insan küçələrə axışdı, müharibənin dayandırılmasını tələb etdi və hərbi komissarlıqları dağıtdılar.
 “Cəngəllikdə cəhənnəm diskotekası”- amerikan hərbçiləri Vyetnamdakı müharibəyə belə ad qoymuşdular. Cəngəllikdə vyetnamlılar amerikan hərbçilərindən daha effektiv müharibə aparırdılar. Hazırlıqsız adamın rütubətli tropik meşədən sağ qayıtmaq şansı çox azdır. Amerikan hərbçiləri Vyetnam cəngəlliklərində pələngdən tutmuş bakteriyalara kimi müxtəlif təhlükələrlə üz-üzə gəlirdilər. Rütubət və havasızlıq o dərəcədə idi ki, ət konservaları tez xarab olur, ayağa göbələk xəstəliyi düşür, dəridə xırda bir cızıq irinləmiş yaraya çevrilirdi. Vyetnamlılar partlamamış amerikan mərmi və bombalarından mina və fuqaslar düzəldirdilər ki, bu da yankilərin cəngəllikdə hərəkətinə böyük təhlükələr törədirdi. Müharibənin xarakteri elə idi ki, əsgərlər daim həyəcan içində olurdular. Amerikanlar sərt partizan müharibəsinə hazır deyildilər. Yüzlərlə amerikan əsgəri vyetnamlıların qurduğu hiyləgər tələlərə düşür, minalarda partlayır, kilometrlərlə uzanan tunellərdə azıb itirdilər. Daimi gərginlik, təhlükə hissi, Qərb adamı üçün dözülməz iqlim şəraiti, yerli əhalinin barışmaz nifrəti öz işini gördü. Vyetnam müharibəsi dövründə amerikan hərbçiləri arasında narkomaniya, intihar və fərarilik geniş vüsəl aldı. İş o həddə çatmışdı ki, döyüşmək istəməyən amerikan əsgərləri öz komandirlərinin çadırlarına qranat tullayırdılar. Müharibədən sonra “Vyetnam sindromu”nun təsiri altında depressiyadan əziyyət çəkən 150 minə yaxın veteran intihar etdi. Geri qayıdarkən onları vətəndə heç də qəhrəman kimi qarşılamamışdılar. Elə hallar olmuşdu ki, sinəsi medallı hərbçi aeroportda düşüb vətənə ayaq basarkən üzünə lomba ilə tüpürmüşdülər. Veteranlar Ağ Evin qabağında etiraz aksiyası keçirirdilər və medallarını bu binaya tərəf tullayırdılar. Müharibə Amerikan cəmiyyətini elə dəyişdi ki, o dövrdən çağırışçı orduya son verildi və müqavilə ordusuna keçildi.
 Vyetnam müharibəsi ABŞ silah və texnikasının qeyri-effektivliyini qabarıq şəkildə ortaya qoydu. M16 avtomatı ABŞ əsgərlərinə müharibədə olmazın problemlar yaratdı. Silahı istehsal edən şirkət bildirmişdi ki, bu avtomatları təmizləməyə ehtiyac yoxdur. Odur ki ABŞ generalları Vyetnama avtomat üçün təmizləyici ləvazimatlar gətirməmişdilər. Rütubətli Vyetnam iqlimi və keyfiyyətsiz barıt öz işini görür və avtomatlar tez-tez ilişərək atmırdı. Üzə çıxdı ki, ABŞ-ın “İrokez” hərbi vertolyotları lazımi zirehə malik deyil və onları “Kalaşnikov” avtomatı ilə asanca deşmək olur. ABŞ-ın “Fantom” təyyarələri öz nəhəngliyi səbəbindən təyyarədaşıyan gəmilərin göyərtəsinə çox böyük çətinliklə enirdi. Xatırladaq ki, çəkisi 18 ton olan “Fantom” hərbi təyyarəsinin anoloqu olan Rus “Miq”lərinin çəkisi cəmi 6-8 ton idi! Vyetnamdakı ABŞ aviasiyasına komandanlıq etmiş müharibə veteranı Robin Olds bildirirdi ki, Sovet “Miq”ləri döyüşkənliyinə görə amerikan “Fantom”larından qat-qat üstün idi. ABŞ hərbi hava qüvvələrinin Oqayo ştatındakı muzeyində hələ də amerikan təyyarəçisinin rus “Miq”lərinin “şeytancasına cəld təyyarələr” olması barədə yazdığı raport saxlanmaqdadır. Araşdırmalar göstərdi ki, “Fantom”ların atdığı hər 10 raketdən yalnız 1-i hədəfə dəyir.
 2 dekabr 1966-cı ildə Vyetnam havadan müdafiə qüvvələri içində 5 “Fantom” olmaqla 8 ABŞ hərbi təyyarəsini vurub saldılar. Ümumilikdə Vyetnam müharibəsi dövründə ABŞ-ın 900 “Fantom” təyyarəsi vuruldu ki, bu da hərb tarixində rekord göstəricilərdən biri sayılır. Yeri gəlmişkən, “Fantom” pilotları öz amerikan əsgərlərinə vyetnamlılardan az xətər yetirmədi. 9 aprel 1965-ci ildə hava döyüşündə “Fantom”un atdığı raket Miq-17 əvəzinə öz “Fantom”larına dəydi, pilot T.Merfi və operator R.Feqan həlak oldular. 29 iyul 1967-ci ildə “Forrestol” təyyarədaşıyan gəmisində qısa qapanmadan təsadüf nəticəsində açılan atəşdən “Fantom”dan çıxan raket göyərtədəki 29 təyyarəni məhv etdi, 42-sini zədələdi; gəmidəki 134 amerikan əsgəri həlak oldu, 161 əsgər isə yaralandı. 19 noyabr 1967-ci ildə “Fantom”un atdığı bomba öz polklarına düşdü, 42 amerikan əsgəri öldü, 45-i isə yaralandı. 15-16 iyun 1968-ci ildə “Fantom”lar səhvən bombalayaraq iki ABŞ katerini batırdılar, bir ABŞ kreyserini və bir Avstraliya esminesini isə zədələdilər. 18 may 1969-cu ildə “Fantom” ona və digər təyyarələrə benzin vuran “Herkules” transport təyyarəsi ilə toqquşdu, nəticədə 3 təyyarə göyərtədən aşıb dənizə düşdü.
 Vyetnamda ABŞ ordusu bütün barizliyi ilə- “yandırılmış torpaq” taktikası, bütöv ölkənin ekosisteminin məhv edilməsi, dinc əhalinin kütləvi öldürülməsi və zorakılıq ilə özünü göstərdi. Hesablamalara görə, müharibə dövründə amerikan aviasiyası Vyetnama adambaşına 100 kiloqramdan çox bomba yağdırmışdır. Amerikanlar qadağan olunmuş ağ fosfor bombalarından, boğucu və zəhərləyici qazlardan, klimatik silahlardan geniş istifadə etdilər. 1962-1971-ci illlər arasında ABŞ təyyarələri Vyetnam ərazisinə 77 milyon litr “Agent Oranj” və 44 milyon litr dioksin zəhəri səpdilər. Vyetnamın 16 faiz torpağı toksiki zəhərlə suvarıldı. Kimyəvi silah ölkə cəngəlliklərinin 60 faizini və meşələrinin 30 faizini məhv etdi. Təkcə 1969-cu ildə amerikanlar Cənubi Vyetnamda 285 min adamı qazla və 905 min hektar əkin sahəsini ximikatla zəhərlədilər. 3 milyon vyetnamlı ağır xəstəliyə yoluxdu, 18 yaşına kimi 1 milyondan artıq insan irsi ötürülən əlil oldu. Ximikat flora və faunaya ciddi zərər vurdu; 1 milyon hektar cəngəllik ərazisi zəhərləndi ki, həmin yerlərdən 132 növ quş, çoxlu heyvanat və çay balığı yoxa çıxdı. Ximikatın səpildiyi torpaqlarda bir daha bitki bitmədi. ABŞ-ın Vyetnama qarşı apardığı ekoloji müharibə- onun tarix boyu törətdiyi ən böyük cinayətlərdən biri sayılır.
 Amerikan əsgərlərindən biri sonradan belə demişdi: “Biz vyetnamlıları adam yox, həşərat hesab edirdik”. Amerikanlar vyetnamlıların düyü becərmək üçün istifadə etdiyi torpaq bəndlərini qəsdən dağıdırdılar ki, aclıq yaransın. Təkcə Kuanqnqay əyalətində 140 min insanı evsiz-eşiksiz qoydular. 1968-ci ildə amerikan əsgərləri Sonqmi kəndini mühasirəyə alıb sakinlərin uşaqdan böyüyə kimi hamısını qırdılar. İçində 173 uşaq və 182 qadın (17-si hamilə) olmaqla 504 kənd sakini qətlə yetirildi. Kəndə hücum edən əsgərlər evlərin içinə qranat atır, gizlənən sakinləri tapıb yerindəcə güllələyirdilər. Amerikanlar o qədər quduzlaşmışdılar ki, hətta kənddəki inək, donuz və toyuqları da güllələyirdilər. Onlar bir çox Vyetnam kəndlərini bu yolla Yer üzündən silsələr də, Sonqmi qətliamını dünya ictimaiyyətindən gizlətmək mümkün olmadı. Məsələ mətbuata sızdı və hiddətə səbəb oldu. Dinc Vyetnam kəndlilərinin skalpını çıxardaraq və qulağını kəsərək boyunbağı düzəldən ABŞ əsgərləri barədə hamı bildi; bu ləkə nə mundirdən, nə bayraqdan, nə də əsgər şərəfindən heç vaxt silinməyəcək. Sonqmi qətliamına görə cəmi 1 əsgər günahkar bilinib həbs cəzası kəsilsə də, prezident Riçard Niksonun personal əmri ilə o cəmi 3 gündən sonra əfv olundu və azadlığa buraxıldı.
 “Nyu York Tayms” qəzeti 6 noyabr 1972-ci ildə yazırdı ki, Vyetnam müharibəsi “ABŞ-ı mənəvi biabırçılığa gətirib çıxardı”. Vyetnam müharibəsi ABŞ hərbi nəzəriyyələrini, döyüş sənətinin reseptlərini və strateji doktrinalarını fiaskoya uğratdı. İudey strateqləri tərəfindən möhtəşəmliyi dünyaya car çəkilən ABŞ ordusu zəif Vyetnam ordusu ilə bir neçə illik müharibədə öz biabırçı məğlubiyyətini etiraf etməli oldu.
 
İRANA GİROVLARA AZAD ETMƏYƏ GÖNDƏRİLMİŞ ABI XÜSUSİ TƏYİNATLILARI BİRCƏ GÜLLƏ DƏ ATMADAN AĞLAYA-AĞLAYA GERİ QAYITDILAR
 
 1960-cı ildə prezident Duayt Eyzanxauer ABŞ ordusunun sosialist Kubasına müdaxiləsinə göstəriş verdi. Bu məqsədlə Mərkəzi Kəşfiyyat İdarəsi kubalı miqrantlarından ibarət ordu düzəltdi və onlara təlim keçdi. 15 aprel 1961-ci ildə ABŞ təyyarələri Kuba aerodromlarını bombaladılar və ölkənin demək olar bütün təyyarələrini məhv etdikləri barədə komandanlığa məlumat verdilər. Amma məsələ burasındaydı ki, kubalılar bombardman barədə qabaqcadan məlumat alaraq aerodromlardakı təyyarələri başqa əraziyə aparmış, yerinə isə mulyajlarını qoymuşdular. Odur ki Kuba ordusunun 24 təyyarəsindən yalnız 2-si məhv edilmişdi. 17 aprel səhər tezdən Kuba sahillərinə ABŞ desantı çıxarıldı. 100-ə yaxın kubalı müdafiəçi 1000-ə yaxın ABŞ hərbçisinin qarşısını mətinliklə kəsdi. Kuba xalqı silaha sarılıb aqressorların üstünə yeridi. Artıq 18 apreldə kubalılar inisiativi öz əllərinə alaraq hücuma keçdilər və düşmənə ağır zərbələr endirdilər. Onlar amerikanların 4 gəmisini batırdılar və 5 təyyarəsini vurdular. Onlar aqressorları qovaraq dənizə tökdülər. Beləliklə, Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı Kuba əməliyyatı planı cəmi 3 gün ərzində iflasa uğradı. ABŞ-ın kubalı miqrantlardan ibarət ordusundan 82 nəfər öldürüldü, 1197 nəfər isə əsir düşdü. Bir müddət sonra ABŞ dövləti 62 milyon dollar verərək əsirləri geri aldı.
 4 noyabr 1979-cu ildə İranın dindar tələbələri Tehrandakı ABŞ səfirliyinə hücum edərək 53 amerikan diplomatını girov götürdülər. Tələbələr girovların qaytarılması müqabilində şah Məhəmməd Rza Pəhləvinin verilməsini və İran xalqına qarşı törətdikləri cinayətlərə görə “amerikan imperialistlərinin üzr istəməsini” tələb etdilər. Danışıqlar yolu ilə girovları azad etmək mümkün olmadığını görən prezident Cimmi Karter ABŞ-ın “Delta” speçnazına hərəkətə keçməyi əmr verdi. Girovların azad edilməsi ilə bağlı kəşfiyyat orqanlarının hazırladığı plan olduqca mürəkkəb idi. ABŞ-ın Fars körfəzindəki təyyarədaşıyan gəmisindən uçan vertolyotlar İranın mərkəzində səhraya enməli, burdan xüsusi təyinatlılar Mərkəzi Kəşfiyyat İdarəsinin İrandakı agentlərinin gətirdiyi yük maşınlarına minərək gecə ikən Tehrandakı Xarici İşlər Nazirliyinin və ABŞ səfirliyinin binasına hücum etməliydilər. Xüsusi təyinatlılar girovları azad etdikdən sonra onları yaxınlıqdakı Əmcədiyyə stadionuna gətirib burda vertolyotlara mindirərək ölkədən çıxarmalıydılar. Problemlərdən biri o idi ki, amerikan pilotları indiyə kimi dağlıq və səhra şəraitində vertolyot sürməmişdilər. 132 nəfərlik hərbi ekspedisiyaya rəhbərlik etmək “Delta” speçnazının yaradıcısı olan məşhur polkovnik Çarlz Bekvitə tapşırıldı. Bekvit Ağ Evdə, prezident Karterin qəbulunda oldu və girovları uğurla azad edəcəklərini bildirdi. Amma iş elə gətirdi ki, amerikanlar hələ yolda, qarşı tərəflə təmasa girməmiş 1 təyyarə, 7 vertolyot və 8 xüsusi təyinatlı itirib kor-peşman geri qayıtdılar.
 Fars körfəzindəki gəmidən uçaraq İran ərazisinə daxil olan 8 vertolyotdan 2-sinin naviqasiya cihazının işləmədiyi üzə çıxdı. Gəmidən aralanar-aralanmaz vertolyotlardan birinin qanadı çatladı və o aşıb dənizə düşdü. Qabaqda yankiləri daha böyük sürprizlər gözləyirdi. Vertolyotlar habub deyilən qum fırtınasına düşdülər. Bir neçə saat tozanağın içində uçan vertolyotdakıların hava çatışmazlığından halı pisləşdi, pilotlar qusmağa başladılar. Cihazlara toz dolduğundan vertolyotlardan biri geri, gəminin göyərtəsinə qayıtmalı oldu. Qalan vertolyotlar güc-bəla ilə onlara benzin vuracaq təyyarələrin səhrada qonduğu gizli bazaya çatdılar. Bazada üzə çıxdı ki, vertolyotlardan biri də xarab olub və uça bilməyəcək. Beləliklə, əməliyyatda iştirak etməli olan 8 vertolyotdan 3-ü bir gecənin içində döyüşə girməmiş sıradan çıxdı.
 “Herkules” transport təyyarəsi vertolyotlara benzin vurarkən onlardan biri ilə toqquşdu, güclü yanğın baş verdi, ardınca təyyarədəki mərmilər alışaraq detonasiya verdi və partlamağa başladı. 8 ABŞ hərbçisi yerindəcə həlak oldu. Partlayış zamanı qəlpələr ətrafa səpələnərək digər əsgərləri yaraladı və 4 vertolyotu da dəlib deşərək yararsız hala saldı.
 Qorxuya düşmüş amerikanlar missiyanı yarımçılıq saxlayıb geri qayıtmalı oldular. Beləcə, ABŞ xüsusi təyinatları döyüşə girməmiş ağlaya-ağlaya İrandan qaçdılar. Qaçarkən vertolyotlardakı gizli sənədləri məhv etmədiklərindən həmin sənədlər iranlıların əlinə düşdü və bu əməliyyatın Tehrandakı koordinatorlarını müəyyənləşdirməyə imkan verdi. “Delta”nın yaradıcısı olan Çarlz Bekvit ordudan qovuldu. Amerikanların dünyanın ən döyüşkən xalqı olması nağılı bir daha puça çıxdı.
 23 oktyabr 1983-cü ildə Beyrutda amerikan və fransız əsgərlərinin olduğu kazarmalar partladıldı. Səhər tezdən saat 6.20-də içində 5 ton partlayıcı maddə olan yük maşını amerikan əsgərlərinin yatdığı kazarmaya çırpıldı. 241 amerikan dəniz piyadası dağıntılar altında qalaraq öldü. Üstündən 20 saniyə sonra fransız əsgərlərinin yatdığı kazarma da analoji hücumla məhv edildi. Nəticədə 58 fransız desantçısı öldü. 4 noyabrda isə Livanın Sur şəhərində içində partlayıcı maddə olan yük maşını İsrail kəşfiyyatının ştabına çırpıldı və 30 israilli öldü. İsrail kəşfiyyatı bu partlayışların günahını Suriya və İranın üzərinə yıxdı. İsraillilər ABŞ dövlətini məlumatlandırdılar ki, bu partlayışları Suriya və İranın dəstəklədiyi şiə döyüşçüləri törətmişlər. Təhrik nəticəsində NATO aviasiyası 3 dekabr 1983-cü ildə Suriya və İran qoşunlarının Bekaa vadisində yerləşən hissələrinə hücuma keçdi. Lakin NATO aviasiyası nəinki heç bir uğur qazanmadı, əksinə ağır itkilər verdi. Məsələ burasındaydı ki, həmin dövrdə Suriyaya Sovet ordusu hərbi hava qüvvələrinin S-200 zenit-raket komleksi ilə silahlanmış 2 polku gətirilmişdi. Cəmi 6 gün ərzində Sovet zenitçiləri NATO və İsrail aviasiyasının 15 təyyarəsini vurub saldılar. Amerikanlar və israillilər Suriyadakı Sovet kontingentinə qarşı aqressiv addımlar atmağa cəsarət etmədilər. Beləcə 1984-cü ilin fevralında NATO qoşunları biabırçı şəkildə Livandan çıxmağa məcbur oldular.
 
ABŞ MÜDAFİƏ NAZİRLİYİ QRENADADAKI İTKİLƏRİ 100 DƏFƏ AZALDILMIŞ FORMADA İCTİMAİYYƏTƏ ÇATDIRDI

 ABŞ-ın müdaxilə etdiyi ölkələrdən biri də Qrenada olmuşdur. 1983-cü ildə ABŞ ordusu sol yönümlü xalqçı hakimiyyəti yıxmaq üçün Qrenadaya basqın etdi. Üç gün çəkən müdaxilə bitəndən sonra prezident Ronald Reyqan bildirdi ki, əməliyyat “uğurla” həyata keçirildi. Lakin Pentaqonun çoxsaylı səhv və yanlışlıqları ucbatından amerikan əsgərlərinin başına gələn müsibətlərdən vətəndaşların əksəriyyətinin xəbəri olmadı. Analiz göstərdi ki, ABŞ ordusunun hətta xüsusi təyinatlı hərbi hissələri belə kifayət qədər hazırlığa malik deyillər və təşkilatlanma işı bərbad vəziyyətdədir. Məsələn, ştabların zəif fəaliyyətindən və kəşfiyyat məlumatlarının olmamasından amerikan əsgərləri turist xəritələrindən istifadə etməli oldular. Piyada qoşunlar, hərbi hava və hərbi dəniz qüvvələri arasında qarşılıqlı əlaqənin düzgün və yetkin qurulmaması bir sıra kəskin problemlər yaratdı. Ayrı düşmüş desant qrupları əks tərəflərdən bir-birinə yaxınlaşarkən yalnız xeyli atışdıqdan sonra bir-birini tanıdılar (Maraqlısı odur ki, bir-biri ilə səhvən atışarkən hər iki qrup ratsiya ilə ciddi-cəhdlə təyyarələrin qarşı tərəfi bombalamasını tələb edirdi). Amerikan hərbçiləri nə qədər əlləşsələr də, qranatomyotlardan qrenadalıların BTR-lərini vura bilmirdilər, yalnız ratsiya ilə bombardmançı təyyarə çağırmaqla onları neytrallaşdıra bilirdilər. 3 gün ərzində gedən qızğın hazırlıqlara baxmayaraq nə kəşfiyyatçılar, nə də təyyarəçilər dağın başındakı zenit qurğularını görə bilməmişdilər. Amerikan zabitlərinin Birinci və İkinci Dünya Müharibələri dövründə olduğu kimi artilleriya atəşini və aviazərbələri idarə edə bilmədiyi də üzə çıxdı. Vertolyotların çoxu məhz komandanlığın əməliyyatı səhv təşkil etməsi ucbatından itirildi. “Blək Havk” vertolyotu enərkən atəşə tutuldu, zədə aldı, dönərkən başqa vertolyotla toqquşdu, o isə zərbədən digər vertolyota çırpıldı. Hər üç vertolyot partlayıb tikə-tikə oldular. Desantın istifadə etdiyi qayıqların motorları işə düşmədi, nəticədə hərbi avadanlıqların bir çoxu dənizdə batdı.
 Ordunun xüsusi təyinatlı döyüş qrupları özlərini gülünc vəziyyətdə göstərdilər. Məlum oldu ki, ABŞ vertolyotlarının zərbələrinə koordinasiya vermək üçün sahilə göndərilən üzgüçülər- “suitilər” dənizdə boğulub ölmüşlər. Qrenada əməliyyatı zamanı ABŞ speçnazının “qəhrəmanlığı” indi də hərbi mütəxəssislərdə gülüş doğurur. Əməliyyatın əvvəlində ABŞ-ın “dəniz pişikləri” deyilən xüsusi təyinatlıları 3 katerdə Qrenada sahillərinə yan almalıydılar. Lakin birinci kater dənizdə batdı və katerdəki qrup tam heyəti ilə boğulub öldülər. İkinci kater rifə ilişib qaldı və güc-bəla ilə geriyə qayıtdı. Üçüncü katerdəkilər isə bataqlıq ucbatından nə qədər axtarsalar da sahilə çıxmağa yer tapmadılar, katerin bütün benzinini işlədib geriyə avar çəkə-çəkə qayıtmalı oldular.
 25 oktyabr 1983-cü ildə 500 ABŞ əsgəri Qrenadanın Poynt-Selaynz aeroportunda paraşütlə yerə tullandılar ki, ətraf ərazini təmizləyib təyyarələrin enişi üçün şərait yaratsınlar. Lakin aeroportda tikinti işləri aparan Kuba fəhlələri onları yerdən atəşə tutdular. İşlər ştabda planlaşdırıldığı kimi getmədiyindən reyncerlər çaş-baş düşdülər. Onlar uçuş-eniş zolağının kənarına sıxılaraq yerə uzanıb qaldılar və çoxlu itki verdilər. Qrenadanın Perls aeroportuna desant olunan 250 ABŞ dəniz piyadası da kubalıların müqaviməti ilə üzləşərək çıxılmaz vəziyyətə düşdülər. Məhz burda Rus “Kalaşnikov”larının Qərbin MP5 avtomatlarından üstünlüyü üzə çıxdı: Kubalılar “Kalaşnikov” avtomatı ilə ABŞ əsgərlərini 300 metrdən rahat vursalar da, ABŞ əsgərlərinin atdığı güllələr onlara gəlib çatmırdı.
 İngiltərənin Qrenadadakı nümayəndəsi P.Skunu və ailəsini ərazidən çıxarmaq əmri almış 22 ABŞ xüsusi təyinatlısının qarşısını qrenadalılar iki BTR maşını ilə kəsdilər və pulemyotdan atəş açdılar. Amerikanların planlarında zirehli maşınlarla döyüş olmadığından yerə yataraq müdafiə mövqeyi tutdular. Yalnız ABŞ təyyarələri həmin iki zirehli maşına tərəf raket buraxdıqdan sonra xüsusi təyinatlılar irəliləyə bildilər və Skunun malikanəsinə çatdılar. Riçmond-Xill həbsxanasında saxlanılan siyasi məhbusların azad edilməsi əməliyyatı isə əsl kinokomediya oldu. Vertolyotlar həbsxana binasının üstünə yaxınlaşıb hərbçiləri troslarla aşağı endirərkən həbsxananın mühafizəçiləri onları aşağıdan gülləyə tutdular. Mühafizəçilər vertolyotdan sallanan xüsusi təyinatlıları lap tirdə atəş açırmışlar kimi rahatca güllələyib qırdılar. Ən kədərlisi bu idi ki, həmin insidenti yaxınlıqdakı evdə yaşayan bir amerikanlı videokamera ilə lentə aldı və həmin kadrlar ABŞ televiziyasında göstərildi. Amerikan xalqı elit əsgərlərinin bivecliyini öz gözü ilə gördü. Həbsxana mühafizəçilərinin vurduğu vertolyot fırlana-fırlana yerə çırpılıb partladı.
 Ənənə belə formalaşıb ki, başqa dövlətlərin əsgər göndərdiyi yerlərə ABŞ həmişə təyyarə göndərib. Qrenadada əsgərlər düzgün atəş aça bilməsələr də, speçnaz addımbaşı ilişsə də, ABŞ təyyarələri kortəbii şəkildə haranı gəldi bombalayırdılar. Təyyarələrin ard-arda vurulmasından qorxuya düşən pilotlar qəbul olunduğu kimi 500-1500 metr hündürdən bombalamaq əvəzinə 5 kilometr yüksəklikdən bombalamağa başladılar ki, bu da mərminin hədəfə dəymə ehtimalını heçə endirirdi. Rupert fortundakı ştaba düşməli olan bomba psixiatriya xəstəxanasına düşdü və 12 psixi xəstə öldü. “Korsar” təyyarəsinin atdığı bomba isə öz mövqelərinə düşdü, nəticədə 1 amerikan əsgəri öldü, 16-sı yaralandı.
 Çoxsaylı itkilərə baxmayaraq, Reyqan televiziyada fəxrlə dedi ki, “Qrenadada terrorçuların əlindən bircə nəfər də olsun amerikanlı xəsarət almamışdır”. Məlumunuz olduğu kimi, amerikanlar terrorçu dedikdə onların siyasətinə qarşı gedənləri nəzərdə tuturlar. ABŞ Qrenada adasına 8 minlik ordu çıxardı, adanın isə cəmi minə yaxın müdafiəçisi vardı. Qrenada ordusunun cəmi bir silah-sursat anbarı, bir neçə kazarma və avtoparkı vardı. Qrenadalıların amerikanlar kimi gəmiləri, tankları və ağır artilleriyaları yox idi; onlar tüfəng və avtomatlardan başqa heç bir silaha malik deyildilər. Adadakı 2 aeroportu bir neçə iriçaplı pulemyot və zenit avtomatları ilə qoruyurdular. Mütəxəssislər Qrenada əməliyyatında ABŞ-ın 3000-ə yaxın əsgərinin həlak olduğunu bildirirlər. Qarşı tərəfdən isə 87 nəfər həlak olmuşdu (onların çoxu dinc sakinlər idi ki, bombardman nəticəsində ölmüşdü). Adanın müdafiəçiləri ABŞ ordusunun 10 döyüş təyyarəsini, 20 döyüş və 100 transport vertolyotunu məhv etmişdilər. Maraqlısı odur ki, müdafiəçilər ABŞ vertolyot və təyyarələrini İkinci Dünya Müharibəsindən qalma Sovet silahları ilə vurub salmışdılar. Yalnız müdafiəçilərin döyüş texnikasının az olması, patron və mərmilərinin qurtarması ABŞ əsgərlərinə adanı tutmağa imkan verdi. O da maraqlıdır ki, dünya ictimaiyyəti Qrenadanı işğal etdiyinə görə ABŞ-ı qınasa da, ona qarşı heç bir sanksiya tətbiq olunmadı.
 Amerikan əsgərləri adaya girərkən 100-ə yaxın transport vertolyotu müdafiəçilər tərəfindən vurulub salınmışdır. Bu vertolyotların hər birində 3-5 heyətdən başqa 15-30 əsgər olmuşdur. Dəqiq məlumdur ki, bu vertolyotların 10-u içindəkilər döyüşə girməyə macal tapmamış göydəcə partladılmışdur. ABŞ-ın tərifli “Delta” speçnazının 200 döyüşçüsünün hamısı bircə güllə atmağa macal tapmamış qırılmışlar. “Delta”nın təkcə ABŞ-dakı ştabı və xidmətçi personalı sağ qalmışdı və həmin bölməni yenidən formalaşdırmaq lazım gəlmişdi.
 ABŞ Müdafiə Nazirliyi ordunun itkiləri barədə heç vaxt düzgün məlumat verməmişdir; Qrenada əməliyyatı ilə bağlı da belə oldu. Əgər Müdafiə Nazirliyi Koreyadakı itkiləri 5-6 dəfə azaltmışdısa, Qrenadada daha da irəli gedərək itkiləri 100 dəfə azaldılmış formada ictimaiyyətə çatırdı. ABŞ ordusunda indi də həmin ənənə qorunub saxlanmaqdadır.
 Özünütənqidə meylli olmayan anqlosakson xarakterləri ucbatından amerikanlar əvvəlki müharibələrdəki səhvlərindən nəticə çıxarmadılar və gələcəkdə də eyni səhvləri buraxmaqda davam etdilər. Panama müdaxiləsində də ABŞ ordusunun başına eyni oyunlar gəldi. Panamada amerikanlar tez-tez öz mövqelərini bombalamaqları ilə yadda qaldılar.
 20 dekabr 1989-cu ildə ABŞ ordusu Panama dövlətinə soxuldu. ABŞ ordusu Panamaya “demokratiyanın müdafiəsi” adı altında girdi, amma əsl səbəb bu idi ki, yerli hökumət Panama kanalını milliləşdirmək və amerikanları ordan qovub çıxarmaq istəyirdi. Panamanin qeyri-demokratik, totalitar hökuməti nə qədər şişmişdisə, ABŞ-dan burdakı hərbi bazalarını yığışdırmasını tələb edirdi! Odur ki, təcili surətdə Panamaya demokratiya ixrac etmək, insan hüquqlarını qorumaq lazım gəldi.
 ABŞ avtomatik olaraq əvvəllər onun böyük dostu sayılan Panama lideri Manuel Noryeqanı narkotik alverçisi elan etdi. Ölkəyə yeridilmiş 26 minlik ABŞ ordusu heç bir tankı olmayan və pis silahlanmış panamalılara qalib gəldi. Xalq kütlələri şiddətli müqavimət göstərsə də, ABŞ aviasiyasının və artilleriyasının şəhərləri bombardman etməsi xalqı ruhdan saldı. Ölkəyə təyin olunmuş marionetka prezident Qulermo Endara ABŞ-ın hərbi bazasında sədaqət andı içdi. Yeni demokratik prezident Panama ordusunun ləğv olunduğunu bildirdi və fikrini bununla əsaslandırdı: “Amerikanlar bizi qoruyursa, öz ordumuzu yemləməyə ehtiyac yoxdur”.
 Məhz Panama müdaxiləsindən sonra amerikanlar “demokratiya” sözündən ölkələrə hücum etmək üçün bəhanə kimi istifadə etməyə başladılar. İlk dəfə Panamada hibrid müharibə uğurla sınaqdan keçirildi. 3 500 xüsusi seçilmiş və təlimatlanmış jurnalist və fotoreportyor Panamaya qara yaxaraq mətbuatda ABŞ-ın xeyrinə informasiya müharibəsi apardı. Panamada cərəyan edən hadisələr mətbuatda ABŞ-a sərf edən rakursda verildi. Psixoloji müharibənin detallarından Panama hərbçilərinin müqaviməti dayandırması və kapitulyasiyası üçün istifadə olundu. Jurnalistlər dünya ictimaiyyətinin gözündə Noryeqanın narkoman, qaniçən və pozğun imicini yaratdılar. Mətbuat onun SPİD xəstəsi olduğunu bildirdi. Noryeqanın evindən tapılmış un kisəsi ictimaiyyətə kokain kimi təqdim olundu.
 Panamaya müdaxilə zamanı 23 amerikan əsgəri öldürüldü, 330 əsgər yaralandı. ABŞ ordusunun 2 vertolyotu vuruldu, 45 vertolyotu və 15 təyyarəsi zədə aldı. Amerikanlar Panamanı ona görə rahat tuta bildilər ki, artıq məzlum xalqların dayağı olan SSRİ dağılmaqdaydı və hakimiyyətdə satqın Qorbaçov oturmuşdu. Qorbaçov ABŞ-ın böyük dostu sayılırdı və amerikanlar tərəfindən “Soyuq müharibədə qələbəyə görə” medalı ilə təltif olunmuşdu. Panamanın işğalından sonra ABŞ Dövlət Departamentinin nümayəndəsi açıq-aşkar bəyan etmişdi: “Uzun illər ərzində ilk dəfədir ki, ABŞ rusların reaksiyasından qorxmadan gücə əl atır”.
 Hücum zamanı amerikan əsgərləri küçələrdə çoxlu sayda dinc sakini səbəbsiz yerə atəş açaraq güllələdilər, qadınları zorladılar və qarətlə məşğul oldular. İntervensiya zamanı minlərlə dinc sakin yaralandı, 7 min nəfər öldürüldü, 20 min nəfər isə bombardman və yanğınlardan evini itirdi. Əsgərlər küçələrdə dinc sakinləri heç nədən güllələyərkən ABŞ televiziyaları əllərində amerikan bayraqları tutmuş gülərüz və xoşbəxt panamalıları xalqa göstərməklə məşğul idi. Amerikan müdaxiləsinin real səbəblərini açan yazıçı Harri Devor isə müəmmalı şəkildə yoxa çıxdı. 80 min panamalı 15 yaşdan 55 yaşına kimi kişilərə dəhşətli işgəncələrin verildiyi həbsxanalara salındı; maraqlıdır ki, amerikanlar həmin həbsxanalara özünəməxsus “Azadlıq düşərgələri” adı qoymuşdular.
 Cəmi 238 təyyarəsi olan Yuqoslaviyanın üzərinə NATO ölkələri 1100 təyyarə ilə hücum çəkmişdilər. Bu müharibə göstərdi ki, NATO təyyarələri Sovetin Miq-29 təyyarələrinə güc gəlmək qabiliyyətində deyillər. Hava döyüşlərinin birində Yuqoslaviyanın Miq-29 təyyarəsi ABŞ-ın 3 ədəd tərifli F-117 təyyarəsini məhv etmişdi. Hətta Sovetin köhnə Miq-21 təyyarələri döyüş qabiliyyətinə görə ən yeni NATO təyyarələrindən qat-qat üstün idi. Döyüşlərin birində Miq-21 təkbaşına bir neçə holland və amerikan təyyarəsini vurub salmışdı. Belə biabırçı məğlubiyyətlər barədə Qərb mətbuatı ciddi-cəhdlə susur, yalnız NATO “nailiyyətlərini” işıqlandırırdı. 18 aprel 1999-cu ildə bir qrup Yuqoslaviya təyyarəsi NATO-nun Bosniyadakı “Tuzla” aviabazasına basqın etdi, nəticədə 17 təyyarə, 3 vertolyot və 50 əsgər məhv oldu. Üzə çıxdı ki, aviabazanın normal havadan müdafiə sistemi yoxdur. 26 aprel 1999-cu ildə Yuqoslaviyanın 4 təyyarəsi NATO-nun Albaniyadakı “Rinas” avibazasına hücum etdi, ABŞ-ın 9 “Apaç” vertolyotu və 40 əsgəri məhv edildi. Aviabazadakı amerikan havadan müdafiə sistemi nə qədər atəş yağdırsa da, təyyarələrdən heç birini vura bilmədi. Həmin hadisə elə qorxu yaratdı ki, NATO aviasiyası uçuşlarını kəskin surətdə azaltdı. Yuqoslaviya havadan müdafiə qüvvələrinin vurduğu 5-dən çox transport vertolyotunun bortunda 100-ə yaxın amerikan xüsusi təyinatlısı olmuşdu. Yuqoslaviya Müdafiə Nazirliyinin məlumatına görə, ölkəyə təcavüz zamanı NATO 128 təyyarə, 14 vertolyot, 60 dron itirmişdir, o cümlədən müttəfiqlərin atdığı 454 qanadlı raket hədəfə dəymədən hədər yerə məhv olmuşdur.
 
AMERİKAN ƏSGƏRLƏRİ İRAQ KÜÇƏLƏRİNDƏ PİYADA GƏZMƏYƏ QORXURDULAR

 Nüfuzlu dünya telekanalları amerikan bombardmanlarının nəticələrini əks etdirən kadrları gecə-gündüz tamaşaçılara göstərərək əks tərəfin şücaətlərinin üstündən sükutla keçirlər. Tamaşaçı ekranda yalnız İraqda, Yuqoslaviyada, Liviyada yanan Sovet tank və raket komlekslərini görür, vurulmuş NATO aviasiyası haqqında isə ona heç bir məlumat verilmir. İnsanlara yeridilir ki, NATO aviasiyasının hücumu super dəqiqlikli silahın təntənəsi, birbaşa qələbə deməkdir və onun qabağında heç kəs dura bilməz. Beyin yuyulmasına məruz qalmız sadə insanlar sionist ağaları Yer üzünün şəksiz qüdrət sahibi kimi qəbul edirlər. “Demokratiya daşıyıcılarının” əməlləri şişirdilir və şərə qarşı mübarizə kimi təqdim olunur, iraqlı, serb, liviyalı pilot və zenitçilərin xarici təcavüzə qəhrəmancasına sinə gərmələri isə pərdələnir. Beləcə NATO neofaşizmi ayaq tutub yeriyir və öz təsirini daha çox məkanlara yaymağa nail olur.
 16 yanvar 1991-ci ildə Qərb İraqa təcavüz etdi. Bu təcavüzdə NATO aviasiyası mühüm rol oynadı. Ancaq İraq müharibəsində “çoxmillətli qüvvələrin” başına hansı oyunların gəldiyindən dünya ictimaiyyətinin xəbəri olmadı. İraq hərbi komandanlığının bacarıqsızlığı və passivliyi ucbatından NATO təyyarələri ilə döyüşlərdə ölkənin cəmi 25 təyyarəsinin iştirak etməsinə baxmayaraq, yenə də hava döyüşlərinin nəticələri koalisiya qüvvələrinin xeyrinə olmadı. Həmin 25 təyyarənin içindən Miq-29 və Miq-25 təyyarələri hava döyüşlərində hərəsinə 2-3 NATO təyyarəsi məhv etmişdilər. Hətta döyüşlərin birində İraqın köhnə Miq-23 təyyarəsi ABŞ-ın 2 “Xornet”, digər döyüşdə isə İngiltərənin 1 “Tornado” təyyarəsini vurub salmışdı. Digər hava döyüşündə Miq-29 təyyarəsi ABŞ-ın F-15 hücumçu təyyarələrindən 2-sini məhv etdi; məğlubiyyətin əsas səbəbi bu idi ki, F-15 təyyarələri Miq-29 qədər hündürlüyə qalxa bilmirdilər. Bu müharibədə xüsusən ABŞ-ın F-16 təyyarələri özlərini biabırçı vəziyyətdə göstərdilər; hava döyüşlərində F-16-lar bircə dənə də olsun İraq təyyarəsi vura bilmədikləri halda, onlardan 20-si İraq aviasiyası tərəfindən vurulub salınmışdı.
 17 yanvar-1 mart 1991-ci il dövrünü əhatə edən Birinci İraq Müharibəsi ABŞ üçün faciəli oldu. Amerikanlar təkcə 6 gün ərzində- 24 fevraldan 1 marta kimi 15 min əsgər, 600 tank və 150 təyyarə itirdilər. Amma sionistlərin əlində olan mətbuat dünya ictimaiyyətini ABŞ-ın İraq üzərində qələbə çaldığına inandıra bildi. Əslində heç bir qələbə əldə edilməmiş, ABŞ sözün həqiqi mənasında uduzmuşdu. Nə Səddam Hüseyn taxtdan salınmış, nə də Küveytdəki və Cənubi İraqdakı quru qoşunlar məğlub edilmişdi. ABŞ planlaşdırdığı kimi öz liberal marionetkalarını İraq hakimiyyətində otuzdura bilməmişdi. Amerikan ordusu böyük itkilər verərək faciəli duruma düşmüşdü.
 Ən qəribəsi də odur ki, ABŞ ordusunun döyüş qabiliyyətinin aşağı səviyyədə olması hər müharibədən müharibəyə daha aydın nəzərə çarpsa da, orduda heç bir ciddi islahatlar aparılmır və şəxsi heyətin lazımi hazırlığı üçün tutarlı addımlar atılmırdı. 19 mart-9 aprel 2003-cü ili əhatə edən İkinci İraq Müharibəsi zamanı ABŞ faciəli durumdan çıxış yolunu İraq elitasının pulla alınmasında gördü. ABŞ köhnə ssenarisini işə saldı. İraq hökumətinin vacib simalarından olan baş nazirin müavini Tarik Əziz amerikanlar tərəfindən satın alındı. Tarik Əziz İraq ordusunun kapitulyasiyasını təşkil elədi və müharibədən sonra Londona köçərək orda rahat yaşadı.
 ABŞ aviasiyasına qan ağladan İraqın havadan müdafiə qüvvələri məhz Tarik Əzizin səyləri nəticəsində amerikanların Bağdada girməsinə iki gün qalmış öz fəaliyyətini dayandırdı. Amma xəyanətkarlığa baxmayaraq ABŞ-ın ikinci kampaniyada itkiləri birinci kampaniyadakından da ağır oldu. İraq siyasi elitasının və satqın generalitetin kapitulyasiyasına baxmayaraq İraq xalqı işğalçılara qarşı kəskin müqavimət göstərdi. Xüsusən şiə silahlı qrupları amerikan əsgərlərinə olmazın problemlər yaratdılar. Müharibənin ilk fazasında- 2003-cü ilin 19 martından 15 aprelinə kimi iraqlılar 14 min amerikan və 2 min ingilis əsgərini məhv etdilər. 2003-cü ilin mayından dekabrına kimi 40 min, 2004-cü ildə isə 100 min amerikan hərbçisi öldürüldü.
 Nəcəf şəhərinə doğru hərəkət edən amerikan tanklarına şiə müqavimətçilər Sovetin “Şturm” silahının 1976-cı ildə istehsal olunmuş raketləri ilə od qoydular. “Şturm”dan buraxılan 9 raketdən təkcə 1-i hədəfə dəymədi, qalan 8 raket isə amerikanların 6 “Abrams” tankını və 1 BTR maşınını yerli-yeksan etdi. ABŞ hücumçu təyyarəsinin zərbəsi nəticəsində atəş nöqtəsi məhv edilsə də, köhnə Sovet silahı öz işini vaxtında gördü və ABŞ qoşununun irəlidəki əsas zirehli texnika qrupu sıradan çıxarıldı. Bundan sonra iraqlılar 5 ədəd T-72 və 3 ədəd T-62 tankı ilə amerikanların zirehli kolonnasına rahatlıqla hücuma keçə bildilər. Həmin döyüşdə amerikanların 14 tankı və 5 BMP-si məhv edildi, iraqlılar isə 1 T-72 və 1 T-62 tankı itirdilər. Düzdür, iraqlıların salamat qalmış 6 tankından 3-ünü sonradan amerikan aviasiyası məhv etdi, amma işğalçıların Nəcəf şəhərini tutmaq planı alt-üst oldu. Digər bir hadisədə müqavimətçilər “Şturm” silahından 8 raket atmaqla amerikanların 6 “Abrams” tankını məhv etdilər. Atəş nöqtəsini tərk edərkən iraqlılar “Şturm”u partladıb yararsız hala salmışdılar ki, trofey kimi düşmənin əlinə keçməsin.
 2004-cü ildə şiələr amerikanlara qan uddurdular. Həmin ilin aprelində şiələr amerikan zülmünə qarşı üsyana qalxdılar. Bundan sonra şiə döyüşçüləri amerikan vertolyotlarını paçka-paçka vurub saldılar. Müqavimətçilərin 18 noyabr 2004-cü ildə verdiyi xəbərə görə, noyabr döyüşlərində koalisiya qüvvələrinin 2 F-16 təyyarəsi, 11 vertolyotu, 5 dronu və içində 60 əsgər olan “Çinuk” transport təyyarəsi məhv edilmişdir. Rus istehsalı olan “Şilka”, “Strela” və “İqla” silahları NATO aviasiyasına cəhənnəm yaşatdılar. Araşdırmalara görə, ABŞ və müttəfiqləri İraqda 2003-cü ilin martından 2007-ci ilin fevralına kimi 125 vertolyot itirmişlər ki, onların çoxu yerdən odlu silah və köhnə Sovet texnikası ilə vurulmuşdur. 2003-cü ilin 19 martından 4 aprelinə kimi iraqlılar Bağdad səmasında hər gün 10-12 amerikan təyyarəsi vurub salmışlar. Paytaxtdan başqa, havadan müdafiə qüvvələri Kərkük, Mosul və Tikritdə də düşmən aviasiyasına kəskin müqavimət göstərmişlər. Elə “məhsuldar” günlər olmuşdur ki, iraqlılar ABŞ ordusunun onlarla “Apaç” hücumçu vertolyotlarını məhv etmişlər. 90 yaşlı iraqlı qocanın 1895-ci il istehsalı olan köhnə tüfənglə ABŞ-ın “Apaç” vertolyotunu vurub salması kadrları bütün dünyanı dolaşdı və insanları təəccübə saldı.
 İkinci İraq Kampaniyası dövründə İraq ordusunda olan Mi-24 Sovet vertolyotları koalisiya qüvvələrinin əsas başağrılarından birinə çevrildi. “Krokodil” (Timsah) adı qoyulmuş Mi-24 vertolyotları 27 aprelə kimi gedən döyüşlərdə NATO-nun 14 zirehli texnikasını sıradan çıxardılar. 27 aprel 2003-cü ildə 5 ədəd Mi-24 vertolyotu Fəluccə istiqamətində çöllüklə gedən koalisiya hərbi kolonnasına hücum etdi. Hücum zamanı vertolyotlara yerdən atəş açılsa da, onlara heç nə olmadı. ABŞ tankları raket zərbələrindən qaçmağa çalışarkən bir biri ilə toqquşdular, lülələri bir-birinə ilişdi, qarışıqlıq zamanı içəridəki mərmilər detonasiya verərək partladı və ağır fəsadlar yaratdı. Hücum nəticəsində amerikan və ingilislərin 39 zirehli texnikası məhv oldu. Vertolyotlar kolonnanı müşayiət edən ABŞ-ın “Super Kobra” vertolyotunu da vurub saldılar. Köməyə gələn ABŞ təyyarəsi hadisə yerindən uzaqlaşan axırıncı vertolyota tərəf bir neçə raket tullasa da, vertolyotun antiraket manevrləri sayəsinə heç biri hədəfə dəymədi. Əl-Cəzirə telekanalının çəkiliş qrupu dağıntı yerinə buraxılmadı və jurnalistlər uzaq məsafədən yoldan qalxan tüstünü çəkib efirə verdilər. Amerikanlar vəziyyətdən çıxmaq üçün əvvəl bildirdilər ki, bu yanan neft mədəninin tüstüsüdür, sonra bəyan etdilər ki, məhv edilmiş İraq hərbi kolonnasının tüstüsüdür. Əl-Ərəbiyyə telekanalı kolonnanın darmadağın edilməsində iştirak etmiş İraq vertolyotunun bort kamerasındakı çəkilişləri efiriə verəndə onların yalanının üstü açıldı. Amerikan xalqının əvvəl-axır öz əsgərlərinin başına gələn bu faciədən xəbəri olmadı. Bu məğlubiyyətin səhəri günü amerikan hərbçilərinin başına daha bir faciə gəldi. 28 apreldə İraq ordusunun Mi-24 vertolyotu Fəllucə şəhərini yaxınlıqdan bomba atəşinə tutan ABŞ-ın zirehli texnika qrupuna hücum etdi. Vertolyotun buraxdığı raketlər “Abrams” tanklarını, “Bredli” BMP-lərini və M109 özüyeriyən toplarını məhv etməklə yanaşı, mərmi yüklənmiş maşınlara dəydi; partlayış elə güclü oldu ki, səsi 20 km uzaqdakı İraq kəndlərində eşidildi. Ratsiya ilə çağılımış ABŞ təyyarələri köməyə gələnə kimi Mi-24 vertolyotu 28 zirehli texnikanı məhv etdi və döyüş zonasından uzaqlaşdı. Maraqlısı bu idi ki, ABŞ zirehli texnikasının oturuşduğu həmin pozisiyanın heç bir zenit müdafiəsi sistemi yox idi. Həmin katastrofik məğlubiyyətdən sonra ABŞ ordu komandanlığı hərbi hissələrə yalnız azsaylı maşınlarla yürüşə çıxmağı əmr verdi. Hərbi texnikanın asfalt yollarda getməsi qadağan olundu, ancaq qrunt yollarda hərəkət etməyə icazə verildi. Lakin amerikanlar ehtiyat tədbirlərini gücləndirsələr də, yenə də itkilər verməkdə davam etdilər. 3 apreldə Mi-24 NATO hərbi kolonnasına hücum edərkən vertolyotlarla üz-üzə gəldi. Mi-24 həmin döyüşdə təkbaşına ABŞ-ın 4 “Apaç” və “Super Kobra” vertolyotunu məhv etdi, lakin döyüş zonasından uzaqlaşan zaman ABŞ təyyarələrinin hücumuna məruz qaldı və vuruldu.
 2003-cü ildə ABŞ İraqda 600 tank və 400 təyyarə itirdi. Elə müharibənin ilk saatındaca- Bağdada aviasiya hücumu zamanı ABŞ-ın 18 ədəd geniş reklam olunan, “gözəgörünməz” adı qoyulmuş “Stels” texnologiyalı bombardmançı təyyarələri vurulmuşdu. İraq müharibəsində məlum oldu ki, “Stels” təyyarələri heç də görünməz deyilmiş. Bu təyyarələr ancaq ABŞ və NATO radiolokatorları üçün görünməz idilər, amma iraqlılar əllərində olan Sovet radiolokatorları ilə onları asanca aşkarlayır və vurub salırdılar.
 Birinci və ikinci İraq kampaniyası arasında- 1992-2002-ci illər ərzində də İraq ərazisinə hücumlar edən ABŞ və İngiltərə aviasiyası kolossal itkilər vermişdir. Həmin müddət ərzində İraq havadan müdafiə qüvvələri peşəkarlıq nümayiş etdirərək hər il təxminən 30-50 ABŞ və 10-12 İngiltərə təyyarəsi vurmuşlar. 2003-cü ilin yanvarında İraqın havadan müdafiə sistemini məhv etmək tapşırığı ilə 200 ABŞ və İngiltərə təyyarəsi ölkəyə basqın etdi. Yeddi ay yarım ərzində bu məqsədlə həyata keçirilən hücumlar zamanı ABŞ 250, İngiltərə 50 təyyarə itirmişdi, İraq havadan müdafiə qüvvələrinə isə heç bir xəsarət dəyməmişdi. İraq müharibəsi İngiltərəyə daha ağır başa gəlmişdi. 2000-2002-ci illər ərzində İraqa hava hücumları zamanı İngiltərə öz aviasiyasının çox hissəsindən məhrum olmuşdu. 2001-ci ilə kimi 300 döyüş təyyarəsinə malik olan İngiltərə ordusunun 2003-cü ilin martında cəmi 110 döyüş təyyarəsi qalmışdı, onun da 60-ı xarab idi. Nəzərə almaq lazımdır ki, koreyalılar kimi iraqlılar da ABŞ və NATO təyyarələrini Böyük Vətən Müharibəsi dövründən qalma Sovet texnikası ilə vurub salırdılar. ABŞ zirehli texnikası da İraqda özünü gözlənildiyi kimi göstərə bilmədi. Geniş reklam olunan “Abrams” tanklarını köhnə Sovet silahları ilə asanca məhv etmək olurmuş. Müharibənin başladığı ilk 9 gün ərzində iraqlılar Sovetin “Kornet” silahı ilə koalisiya qüvvələrinin 32 tankını vurub dağıtmışdılar.
 Həmişə olduğu kimi ABŞ müdafiə nazirliyi İraqdakı itkiləri də ciddi-cəhdlə gizlətməyə çalışdı. Real itkilər rəsmi elan olunanlardan qat-qat çox idi. Müstəqil araşdırmalardan birində deyilir ki, ABŞ ordusu İraqda 2003-cü ilin 19 fevralından 31 dekabrına kimi 50 min əsgər itirmişdir. Avropa ekspertlərinin hesablamarından məlum olur ki, təkcə 2003-cü ilin yayında İraqda 3 min amerikan əsgəri öldürülmüşdür. Jurnalist təhqiqatlarına görə 2003-cü ilin iyun-avqust aylarında Bağdadda hər gün 3-5 amerikan əsgəri həlak olmuşdur. Pentaqonun rəsmi nümayəndəsinin verdiyi xəbərə görə, 16 noyabr 2003-cü ildə Mosul yaxınlığında 2 ABŞ transport vertolyotu vurulmuş, 40 amerikan əsgəri öldürülmüşdür. Əgər ABŞ-ın müttəfiqləri olan kürdlərin nəzarət etdiyi Mosulda bir gün ərzində 40 amerikan əsgəri öldürülür və 2 vertolyot vurulursa, onda qeyri-stabil ərazilər sayılan Bağdad və başqa şəhərlərdə amerikanların başına hansı faciələrin gəldiyini təsəvvür etmək çətin deyil. Mətbuatın bir məlumatında deyilir: “7 noyabr 2003-cü ildə Tikrit şəhəri ərazisində 2 amerikan vertolyotuna daşınan zenit raket kompleksindən atəş açılmışdır. Vertolyotlardan biri partlamış və 6 nəfər həlak olmuşdur. İkinci vertolyot vurulsa da, yerə enə bilmişdir. Həmin vertolyotda yaralananlar içində ABŞ baş hərbi prokuroru general-mayor Tomas Roulinq də olmuşdur”. Əgər 2003-cü ilin may-iyun aylarında İraqda amerikan əsgərlərinə gündə təxminən 20 dəfə hücum olunurdusa, yayın axırlarında bu hücumlar artaraq gündə 100 dəfəyə, payızın axırlarında isə gündə 200 dəfəyə çatmışdı! İraqlılar üçün amerikanların zirehli “Xammer” maşınlarını 300-400 metr məsafədən qranatomyotla vurub partlatmaq adi hal almışdı.
 İraq müharibəsi dövründə ildə 150 min nəfərə xidmət göstərməyə hesablanmış ABŞ-ın Uolter Rid adına baş hərbi hospitalında yaralı əlindən tərpənmək mümkün deyildi. Get-gedə artan valideyn narazılığı kütləvi etiraz aksiyalarına keçməsin deyə ABŞ hökuməti həlak olmuş hərbçilərin ailələrinə verilən birdəfəlik yardımın miqdarını 6 min dollardan 12 min dollara qaldırmışdı. ABŞ-da ölmüş hərbçilərin valideynləri hay-küy qoparmasınlar deyə bəzən onların ailələrinə rəsmi pensiyadan başqa böyük məbləğdə kompensasiya da verirlər. Belə kompensasiya qanunda göstərilmədiyindən hər ailə ala bilmir, yalnız mətbuata çıxaraq şikayət yağdıran, necə deyərlər demoqoqluq edən hərbçi ailələrinə verilir. Həmin kompensasiyanı verərkən ailənin dilindən kağız alınır ki, əsgərin hansı şəraitdə həlak olduğunu bir də heç yerdə açıqlamayacaqlar. Ələbaxan mətbuat da öz növbəsində ölmüş hərbçidən bəhs edərkən onun qəhrəmanlığını önə çəkir və “vətən qurban tələb edir” diskursu üzərində dayanaraq ailənin faciəsini ört-basdır etməyə çalışır. Əsgərlərə bloq işlətmək və internetdə yazışmaq da qadağan olunmuşdur ki, təfərrüatlar üzə çıxmasın.
 Qeyd etmək lazımdır ki, ön cəbhədə vuruşanların 80 faizi ABŞ vətəndaşlığı almamış latınoamerikanlar olduğundan onlar öləndə ABŞ-ın itkiləri siyahısında yer almırlar. İraqda polis, mühafizə və təlimatçı kimi işləyənlərin çoxu ABŞ silahlı qüvvələrinə aid olmadıqlarından və muzdlu xidmət göstərdiklərindən onlar da öləndə ordu itkiləri siyahısına salınmırlar. Bundan başqa, ABŞ meyarlarına görə, terror aktı zamanı həlak olanlar yox, yalnız üzbəüz döyüşdə həlak olanlar itkilər siyahısına salınırlar. Məsələn, iraqlı mücahid küçəni patrul edən amerikan əsgərlərinə qranat sıxırsa və onlar qırılırsa, bu əsgərlər xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş yox, terror aktı zamanı həlak olmuş sayılırlar. Əgər əsgər yaralanıbsa və hadisə yerində yox, hospitalda ölübsə o da ordu itkisi sayılmır. Məsələn, əsgər İraqda yaralanmışsa və ABŞ-a gətirilərək burda hospitalda ölmüşsə, bu müharibə itkisi hesab olunmur. Minaya düşmüş maşınlarda həlak olmuş hərbçilər də ordu itkisi siyahısına salınmır, terror qurbanı hesab olunurlar. Mina müharibəsi isə iraqlıların və əfqanlıların amerikanlara qarşı apardığı mübarizənin əsas özəyini təşkil etmişdir.
 ABŞ hərbi avtokolonnası iraqlı müqavimətçilərin hücumuna tuş gəlmişdi. Hücumçular avtokolonnanın başındakı və axırındakı maşınları qranatomyotla vurmuşdular və ortada qalmış yük maşınlarına atəş açmağa başlamışdılar. Maşınlardakı əsgərlər yolun qırağındakı dərəyə tökülüşmüşdülər və yerə yatmışdılar. Çaş-baş qalmış sürücülər maşınları atəş altından çıxarmaq üçün həmin dərəyə sürmüşdülər, bu zaman yerə uzanmış əsgərlər təkərlərin altında qalmışdılar. Kuzovunda yerə tökülməyə macal tapmamış əsgərlər olan maşınların bir neçəsi aşmışdı. Beləcə çoxlu sayda əsgər və sürücülər ölmüşdü. Lakin həmin hadisənin araşdırılması zamanı bədənində güllə və qəlpə izi olmayan meyidlər ordu itkisi kimi yox, yol-nəqliyyat qəzası qurbanı kimi sənədləşdirildi.
 Mütəxəssislərin fikrincə ABŞ-ın İraqdakı kolossal itkiləri ilk növbədə əsgərdən tutmuş generala kimi amerikan hərbçilərinin professional keyfiyyətlərinin yetərincə olmaması ilə bağlıdır. İraq müqavimətçiləri üçün küçə ilə gedən amerikan patrullarına qranat tullamaq adi hal olmuşdu, çünki müqavimətçilər amerikanların atıcılıq qabiliyyətinin zəif olmasını gözəl bilirdilər. Amerikan bazalarının minomyot, qranatomyot və toplardan tez-tez atəşə tutularaq yerli-yeksan edilməsi isə onu göstərirdi ki, amerikanlar baza yerini düzgün seçməyi və müdafiə sistemini dayanıqlı qurmağı bacarmırlar. Amerikan hərbi bazalarının yaşayış hissəsi brezent palatkalardan qurulduğundan minomyot bombardmanı zamanı çoxlu sayda əsgər həlak olurdu. Komandanlıq İraqda uzun illər mütəmadi olaraq hücuma məruz qalan, mərmi atəşinə tutulan əsgər heyətini brezent palatkalar əvəzinə bunkerlərə, ya da dəmir-beton divarlarla qorunan baraklara yerləşdirə bilərdi, ancaq bunu etmirdi. Amerikanların Bağdaddakı blokpostlarının mediada yayımlanan görüntüləri hərbi mütəxəssislərdə gülüş doğururdu. Həmin blokpostlar beton bloklarla bərkidilmək əvəzinə adi qazılmış çuxurdan ibarət idi. Belə blokpostda nəinki mərmidən, heç pulemyot atəşindən belə qorunmaq mümkün deyildi. Minomyotlardan həmin blokposta tərəf atılmış mərmi ora sığınmış 10-12 əsgəri tikə-tikə edirdi.
 İtkilərin çoxluğunu nəzərə alan amerikan komandanlığı piyada patrulları zirehli texnika ilə əvəz etdi. Artıq amerikan əsgərləri küçələrdə piyada gəzməyə qorxurdular. Əsgərlərin İraq şəhərlərinin küçələrini gecələr, özü də zirehli maşınlarda patrul etməsi taktikası özü də səhv idi. Gecələr müqavimətçilər daha rahat işləyirdilər: amerikanlar tez-tez qranatomyot zərbəsinə tuş gəlir, ya da minaya düşürdülər. Komandanlığın axmaqlığı ona gətirib çıxardı ki, amerikanlar İraqın əsas regionlarında, xüsusən də Bağdad ərazisində nəzarəti tam itirdilər.
 
ABŞ XÜSUSİ TƏYİNATLILARI XARİCDƏ NADİR HALLARDA UĞURLU ƏMƏLİYYAT HƏYATA KEÇİRƏ BİLMİŞLƏR

 1993-cü ilin 3 oktyabrında BMT-nin Somalidə həyata keçirdiyi sülhməramlı əməliyyat çərçivəsində ABŞ speçnazı “Delta” ordu reyncerlərinin dəstəyi ilə ölkə paytaxtı Moqadişoya girdi. Məqsəd general Məhəmməd Aydidin rəhbərlik etdiyi Somali Milli Alyansına mənsub olan iki hökumət üzvünü həbs etmək idi. Lakin “Delta” şəhərin küçələrində Somali Milli Alyansının silahlıları ilə üz-üzə gəldi və çətin vəziyyətə düşdü. 90 dəqiqəyə planlaşdırılmış əməliyyat ABŞ xüsusi təyinatlılarının ağlaşma və fəryadları altında 3 gün davam etdi və məğlubiyyətlə nəticələndi. General Aydidin döyüşçüləri amerikan əsgərlərinin mindikləri “Xammer” zirehli ciplərini adi avtomatlarla deşik-deşik etdilər. Somalililər amerikanların 2 vertolyotunu və çoxlu sayda avtomobilini vurdular. Komandanlıq acınacaqlı vəziyyətə düşmüş xüsusi təyinatlıların xilası üçün 2 dəfə hərbi kolon göndərsə də, hər iki kolon şəhərin küçələrində gülləbaran edildi və geri qayıtmaq əmri aldı. Bundan sonra amerikanlar kömək üçün sülhməramlı kontingentdən olan pakistanlı və malaziyalı həmkarlarına müraciət etdilər. Pakistanlı və malaziyalı hərbçilər 4 tank, 24 zirehli transportyor, 30-a yaxın maşın və havadan çoxlu sayda vertolyotların dəstəyi ilə hücuma keçərək barrikadaları yardılar və yarımcan olmuş ABŞ xüsusi təyinatlılarını odun-alovun içərisindən çıxarıb gətirdilər. Amerikan hərbçilərində kinolarda gördüyümüz Rembolardan əsər-əlamət qalmamışdı. Araşdırma zamanı üzə çıxdı ki, müqavimət göstərən somalillərin içində qadın və uşaqlar da varmış, onların köhnə “Kalaşnikov” və bir neçə RPQ-dən başqa heç bir silahı yoxmuş. Təkcə pakistanlı və malaziyalıların axırıncı hücumu zamanı onların başına vertolyotlar 80 min patron və 100 reaktiv mərmi yağdırmışdılar. Moqadişo döyüşü zamanı ABŞ silahlı qüvvələrinin 18 əsgəri öldürüldü, 77 əsgəri yaralandı, 1 vertolyot pilotu isə əsir düşdü. Si-En-En telekanalı həlak olmuş “Delta” əsgərinin parçalanmış cəsədini somalililərin küçədə sürüməsi kadrlarını bütün Amerikaya göstərdi və bu kadrlar amerikanlarda şok effekti yaratdı. “Delta” speçnazının başına gələn bu biabırçılıq ABŞ hökumətini öz ordusunu təcili surətdə Somalidən çıxarmağa məcbur etdi. ABŞ müdafiə naziri istefaya göndərildi və general Aydid ilə sülh müqaviləsi imzalandı.
 25 noyabr 2001-ci ildə Əfqanıstanda Məzari-Şərif şəhərinin 10 kilometrliyindəki Qalai-Cəngi qalasının türməsində həbsdə saxlanılan taliblər qiyam qaldırdılar. Heç bir silahı olmayan məhbuslar bütün nəzarətçiləri öldürdülər və qaladakı silah arsenalını ələ keçirərək müdafiə mövqeyi tutdular. Təpədən dırnağa kimi silahlanmış NATO əsgərləri bir həftə ərzində dalbadal hücuma keçsələr də, 500-ə yaxın məhbus onlara şiddətli müqavimət göstərib geri otuzdurdu. Qalanı tutmaq istəyən NATO ordusunun bütün cəhdləri nəticəsiz qaldı. Onda qərara alındı ki, qalanın mərmilər yığılmış hissəsinə təyyarədən bomba ilə zərbə endirilsin. Lakin yerdən lazerlə istiqamətləndirilməsinə baxmayaraq amerikanların superdəqiq bombası sayılan 300 kiloqramlıq bomba hədəfə düz düşmədi. Qalanın mərmi arsenalı yığılmış anbarı hava zərbəsindən də heç bir zədə almadı. Qəzəblənmiş amerikanlar uzun müddət qalanı artilleriya və raket atəşinə tutdular, lakin yenə də mərmi anbarını düzgün vurub partlada bilmədilər. Tərifli amerikan silahının yararsızlığı bir daha üzə çıxdı. Bundan sonra amerikanlar bombardmançı təyyarələri havaya qaldıraraq bütün gecəni qalaya ağır bombalar yağdırdılar və onu xaraba qoydular. Səhər hava açılanda yerlə bir olmuş qalaya hücum edən amerikan xüsusi təyinatlıları yenə də şiddətli atəş ilə üzləşdilər və geri oturdular. Bundan sonra komandanlıq qərara gəldi ki, qalaya ABŞ-ın ən böyük 900 kiloqramlıq bombası atılsın. Həmin bombadan müttəfiq qoşunların 6 əsgəri ölsə və amerikanların 5 əsgəri yaralansa da, qaladakılara ciddi xəsər dəymədi. Hücuma keçən NATO əsgərlərinə dağıntıların altında sağ qalmış taliblər elə müqavimət göstərdilər ki, sanki qalaya heç bir bomba atılmamışdı. Yalnız gücdən düşmüş sonuncu müdafiəçilərin sığındığı zirzəmini su ilə doldurduqdan sonra amerikanlar qalanı tuta bildilər.
 31 mart 2004-cü ildə İraqın Fəllucə şəhərində amerikan əsgərlərinin küçələrdə dinc sakinlərə atəş açmasından bezən yerli camaat “Blekuoter” mühafizə xidmətindən kontraktniklərə hücum etdilər. Fəllucəlilər öldürdükləri 4 “Blekuoter” hərbçisinin meyidini küçələrdə sürüdükdən sonra şəhər körpüsündən asdılar və bu kadrlar dünya telekanallarında göstərildi. ABŞ ictimaiyyəti gördü ki, iddiaların əksinə olaraq amerikan ordusu İraqa nəzarət etmək iqtidarında deyil. ABŞ müdafiə naziri Donald Ramsfeld onun reputasiyasına ciddi zərbə vurmuş Fəllucə əhalisini cəzalandırmaq əmrini verdi. 4 aprel 2004-cü ildə Fəllucə şəhərinə 6 min ABŞ əsgəri yeridildi. Lakin şəhər sakinləri kəskin müqavimət göstərdilər. Pis silahlanmış fəllucəlilər təpədən dırnağadək silahlanmış ABŞ əsgərlərinə qan uddurdular. Fəllucənin tutulması işində nə ABŞ-ın qorxunc vertolyotları, nə geniş reklam olunan superdəqiq raketləri, nə də ki hər şeyə qadir xüsusi təyinatlıları heç nə edə bilmədi. Şəhərin aviasiya tərəfindən 200 kiloqramlıq bombalarla bombalanması da kara gəlmədi. Ağır itkilər ucbatından amerikan komandanlığı 28 apreldə məcbur qalıb Fəllucə ağsaqqalları ilə sülh müqaviləsi bağlamalı oldu. Fəllucə döyüşündə amerikanların ən böyük taktikası o olmuşdu ki, “Metalliqa” rok-qrupun ağır musiqilərinin yüksək sədaları altında şəhərin müdafiəçilərinə psixi təsir göstərməyə çalışmışdılar.
 Uğursuz cəhddən yarım il sonra- 8 noyabrda amerikanlar yenidən Fəllucəyə hücuma keçdilər. Bu dəfə şəhərə 25 min əsgər və saysız-hesabsız texnika yeridildi. Onlara qarşı cəmi 4 min şəhər əhalisi müqavimət göstərdi. Amerikanlar şəhərə 4 istiqamətdən girməyə çalışsalar da, bütün istiqamətlərdə ilişərək irəliləyə bilmədilər və ağır itkilər verdilər. Cəmi 3 gün ərzində ABŞ ordusunun 11 “Abrams” tankı, 22 “Xammer” zirehli maşını, 11 döyüş vertolyotu, içində 60 əsgər olan 1 transport vertolyotu, 2 döyüş təyyarəsi, 5 pilotsuz kəşfiyyat təyyarəsi vurulub məhv edildi. Yeni məğlubiyyətin iyini duyan ABŞ komandanlığı Fəllucənin havadan bombalanması əmrini verdi. Aviasiya bombardmanı nəticəsində Fəllucə şəhəri demək olar ki, Yer üzündən silindi. Amerikanlar Fəllucəni yalnız bütün dünyada qadağan olunmuş kimyəvi silah ilə bombalayandan sonra tuta bildilər. Fəllucə döyüşlərində amerikanlar 1500-ə yaxın əsgər itirdilər. Kiməyəvi bomba şəhəri bir günə saldı ki, həkimlər indi də fəllucəli qadınlara doğmağa icazə vermirlər.
 ABŞ əsgərləri İraqda şücaətləri ilə fərqlənməsələr də, dinc əhaliyə heç nədən atəş açma, meyidlərin təhqir olunması, Quranın yandırılması, zorakılıq və talançılıqları ilə yadda qalmışlar. ABŞ-ın İraqdakı əməliyyatlarına komandanlıq edən generalı Ceyms Mettisin mətbuata dediyi kimi, “döyüşmək və öldürmək necə də böyük şənlikdir, insanları üzbəüz güllələmək necə də zordur”!
 2 may 2011-ci ildə ABŞ xüsusi təyinatlıları Pakistanın Abbottabad məntəqəsindəki malikanəsində dünyanın “1 nömrəli terrorçusu” adlandırılan Usama ben Ladeni öldürdülər. Ben Laden ömrünün axırına yaxın əlilə çevrilmişdi və dünya birliyi üçün heç bir təhlükə kəsb etmirdi. Ben Laden nəinki heç kəsdən gizlənmirdi, yanında bircə nəfər də olsun mühafizəçisi də yox idi. Evindən “Kalaşnikov” avtomatı və “Makarov” tapançasından başqa heç bir güclü silah-sursat tapılmadı. Ben Ladeni öldürməyin çoxlu sadə üsulları vardı. Həyətinə qranat atmaqla, snayperlə vurmaqla və ya zəhərləməklə onu asanca aradan götürmək olardı. Amma ABŞ bu adamın likvidasiya üçün xüsusi əməliyyat hazırladı, 200 xüsusi təyinatlı göndərdı və milyonlarla dollar pul xərclədi.
 ABŞ xüsusi təyinatlıları vertolyotla Ben Ladenin mülkinə enmə prosesini dəfələrlə məşq etsələr də, əməliyyat zamanı həyətə enən ilk vertolyot quyruğu ilə evin hündür hasarına ilişdi. İçində əsgərlər olan vertolyot aşdı və həyətin ortasına düşərək alışdı. Bütün bunlar pəncərədən heyrət içində baxan Ben Ladenin gözü önündə baş verdi. Lakin ABŞ xüsusi təyinatlılarının macəraları bununla bitmədi. Həyətin ortasına qonmalı olan digər vertolyotun pilotu da düzgün eniş edə bilmədi; vertolyot həyətə qonmaq əvəzinə hasardan çölə qondu. Vertolyotdan tökülüşmüş əsgərlər daş hasarı yarmağa bir xeyli vaxt sərf etdilər. Amerikanlar içəri daxil olanda Ben Laden üçmərtəbəli evin üst mərtəbəsində idi; heç bir müqavimət göstərməsə də xüsusi təyinatlılar onu arvad və uşaqlarının gözü önündə güllələyərək öldürdülər. ABŞ hökuməti bu əməliyyatı dünya ictimaiyyətinə analoqu olmayan şücaət kimi sırıdı.
 Ben Ladenin öldürülməsindən həvəsə düşən ABŞ hökuməti bu yolla Suriya lideri Bəşər Əsədi də aradan götürmək qərarına gəldi. Prezident Barak Obama eyni qayda ilə Əsədi öldürmək əmri verdi. MKİ Əsədin likvidasiyası üçün “Azadlıq burulğanı” adlı əməliyyat hazırladı. Əməliyyatın həyata keçirilməsi ABŞ-ın ən güclü və reputasiyalı speçnazı sayılan “Yaşıl beretlilər”ə tapşırıldı. Amma əməliyyatın gedişatı göstərdi ki, “Yaşıl beretlilər” yalnız ABŞ-da güclü reputasiyadadırlar, əslində isə onların elə də güclü döyüş qabiliyyəti yoxdur.
 2012-ci il 24 iyuldan 25 iyula keçən gecə Bəşər Əsədin radiodanışıqları əsasında onun Dəməşq kənarındakı həyət evlərindən birində olduğu müəyyənləşdirildi. Bundan sonra Türkiyə ərazisindəki NATO bazasından içində speçnaz olan 5 vertolyot havaya qaldırıldı. Lakin əməliyyat yerinə cəmi 3 vertolyot gedib çıxa bildi, 2-si yolda vuruldu. “Vaşinqton Post” qəzetinin verdiyi məlumata görə həmin 2 vertolyot yerdən Rusiya istehsalı olan “Peçora-2M” zenit-raket kompleksinin atəşi ilə məhv edilmişdir. Lakin digər 3 vertolyotun içindəki speçnaz da heç nə edə bilmədi. Dəməşq kənarında qısa atışmadan sonra “Yaşıl beretlilər”in 23 əsgəri öldürüldü. Sağ qalan 27 əsgər vəziyyətin qəlizləşdiyini görüb gəldikləri 3 vertolyotu partlatdılar və Suriya əsgərlərinə təslim oldular. Beləcə, MKİ-nin hazırladığı əməliyyat uğursuzluqla nəticələndi və ABŞ speçnazı bir daha bütün dünyada biabır oldu. 27 ABŞ əsgərinin Bəşər Əsədin əlinə keçməsi NATO-nu Suriyaya müdaxilə etmək planından daşındırdı.
 Hollivud kinolarında ABŞ əsgərləri həmişə qələbə çalırlar. Real həyatda isə işlər bir az qəlizdir. 5 oktyabr 2013-cü ilə NATO speçnazı Somalidə “Aş-Şabab” silahlı qruplaşmasının səhra komandiri Əbdülqadir Məhəmmədi həbs etmək üçün əməliyyata başladı. ABŞ hərbi dəniz qüvvələrinin SEAL xüsusi təyinatlıları rezin qayıqlarla Əbdülqadirin Barave liman şəhərindəki villasına yan aldılar və çıxışda mövqe tutdular. Evin mühafizəçilərindən biri çölə çıxaraq siqaret çəkdi. O amerikan əsgərlərini görsə də, özünü bilməməzliyə vurdu və sakit halda evə qayıtdı. Bir azdan evin içindən amerikan əsgərlərinin başına od-alov yağdı. Mühafizəçilər amerikanlara avtomatlardan atəş açdılar və qranat tulladılar. Mühasirəyə alınmış ev sahildəki gəmilərdən bombalansa da, xeyri olmadı və xüsusi təyinatlılar qaçmağa üz qoydular. Onlar qaçarkən evin ətrafında çoxlu silah-sursat və bahalı cihazlar atıb getdilər ki, hamısı “Aş-Şabab” üzvlərinin əlinə keçdi. Döyüşçülər götürdükləri bu hərbi qənimətlərin şəkil və videosunu çəkərək internetə qoydular və NATO xüsusi təyinatlılarını biabır etdilər. “Aş-Şabab”ın mətbuat katibinin açıqlamasına görə ki, həmin uğusuz əməliyyatda amerikanlarla birgə ingilis və türk hərbçiləri də iştirak edirmişlər. Onun sözlərinə görə, döyüşdə bir ingilis komandiri öldürülmüş, 5 ingilis və türk hərbçisi isə yaralanmışdır.
 “ABŞ dünyanın ən güclü dövlətidir. Biz öz ordumuza başqalarından daha çox xərc çəkirik. Bizim qoşunlar dünya tarixinin ən yaxşı döyüşkən qüvvələridir. Heç bir xalq bizə və müttəfiqlərimizə hücum çəkməyə cəsarət etməz, çünki bilirlər ki, bu ölümə gedən yoldur”. Barak Obama prezident postunu təhvil verərkən Konqress qarşısında öz axırıncı çıxışını edəndə planetin o biri başında amerikan əsgərləri iranlıların qarşısında diz çökmüşdülər. 12 yanvar 2016-cı ildə İran hərbçiləri ölkənin territorial sularına girmiş ABŞ hərbi dəniz qüvvələrinin 2 katerini bircə güllə də atmadan ələ keçirdilər. Katerlərdəki 10 amerikan dəniz piyadası dizi üstə otuzduruldu, silah və texnika götürüldü. Bu hadisənin video və fotoları dünya mətbuatını dolaşdı. Amerikan hərbçiləri kamera qarşısında İran sularına qanunsuz daxil olduqlarına görə üzr istədilər. Təlaşa düşən Pentaqon bəyanat verdi ki, katerlərdən birinin naviqasiya cihazı xarab olmuş, o biri kater isə ona köməyə gələrkən səhvən İran territorial sularına adlamışlar. ABŞ hökuməti həmin hadisəyə görə rəsmən İrandan üzr istəyəndən sonra iranlılar amerikan əsgərlərini azad etdilər. Katerlərdə olan noutbuklardakı ABŞ Hərbi Dəniz Flotuna məxsus 13 min səhifə gizli sənəd İran kəşfiyyatının əlinə keçdi.

AMERİKAN HƏRBÇİLƏRİNƏ DÖYÜŞMƏYİ POLİQONDA YOX, KOMPÜTER TRENAJYORLARINDA ÖYRƏDİRLƏR

 Ordunun avtoriteti vətəndaşların gözündə o qədər düşmüşdür ki, amerikanların çoxu orduda xidmət etmək istəmirlər. Çağırışçı defisiti ABŞ hərbi məmurlarını dünyada analoqu olmayan güzəştlərə getməyə məcbur etmişdir. Batalyon komandirlərinə hətta mütəmadi sərxoşluq və narkomanlıq etdiyinə görə əsgəri qovmaq qadağan olunmuşdur. Zəif fiziki göstəricilərə görə də əsgəri ordudan təxris etmək olmaz. 2012-ci ildə verilmiş müvafiq qərara görə, orduda hətta hamilə qadınlar da xidmət keçə bilər. Obama geylərə orduda xidmət etməyə icazə verdi. İraq və Əfqanıstan müharibələri ABŞ əhalisində kütləvi xof yaratmışdır. Təsafüdi deyildir ki, təkcə İraq müharibəsində ABŞ ordusunda 9 min dezertir və 700 intihar qeydə alınmışdı. Ölkənin bir çox yerlərində, xüsusən əhalinin gur olduğu məkanlarda hərbi xidmətə cəlb etmək üçün reklam və şirnikləndirmə məntəqələri yaradılmışdır. Lakin nə inandırmaq, nə də vədlər yolu ilə ordunun populyarlığını artırmaq müşkül məsələyə çevrilmişdir. ABŞ vətəndaşları artıq ordudakı rahat və təminatlı həyat barədə nağıllara inanmırlar. Onlar açıq-aşkar görürlər ki, hərbi xidmətdən qayıdanlar və müharibə veteranları səfil vəziyyətdə yaşayır və küçələrdə yatırlar. Son illər ərzində orduya çağırışçıları şirnikləndirmək üçün ABŞ hakimiyyəti kontrakta görə xidmət pulunu bir neçə dəfə artırmalı olmuşdur. Təxrus olunmuş ABŞ hərbçilərinin çoxu öz hökumətlərinə etibar etmirlər və bunu açıq-aşkar dilə gətirirlər. ABŞ-da nəinki hərbçiləri havayı mənzillə təmin etmə proqramı yoxdur, hətta dövlət döyüşlərdə əlil olmuş hərbçilərə kömək etməyi də öz vəzifəsi saymır. 1991-ci ildə 780 min əsgəri olan ABŞ ordusunun gələcəkdə 420 mini aşmayacağı proqnozlaşdırılır.
 1993-cü ildə qəbul olunmuş qanuna əsasən ABŞ ordusunda homoseksualistlər və lezbiyankalar da qulluq edə bilərdilər, bir şərtlə ki öz seksual orientasiyalarını gizlətsinlər və açıq-aşkar sərgiləməsinlər. Lakin 2011-ci ildə demokratik hüquqlar o qədər güc gəldi ki, yeni qanun qəbul olundu; bu qanuna əsasən ABŞ ordusunda xidmət edən homoseksualist və lezbiyankalar öz orientasiyalarını hər yerdə, özü də fəxrlə bəyan edə və biruzə verə bilərlər. İş o həddə gəlib çatıb ki, vaxtilə orduda seksual eybəcərliklərə qarşı mübarizə aparan hərbi koordinatorların özləri seksual orientasiyası ləngər vuranlardır. Belə bir vəziyyətdə hansı keyfiyyətli ordudan söhbət gedə bilər? Məhz bunun nəticəsidir ki, amerikan ordusunda orta əsrlər dövrünə xas seksual cinayətlər adi hal alıb. ABŞ Müdafiə Nazirliyi Seksual Zorakılıq və Nəticələrinin Aradan Qaldırılması Komissiyasının 1500 səhifəlik məruzəsindən aydın olur ki, orduda zorakılıq kütləvidir. Pentaqon təkcə bir il ərzində 3374 dəfə əsgərlərin bir-birini zorlaması halını qeydə alıb sənədləşdirmişdir, lakin mütəxəssislər bildirirlər ki, belə hallar həddən artıq çoxdur. Sorğu göstərmişdir ki, ABŞ ordusunda hər 10 zorakılıq halından yalnız 1-i sənədləşdirilir, yəni hər 10 incidiləndən 9-u şikayət raportu yazmadığından əksər insidentlər gizli qalır. Hesablamalara görə, 1 il ərzində ABŞ ordusunda 26 min zorlanma halı olur. Bu cəhətdən Stringer Beynəlxalq Təhqiqatlar Bürosunun məlumatı maraq doğurur. Büro bildirilir ki, Yaponiyanın Okinava adasındakı amerikan hərbi bazalarında 1972-ci ildən 2010-cu ilə kimi hər gün 23 zorlanma halı baş vermişdir ki, onlardan da 13-ünə cinayət işi açılmışdır!
 ABŞ ordusunun əsas hissəsini daimi yaşayış üçün icazə sənədi və ya maaş almağı arzulayan miqrantlar, xarici ölkələrdən toplanmış muzdlular, o cümlədən pulsuz təhsil formasında qrant və ev almaq ümidilə gələn vətəndaşlar təşkil etdiyindən orduda vətənpərvərlik, döyüş ruhu və ölümə getmək üçün motivasiya kimi anlayışlardan söhbət də gedə bilməz. ABŞ ordusunun əksər hissəsini Meksika, Latin Amerikası və Afrikadan olan kontraktçılar təşkil edir ki, onların məqsədi ölkə vətəndaşlığı almaqdır. Amerikan əsgərləri yalnız öldürmək işində yaxşıdırlar, öz ölkələrinin ideyaları uğrunda ölmək istəyənlər onların arasında az tapılır. Araşdırmalar göstərir ki, amerikan hərbçiləri intellektual səviyyəcə axsamaqla yanaşı, “professional etika” və “vətən qarşısında borc” kimi anlayışlar da onlara yaddır. Yaxın Şərqdəki hadisələr göstərdi ki, hətta ən xırda itkilər belə ABŞ ordusunda kütləvi fərariliyə gətirib çıxarır.
 ABŞ silahlı qüvvələri zabitlərinin 75 faizi kadr kimi xüsusi hazırlanmış zabitlər deyil, özəl ali məktəbləri və kollecləri bitirmiş məzunlardır ki, həmin məzunlara ötəri hərbi hazırlıq kursundan başqa orduya aid heç bir təhsil verilmir. Onlara keçirilən dərslər nəinki Sovet ali məktəblərinin hərbi kafedralarında, hətta Sovet orta məktəblərinin 9-10-cu siniflərində keçirilən hərbi hazırlıq dərslərindən qat-qat zəif və sönükdür. Ölkənin ən elit sayılan Uest-Poyntdakı hərbi akademiyasında 4 il ərzində keçirilən tədris proqramında əsl hərbi hazırlıqdan əsər-əlamət yoxdur, bizim məktəblərdə keçirilən adi kimya, fizika, riyaziyyat, tarix kimi dərslərdir ki, ABŞ orta məktəblərində həmin fənləri yetərincə öyrətmədiklərindən hərbi akademiyada yenidən keçməli olurlar. Uest-Poyntdakı akademiya “quru qoşunları zabiti” hazırlayır ki, dünya ölkələrində belə bir ixtisasın analoqu yoxdur. Normal ölkələrdə atıcı, tank və artilleriya və s. hərbi hissələrinin zabitləri ayrı-ayrı hazırlanır ki, ABŞ-da hamısını ümumiləşdirilmiş formada hazırlayırlar. Məhz belə kapitalist ümumiləşdirmələrin və başdansovdu yanaşmaların ucbatından ABŞ ordusu müharibədən müharibəyə daha sürətlə əriməkdə davam edir.
 ABŞ hökuməti daha poliqon hazırlıqlarına üstünlük vermir. Amerikan hərbçilərinə döyüşməyi poliqonda yox, kompüter trenajyorlarında öyrədirlər. Onları real silaha toxunmadan və texnikaya əyləşdirmədən bizdə uşaqların oynadığı Kontr-Strayk tipli oyunları mənimsəməklə hazırlayırlar. Bu gün ABŞ ordusunda snayperlərin, təyyarəçilərin, tankçıların, artilleriyaçıların, raket qurğuları operatorlarının hazırlanması üçün xüsusi simulyatorlar yaradılmışdır. 2011-ci ilin yayında ABŞ ordu komandanlığı “yüksək dəqiqlikli silahların meydana çıxması ilə əlaqədar” qərar verdi ki, əsgərlərin fiziki hazırlığına ehtiyac yoxdur və poliqon təlimlərini yığışdırdı. Amerikada daha əsgərləri uzun məsafələri qaçmağa məcbur etməyəcəklər və aramsız məşqlərlə əldən salmayacaqlar. Beləcə, ABŞ ordusunda fiziki hazırlıq lüzumsuz sayıldı. Bu gün amerikan pilotlarının uçuş qabiliyyəti ona görə aşağıdır ki, onlara təyyarəni idarə etməyi real texnika sükanı arxasında yox, kompüter simulyatorunda öyrədirlər. Amerikanlar deyirlər ki, biz bununla böyük pullara qənaət edirik.
 Hətta ABŞ strateqlərinin özləri belə həyəcan təbili çalırlar ki, bir müddət sonra ABŞ əsgərləri güllə atmağı, uçuş həyata keçirməyi, hətta qaçmağı bacarmayan biveclər yığınına çevriləcək. Simulyatorlarda hazırlanmış əsgər real döyüş vəziyyətinə düşərkən şok keçirir. Vyetnamda olduğu kimi orduda kütləvi psixoz yaranır. Heç bir simulyator əsgərin real yerli şəraitdə döyüş məşqini əvəz edə bilməz. Heç bir trenajyor insana döyüş meydanında vuruşmağı öyrədə bilməz. Professional hərbçi olmaq üçün xüsusi real təlimlər lazımdır. Trenajyorlar müəyyən bilik və bacarıqlar formalaşdırsa da, konkret situasiyada lazımi effekt vermir. Poliqon, manevrlər, fiziki gərginlik və ağır yükdaşıma olmadan əsgər professional hərbçi kimi yetişə bilməz. Hərbçinin normal fiziki hazırlığı yoxdursa, kompüter biliklərinin yüksək səviyyədə olması onu mükəmməl və hərtərəfli yetişdirə bilməz.

ABŞ SİLAH VƏ TEXNİKASI RUSİYANINKI İLƏ MÜQAYİSƏDƏ HEÇ NƏDİR

 Hər dəfə ABŞ-ın yeni supersilah istehsal etməsi barədə xəbər şişirdilmiş formada ictimaiyyətə çatdırıldıqdan sonra üzə çıxır ki, həmin supersilah reallıqdan uzaq fantaziya məhsulu imiş. Amerikan hərbi-sənaye kompleksi hər dəfə yeni silah növü adı ilə köhnə texnikanın yeniləşmiş modifikasiyasını tədqim edir. Amerikanların iştirak etdiyi bütün müharibələrin özəyini real qəhrəmanlıq yox, belə propaqandist siyasi şou təşkil edir. Real informasiya əldə etməklə KİV tərəfindən yaradılmış ABŞ ordusunun məğlubedilməzliyi və möhtəşəmliyi haqqında mifi asanlıqla dağıtmaq mümkündür. Fakt ondan ibarətdir ki, ən yeni və superdəqiq sayılan amerikan silahı real döyüşdə heç bir işə yaramır. Dəfələrlə olmuşdur ki, amerikan silah və texnikası ən məsuliyyətli vaxtda əsgəri pis vəziyyətdə qoymuş, bəzən isə onun özünü şikəst etmişdir.
 ABŞ-ın müasir B-1B təyyarəsindən ciddi düşmənə tutarlı zərbə endirmək mümkün deyildir, belə ki bu təyyarənin düzəldilməsi zamanı total səhv buraxılmışdır; təyyarə irəli atılan qanadlı raket yox, yalnız çəllək kimi aşağı səpilən bombalar buraxa bilir. B-2 təyyarəsinin düzəldilməsinə 400 milyard dollar pul xərcləndi, amma sonra brak olduğu üzə çıxdı. Uçuşlar həyata keçirildikdən 1 il sonra məlum oldu ki, təyyarənin quyruq hissəsindəki metal paneldə tez-tez çatlar əmələ gəlir. Requlyar texniki baxış keçirilmədikdə belə çat aviaqəzaya gətirib çıxarır. Bir giləsi 2 milyard 100 milyon dollara başa gələn bu təyyarədən cəmi 21 ədəd yığıldı; onun 1-i Quam adasındakı bazadan uçanda qəzaya düşərək partladı, 2-si isə NATO-nun Yuqoslaviya əməliyyatı zamanı vuruldu. Gözəgörünməz adı qoyulmuş bu təyyarələri hətta ən köhnə Sovet radarlarının asanca müəyyənləşdirdiyi bilinəndə amerikanlar pərişan düşdülər və istehsalatı tam dayandırdılar. Papuas və ya monqol kəndlərinə zərbə endirmək üçün B-2 təyyarələri olduqca effektivdir, amma Rusiya və Çin kimi ölkələrlə müharibədə metallolom yığınından başqa bir şey deyil.
 ABŞ-ın məşhur F-117 stels-hücumçu təyyarəsinin də həyatı qısa oldu. F-117 təyyarəsinə amerikan texnoloqları “Qara qırğı” adı qoysalar da, pilotlar ona öz aralarında “Axsaq cırtdan” deyirdilər. Əvvəl-axır mütəxəssislərin gəldiyi nəticə bu oldu ki, F-117 uçan ütüdən başqa bir şey deyil. ABŞ jurnallarının üz qabığından düşməyən, sərgilərin bəzəyinə çevrilən, haqqında Hollivudda kinolar çəkilən bu təyyarə havada çətin idarə olunurdu, dövretmə zamanı stabilliyini saxlaya bilmirdi və kompüterlərdə az-maz problem yaranan kimi yerə millənirdi. Təlim-məşq uçuşları zamanı 6 ədəd F-117 təyyarəsi yerə düşərək partladı. Konstruktorlar F-117-nin radarlar üçün görünməz olduğunu iddia edirdilər, amma üzə çıxdı ki, onu Sovetin 1961-ci il istehsalı olan S-125 zenit raket kompleksi ilə asanca vurub salmaq olur. Birinci İraq Müharibəsi zamanı məlum oldu ki, F-117 təyyarəsi ancaq gündüz uça bilmir, gecə, o cümlədən yağışlı və dumanlı havalarda “görmür”. 1999-cu ildə Yuqoslaviyada müharibə zamanı serblər amerikan konstruktorlarını pərişan etdilər və ABŞ-ın bu yaraşıqlı sənət əsərinə od qoydular. Serblərin iddiasına görə, onlar 3 ədəd F-117 təyyarəsi vurmuşdular ki, onlardan ikisi bir cür bir təhər uçaraq özünü NATO aviabazasına çatdıra bilmişdi. İndi vurulmuş gözəgörünməz stels təyyarəsinin qalıqları Belqrad muzeyində xalqa nümayiş olunur. 2008-ci ildə ABŞ Müdafiə Nazirliyi geniş reklam olunan, az qala ölkənin simvoluna çevrilən bu üzüqara təyyarəni ordudan yığışdırdı. Onun düzəldilməsinə sərf olunan 6,5 milyard dollar da havaya uçdu. Qeyd etmək lazımdır ki, belə əndrəbadi proqramların həyata keçirilməsində əsas rolu ABŞ ordu komandanlığının bulaşdığı kolossal korrupsiya və lobbiçilik oynayır; tanınmış aviasiya eksperti Pyer Spreyin dediyi kimi, bu təyyarələrin əsas missisiyası “pul yemək” olmuşdur.
 5-ci nəsil F-22 təyyarəsinin istehsalına ABŞ büdcəsindən 80 milyard dollar xərclənmişdir. Onun üstünə xüsusi antiradar örtük vurulduğundan radarların tutmadığı təyyarə hesab edilirdi. F-22 dünyanın ən müasir və döyüşkən hərbi təyyarəsi kimi geniş reklam olunurdu. Qiyməti 350 milyon dollar olan bu tərifli təyyarədən ABŞ 170 ədəd istehsal etdi. Təyyarə 2004-cü ildə Nellis avibazasından, 2009-cu ildə Edvards aviabazasından uçarkən nazaslıq üzündən yerə düşüb partladı. Çjuxay şəhərində keçirilən aviasərgidə məlum oldu ki, F-22 nəinki Rus, hətta Çin döyüş təyyarələri qarşısında tab gətirə bilməz. 2007-ci ilin yayında F-22 təyyarəsi Çinin müdafiə potensialını yoxlamaq üçün ölkənin hava məkanına soxuldu. Radarlar təyyarəni müəyyənləşdirdi və Çin ordu komandanlığı ölkənin J-10 döyüş təyyarəsini havaya qaldırdı. Hava döyüşü zamanı Çin təyyarəsi ABŞ-ın tərifi göylərə qaldırılmış bu təyyarəsini asanlıqla vurub saldı. Təyyarə dənizə düşdü, katapultda xilas olan pilot tutuldu və bir müddət sonra ABŞ-a təhvil verildi. Bundan sonra Pentaqon F-22 təyyarəsinin istehsalını ixtisara saldı. Xikem aviabazasında qəfil yoxlamaların nəticələri ABŞ ordu komandanlığı üçün məyusedici oldu: həyəcan siqnalı ilə göyə qaldırılmış F-22 təyyarələrində çoxlu qüsurlar və kritik “siqnallar” aşkarlandı. ABŞ hərbi hava qüvvələri komandanı Debora Li Ceyms bildirdi ki, əgər təyyarəni düzəldən “Lokxid Martin” şirkəti 2016-cı ilə kimi qüsurları aradan qaldırmasa və hərbi hava qüvvələrini qane edən modernizasiya variantı təklif etməsə, 2018-ci ildə F-22-lər ordudan yığışdırılacaq. Kislorod generasiyası sistemindəki deffekt səbəbindən müdafiə naziri Leon Panetta uçuşlara məhdudiyyət qoydu: pilotlar şikayətlənirdilər ki, kabinədə hava çatışmır, ürəkbulandıran iy gəlir və onlar boğulurlar. 2 pilot buna görə F-22-də uçmaqdan ümumiyyətlə imtina etdilər və məsələni ictimailəşdirdilər. Panettanın sərəncamına əsasən F-22 ilə uzaq məsafələrə uçmaq qadağan edildi; eniş zolağı yaxında olmalıydı ki, təhlükə yarandığı təqdirdə təyyarə tez enə bilsin. 2010-cu ildə Alyaskada pilot Ceffri Xeninin idarə etdiyi F-22 təyyarəsi məhz kabinədə hava çatışmazlığından qəzaya uğradı və pilot həlak oldu. Bundan sonra Alyaskadakı bazadan F-22 təyyarələrinin uçuşu tam dayandırıldı. Hava çatışmazlığına görə 2011-ci ildə F-22 təyyarələrinin 7,6 km-dan hündür məsafəyə qalxmasına qadağa qoyuldu. 2015-ci ilin martında isə “Vikileaks” saytı F-22-lərin vəziyyəti ilə bağlı şok faktlar açıqladı. “Vikileaks” göstərdi ki, F-22 təyyarələrinin 40 faizinin mühərriki nasazdır və pilotlar narkotik dərmanlara bənzər ağır dərmanlar atmamış bu təyyarələrin sükanı arxasına əyləşmirlər. “Bütün unikal keyfiyyətlərinə baxmayaraq, F-22 müasir döyüş şəraitinə yaramır”- ABŞ Senatının silahlanma üzrə komissiyasının gəldiyi nəticə belə oldu. Hərbi ekspert Cey Harold Simmonsun Senata ünvanladığı məktubda deyilirdi: “Xahiş edirəm aydınlaşdırasınız, necə olur ki, 80 milyard dollar pul xərclənmiş təyyarə onun üzərinə qoyulmuş tapşırıqları yerinə yetirə bilmir?”. F-22-nin istismarı da həddən artıq çətindir; təyyarənin 1 saat uça bilməsi üçün ona düz 11 saat qulluq etmək lazımdır! İndi F-22 təyyarələri Nevada ştatındakı çöllükdə yerləşən ABŞ-ın hərbi bazasında çürüməkdədir; təyyarənin düzəldilməsində istifadə olunan kompozit material su buraxır və rütubət təyyarənin içindəki kompüterləri sıradan çıxarmışdır.
 5-ci nəsil qırıcı-bombardmançı F-35 təyyarəsinin düzəldilməsinə 1,5 trilyon dollar pul sərf olundu. Təyyarənin yaradılmasında ABŞ-dan başqa İngiltərə, Fransa, İtaliya, Kanada, Türkiyə, Avstraliya, Norveç, Niderland və Daniya da iştirak etdi və maliyyə yatırdılar. Birlikdə əlləşib-vuruşub 2006-cı ilin dekabrında bu təkadamlıq təyyarəni nəhayət ki havaya qaldırdılar. F-35-in qiymətinin 80-90 milyon dollar olacağı proqnozlaşdırılsa da, gec və məşəqqətli başa gəldiyindən 237 milyon dollara qalxdı. Bu təyyarə Yer üzünün və bəşər tarixinin ən bahalı təyyarəsidir: onun təkcə mühərrikinin puluna Çinin JF-17 döyüş təyyarəsi almaq olar! Hərbi analitik Konstantin Makienkonun fikrincə, təyyarənin qiyməti hətta ABŞ-ın atom bombasının yaradılması üzrə Manxetten proyektini də ötüb keçir. Təyyarənin istehsalına və ekspluatasiyasına çəkilmiş xərclər ABŞ-ın məşhur Aya uçma proqramını da üstələyir. Məsələ burasındadır ki, F-35-i öz sələfi F-22-dən daha ucuz və manevrli təyyarə kimi yaratmaq nəzərdə tutulmuşdu; Pentaqonu başına götürmüş kolossal korrupsiya və yeyinti amili imkan vermədi. Stels texnologiyası əsasında hazırlanmış təyyarədən 2 min ədəd buraxmaq planlaşdırılmışdı. Aviasiya mühəndisi və analitik Pyer Sprey proqnoz verdi ki, təyyarədən heç 500 ədəd də istehsal etmək mümkün olmayacaq və proqram bağlanacaq. Təyyarə hazırlanıb orduya satılandan sonra aydınlaşdı ki, o bəyan edilən xarakteristikaya qətiyyən cavab vermir. Gündən-günə ortalığa çıxan texniki deffektlər və uğursuz konstruktor yanaşmaları pilot və mexanikləri bezdirdi. Gah sürətli uçuş zamanı təyyarənin qapağı qopub düşür, gah güclü küləkdən elektronikası sıradan çıxır, gah da gəmi göyərtəsinə düzgün qona bilmirdi. Üzə çıxdı ki, təyyarə öz daşıdığı aviabomba və raketlərlə normal inteqrasiya olunmur. Təyyarədəki Qatlinq pulemyotundan düzgün atəş açmaq alınmır. Saxlandığı anqar isti olmalıdır, yoxsa təyyarənin kompüterləri donaraq işə düşmür. Sürətlə uçarkən quyruq hissəsi həddən artıq qızır. Təyyarənin radar sistemi hədəfi tez-tez itirdiyindən və əmrləri mütəmadi yerinə yetirmədiyindən təkmilləşdirilməlidir. Konstruktorlar təyyarə kabinəsinin pəncərəsinə az yer saxlayıb bildirmişdilər ki, pilotun başına keçirilmiş şlemin gözlüyündən ətrafı hərtərəfli görmək olacaq, amma sınaqlar göstərdi ki, döyüş şəraitində həmin şlem yaxşı işləmir və pəncərədən real görüntü olmasa normal uçuş həyata keçirmək mümkün deyil. Pilotlar F-35-i yağışlı havada sürəndə Allaha yalvarırlar ki, ildırım çaxmasın: ildırım təyyarəni kəllə-mayallaq edir. Yanacaq bakına xırda mərmi qırıntısının dəyməsi kifayətdir ki, təyyarə alışsın. Təyyarənin katapultu da deffektlidir: çəkisi 61 kq-dan az olan pilotlar katapult edərkən qol-qıçları sınır. Təyyarənin idarəetməsinin interfeysində də tez-tez problemlər yaranır. 2013-cü ilin fevralında F-35-in mühərrikində çat aşkarlandı və buna görə 1 həftə bütün uçuşları dayandırıldı. 30 noyabr 2017-ci ildə Yaponiyadakı Kadena aviabazasından uçan təyyarənin füzelyajı qopub düşdü. ABŞ mətbuatı hadisəni gizlətməyə çalışsa da, Yapon mətbuatının hay-küyü nəticəsində ABŞ ordu komandanlığı reaksiya verməli oldu və vəziyyəti malalamağa çalışdı. Mətbuat onu da xəbər verdi ki, bu, son bir neçə ay ərzində F-35 təyyarələri ilə bağlı 4-cü nasazlıq halıdır. Tərcübəli pilotlar bildirirlər ki, F-35-ə qoyulmuş yöndəmsiz top təyyarənin döyüş qabiliyyətini azaldır. “The Naçional İnterest” amerikan portalının ekspertlərinin fikrincə, F-35 Rusiya təyyarələrinə yalnız o halda sinə gərə bilər ki, onlara çox yaxınlaşmasın və döyüşü kənardan aparsın. Xatırladaq ki, Rus təyyarələrindən fərqli olaraq ABŞ təyyarələrinin əksəri yaxın məsafədə döyüşə bilmirlər. Yaxın məsafədə döyüş ABŞ təyyarələri üçün ona görə xarakterik deyildir ki, onların manevrliliyi çox azdır. ABŞ təyyarələrindən fərqli olaraq Rus təyyarələrinə yüksək manevrlilik xasdır: Rus təyyarələri göydə “rəqs” edir, hətta bir nöqtədə dayanıb dura bilir ki, bu da ona atılmış raketin trayektoriyasını azdırır. Rusların hətta 4-cü nəsil Su-27 və Miq-29 təyyarələri ABŞ-ın 5-ci nəsil təyyarələrindən qat-qat manevrlidirlər. ABŞ-ın F-22 və F-35 təyyarələrinə manevr etmək üçün böyük bir məsafəni dolanıb qayıtmaq lazımdır. ABŞ təyyarələrinə ona görə uzaq məsafədə döyüşmək sərfəlidir ki, böyük məsafə cızaraq atılan raketdən qaça bilsinlər. O da maraqlıdır ki, nüfuzlu “Air Pover Australiya” mərkəzinin analitikləri F-35-i amerikanların iddia etdiyi kimi 5-ci nəsil yox, 4-cü nəsil təyyarə kimi xarakterizə edirlər. Hərbi ekspertlərin fikrincə, F-35 təyyarəsi xarakteristikasına görə F-16 təyyarəsi səviyyəsində qalıb. Həm F-22, həm də F-35 taktiki-texniki xüsusiyyətlərinə görə hətta köhnə Rus təyyarələrindən geri qalırlar. Rusların Su-27 təyyarəsi birdəfəyə uçuşa 3680 km məsafə qət etdiyi halda, amerikanların F-22-si 2500 km, F-35-i isə 2200 km məsafə qət edə bilir; yəni Su-27 4,1 saat havada qaldığı halda, F-22 2,78 saat, F-35 isə 2,44 saat havada qalmağı bacarır. S-27 hər kilometrə 2,55 kq yanacaq işlətdiyi halda, F-22 hər kilometrə 3,75, F-35 isə 3,81 kq yanacaq israf edir. Rusların Su-35 təyyarəsi 15 km hündürlükdə saatda 1500 km sürətlə uçaraq döyüş aparmaq qabiliyyətinə malik olsa da, amerikanların F-35-i yalnız 10 km hündürlükdə saatda 1000 km sürətlə uçmaqla döyüşməyi bacarır. ABŞ hərbi hava qüvvələrinin keçmiş kəşfiyyat rəisi general-leytenant Deyv Deptul da Rus təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinə görə amerikan təyyarələrini üstələdiyini məyusluq hissi ilə dilə gətirmişdir. Deptul onu da bildirmişdir ki, Rus təyyarələrinin hətta xarici görünüşü amerikan təyyarələrinin görünüşündən gözəldir. Təsadüfi deyildir ki, ABŞ hərbçiləri F-35-i “hamilə pinqvin” adlandırırlar. Yararsızlığına görə F-35 proqramını bağlamaq tələbləri ABŞ cəmiyyətində dəfələrlə səslənmişdir. Artıq bir çox Avropa ölkələri bu başıbəlalı təyyarəni almaqdan imtina etmişlər. Jurnalistlərin dediyi kimi, F-35 düşmənə bircə atəş də açmadan məğlubiyyətə uğramışdır. Hərbi jurnalist Deyv Macumdarın fikrincə, təyyarənin hazırlanmasına sərf olunmuş pullar hədər getmişdir. Pentaqon nə qədər əlləşirsə, F-35-i nəinki döyüş uçuşlarına, hətta təlim uçuşlarına uyğunlaşdıra bilmir. ABŞ Müdafiə Nazirliyi İstismar Sınaqları və Qiymətləndirmə Şöbəsinin rəyinə görə, F-35 normal istismara yaramır və təyyarədəki çoxsaylı qüsurlar aradan qaldırılmadan pilotlara onda uçmağı öyrətmək hədərdir. Şöbənin Konqresə təqdim etdiyi məruzədə ilk növbədə təyyarənin 15 dərəcədən aşağı hava temperaturunda uça bilməməsi, kabinədə normal görüntünün olmaması və digər qüsurlar göstərilir. Məruzədə qeyd olunur ki, “pilotun vacib tapşırıqları təhlükəsiz yerinə yetirəcəyinə arxayınlığı yoxdur”. Əvvəl-axır bu təyyarə nə əməlli-başlı uça, nə də atəş aça bildi; ondan heç bir müharibədə istifadə olunmadı.
 Amerikanların Rusiyanın “Satana” qitələrarası ballastik raketinə cavab olaraq “Piskiper” adlı nəhəng raket düzəltmək cəhdləri də uğursuzluqla nəticələndi. “Piskiper” raket kompleksinin hazırlanmasına 1 trilyon dollar pul getdi, 50 raket quraşdırıldı, lakin 20 il sonra effekt vermədiyinə görə həmin raket kompleksini ordudan yığışdırıb kənara tulladılar. “Piskiper”in bazasında rusların qatar vaqonlarında hərəkət edən məşhur “Stilet” raketlərinə oxşar raket düzəltmək cəhdləri də iflasa uğradı. Rusların yüngül “Topol” qitələrarası ballastik raketinin analoqu kimi hazırlanmış “Midgetman” raketləri ilə bağlı da biabırçı vəziyyət yarandı. Amerikanlar “Midgetman” raketini düzəltdikdən sonra 2 sınaq buraxılışı həyata keçirdilər. Birinci sınaq zamanı raket nəzarətdən çıxdı, səhv istiqamətə uçdu və onu vurub partlatmaq lazım gəldi. İkinci sınaq zamanı isə raket hədəfə gedib çatmadı. Bundan sonra amerikanlar “Midgetman” layihəsini dondurmalı oldular.
 Bu gün Rusiya döyüş vertolyotları NATO vertolyotları ilə müqayisədə ona görə keyfiyyətli və populyardır ki, ötən əsrin 70-ci illərindən döyüş vertolyotlarını SSRİ-də dövlət özü istehsal etdiyi halda, ABŞ və digər Qərb dövlətlərində onları “Boinq”, “Xyuz”, “Bell”, “Lokxid”, “Sikorski” kimi özəl şirkətlərə sifariş verirdilər. “Apaç” vertolyotu ABŞ ordusunda tam oturuşana kimi məşəqqətli yol keçmişdir; 10 il ərzində qəzalarla müşayiət olunan sınaqlardan sonra vertolyot guya təkmilləşdirilsə də, orduya veriləndən sonra da qəzaların ardı arası kəsilmədi. Təkcə 1983-1984-cü illərdə insan itkisi ilə nəticələnən bir neçə ağır qəza baş verdi: vertolyotun gah rol vintləri, gah da pərləri sıradan çıxırdı. “Apaç”ın zirehini amerikanlar ağızdolusu tərifləsələr də praktikada tam əksini görürük. İraq və Əfqanıstanda “Apaç” nəinki pulemyot, hətta adi avtomat atəşindən dəfələrlə deşilmişdir və bu hallar sənədli şəkildə qeydə alınmışdır. “Apaç”ın zirehi Rusiyanın “Alliqator” döyüş vertolyotundakı kimi qalın deyildir. “Allliqator”un zirehi kiçik kalibrli topların da atəşinə tab gətirir. “Alliqator” vertolyotunun mühərriki 2х2700 at gücünə malik olduğu halda, “Apaç” vertolyotunun mühərriki 2х1890 at gücünə malikdir. Rus vertoltoyu “Apaç”dan qat-qat artıq silah-sursat yükü götürür və buna görə də uzun zaman havada döyüş apara bilir. Həm də “Apaç”ın silahları “Alliqator”un silahları kimi güclü və dağıdıcı deyildir. “Apaç”da cəmi bir neçə tip adi raketlər olduğu halda, “Alliqator”da elə raketlər vardır ki, onlardan heç ABŞ-ın təyyarələrində yoxdur. “Apaç”ın raketləri yalnız gəmiləri batırmaq üçün nəzərdə tutulubsa, “Alliqator”un raketləri 90 sm qalınlıqda zirehə malik tankları məhv etmək üçün nəzərdə tutulmuşdur. “Alliqator”a qoyulmuş dünyada analoqu olmayan “Arbalet” radiolokasion sistemi hətta yeraltı bunkerləri və sualtı qayıqları da müəyyənləşdirir və idarəolunan raketləri onları sıradan çıxarmağa imkan verir. “Apaç”ın “hava-hava” raketləri yalnız özünümüdafiə üçün nəzərdə tutulubsa, “Alliqator”un bu tip raketləri hücum və hava döyüşü aparmaq üçün nəzərdə tutulub. “Alliqator” 9 km məsafədəki tankları və 7 km məsafədəki vertolyotları asanca məhv edə bilər. “Alliqator” bir neçə hədəfi eyni vaxtda nişangahda saxlayır və lazer yönəltmə sisteminə malikdir, amma “Apaç”da bu yoxdur. “Alliqator”un qalxdığı hündürlüyə nəinki “Apaç”, heç bir NATO vertolyotu qalxa bilmir. “Apaç” yalnız dəqiq planlaşdırılmış əməliyyatların keçirilməsində yaxşı effekt verir: bu vertolyotun döyüşdə özünü doğrultması üçün dəqiq verilmiş koordinatlar, yerdən güclü dəstək və heç bir müdafiəsi olmayan düşmən olmalıdır. Praktika göstərir ki, “Apaç”ı şəhər döyüşlərində asanlıqla vurub salmaq olur. Ondan fərqli olaraq “Alliqator” istənilən şəraitdə özünü doğrultmaq imkanına malikdir; həm kəşfiyyat, həm müşayiət, həm də genişmiqyaslı hərbi əməliyyatlar zamanı bu vertolyot əvəzolunmazdır. Bundan başqa, “Alliqator” qeyri-adi katapult sisteminə malikdir; qəza zamanı vertolyotun vintləri qırılıb düşür ki, kreslosu qarışıq göyə tullanmış pilota ilişərək onu zədələməsin. “Apaç”ın isə katapult sistemi yoxdur; vertolyot vurularkən pilot onunla birgə məhv olur. Mütəxəssislərin yekdil fikri budur ki, rusların “Alliqator”u ilə dünyanın heç bir zərbə vertolyotu müqayisə oluna bilməz. Qiymətdə də kəskin fərqlər vardır: sifarişçi dövlət “Apaç” vertolyotunu ABŞ-dan 55 milyon dollara aldığı halda, “Alliqator” vertolyotunu Rusiyadan 16 milyon dollara alır- bu isə o deməkdir ki, 1 “Apaç”ın qiymətinə 3 “Alliqator” almaq olar!
 1999-cu ildə NATO-nun Yuqoslaviyada keçirdiyi hərbi əməliyyatları gedişində ABŞ-ın “Apaç” eskadrilyası Albaniyaya gətirildi. Albaniya ərazisində təlim-məşq uçuşları zamanı 2 “Apaç” nasazlıqdan yerə düşüb partladı. Serb aviasiyasının Rinas aviabazasına atdığı raket nəticəsində isə onlarla “Apaç” vertolyotu deşik-deşik oldu. Beləcə bu vertolyotlar NATO-nun Yuqoslaviyadakı əməliyyatlarında iştirak edə bilmədilər. 24 martda 2003-cü ildə “Apaç” eskadrilyası İraq ordusu qvardiyasına qarşı döyüşə göndərildi. Veryolyotlardan 1-i nasazlıq üzündən elə göyə qalxarkən yerə düşüb partladı. Döyüşə girən 33 vertolyotdan 30-u müxtəlif dərəcəli zədələr aldılar, onlardan cəmi 7-si yenidən uça bildi. Maraqlıdır ki, həmin döyüşdə bu qədər itkilərə rəğmən “Apaç”lar cəmi 12 İraq tankı vura bilmişdilər. Elə həmin döyüşdə “Apaç”ın Kalaşnikov avtomatının gülləsindən deşilməsi halı da qeydə alındı. 2005-ci ildə iraqlılar 27 “Apaç” vertolyotunu partlatdılar. 2006-cı ildə Bağdad səmasında 3 “Apaç” vertolyotunun vurulması qeydə alınmışdır. 2007-ci ildə iraqlı müqavimətçilər amerikanların axmaqlıq ucbatından internetə qoyduqları şəkilləri diqqətlə araşdıraraq “Apaç” vertolyotlarının dislokasiya yerini müəyyənləşdirdilər və həmin yeri minomyot atəşinə tutdular. Ən aşağısı 4 vertolyot məhv edildi. 2016-cı ilin sentyabrına kimi 152 “Apaç” vertolyotunun məhvi barədə məlumatlar vardır ki, bura İraq və Əfqanıstan döyüşlərindəki itkilərlə yanaşı nasazlıq üzündən qəzaya uğramalar da daxildir. “Apaç” vertolyotlarının nasazlıq üzündən qəzaya uğraması halları 12 iyun 2003-cü ildə və 13 iyun 2006-cı ildə İraqda, 5 noyabr 2008-ci ildə və 30 iyul 2010-cu ildə Yunanıstanda, 21 mart 2012-ci ildə Əfqanıstanda, 25 aprel 2014-cü ildə Tayvanda, 7 noyabr 2014-cü ildə ABŞ-da, 17 mart 2015-ci ildə Azavadda, 22 avqust 2015-ci ildə Səudiyyə və Yəmən sərhədində, 29 dekabr 2016-cı ildə ABŞ-ın Qalveston körfəzində qeydə alınmışdır.
 ABŞ-ın digər hərbi vertolyotlarının da döyüş yolu biabırçı vəziyyətdədir. 1967-1973-cü illər ərzində vyetnamlılar primitiv silahlarla ABŞ ordusunun 300 “Kobra” və 45 “Kayova” vertolyotunu məhv etdilər. 1971-ci ildə 6 həftə çəkən “Lam Son 719” əməliyyatı zamanı 26 ədəd “Kobra” vertolyotu vyetnamlılar tərəfindən partladıldı, 158-i isə zədələndi. 1982-ci ildə Livanda İsrail ordusunun 3 “Kobra” vertolyotu vuruldu. 1983-cü ildə Qrenadaya müdaxilə zamanı ABŞ-ın 2 “Kobra” vertolyotu vuruldu. 1984-cü ildən üzü bəri kürd terrorçularının vurduğu Türkiyə ordusu “Kobra”larının sayı-hesabı bilinmir. 1991-ci ildə Fars Körfəzi Müharibəsi gedişində ABŞ-ın 2 “Kobra” vertolyotu məhv edildi. 2003-cü ildə başlanan İraq Müharibəsinin ilk 25 günü ərzində döyüşlərdə iştirak edən 58 “Kobra” vertolyotundan 46-sı vurularaq və ya müxtəlif dərəcəli zədələr alaraq sıradan çıxdı. Sonra daha bir neçə vertolyot vuruldu və ya öz-özünə qəzaya uğradı. Döyüş şəraitində özünü doğrultmadığından “Kobra”lardan Əfqanıstanda az istifadə olundu, amma 2009-2012-ci illər ərzində bu ölkədə 4 “Kobra” vertolyotunun vurulması barədə mətbuatda məlumat verilmişdir. “Airkraft Survivabilit” jurnalında dərc olunmuş hesabatda bildirilir ki, ABŞ və müttəfiqləri 2001-2009-ci illər arasında İraq və Əfqanıstanda 375 vertolyot itirmişlər ki, onların çoxu nasazlıq üzündən yerə düşüb partlamışdır.
 Amerikanların rus döyüş vertolyotlarına bərabər vertolyotlar yaratmaq yolunda bütün cəhdləri uğursuzluqla nəticələnmişdir. Rus vertolyotları tipli “Komanç” kəşfiyyat-hücumçu vertolyotunun yaradılmasına ABŞ dövləti 40 milyarda yaxın pul sərf etdi. 2006-cı ildə 1292 ədəd vertolyot istehsal edib orduya vermək planlaşdırılmışdı. Lakin 2004-cü ildə ABŞ hökuməti “Komanç” proqramını bağlamalı oldu. İraq və Əfqanıstan müharibələrinin təcrübəsi göstərdi ki, bu vertolyotun qara qəpiklik də dəyəri yoxdur. Ordu komandanlığı əvvəl-axır pilotlara bu çətin təyyarədə uçmağı öyrədə bilmədi. “Komanç” rusların məşhur “Qara Akula” vertolyotu kimi manevrli və döyüşkən ola bilmədi. “Qara Akula”nı zirehinin möhkəmliyinə görə “Uçan tank” da adlandırırlar, amerikanların “Komanç” vertolyotunun isə yalnız pilotlar oturan hissəsi möhkəm zirehə bürünmüşdür. Vertolyot güllə və mərmi atəşinə çox həssasdır. “Komanç” hava döyüşü üçün qətiyyən yaramır, belə ki cəmi 2 “hava-hava” tipli “Stinger” idarəolunan raketinə malikdir. Rusların “Qara Akula”sının 16 “Vixr” idarəolunan raketi vardır ki, bu raketlərlə həm tankları, həm də vertolyotları vurmaq olur. Bundan başqa, “Qara Akula”ya tanklarda olan top da quraşdırılmışdır ki, bu onu amerikan vertolyotlarından daha dağıdıcı və qüdrətli edir.
 ABŞ-ın ağır yükdaşıma vertolyotları da öz göstəricilərinə görə Rus təyyarələrinə çata bilmir. Hal-hazırda ABŞ ordusunun əsas yükdaşıyan vertolyotu CH-53, Rusiya ordusunun əsas yükdaşıyan vertolyotu Mi-26 vertolyotudur. CH-53 vertolyotu 15,9 ton yük götürə bildiyi halda, Mi-26 vertolyotu 20 ton yük götürür. CH-53 vertolyotu 55 desantçı daşıdığı halda, Mi-26 vertolyotu 70 desantçı daşıya bilir. CH-53-ün içinə 1 zirehli maşın yerləşdiyi halda, Mi-26-nın içinə 2-si yerləşir. Amerikan vertolyotundan fərqli olaraq Rus vertolyotu tank və top da daşıya bilir və onu yanğın söndürülməsindən tutmuş montaj işlərinə kimi istifadə edirlər. Tam yüklənmiş Rus vertolyotu 475 km yol getdiyi halda, amerikan veryolyotu cəmi 204 km adlaya bilir. Mi-26-dan fərqli olaraq CH-53 vertolyotunun qiyməti də həddən artıq bahadır; hal-hazırda bu vertolyotun qiyməti o qədər artmışdır ki, ABŞ-ın F-35 hücumçu təyyarəsinin qiymətinə çatmışdır. Hesablamalar göstərir ki, ABŞ-ın 1 ədəd CH-53 transport vertolyotunun qiymətinə Rusiyadan 5 ədəd Mi-26 transport vertolyotu, hələ üstəlik 1 ədəd də Yak-130 təlim-döyüş təyyarəsi almaq olar!
 Mi-26 vertolyotundan Əfqan, Anqola, Qarabağ, Birinci və İkinci Çeçen müharibələrində, Çernobıl qəzasında, hətta qəzaya uğramış NATO vertolyotlarının daşınmasında geniş istifadə olunmuşdur; bu vertolyot dünya ölkələrinin hərbi məmurlarında heyranlıq yaratmışdır. 2009-cu ilin oktyabrında Əfqanıstanda ABŞ-ın “Çinuk” vertolyotu taliblərin atəşə tutması nəticəsində qəzaya uğrayaraq eniş etdi. Amerikanların öz vertolyotlarının onu daşıyıb aparmağa gücü çatmadı və onlar Rusiyaya müraciət etdilər. Rusiyanın Mi-26 vertolyotu “Çinuk”i sallanmış qaydada bağlayaraq göydə 110 km apardı və təhlükəsiz yerə gətirdi. Amerikanlar bu evakuasiyaya görə Rusiya şirkətinə 650 min dollar pul ödədilər. 2009-cu ilin dekabrında Rusiyanın Mi-26 vertolyotu Əfqanıstanda zədə almış daha bir NATO hərbi texnikasını- Niderlandın “Kuqar” vertolyotunu bu formada evakuasiya etdi. Rusların Mi-26 vertolyotu özünə müsbət və qabaqcıl imic yaratsa da, amerikanların CH-53 vertolyotu texniki nasazlıqlar və zəif müdafiə ucbatından üzləşdiyi qəzalarla tez-tez mətbuatın gündəminə gəlir. Vyetnam müharibəsində bu seriyadan olan vertolyotların 36-sı hətta ən yüngül odlu silahlarla vurulub məhv edildi. Əfqanıstanda da amerikanlar ən azı 6 belə vertolyot itirdilər. 2005-ci ilin yanvarında İraq və İordaniya sərhədində CH-53 vertolyotunun qəzaya düşməsi nəticəsində bortundakı 30 amerikan əsgəri öldü. 8 yanvar 2014-cü ildə ABŞ hərbi dəniz qüvvələrinin vertolyotu Norfolk yaxınlığında qəzaya uğradı, içindəki hərbçilər qırıldı. 14 yanvar 2016-cı ildə ABŞ-ın 2 vertolyotu Oaxu adası ərazisində bir-biri ilə toqquşdu, hər vertolyotda 6 nəfər adam öldü. 11 oktyabr 2017-ci ildə Yaponiyada CH-53 vertolyotu ABŞ hərbi bazası yaxınlığında yaşayış məskəninin üstünə düşərək alışdı. Vertolyot əsasən istifadə olunduğu İsrail ordusunda olmazın faciələrlə yadda qalmışdır. 12 oktyabr 1973-cü ildə misirlilər İsrail ordusunun istifadə etdiyi CH-53 vertolyotunu vurdular, içindəki 7 nəfərlik heyətdən 5-i öldü. 24 oktyabr 1973-cü ildə uğursuz hücum zamanı yaralanmış 20 yəhudi əsgərini götürüb qayıdarkən vertolyot yolda vuruldu, içindəki 24 nəfər hamısı qırıldı. 19 aprel 1974-cü ildə Xermon dağı uğrunda gedən döyüşlər zamanı bu modifikasiyadan ola 2 İsrail vertolyotu toqquşdu, bir vertolyotun içindəki 9 nəfər hamısı öldü, o biri vertolyotdakılara isə heç nə olmadı. 19 may 1977-ci ildə CH-53 vertolyotu idarəetməni itirərək təpəyə çırpıldı və içindəki 54 yəhudi əsgəri öldü. 11 iyun 1982-ci ildə Birinci Livan Müharibəsi gedişində yəhudi tankının yanlış atəşi nəticəsində öz “Kobra” vertolyotları vuruldu, onu evakuasiya etmək üçün CH-53 vertolyotu göndərildi, lakin CH-53-ün “Kobra”nı daşıyıb aparmağa gücü çatmadı, yarı yolda hər 2 vertolyotun qəzaya düşəcəyini görən pilot “Kobra”nı buraxdı, vertolyot 500 fut hündürlükdən düşərək parça-parça oldu. 4 fevral 1997-ci ildə İsrailin 2 CH-53 vertolyotu göydə toqquşdu, 8 nəfər ekipaj, 65 əsgər və zabit öldü. 4 sentyabr 1997-ci ildə Livanda mühasirəyə düşmüş yəhudi əsgərlərinin xilası zamanı vertolyot odlu silahdan açılan atəş nəticəsində zədə aldı və özünü güc-bəla ilə bazaya çatdıra bildi. 2006-cı ilin yayında İkinci Livan Müharibəsi gedişində 2 İsrail vertolyotu havada bir-biri ilə toqquşaraq məhv oldu, 1-i isə vuruldu, içindəki 5 nəfərlik heyət hamısı qırıldı.
 ABŞ desant daşınması üçün nəzərdə tutulan “Ospri” konvertoplanının yaradılmasına 10 milyarddan çox pul sərf etmişdir. Təyyarə ilə vertolyotun hibridi sayılan “Ospri”nin biri 120 milyon dollaradır. Onun uçuşunun 1 saatı ABŞ büdcəsinə 10 min dollara başa gəlir. Amerikan konstruktorları bu aparatın yaradılmasına 30 il vaxt və bir xeyli əsəb sərf etmişlər. Aparatın gah hidravilkası axır, gah da bortu alışırdı. O yellənə-yelənə uçur, havada heç cür stabilləşə bilmirdi. Nə təyyarə, nə də vertolyot olduğu bilinməyən aparatın ilk sınaqları zamanı 3 dəfə qəza baş verdi, nəticədə 30 amerikan hərbçisi öldü. Mühəndislər konstruksiyadakı xətaları və yanlışlıqları üzə çıxarıb aradan aparmağa çalışsalar da, aparatın problemləri bitib tükənmir. 2007-ci ildə “Taym” jurnalı onun şəklini üz qabığına çıxararaq “Uçan biabırçılıq” adlandırdı. 2011-ci ildə “Nyu York Tayms” qəzeti “Ospri” konvertoplanını “təhlükəli və nasazlıqlarla bol” kimi xarakterizə etdi. Sınaqlar zamanı itkilər bir yana, konvertoplan istifadəyə verildiyi gündən qəzaların ardı-arası kəsilmir. 11 iyun 1991-ci ildə uçmaq istəyərkən sol tərəfi yerə toxundu, yanğın baş verdi, 2 nəfət xəsarət aldı. 20 iyul 1992-ci ildə eniş edərkən hidrosistemin yağ buraxması nəticəsində ABŞ Konqresi üzvlərinin gözü qarşısında aşaraq Potomak çayında düşdü, bortundakı 11 nəfər həlak oldu; bundan sonra “Ospri” konvertoplanının uçuşu bir müddət qadağan edildi. 8 aprel 2000-ci ildə Arizona ştatının aeroportunda enərkən qəza baş verdi, içindəki 19 dəniz piyadası öldü. 1 dekabr 2000-ci ildə Nyu-River aviabazasında enmək istəyərkən hidrosistem xarab oldu, konvertoplan 490 metr yüksəklikdən meşəyə düşdü, içindəki 4 nəfər öldü. 9 aprel 2010-cu ildə Əfqanıstanda “Ospri”nin təkəri çökəyə düşdü, aşdı və içindəki 20 nəfərdən 4-ü öldü. 11 aprel 2012-ci ildə Marokkoda hərbi təlimlər zamanı baş verən qəza nəticəsində 2 əsgər öldü, 2-si yaralandı. 13 iyun 2012-ci ildə Floridada texniki nasazlıq üzündən konvertoplan yerə çırpıldı, içindəki 5 nəfər ekipaj üzvü xəstəxanalıq oldu. 21 iyun 2013-cü ildə ABŞ-da konvertoplan qonduğu yerdə yanan zəminin alovundan alışaraq məhv oldu. 26 avqust 2013-cü ildə ABŞ-ın “Qreeş” aviabazası yaxınlığında qonarkən yerə möhkəm çırpıldı, alışdı, ekipaj üzvləri vaxtında düşüb canlarını qurtara bildilər. 17 may 2015-ci ildə bortunda dəniz piyadaları olan konvertoplan Havayi ştatında yerə qonarkən qəzaya uğradı, 2 nəfər öldü, qalanları xəstəxanaya aparıldı. 14 dekabr 2016-cı ildə Yaponiyanın Okinava adasında baş verən qəza zamanı 2 ABŞ əsgərinin qolu-qıçı sındı, beş əsgər isə yaralandı. 29 yanvar 2017-ci ildə konvertoplan Yəməndə zədə nəticəsində məhv oldu, 3 hərbçi xəsarət aldı. 5 avqust 2017-ci ildə Avstraliyada konvertoplan dənizə düşdü, bortundakı 26 ABŞ dəniz piyadasından 23-ünü xilas etmək mümkün oldu. 29 sentyabr 2017-ci ildə Suriyada eniş edərkən yerə çırpıldı, 2 əsgər xəsarət aldı. 9 noyabr 2017-ci ildə Yaponiya Nazirlər Kabinetinin rəhbəri Yosixide Suqa tez-tez qəzaya uğrayan “Ospri” konvertoplanları ilə bağlı ABŞ hökumətinin tədbir görməsini, Yaponiyadakı amerikan əsgərlərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmasını tələb etdi. Yaponiya müdafiə naziri İçunori Onodera ABŞ-dan konvertoplanların uçuşunun dayandırılmasını xahiş etdi. ABŞ-ın İraqdakı ordusunda konvertoplanların uçuşu tam dayandırıldı; texniklər göstərdilər ki, konvertoplanın boltları möhkəm bağlanmır, uçuş zamanı həddən artıq vibrasiya verir və kəskin gurultu yaranır. İraq səhrasının qumu aparatın idarəetmə sisteminə və digər elektron cihazlarına dolurdu, bu isə qəza siqnalizasiyasının işə düşməsinə, ya da qısa qapanmaya səbəb olurdu. Qum küləyi konvertoplanın mühərrikini sıradan çıxarırdı. Qarlı-şaxtalı və yağışlı havada uçarkən də konvertoplanda problem yaranırdı. ABŞ-ın Hesablama Palatası öz məruzəsində göstərmişdir ki, İraqda “Ospri”nin uçuş saatı 2 dəfə baha başa gəlmişdir və konvertoplan döyüş tapşırıqlarının bir çoxunu yerinə yetirə bilməmişdir. İraqda amerikanlar konvertoplanı döyüş gedən yerlərə soxmur, daha çox sakit zonalarda istifadə etməyə çalışırdılar. “Ospri” döyüş şəratində heç bir effekt vermir, o güllə atəşindən deşilir, çünki Rus vertolyotları kimi konstruksiyasında metaldan yox, yüngül olsun deyə daha çox sintetik materialdan istifadə olunmuşdur. Müqayisə üçün deyək ki, Əfqanıstanda Sovetin adi Mi-8 vertolyotları 150 yerdən güllə zədəsi aldıqdan sonra da sağ-salamat bazaya qayıda bilirdi. “Ospri”nin Rusiya analoqu Mi-26 vertolyotudur. Bu vertolyot “Ospri”dən 5 dəfə ucuz başa gəlir. “Ospri” dolu bakla 650 km uça bildiyi halda, Mi-26 800 km məsafəyə uçur. “Ospri” bortuna cəmi 24 əsgər götürdüyü halda, Mi-26 85 əsgər götürür. “Ospri”dən fərqli olaraq Mi-26 tank, top, “Qrad” və yük maşınları da daşıya bilir. “Ospri” dünya mətbuatında tez-tez qəzaya uğraması ilə bağlı gündəmə gəlsə də, Əlcəzairdən tutmuş Serbiyaya kimi dünya ölkələri universallığına görə məhz Rusiyanın Mi-26 təyyarəsini almağa can atırlar.
 “Abrams” tankının biri ABŞ ordusuna 7 milyon dollara başa gəlir. Tankın topu Almaniya, zirehi isə İngiltərə istehsalıdır. “Abrams” dünyada rəqibi olmayan mükəmməl tank kimi təqdim olunur. Amma maraqlıdır ki, bu tankın avtomatik mərmi doldurma sistemi yoxdur. Ona görə də “Abrams”a rus tanklarında olduğu kimi 3 nəfər yox, 4 nəfər heyət üzvü götürülür; 4-cü heyət üzvünün işi mərmini tullayaraq yerinə başqasını taxmaqdır. “Abrams” tankının qüsurlarından biri də odur ki, Rus tankları kimi idarəolunan raketlər ata bilmir, ancaq birbaşa mərmilər ata bilir. Rusiyanın “Armata” tankının çəkisi 48 ton, sürəti 90 km/saat olduğu halda “Abrams” tankının çəkisi 60 ton, sürəti 72 km/saatdır. İraq müharibəsi göstərdi ki, amerikan tankı palçığa girdisə, bir də ordan çıxmayacaq. Qoruyucu metal konteynerlər tankı həddən artıq ağırlaşdırmasın deyə heyət üzvləri onları tanka ancaq döyüşdən qabaq bağlayırlar. Məhz ağırlığı ucbatından lüləsi də ləng fırlanır. Rus tankları dizellə işlədiyi halda “Abrams” qaztrubinli motora malikdir və bu səbəbdən çoxlu yanacaq israf edir. Təkcə mühərriki işə salıb qızdırmaq üçün 30 litr yanacaq gedir. Tankdan çıxan qazların temperaturu o həddədir ki, hətta səhranın ortasında kosmosdan infraqırmızı spektrdə görünür. Belə hay-küylü və toz-dumanlı tank mərmi və raketlərə tez tuş gəlir, asanca hədəfə düşür. Böyüklüyü “Abrams”ın ən zəif nöqtəsi sayılan qülləsinin altını uzaq məsafədən vurmağa imkan yaradır. O cümlədən, mərmilər rus tanklarında olduğu kimi korpusa yox, qüllə hissəyə yerləşdirildiyindən, qülləyə zərbə dəyən kimi tank partlayır. “Abrams” tankının zəif yerləri çoxdur. İraq müharibəsi göstərdi ki, “Abrams”ın qülləsini hətta 1938-ci il istehsalı olan “Deqtaryov” pulemtoyu ilə də deşmək olur. 30 mm-lik silahdan açılan atəş tankın tırtılını qırır və onun hərəkətini dayandırır. Yanacaq bakına güllə dəyərkən tank alışır. Tankın döşəməsinin zirehi nazik- cəmi 2 sm olduğundan minaya düşən kimi göyə uçur. Minaya düşən rus tankını qısa bir zamanda remont etmək mümkün olursa, amerikan tankı dağılaraq remonta yaramır. Tankın motor-transmission hissəsi də zərbədən zəif qorunmuşdur. Amerikan ekspertləri özləri də qeyd edirlər ki, döyüş şəraitində “Abrams”ın elektron cihazları tez sıradan çıxır. Tankı İraq kimi ölkələrin tozlu səhasında sürərkən içəridə nəfəs almaq olmur, belə ki filtrlərə toz dolur. Köhnə Sovet qranatomyotlarının xırda zərbəsi “Abrams”ı kuftankuf edir, hansı ki bu qranatomyotlar hələ 1970-ci illərdə yaralılığını itirdiyinə görə Rus ordusundan yığışdırılmışdır. İraq müharibəsində Rusiya istehsalı olan “Kornet” silahından atılan mərmidən “Abrams”lar kibrit qutusu kimi alışıb yanırdı. İraqda əməliyyatlardan biri zamanı ABŞ ordusunun mexanikləşdirilmiş korpusu özünün 20 “Abrams” tankından 10-unu birdən itirdi; iraqlılar 1961-ci il istehsalı olan Sovet RPQ-7 qranatomyotları ilə onları göyə uçurdular. Yəmən konfliktində də “Abrams” tankı özünü yaxşı tərəfdən göstərmədi. Youtube kanalındakı videolardan aydın olur ki, Suriyada İŞİD-çilərin atdığı qranatomyot zərbəsindən sonra köhnə rus tankları heç nə olmamış kimi döyüşü davam etdirsələr də, yəmənlilərin atdığı qranatomyot zərbəsindən “Abrams” tankları yerli-yeksan olur. Məhz effektivliyinə inanmadıqlarına görədir ki, amerikan generalları heç vaxt bu tankı birbaşa hücumda və ya atəş nöqtələrinin dağıdılmasında istifadə etmirlər. Onlar yalnız hücum etdikləri ərazini aviasiya ilə yaxşıca şumladıqdan sonra həmin əraziyə “Abrams” tanklarını salırlar. Məhz bu səbəbdəndir ki, dünya ordularında daha çox Rus tanklarına böyük tələbat vardır. Hindistan Rusiyadan 700 ədəd T-90 tankı almışdır və 1300 ədəd də almaq niyyətindədir. Hindistanın müdafiə naziri bildirdi ki, T-90 tankı bu ölkənin atom bombasından sonra əsas silahıdır. Əlcəzair də Rusiyadan 300 ədəd T-90 tankı aldı. Rus tankları taktiki-texniki xüsusiyyətlərinə görə digər tanklardan kəskin fərqlənir. Məsələn, ABŞ-ın “Abrams” tankı maksimum 2,8 km, Almaniyanın “Leopard” tankı 3,5 km məsafəni vurduğu halda, Rusiyanın T-90 tankı 5 km, idarəolunan mərmilərlə lap 10 km məsafədəki hədəfləri vura bilir. Hətta Rusiyanın istifadə müddəti bitmiş tanklarına belə dünya ordularında böyük tələbat vardır. Məsələn, Livan köhnə olduqlarına görə ordudan yığışdırılmış T-72 tanklarını Rusiyadan almaq fikrindədir. Misir də anbarlarda saxlanılan köhnə Rus tanklarını almaq istədiyini bildirmişdir. Suriya müharibəsində NATO tankları özlərini biabırçı tərəfdən göstərsə də, keçən əsrin 70-ci illərində buraxılmış Rus tankları dünya ictimaiyyətini heyrətə saldı. Suriyada “Fərat qalxanı” əməliyyatı Türkiyə ordusunun istifadə etdiyi Almaniya istehsalı olan “Leopard” və İsrail istehsalı olan “Sabra” tanklarının lüzumsuz metallolom yığınından başqa bir şey olmadığını göstərdi. Adi qranotomyot və tank əleyhinə silahlardan açılan atəşdən Türkiyə ordusu onlarla belə tankını itirdi və pis vəziyyətdə qaldı. Amma Suriya ordusunda olan köhnə Rus tankları mərmi zərbəsinə mətinliklə sinə gərirdi. Səudiyyə Ərəbistanı İŞİD terrorçularını ABŞ istehsalı olan “Tou” tank əleyhinə raket kompleksləri ilə təmin etmişdi. Lakin həmin komplekslər suriyalıların T-90 tanklarına qarşı mübarizədə gücsüz idi. T-90 tanklarında quraşdırılmış “Ştora” müdafiə sistemi İŞİD-çilərin atdığı lazer nişanlı mərmilərin istiqamətini dəyişir, onları tanka bir neçə metr qalmış yerə salıb partladırdı. Bundan başqa, amerikan tanklarının rus tanklarında olan kimi dinamik müdafiəsi yoxdur. Rus tanklarının üstünə dinamik örtük üzlənir ki, mərmi və ya raket tanka dəyəndə həmin örtük detonasiya verərək onu dağıdır, zərbənin təsirini azaldır və nəticədə tanka heç nə olmur.
 ABŞ silah-sursatı reytinq şirkətlərinin hesabatlarında ilk yerləri tutsa da, real döyüş meydanında özünü biabırçı şəkildə göstərir. Xüsusi hərbi nəşrlərin səhifələrində amerikan təyyarə, gəmi, tank, top və digər texnikalarının xarakteristikası şişirdilmiş formada verilir, amma reallıqda fərqli mənzərə yaranır. Virtual meydanda ABŞ silahının analoqu yoxdur, əsl müharibədə isə heç bir işə yaramadığı bəlli olur. Statistika yalan danışır; ABŞ, eləcə də İsrail silah-sursat və hərbi texnikası özünü kağız üzərində bir cür, döyüş meydanında başqa cür aparır. Maraqlıdır ki, reytinq cədvəllərində adətən ABŞ-ın “Abrams” və İsrailin “Merkava” tankları birinci yerləri tutsalar da, beynəlxalq silah bazarında ən çox tələbat Rusiyanın T-90 tankınadır. Və bu reytinq deyil, konkret faktdır ki, real kontraktlarda özünü göstərməkdədir. Hizbullah çoxdan bütün dünyaya sübut etmişdir ki, İsrailin tərifli “Merkava” tankları ilə ciddi rəqiblə döyüş aparmaq mümkün deyil. Hətta acı təcrübədən nəticə çıxaran İsrail ordusu İkinci Livan Müharibəsində “Merkava” tanklarını hücum əməliyyatlarında iştirakdan daha çox yaralı əsgərləri döyüş meydanından çıxarmaq üçün istifadə etdi. Bununla belə, cəmi 34 gün gedən döyüşlərdə İsrail hərbçilərinin məlumatına görə 52, Livan hərbçilərinin məlumatına görə 164 “Merkava” tankı məhv edildi. Müharibə göstərdi ki, İsrail tankı minaya düşəndə ondan heç nə qalmır və ekipajın tikəsi də tapılmır. Müharibənin ilk günü- 12 iyun 2006-cı ildə İsrailin bir tankı 500 metr Livan sərhədindən içəri girdi ki, Ayta a-Şaab kəndinə gedən yolu nəzarətdə saxlasın. Tank qərar tutmaq istədiyi təpənin üstünə çatar-çatmaz minaya düşdü. Partlayış nəticəsində tankın qülləsi özündən 130 metr aralı vıyıldadı, bir çox qırıntıları isə 800 metr uçaraq İsrail ərazisinə səpələndi. Hadisə yerinə gələn İsrailin 7-ci briqadasının tankçılarında isterika yarandı. Bununla da “Merkava” tankının möhkəmliyi haqqında əfsanə bir daha puç oldu. 12 avqust 2006-ci ildə İsrail ordusunun 24 tanka malik ən nümunəvi briqadası aviasiyanın tam dəstəyi ilə Hizbullah üzərinə hücuma keçdi. Heç bir tank, vertolyot və təyyarəsi olmayan azsaylı Hizbullah döyüşçüləri 11 İsrail tankını vuraraq briqadanı qaçmağa məcbur etdilər. Həmin gün İsraildə “Qara şənbə” elan olundu. Mütəxəssisləri təəccübləndirən odur ki, vurulmuş “Merkava” tanklarının 1973-cü il müharibəsində 60 faizində, 1982-ci il müharibəsində 47 faizində, 2006-cı il müharibəsində isə 44 faizində zərbədən ikitərəfli deşik açılmışdı. Hizbullahla döyüşlər göstərdi ki, “Merkava”nın geniş reklam olunan zirehi hətta vaxtı çıxmış kumulyativ mərmilərin təsirindən asanlıqla deşilir. İsrail generaliteti bildirdi ki, Hizbullahın əlində olan Rusiya tanka qarşı raket kompleksləri ordunun əsas başbəlasına çevrilmişdir. Çatışmazlıqlara baxmayaraq İsrail öz tankını əzmlə sionist marionetkalarının hakimiyyətdə oturduğu Cənub-Şərqi Asiya ölkələrinə sırımağa çalışır. Ancaq “Merkava” tankı xüsusi olaraq İsrailin isti və quru iqlimi üçün düzəldilmişdir, başqa coğrafiyalarda bu tank öz ekipajına olmazın başağrılar yaradır və addımbaşı nasazlıqlarla üzləşir. Çətin keçilən yerlərdə- meşəlik və palçıq ərazilərdə “Merkava” yerimir, cəngəllik və bataqlıqdan isə heç danışmağa dəyməz. Hətta İsrailin özündə bu tank döyüş meydanına özü gəlib çıxmır, treyler maşınlarda gətirilir. “Merkava” tankı həddən artıq ağırdır; onun çəkisi Rus tankından 22 ton çox- 70 tondur! Belə tank həm mərmi atəşinə tez tuş gəlir, həm də hər körpüdən keçə bilmir. “Merkava” çayı adlamağı bacarmır, lilə ilişib qalır- onda Rus tanklarındakı kimi suyun altında sürmək üçün cihaz yoxdur. Rusların hətta köhnə T-72 tankları fiziki-coğrafi və iqlim şəraitindən asılı olmayaq dünyanın bir çox lokal müharibələrində və silahlı konfliktlərində effektiv şəkildə özünü göstərmişdir. T-72 reytinq şirkətlərinin tərtib etdiyi cədvəllərdə “Merkava” kimi layiqli yer tutmasa da, dünya ordularında ən çox ehtiyac duyulan və sifariş verilən tank kimi gündəmdədir. Hindistanın Tar səhrasında keçirilən yarışma sınaqları zamanı məhz Rusiyanın T-90 tankı dünyanın ən etibarlı və dözümlü tankı kimi 1-ci yerə çıxdı. Daha bir neçə vacib məsələni qeyd etmək yerinə düşərdi. “Merkava” tankının əsas aqreqatlarının əksər hissəsi xarici ölkələrdə düzəldilir və İsrailə import olunur. Bu isə o deməkdir ki, sifarişçi ölkələr tankın özünü İsraildən aldıqları halda ehtiyat hissələri üçün digər ölkələrə üz tutmalıdırlar. Belə olduqda tankın istifadəsi həddən artıq baha başa gəlir. Ad İsrailin olsa da, “Merkava” tankının transmissiyası Almaniyada, mühərriki isə Almaniya lisenziyası ilə ABŞ-da düzəldilib göndərilir, yəni bütün idarəetmə sistemi xaricdən gəlir, İsraildə isə təkcə tankın üst qapağı yığılır. Bu qapağın necə yığılması da hər müharibədən müharibəyə müxtəlif müzakirələrə səbəb olur. T-90 tankı büsbütün Rusiyada düzəldilir və ölkə satdığı tankların ehtiyat hissələrinin hamısını özü verir. Analiz göstərir ki, T-90 tankının zirehinin keyfiyyəti “Merkava” tankının zirehindən qat-qat güclüdür, bu səbəbdən T-90 tankının həm korpusunun, həm də qülləsinin ballastik dözümlüyü daha çoxdur. İsrail hərbçiləri özləri də deyirlər ki, “Merkava” rəqibin canlı qüvvəsi ilə döyüşdə yaxşıdır, zirehli texnika ilə döyüşə yaramır. İsrail konstruktorlarının “Merkava”nın zirehini T-90-ınkı qədər dözümlü etmək cəhdləri göstərdi ki, gərək tankın çəkisi artaraq 80 tona çatsın, ona görə də bu ideyadan vaz keçdilər. “Merkava” tankı T-90-dan yarım metr hündürdür, bu isə onun maskirovka xüsusiyyətini azaldır və döyüş meydanında daha çox nəzərəçarpan edir. O cümlədən, T-90 tankı üçün xüsusi “Nakidka” maskirovka komplekti hazırlanmışdır ki, bu örtük tankı optik, istilik və radiolokasion cihazlar üçün görünməz edir. İsrail konstruktorları Rusiya tanklarında olan dinamik örtük də düzəldə bilmirlər. T-90 tankında olan dinamik ortüyün dünyada analoqu yoxdur; bu örtük tankı həm kumulyativ, həm də zirehdeşən mərmilərin zərbəsindən yetərincə qoruyur. “Merkava” tankında T-90-da olan avtomatik mərmi doldurma sistemi də yoxdur, bu səbəbdən ona da ABŞ-ın “Abrams” tankı kimi 4 nəfər heyət üzvü götürmək lazım gəlir. Avtomatik mərmi doldurma sisteminin olmaması dalbadal atəşi gecikdirir. T-90-nın avtomatik mərmi doldurma sistemi belədir ki, doldurucunun yorğun, yaralı və ya ruhdan düşməsindən asılı olmayaraq tank dəqiqədə 8 atəş açır. T-90 tankında mexanik-sürücü ortada oturduğundan bütün tərəfləri açıq-aydın görür, amma “Merkava”da mexanik-sürücü sol tərəfdə oturduğundan sağ tərəfi tam görmür, bu isə maneələri adlayarkən tankın hərəkətini çətinləşdirir. T-90 heyətinin minib-düşməsi üçün cəmi 8-12 saniyə vaxt lazımdır, amma “Merkava” heyətinin minib-düşməsi bir xeyli vaxt aparır, çünki mərmi dolduranın öz ayrıca lyuku yoxdur, komandir lyuku isə çox ağır açılıb örtülür. T-90 tankının buldozer çalovu vardır ki, onun sayəsində tank 20-30 dəqiqə ərzində həm əsgərlər üçün, həm də öz daldalanması üçün enli səngər qaza bilir. “Merkava”da bu yoxdur. “Merkava” prujin üstə otuzdurulub ki, kələ-kötür yerləri rahat keçə bilsin, lakin bu həm maşının sürətini azaldır, həm də gedə-gedə atəş açarkən yelləndiyindən hədəfi düzgün vura bilmir. Problem yaratdığına görə dünyanın heç bir tankında prujin sistemindən istifadə olunmur. T-90 tankı həm kələ-kötür yerləri eyni sürətlə adlayır, həm də gedə-gedə atəş açarkən hədəfi eyni dəqiqliklə vurur. Əsgərə T-90 tankını sürməyi “Merkava”nı sürməkdən daha tez öyrətmək olur. “Merkava”dan fərqli olaraq T-90 tankına avtomatik idarəetmə sistemi qoyulub ki, uzun yol sürərkən mexanik-sürücünü yorub əldən salmır. T-90 tankı “Merkava”dan gec xarab olur və onun nasazlıqlarını da “Merkava”dan daha tez aradan qaldırmaq olur. T-90 tankı 500 km yola 1200 litr yanacaq işlətdiyi halda, “Merkava” tankı 1400 litr işlədir. O qədər də fərqli rəqəmlər olmasa da, bu döyüş şəraitində çox böyük əhəmiyyət kəsb edir. “Mervava” yalnız nöyüt ilə işləyir, amma T-90-nın mühərriki elə düzəldilib ki, hər növ yanacaqla işləyir. Bütün sadaladığımız fərqlərə baxmayaraq, “Merkava”nın qiyməti T-90-dan bahadır- anlaşıldığı kimi, bu həm də ona görə belədir ki, “Merkava”nın istehsalı T-90-dan baha başa gəlir.
 Amerikanlar özlərinin “Bredli” BMP-sini ağızdolusu tərifləyib reklam etsələr də, istehsal olunduğu 1981-ci ildən üzü bəri onu müttəfiqləri olan NATO ölkələrindən heç birinə sırıya bilməmişlər. Dünyanın heç bir abırlı ölkəsi amerikan BMP-sini almaq istəmir. Bircə Səudiyyə Ərəbistanı Səddam Hüseynlə düşmənçilik ucbatından ABŞ-ın İraqa müdaxiləsinə minnətdarlıq əlaməti olaraq 6 nəfər piyadanın daşınması üçün nəzərdə tutulan bu maşından 385 ədəd aldı. 1991-ci ildə Küveyt və İraqda gedən döyüşlər zamanı ABŞ ordusu onlarla belə BMP-sini itirdi. “Bredli” malik olduğu “Tou” raket kompleksi hesabına qarşı tərəfin zirehli texnikası ilə döyüş apara bilir, amma müharibə göstərdi ki, bu BMP gərək düşmən mövqeyinə çox da yaxınlaşmasın. Birinci İraq Kampaniyasında köhnə Sovet BMP-1-lərinin açdığı atəş “Bredli”ni çökürdür, T-55-lərin açdığı atəş isə göyə uçururdu. DŞK pulemyotu “Bredli”ni deşik-deşik edirdi. İkinci İraq Kampaniyası da “Bredli” üçün faciəli oldu- ABŞ ordusu 150-yə yaxın belə maşınını itirdi. “Bredli”nin partizan müharibəsində istifadəyə yaramadığını görən komandanlıq onu ordudan yığışdırdı və əvəzində zirehli avtomobillərdən istifadə etməyə üstünlük verdi. Səudiyyə ilə Yəmən arasında müharibə göstərdi ki, “Bredli”yə qəlpə qırıntısı toxunarkən alışır və sönmək bilmir. Hərbçilər “Bredli”ni daha dözümlü bir maşınla dəyişməyi təklif etsələr da, amerikan konstruktorları hələ ki 84 tonluq ağır BMP modelindən başqa bir şey təklif edə bilməyiblər. Xatırladaq ki, ABŞ “Bredli”sinin çəkisi 30 tona yaxın olduğu halda, analoji Rus BMP-sini çəkisi cəmi 14 tondur.
 Digər amerikan silah və texnikası da ruslarınkı ilə müqayisədə axsayır. 1970-ci illərdən Rus artilleriyasının əsas topu 122 mm-lik Qaubitsa D-30, ABŞ artilleriyasının əsas topu 155 mm-lik Qaubitsa M198 topu olmuşdur. Gəlin fərqlərə fikir verək. Rus topunun çəkisi 3200 kq, uzunluğu 5,4 m, mərmisinin çəkisi 20 kq olduğu halda, ABŞ topunun çəkisi 7165 kq, uzunluğu 11,302 m, mərminin çəkisi 40 kq-dır. Rus topunu idarə etmək üçün maksimum 6 nəfər heyət üzvü tələb olunursa, ABŞ topunu idarə etmək üçün 10 nəfət heyət üzvü tələb olunur. ABŞ topundan fərqli olaraq Rus topunu bir yerdən digər yerə daşımaq və paraşütlə əraziyə desant etmək çox asandır. Qaubitsa D-30 topu dünyanın 30-a yaxın ölkəsinin ordusunda istifadə olunur: onu möhkəmliyinə, sadə qulluq olunmasına və dəqiq döyüş göstəricilərinə görə yüksək qiymətləndirirlər. 2013-cü ildə Qaubitsa D-30 Rus ordusundan tədricən yığışdırıldı, onu daha güclü Qaubitsa “Msta-B” və özüyeriyən Qaubitsa “Akasiya” topları əvəz etdi. 2000-ci illərin axırlarında isə Qaubitsa M198 topu ABŞ ordusundan yığışdırıldı, onu İngiltərənin Qaubitsa M777 topu əvəz etdi. M777 topunun çəkisi 4218 kq, uzunluğu 10,7 m-dir.
 Amerikanların “Javelin” silahı dünyada ən baha tanka qarşı raket kompleksidir- onun biri ABŞ ordusunun özünə 126 min dollara satılır. ABŞ-ın düzəldilməsinə 5 milyard dollar pul qoyduğu “Javelin” silahı cəmi 2 km məsafədəki tankları vura bildiyi halda, onun Rusiya analoqu olan “Kornet” silahının vurma məsafəsi 5,5 km-dir. “Kornet”dən istənilən hava şəraitində və gecə də atəş açmaq mümkün olduğu halda “Javelin”dən dumanda, tüstüdə və qarda atəş açmaq olmur. Sübh və günbatan çağı “Javelin”in tuşlayıcısı hədəfi görmür. Bundan başqa, “Javelin” hərəkət edən hədəfləri vurmaq üçün lazım olan cəldliyə malik deyil. “Javelin”dən ancaq düzəngahlarda, açıq-aydın havada və bir yerdə dayanmış hədəflərə normal atəş açmaq mümkündür. Kompleksin buraxdığı raketin uçuş trayektoriyası o qədər mürəkkəbdir ki, ondan şəhər şəraitində və meşədə istifadə etmək olmur. Kompleksin raketi tankın qalın zirehlə örtülmüş qabaq hissəsinə dəydikdə ona heç nə etmir. Raket yalnız tankın qüllə hissəsinə dəydikdə onu dağıdır. “Kornet”in buraxdığı raket “Javelin”in buraxdığı raketdən 1,57 dəfə sürətli uçur. “Kornet” atəş açdıqdan sonra nişangahdakı lazer şüası ilə raketi hədəfə doğru yönəltmək mümkün olduğu halda “Javelin”in atdığı raketi idarə etmək olmur. “Javelin” 60 sm qalınlıqda zirehi dağıtdığı halda “Kornet” 120 sm qalınlıqda zirehi dağıdır. “Kornet”in D modifikasiyası hətta 9 kilometr yüksəklikdə və 10 kilometr məsafədə uçan təyyarə və vertolyotları da vurur. Onun mərmisi 1,5 metr qalınlıqda zirehi deşir. Rusların üstünə “Kornet-D” quraşdılımış “Tiqr-M” maşınları tank və vertolyotlarla hücuma keçən NATO qoşunu ilə rahat vuruşmaq qabiliyyətinə malikdir. Məhz bu çatışmamazlıqlar səbəbindədir ki, “Javelin”dən heç bir müharibədə istifadə olunmadığı halda dünya ordularında “Kornet”ə böyük tələbat vardır. İsrail və amerikan hərbçiləri rusların bu silahını lənət hissi ilə yad edirlər. İkinci Livan müharibəsi dövründə Hizbullah döyüşçüləri bu şanlı silahın köməyilə İsrailin 164 “Merkava” tankını və çoxlu sayda zirehli maşınını vurub partlatdılar, İsrail ordusu hücumunu dayandırıb qaçmalı oldu. İngiltərə jurnalistlərinin araşdırmasına görə, ABŞ-ın 2010-2012-ci illərdə İraqa göndərdiyi 140 “Abrams” tankından cəmi 40-ı qalmışdı, qalanları “Kornet” silahı ilə vurulmuşdu. Amerikanlar qorxularından zirehin qalınlığını artırmışdılar ki, nəticədə onsuz da ağır olan tankın çəkisi 60 tondan 70 tona qalxmışdı.
 Hipersəsli təyyarələrin, pilotsuz dronların, robot sualtı qayıqlarının, rəqəmsal döyüş meydanının, antisnayper detektorların, psixoneytron, lazer və digər müasir silahların hazırlanmasına və təkmilləşdilirilməsinə hesablanmış bir sıra proqramlar puça çıxmış, layihələrin şou olduğu aydınlaşmış, milyardlarla pulun havaya sovrulduğu məlum olmuşdur. Məsələn, lazer silahı layihəsinə ABŞ hökuməti 100 milyard dollar pul sərf etdi və balaca bir cihaz ərsəyə gətirdi. İddia olunurdu ki, bu cihazı təyyarədə quraşdırmaqla istənilən düşmən təyyarəsini və ya raketini şüa ilə vurub yandırmaq olacaq. Mütəxəssisləri təəccübləndirən o idi ki, lazer qurğusunun işə düşməsi üçün 50-60 minlik böyük bir şəhərin işıqlandırılmasına bəs edəcək qədər enerji verə bilən cihaz yaratmaq lazımdır- belə cihazı hazırlanması isə ancaq fantastik filmlərdə mümkündür. Güclü intellektual səviyyələri ilə fərqlənməyən amerikan alimləri fizikanın qanunlarını aldada bilməzdilər, amma büdcədən pul silmək məqsədilə ABŞ hökuməti həmin müəmmalı layihəyə start verdi. Düz 20 il ABŞ konstruktorları və hərbi sənaye komleksi işçiləri lazer silahının yaradılması istiqamətində işlədilər. Nəticədə banan korobkası boyda bir qutu düzəltdilər və onu televiziya ilə xalqa göstərdilər. 1996-cı ildə Pentaqon fəxrlə bəyan etdi ki, tezliklə ABŞ ordusunda top və raketlərə ehtiyac olmayacaq, lazer silahı ordunun əsas silahına çevriləcək. Lakin dövlət bir müddət sonra döyüş lazerinin yaradılması proqramının effekt vermədiyini və onu bağlamaq lazım gəldiyini bəyan etdi. Amerikanların yaratdığı lazer silahının bütün sınaqları uğursuzluqla nəticələnmişdi. Üzə çıxdı ki, həmin lazerlə yalnız 5-10 metr məsafədə uçan yaxınlıqdakı təyyarələri məhv etmək mümkündür, uzaq məsafədəki təyyarə və raketlərə isə həmin qurğudan buraxılan şüanın heç bir təsiri yoxdur.
 “Qəhvəyi gurultu” adlı infrasəs silahının düzəldilməsinə on milyonlarla dollar pul sərf olundu və adi maqnitofondan fərqlənməyən balaca cihaz düzəldildi. “Qəhvəyi gurultu”nun yaradıcıları iddia edirdilər ki, cihazın işə salınması ilə ondan çıxan səs böyük bir ordunu sıradan çıxarıb neytrallaşdıracaq. Guya qurğunun buraxdığı əcaib-qəraib uğultular qarşıdakı insanların orqanızminə mənfi təsir edib onları halsız vəziyyətə gətirəcəkdi. Amma həmin səs silahın nə İraqda, nə də Əfqanıstanda sınaqları heç bir effekt vermədi. Nəinki düşmən əsgərləri, heç aksiya keçirdən etirazçılar qurğunun buraxdığı səsləri veclərinə almadılar.
 Amerikanları digər icadı isə öz əsgərlərinin başında çatladı. 2000-ci illərin ortalarında ABŞ-da istilik silahı yaradıldı. Konstruktorların fikrincə bu silah qarşıdakı terrorçulara və ya etirazçılara 1 kilometr məsafədən güclü istilik şüasi yetirməliydi, onlar bədənlərində elektrik cərəyanına bənzər zərbə hiss etməliydilər və qorxuya düşərək geri qaçmalıydılar. İstilik silahının hazırlanmasına və sınaqlarına 10 ilə yaxın vaxt getdi və milyonlarla pul yeyildi. Qurğunu İraqdakı “Xammer” ciplərinə quraşdırdılar və küçələrdə yürüşə çıxmış etirazçıları dağıtmaq üçün istifadə etdilər. Amma həmin qurğulardan İraqda cəmi 2 ay istifadə olundu. Pentaqon həmin silahın təcili surətdə ordudan yığışdırılmasını əmr verdi. Məlum oldu ki, bu silah “Xammer” maşınının qarşısında olan düşmən elementləri yandırmaqla yanaşı, həm də maşının içində olan amerikan hərbçilərinin özlərinin orqanizminə mənfi təsir göstərərək ağır fəsadlar yaradırmış. Silahın yerləşdirildiyi “Xammer” maşınlarının sürücüləri və ekipaj üzvləri faktiki olaraq əlilə çevrildilər və ABŞ hospitallarına müalicəyə göndərildilər. Güclü istilik dalğası onların burun, qulaq və əllərinin dərisini əritmiş, üzlərini eybəcər hala salmışdı. Onlara ABŞ hospitallarında “ağır beyin travması” diaqnozu qoyuldu. Belə travma almış əsgərlər ağır plastik əməliyyatlardan keçdikdən sonra ömürlük əlilə və yer xəstəsinə çevrildilər.
 2008-ci ildə ABŞ-da orduya göndərilmiş keyfiyyətsiz Çin patronları ilə bağlı böyük qalmaqal yaşandı. Ordunun təhcizatı ilə əlaqədar Pentaqon və Dövlət Departamentinin qatıldığı böyük maliyyə fırıldağının təfərrüatları üzə çıxdı. Məlum oldu ki, ABŞ-ın Albaniyadakı səfiri Con Uiters dövlət strukturlarındakı məmurlarla əlbir olaraq ABŞ ordusunu kontrafakt silah-sursatla təmin edirmiş. Albaniya istehsalı adı ilə ABŞ ordusuna satılmış silah-sursat əslində Çin istehsalı imiş. Əfqanıstanda və döyüş əməliyyatlarının getdiyi digər zonalardakı ABŞ əsgərlərinə göndərilmiş avtomatlar atmırdı, patron və mərmilər paslı, kaskalar isə deşik idi. 22 yaşlı Mayami vətəndaşının adına açılmış şirkət ilə ABŞ ordusuna həmin yarasız silah-sursatı satmaq üçün 300 milyon dollar dəyərində müqavilə imzalanmışdı. Qalmaqal ABŞ ordusunun imicinə böyük zərbə vursa da, dövlət məmurları həmin faktı ciddi-cəhdlə ört-basdır etməyə çalışdılar. Hadisə ictimailəşib hüquq müstəvisində araşdırılanda isə Albaniyadakı hərbi anbarda “təsadüfən” yanğın baş verdi; yanğın nəticəsində 16 nəfər olüb 200 nəfər yaralansa da, ABŞ məmurlarının maliyyə fırıldağı uğurla ört-basdır olundu.

ABŞ-IN QİTƏLƏRARASI BALLASTİK RAKETLƏRİ ÜMUMİYYƏTLƏ YOXDUR, BELƏ Kİ TAM ÇÜRÜYƏRƏK SIRADAN ÇIXMIŞDIR

 Koreya ilə ABŞ arasında yaranmış gərginlik göstərdi ki, ABŞ-ın strateji aviasiyası müharibəyə hazır deyildir və bərbad kökdədir. Mütəxəssislərin fikrincə, ABŞ-ın 20 B-2 strateji bombardmançı təyyarəsindən yalnız 7-si uçuşa hazırdır, qalanları isə işləmir. Digər təyyarələrlə bağlı da vəziyyət ürəkaçan deyildir. 75 modernləşdirilmiş bombardmançı B-52 təyyarəsindən yalnız 33-ünün, 62 bombardmançı B-1B “Lenser” təyyarəsindən yalnız 25-inin döyüşə hazır olduğu aydınlaşmışdır. B-52 təyyarələrinin istismar müdəti 1996-cı ildə başa çatsa da, hələ də uçuşa buraxılırlar. ABŞ strateji aviasiyasının əsas hissəsini təşkil edən bu seriyadan olan təyyarələr axırıncı dəfə 1962-ci ildə istehsal olunduğundan onları işlək vəziyyətə gətirmək üçün nə mühərriklər, nə də ehtiyat hissələri yoxdur. Admiralların məruzələrindən aydın olur ki, hərbi gəmilərdəki döyüş təyyarələrinin çoxuna illərdir yeni ehtiyyat hissələri verilmir; ekipaj komandirləri heç olmasa təyyarələrin müəyyən qismini uçuş vəziyyətinə gətirmək üçün instruksiyanı kobud şəkildə pozaraq bir təyyarənin aqreqatını söküb o birinə qururlar. Son 30 ildə ABŞ strateji bombardmançı təyyarələr parkının 80 faizi ixtisar olunmuşdur və bu parkın bərpa olmaq perspektivləri yoxdur. F-15 və F-16 təyyarələrinin vaxtı çıxıb, yeni nəsil F-35 təyyarələri isə uça bilmir. 6 fevral 2017-ci ildə ABŞ-ın “Defense Nyus” qəzeti xəbər verdi ki, ölkənin göyərtə aviasiyasına məxsus gəmilərin 3-də 2 hissəsi yarasızdır. ABŞ Konqresi nümayəndələr palatası komitəsi qarşısında dinləmələr zamanı bir qrup amerikan generalı da eyni fikirləri səsləndirdilər. Admiral Uilyam Moranın dediklərinə görə, ABŞ hərbi gəmilərindəki təyyarələrin yarısı uçuş həyata keçirə bilmirlər; bu təyyarələrin remonta ehtiyacı vardır və ehtiyat hissələri çatışmır.
 ABŞ aviasiyası 1999-cu ildə Yuqoslaviyanı 78 gün dayanmadan bombalaması nəticəsində cəmi 7 tank və 160 əsgər məhv etsə də, 3 minə yaxın dinc sakini də həyatdan apardı ki, onların hər 3 nəfərdən 1-i körpə uşaq idi. ABŞ-ın biri 1,5 milyon dollara başa gələn onlarla “Tomaqavk” qanadlı raketi əsl hədəflərə yox, serblərin qurduğu mulyaj hədəflərə dəydi. 7 aprel 2017-ci ildə ABŞ hərbi dəniz qüvvələri Suriya hökumət qoşunlarının bazasına “Tomaqavk” raketləri ilə zərbələr endirdi. ABŞ gəmilərindən Xoms əyalətindəki Şayrat aerodromunu məhv etmək üçün 59 “Tomaqavk” raketi buraxıldı. Bu raketlərin heç biri düz hədəfə dəymədi. Bombardmandan sonra çəkilmiş video və şəkillərdən aydın oldu ki, aerodroma o qədər də ciddi xətər toxunmayıb. Məlum oldu ki, atılan 59 raketdən 36-sı hədəfə gəlib çatmayıb, yolda itib, 23-ü isə hədəfi düzgün vurmayaraq aerodromdan kənara düşüb. Uçuş zolağına, yönəldici yollara, döyüş təyyarə və vertolyotlarına heç nə olmamışdı. Bundan sonra bir sıra hərbi ekspertlər amerikan raketlərinin döyüş effektivliyini şübhə altına alan mülahizələr söylədilər. ABŞ büdcəsinə 200 milyon dollara başa gəlmiş bu raket zərbəsindən cəmi bir neçə xarab təyyarə məhv edilmiş, 9 nəfər adam həlak olmuşdu ki, onun da 4-ü uşaq idi. Amerikanlar hələ də yolda itmiş həmin o raketlərini axtarırlar.
 ABŞ ordusunda cəmi 1 növ aviasiya qanadlı raketi vardır ki, o da 300 kilometrdən 900 kilometrə kimi məsafəni vura bilən AGM-158 JASSM raketidir. Xatırladaq ki, Rusiya 4,5 min kilometr məsafəni vura bilən aviasiya qanadlı raketlərinə malikdir. Rusiyadan fərqli olaraq ABŞ-ın atom başlıqlı aviasiya qanadlı raketi də yoxdur. Bundan başqa, ABŞ-ın cəmi 1 növ “yer-yer” tipli qitələrarası ballastik raketi vardır ki, bu da Vyetnam müharibəsi dövründə düzəldilmiş Minitmen-3 raketidir. Minuteman-3 raketinin həm mənəvi, həm də texniki cəhətdən köhnəldiyi gün kimi aydındır. ABŞ-ın “Oqayo” atom sualtı qayıqları Vyetnam müharibəsi dövründə istehsal olunmuşdur. “Oqayo”nun malik olduğu “Traydent” qitələrarası ballastik raketlərinin 30 ildən çox yaşı var. Bu raketlərin döyüş vəziyyətinə hazır olduğu şübhə doğurur.
 2016-cı ilin iyununda İngiltərə ABŞ-ın verdiyi “Traydent” atom raketini sınaqdan çıxarmaq istəyərkən təhlükəli insident yaşandı. Atom sualtı qayığından buraxılan raket Afrika sahillərindəki hədəfə doğru uçmaq əvəzinə istiqamətini dəyişdi və ABŞ-ın özünə sarı uçmağa başladı. Dəhşətə gələn ingilis hərbçiləri raketin özünüməhv sistemini işə saldılar və onu yarı yolda partlatdılar. Xoşbəxtlikdən raketin atom başlığı çıxarılmış, yerinə massoqabaritli maket taxılmışdı. İngiltərə hökumət koridorlarına və silahlı qüvvələrinə çaxnaşma düşdü. İngiltərəyə biri 17 milyon funt sterlinqə başa gələn bu raketin hədər yerə məhv olması bir yana, az qala qlobal fəlakət baş verəcəkdi. “Traydent” onu qayıran amerikanların öz başına düşəcəkdi. İngiltərə müdafiə nazirliyi uğursuz atom sınağını gizlətməyə çalışsa da, məsələ mətbuata sızdı, hətta kütləvi protestlərə səbəb oldu. İngilislər milyardlarla pul xərclənən lüzumsuz atom proqramına etiraz etdilər. Ölkənin “Sandey Tayms” qəzeti yazdı: “Atom sınağımız qəza ilə nəticələndikdən sonra ən yüksək səviyyədə ciddi panika yarandı. Hökumət hadisə barədə susmaq qərarına gəldi. Əgər informasiya ictimailəşsəydi, bizim atom potensialımızın avtoritetinə ciddi ziyan dəyərdi”. Leyboristlər partiyasının rəhbəri Ceremi Korbin bildirdi: “Raketin əks istiqamətdə uçması katastrofik səhvdir. Onun döyüş başlığı yox idi, amma kim bilir, bu səhv hansı fəlakətlərə gətirib çıxara bilərdi”. İngiltərənin baş naziri Tereza Mey jurnalistin qəza ilə bağlı sualını cavablandırarkən dedi ki, narahatçılığa əsas yoxdur: “Mən bizim “Traydent” raketlərimizin etibarlılığına tam əminəm”. Həmin qalmaqal ərəfəsində mətbuata daha bir məlumat sızdı ki, bu məlumat həm jurnalistləri, həm də oxucuları şoka saldl: sən demə ABŞ-ın atom raketlərinin atışı 1976-cı ildə istehsal olunmuş nəhəng kompüterlər vasitəsilə həyata keçirilirmiş!
 Raketin buraxıldığı gəmi 2015-ci ildə remontdan çıxmış, onun təkmilləşdirilməsinə 350 milyon funt sterlinq xərc qoyulmuşdu. Məsələ ilə bağlı Uilyam Maknellinin ölkə flotunun bərbad vəziyyətdə olması barədə Vikileaks saytında işıq üzü görən yazısını da xatırlatmaq yerinə düşərdi. İngiltərə hərbi dəniz qüvvələrinin keçmiş hərbi mühəndisi Uilyam Maknelli Vikileaks-da dərc olunmuş məruzəsində göstərir ki, İngiltərə atom sualtı qayıqlarının qırxı çoxdan çıxıb. Maknelli aşağıdakıları bildirir: qayıqlarda təhlükəsizik qaydalarına riayət olunmur, onlara daxil olmaq gecə klubuna daxil olmaq qədər asandır; qoruyucu siqnalizasiyalar tez-tez öz-özünə işə düşür; qayıqların bortunda tez-tez yanğınlar baş verir; qayıqlardakı cihazların çox hissəsi köhnədir və işləmir; qayıqların raketlər yığılmış hissəsində bardak hökm sürür.
 “Traydent” İngiltərənin atom başlığına malik olan yeganə raketidir. Amerikanların sualtı qayıqlara yerləşdirilmiş “Traydent” raketinin Rusiya analoqu “Sineva” raketidir. “Traydent” raketinin çəkisi 60 ton olduğu halda “Sineva” raketinin çəkisi 40 tondur. “Traydent” bərk yanacaqla işlədiyi halda, “Sineva” maye yanacaqla işləyir ki, bu da ikincini daha manevrli edir. “Sineva”nı əmr gələn kimi anicə atmaq mümkün olduğu halda, “Traydent”i uzun zaman atışa hazırlamaq lazım gəlir. “Sineva” daha sürətlə uçur və hədəfə tez çatır. “Traydent”i sualtı qayıq 30 metr dərinlikdən buraxa bildiyi halda, “Sineva”nı 55 metr dərinlikdən də buraxmaq olur. “Traydent” sudan çıxarkən müxtəlif tərəflərə yellənə-yellənə uçduğu halda, “Sineva” düz trayektoriya üzrə uçur. “Traydent” yüksüz 11300 km uçduğu halda, “Sineva” tam yüklü 11500 km məsafəni vurur.
 ABŞ ordusunun keçən əsrdə düzəldilmiş olan-qalan qitələrarası ballastik raketlərinin heç birinin havadan müdafiə sistemini adlayacaq vasitələri yoxdur. Bəzi mütəxəssislərin fikrincə isə, ABŞ-ın qitələrarası ballastik raketləri ümumiyyətlə yoxdur, belə ki tam çürüyərək sıradan çıxmışdır. Bu fikri son zamanlar amerikan konstruktorlarının həyata keçirdikləri uğursuz cəhdlər də təsdiqləməkdədir. Təsadüfi deyil ki, ABŞ dövlət rəsmiləri ölkənin tutarlı strateji hücum silahlarının və havadan müdafiə sistemlərinin yaradılmasının vacibliyini dəfələrlə vurğulamışlar.
 Araşdırmalar göstərir ki, amerikanlar öz kosmik texnologiyalarını gələcəklə assosiasiya etsələr də, əsl həqiqətdə onlar bu sahədə də ruslardan qat-qat geridə qalmışlar. Amerikan “şattlları” köhnəlmiş və kifayət qədər gücü olmayan bort kompüterləri ilə uçsalar da, “Soyuz” kosmik gəmilərinin Rusiya proqramı Sovet dövründə hazırlanmış texnologiyaları əsaslı surətdə təkmilləşdirmişdir. Avstriyanın “Der Standard” qəzetinın məlumatına görə, amerikan skafandrları texniki tələblərə cavab vermir və astronavtların həyatı üçün təhlükə yaradır. “Beynəlxalq Kosmik Stansiyada amerikanların istifadə etdiyi skafandrlar 40 il qabaq düzəldilmişdir və onların 15 ilə hesablanmış dizaynı köhnəlmişdir”- NASA-dan olan ekspertlər qrupu bildirmişdir. Ekspertlər qeyd edirlər ki, skafandr nə qədər köhnədirsə, onun astronavtın həyatı üçün riski də bir o qədər çoxdur. İtalyan astronavtı Luka Parmitanonun üzləşdiyi insident amerikan skafandrlarının necə bərbad vəziyyətdə olmasına bariz misaldır. 2013-cü ildə açıq kosmosda stansiyanın üzərinə kabel xətti çəkərkən gözlənilmədən Parmitanonun skafandrında sensorun işi dayandı və şlemin içinə su axdı. Parmitano az qala boğulub həyatını itirəcəkdi. O və amerikalı həmkarı təcili işi saxladılar və stansiyanın içinə qayıtmalı oldular. Əsaslı təhqiqat amerikan skafandrlarının acınacaqlı vəziyyətdə olduğunu üzə çıxardı. “Der Standard” qəzetinin məlumatına görə müasir tələblərə cavab verən yeganə təhlükəsiz və rahat skafandrlar Rusiyanın “Orlan-MKS” skafandrlarıdır. Rus skafandrları amerikan skafandrlarından daha dözümlü və davamlıdırlar. Rus skafandrının çəkisi 114 kq olduğu halda amerikan skafandrının çəkisi 178 kq-dır. Amerikan skafandrlarından fərqli olaraq rus skafandrları avtomatik soyutma sisteminə malikdirlər. Bundan başqa, rus skafandrlarına maye axmasını xəbərdarlıq edən xüsusi siqnal qoyulmuşdur. Bu skafandrlar sınaqdan uğurla çıxmışlar və hal-hazırda kosmosda istifadə olunmaqdadır.
 15 fevral 2013-cü ildə Amerikanın Fox Nyus telekanalı sensasiyalı məlumatla çıxış etdi: ABŞ öz atom arsenalını 80 faiz ixtisara salmaq məcburiyyətindədir. ABŞ-da atom bombası axırıncı dəfə 1991-ci ildə düzəldilmişdir. Amerikan atom döyüş başlığının orta hesabla 30 yaşı var. Atom bombalarının çoxu hələ Reyqanın prezidentliyi dövründən qalanlardır. Onların döyüşə yararlılığına və partlaya biləcəyinə tam əminlik yoxdur. Axı atom bombaları uzunmüddətli istifadəyə hesablanmayıb. Nüvə silahı tez deqradasiyaya uğrayır. Müəyyən müddət ötdükdən sonra aktiv materialda parçalanma baş verir və keyfiyyət aşağı düşür. Ən pisi odur ki, deqradasiya zamanı yayılan şüalanma sistemin başqa komponentlərini- partlayıcıdan tutmuş elektronikaya kimi hamısını dağıdaraq sıradan çıxarır. Problemin biri də ondadır ki, 30 il əvvəl bu silahı yaradan alimlər indi ya qocalmışlar, ya da həyatda yoxdurlar; onları əvəz edən eyni profilli alimlər nəsli isə hazırlanmamışdır.
 Araşdırmalar göstərir ki, ABŞ-ın Rusiyanı atom bombası ilə vurmalı olan hərbi hissələri döyüş tapşırığını yerinə yetirmək qabiliyyətində deyillər. 2013-cü ildə aparılan ordu yoxlamaları zamanı ABŞ hərbi hava qüvvələri komandanlığı “Maynot” aviabazasının 17 zabitini işdən qovdu. Səbəb bu idi ki, aviabazanın hərbçiləri qitələrarası ballastik raketlərdən atəş açmağı bacarmırdılar. Aviabazadakı köhnə Minitmen-3 raketlərinin döyüş qabiliyyəti də şübhə doğururdu. “Mansrom” aviabazasında keçirilən yoxlamalar zamanı da eyni biabırçılıqlar üzə çıxdı. İnspektorlar ölkənin atom silahının aqibəti ilə bağlı həyəcan təbili çaldılar. ABŞ Hərbi Hava Qüvvələri Qlobal Zərbə Komandanlığı rəhbərinin müavini Cim Kovalski hazırlığın yetərincə olmadığını, hərbçilərin prosedurları düzgün yerinə yetirmədiyini bildirdi. “Assoşieyted Press”in dərc etdiyi podpolkovnik Cey Foldsın məktubunda göstərilirdi: “Biz əslində kritik vəziyyətə düşmüşük”. Podpolkovnikin məktubundan aydın olurdu ki, ABŞ-ın atom zərbəsinə cavabdeh olan yüksək məsuliyyətli hərbi hissələrində əslində laqeydlilik və məsuliyyətsizlik atmosferi hökm sürür və hərbçilər raketlərlə davranışda adi təhlükəsizlik qaydalarına belə riayət etmirlər.
 Son zamanlar tanınmış ABŞ generalları və hərbi məmurları ordunun deqredasiyası barədə sensasiyalı fikirlər dilə gətirməkdədirlər. General Deniel Allin açıqlamışdır ki, ölkənin quru qoşunlarının 50 briqadasından yalnız 3-ü döyüşə tam hazır vəziyyətdədir, qalan briqadaların təlimə və ekipirovkaya ehtiyacı vardır. İstefaya çıxmış general Rey Odierno bildirmişdir: “Son 20 ildə ordunun döyüş hazırlığı ən aşağı səviyyəyə qədər deqredasiyaya uğramışdır”. General Mark Milli demişdir: “Bu gün ordumuz böyük güc və birləşmələri hərəkətə gətirməyə qadir deyildir”. O ölkənin Rusiya, Çin, İran və ya Şimali Koreya ilə müharibəyə hazırlığı barədə jurnalistin verdiyi sualı cavablandırarkən söyləmişdir: “Bizim hərbi hissə və birləşmələrin əksəriyyətində döyüş hazırlığı aşağı səviyyədədir”. ABŞ ordusunun Baş Qərargah rəisi general Cozef Danford bildirmişdir: “Biz bütün tapşırıqlar palitrasında, əsasən də xüsusi əməliyyatların keçirilməsi sahəsində olduqca aşağı hazırlığa malikik”. General Cozef Danford özəl universitetlərin birində tələbələr qarşısında çıxış edərkən ölkəsinin rəqibləri üzərindəki hərbi üstünlüyünü itirdiyini, Rusiya, Çin və digər ölkələrin hərbi sahədə daha sürətlə irəlilədiklərini söyləmişdir: “Biz uduzuruq. Son 15 ildə hərbi üstünlüyümüz sual altına düşüb. Vəziyyət əvvəlki kimi ürəkaçan deyil”.
 Bu yerdə Liviya xalqının lideri Müəmmar Qəddafinin sözlərini xatırlatmamaq olmur: “Mən əminəm ki, ABŞ uçuruma gedir. Əvvəl amerikanlar qələbə qələbə dalınca feyziyab olurdular. Amma həmişə belə davam edə bilməz. Biz ərəblərdə belə bir məsəl var: Kim ki əvvəldə gülür, axırda ağlayacaq”.

“ƏGƏR RUSİYA GUPPULDATSA, NATO SİNK TABUTLARI ÇATDIRA BİLMƏZ!”

 ABŞ-dan fərqli olaraq Rusiyada silah və texnika daim yenilənir və modernizasiya uğurla həyata keçirilir. Professional səviyyədə aparılmış Krım əməliyyatı göstərdi ki, Rusiya ordusu yenilənmişdir və fərqli inkişaf sferasına qədəm qoymuşdur. Krım hadisələrindən sonra hətta NATO zabitləri “RF ordusunun heyrətedici professionalizmini və təchizatını” etiraf etməli oldular. Suriya müharibəsi zamanı Rusiya ordusunun maraqlı özəllikləri üzə çıxdı. Suriya cəbhəsinə Rusiya hərbi-kosmik qüvvələrinin gətirilməsi regionda at oynadan terrorçuların həyatını cəhənnəmə çevirdi. Yeni rus silahları əməliyyatlarda qeyri-adi dəqiqlikləri ilə heyranlıq yaratdılar. Rus təyyarələri hədəfi ən aşağısı 40-50 kilometr məsafədən vurduğundan, onları heç bir raket ilə vurub salmaq mümkün deyildi. Bortlarında analoqu olmayan “Xibina” radioelektron müdafiə sistemləri də vardı ki, təyyarəni vurmaq üçün atılan raketin istiqamətini dəyişə bilirdi. Suriyaya müasir S-34 cəbhə bombardmançıları da gətirilmişdi. Bu təyyarələr operativ və taktiki dərinlikdə yerüstü obyektlərə dəqiq raket zərbələri endirmək, o cümlədən hava hədəflərini vurmaq üçün nəzərdə tutulmuşdur. S-34 təyyarəsinin taktiki-texniki xüsusiyyətləri elədir ki, döyüş tapşırığını günün istənilən vaxtında və hava şəraitindən asılı olmayaraq yerinə yetirməyə qadirdir. Zərbə dəqiqliyi özündən əvvəlki sələfləri S-22 və S-24-dən qat-qat üstündür. Yeni model aviasiya texnikaları Rusiya təyyarəçilərinə minimal risk altında döyüş aparmağa imkan yaradır. Təyyarələrin hamısında müasir QLONASS nişanalma və naviqasiya sistemləri qoyulmuşdur. Qırıcıların atdığı bombalar hədəfi 2-3 metr dəqiqəliklə vurur. Suriyada terrorçuların mövqelərinin bombalanması zamanı istifadə olunan reketlər idarə olunan X-29L raketləri idi. Bu tip raketlər lazer başlığına malikdir. Təyyarənin sürücüsü vurulacaq obyektə lazeri yönəldir və raket hədəf istiqamətində uçur. Çəkisi 500 kiloqramdır. Lazerli raketlər SU-24 və Su-34 təyyarələrinə qoyulmuşdur. Su-34 bombardmançılarının atdığı KAB-500S bombası terrorçuların yeraltı bunkerlərini və beton istehkamlarını tamamilə dağıdıb külə çevirirdi. Bunkerləri vurmaq üçün düzəldilmiş bu raket torpağa toxunarkən detonasiya vermir, yalnız yerin dərinliyinə çatdıqdan sonra partlayır və ətrafa qəlpə tullamır. Həmin raketlərin əsas funksiyası yerin altındakı obyektləri sıradan çıxarmaqdır. Rusiyanın Suriyaya göndərdiyi Mi-24 vertolyotları hökumət qoşunları və Hizbullah ordusunun birgə yerüstü əməliyyatlarına tutarlı hava dəstəyi verdi. Bu vertolyotların silah-sursatsız çəkisi 7,5-8,3 tondur. Rusiyada bu vertolyotun artıq modern olunmuş yeni Mi-35 modelləri çıxsa da, Suriya cəbhəsinə Mi-24 vertolyotu göndərilmişdi. Mi-24 dünyada ən yaxşı döyüş vertolyotu sayılır. Hərbi dairələrdə ona “uçan tank” da deyirlər. Destantçılar üçün nəzərdə tutulmuş hissəsinə 8 döyüşçü rahat yerləşə bilir. Amerikanın “Kobra” və “Apaçi” vertolyotları geniş reklam olunsa da, xarici ölkə orduları əsasən Rusiya istehsalı olan bu tip vertolyotları almağa maraq göstərirlər. Bu təyyarədə olan möhkəm zireh örtüyü dünyanın heç bir vertolyotunda yoxdur. Mi-24 vertolyotunda 12,7 mm pulemyot, 30 mm avtomatik qranatomyot, iki dördlüləli QŞQ-7,62 pulemyotu, QŞ-23L aviasiya topu və fırlanan top vardır. Vertolyot hədəfində olan tanklara PTRK “Ştrurm-V”, “Ataka-M” və “Qermes-A” raketləri ilə zərbə endirir. Düşmənin yerüstü mövqelərini isə NAR idarəolunmaz aviasiya raketləri ilə vurur. Havadakı hədəfləri “hava-hava” raketi ilə məhv edən vertolyotda həm də məşhur PZRK “İqla-B” silahının vertolyot variantı da qoyulmuşdur. Vertolyot 500 kiloqrama yaxın mərmi daşıya bilir. Üst-üstə düşməni vurmaq üçün təyyarənin içində 2,5 ton döyüş ehtiyatı olur. Müqayisə üçün deyək ki, T-72 tankında cəmi bir ton mərmi ehtiyatı olur. Bortundakı pilotaj-naviqasiya və radioelektron cihazların səviyyəsi elədir ki, vertolyot istənilən hava şəraitində, həm gündüz, həm də gücə uçuş keçirmə qabiliyyətinə malikdir. OBH-1 "SKOSOK" eynəkləri sürücüyə gecə görmək və döyüş aparmaq imkanı yaradır. Vertolyot sürətini saatda 368 kilometrə kimi artırır, iki dəqiqəyə 3 kilometr, 8 dəqiqə 31 saniyə ərzində isə 6 kilometr hündürlüyə qalxır. Suriyaya rus hərbi bazalarını hava hücumundan qoruyacaq raket müdafiə kompleksləri də gətirilmişdir. Məsələn, ZRK “Tor-M2E” təyyarələri, vertolyotları, dronları, qanadlı raketləri və idarə olunan aviabombaları məhv etmək üçündür. Döyüş modulunda təyinedici aparatura- radiolokasiya və optika cihazları yerləşdirilmiş maşın hətta hərəkətdə olarkən hədəfləri tapıb müəyyən edir və saniyədə 700 metr sürətlə uçan bütün obyektləri vurub salır. ZRK “Tor-M2E” döyüş şəraitində havada olan 50 hədəfi birdəfəyə vurub salır. İlkin mərhələdə izləmə aparatı onların içərisində ən təhlükəlisi hesab olunan 10-unu seçir, 4-ünü avtomatik olaraq vurub salır. Sonra isə atəş axırıncı hədəfin göydən düşməsinə və kanalın təmizlənməsinə kimi davam edir.
 ABŞ-ın nüfuzlu “Politico” saytının dərc etdiyi xidməti hesabatda göstərilir: “ABŞ ordusunun Avropada Rusiya qarşısında dayanacaq gücü yoxdur”. Hesabatda NATO-nun Avropaya dislokasiya edilmiş birqadalarının vəziyyəti araşdırılır: “İtaliyada yerləşən 173 saylı hava-desant briqadası son 15 ildə İraq və Əfqanıstan kimi bölgələrə ezam edilib. NATO-nun göz bəbəklərindən sayılan bu briqada hazırda öz misiyasını effektiv və çevik surətdə həll etmək üçün bir sıra imkanlardan məhrumdur”. Məruzədə Ukrayna hərbçiləri ilə təlimlər zamanı taktiki və texniki imkanlar sahəsində üzə çıxan geriliklər sadalanıb: “Məsələn, briqadanın özünün hava hücumundan müdafiə (HHM) və radioelektron mübarizə (REM) hissələri yoxdur. Bütün rabitə və əlaqə istisnasız GPS sisteminə bağlanıb ki, bu da aviasiya və yüksək texnoloji avadanlığa malik olmayan İraq və Əfqanıstan kimi ölkələrdə effekt vermir”. 173 saylı hava-desant biriqadası NATO-nun xarici hüdudlarının qorunması yolunda əsas elementlərdən biri sayılır. ABŞ-ın 2 tank briqadası Almaniyadan çıxarıldıqdan sonra sözügedən hərbi hissənin əhəmiyyəti daha da artmışdır. Lakin briqadanın olmazın problemlərini həll etmək üçün bir sıra tutarlı tədbirlərin həyata keçirilməsinə ehtiyac yaranmışdır. Məruzədə Rusiya hərbi texnikası üçün asan hədəfə çevrilən köhnəlmiş zirehli “Xammer”lərin ABŞ-ın “General Dynamiks” şirkətindən almağı planladığı “Qraund Mobility Vehicle” maşınları ilə əvəzlənməsi məsləhət görülür. Bundan başqa bildirilir ki, briqadanın öndə xidmət edən kəşfiyyatçıların müdafiəsi üçün yüngül tanklara ehtiyac vardır. Yazıda ən böyük çatışmazlığın Rusiyanın siqnal pozan stansiyalarının və digər REM vasitələrinın təhdidinə qarşı avadanlığın yetərsizliyi göstərilmişdir. Həmçinin qeyd olunur ki, Rusiya stansiyaları 50 millik həndəvərdə GPS sistemini neytrallaşdırmaq qabiliyyətinə malikdir. Bu problemi izlənilməsi və müəyyən edilməsi çətin olan yüksək tezlikli radioəlaqənin köməyi ilə həll etmək olar. Lakin ABŞ ordusunda istisnasız olaraq peyk əlaqəsinə üstünlük verilir. “İş o yerə qalıb ki, 173 saylı briqada yaranmış bu çatışmazlığa görə Rusiyanın radioelektron vasitələrinə yaxşı bələd olan litvalı hərbçilərdən kömək istəmişdir. Bu, ABŞ hərbçilərinin rabitə vasitələri ilə bağlı hansı anlayışa sahib olmasının qaranlıq əlamətidir”- yazıda qeyd olunub. Məqalədə əsas təhlükənin artilleriya üçün yarandığı bildirilir. Belə ki ABŞ ordusu artilleriya atəşlərində də yalnız GPS sisteminin köməyinə bel bağlayır. Lakin artıq 20 ildir ki, orduda astronomik cədvəldən istifadə edilmir. ABŞ ordusunun istefada olan hərbçisi Adrian Bonenberger hesabatla bağlı yazır ki, əgər Rusiya artilleriya atışlarını çaşdırmaq üçün REM sistemlərindən istifadə etsə və bunun nəticəsində tank əleyhinə silahlar düşmən texnikasını vura bilməsə, rus hərbçiləri asanlqla bizim desantların öhdəsindən gəlməyə qadir olacaq. “Bu isə bizi uzun və qanlı müharibəyə sürükləyir”- Bonenberger qeyd edir. “ABŞ ordusunun çevik reaksiya gücləri Rusiyanın yüksək texnologiyalı ordusuna qarşı gəlmək üçün tam təchiz edilməyib və yetərli qədər təşkil olunmayıb”- hesabatla bağlı yazı qələmə alan jurnalist Uesli Morqan bildirir.
 173 saylı hava-desant briqadası həmin briqadadır ki, İraqın şimalında türk xüsusi təyinatlılarını həbs edərək başlarına çuval keçirmişdi. Halbuki bu briqada peyda olduğu yerlərdə hər dəfə öz bivecliyi ilə gülüş doğurur və güclü döyüş qabiliyyəti ilə seçilmir. Briqadanın əsgərlərini İraqın Başur məntəqəsində təyyarədən paraşütlə desant edərkən tragikomik mənzərə yarandı. 300 metr hündürlükdən paraşütlə yerə tullanan əsgərlər bir-birindən kilometrlərlə aralı böyük bir ərazidə səpələndilər, itdilər və uzun müddət bir yerə toplana bilmədilər. Sonradan məlum oldu ki, enərkən 20 əsgərin qolu və qıçı sınmış, 32 əsgər heç qorxusundan təyyarədən tullana bilməmişdir. 2016-cı ilin aprelində Almaniyanın Xoenfels rayonundakı poliqonda məşqlər zamanı 173 saylı hava-desant briqadası yenidən biabır oldu. Briqadanın havadan düzgün desant olmağı bacarmadığı tam barizliyi ilə üzə çıxdı. Hərbi texnikanı təyyarədən paraşütlə yerə buraxarkən paraşütlər qırıldı, bəziləri isə havada bir-birinə dolaşdı, nəticədə bir neçə “Xammer” zirehli maşını yerə çırpılaraq sıradan çıxdı. Briqadanın əsgərləri ABŞ-ın əli çatan bir çox ölkələrdə qeyri-etik hərəkətləri ilə də yadda qalmışlar: onlar tez-tez içkili vəziyyətdə ictimai yerlərdə asayişi pozur və dava-dalaş salırlar. Məsələn, Latviyanın Ventspils şəhərinin meri Ayvars Lemberqs mətbuata bildirmişdir ki, onlar bu ölkədə özlərini “donuz kimi aparmışlar”.
 Rusiya ordusunun Avropada ABŞ ordusundan üstünlüyünü NATO-nun Avropadakı komandanı general Ben Xoces də dilə gətirmişdir. Xoces etiraf etmişdir ki, Rusiya “uzaq məsafələrə və həddən artıq cəld qoşun yeritməyi” NATO-dan yaxşı bacarır. Xocesin fikrincə, Rus ordusu komandanlıq və idarəetmə sistemində yeniliklər həyata keçirmişdir, raket və artilleriyadan daha uğurla istifadə edir, o cümlədən effektiv radioelektron müharibə aparır. İngiltərə hərbi dəniz qüvvələrinin vitse-admiralı Klayv Conston da bildirmişdir ki, hal-hazırda Şərqi Avropada Rusiya dominantdır. ABŞ-ın RAND təhqiqat mərkəzinin fikrincə, Rus qoşunları 36 saat ərzində Pribaltika ölkələrində NATO müdafiəsini yarmaq imkanına malikdirlər. Krimin bircə güllə də atılmadan qısa zaman kəsiyində götürülməsi NATO komandanlığında şok yaratmışdır.
 ABŞ-ın nəzarətində olan NATO ölkələri ordularında da vəziyyət ürəkaçan deyildir. Almaniya Bundestaqının deputatı Sara Vaqenknext maraqlı bir açıqlama ilə çıxış etdi: “Əgər Rusiya guppuldatsa, NATO sink tabutları çatdıra bilməz!” Ekspertlərin fikrincə, İngiltərə ordusu elə bir vəziyyətdədir ki, Rusiya ordusu onu bircə günün içində məhv edə bilər. İngiltərə Quru Qoşunları nəzdindəki Konfliktlərin Tarixi Analizi və Təhqiqatı Mərkəzinin məruzəsində göstərilir ki, ölkə hərbi büdcəni ixtisara salmaq və ordunu azaltmaq məcburiyyətində qalıb və bu vəziyyəti daha da qəlizləşdirib. Məruzədə qeyd olunur ki, ölkədə onsuz da cəmi bir döyüşkən hərbi hissə var və maliyyənin azalması rus ordusunun bu hərbi hissəni bircə günün içərisində məhv etməsinə gətirib çıxaracaq. Silahlı Qüvvələrin keçmiş komandanı Riçard Berrons İngiltərə müdafiə nazirinə yazdığı və ictimailəşdirdiyi məktubunda göstərir ki, İngiltərə Silahlı Qüvvələri döyüşkən vəziyyətdə deyildir və müharibə olacağı təqdirdə öz heyətinin böyük hissəsini itirəcəkdir. Berronsun fikrincə, İngiltərə Rusiya ilə müharibə aparacaq qüdrətə malik deyil. Keçmiş komandan bildirir ki, Müdafiə Nazirliyi ordunu gücləndirmək əvəzinə “vitrinləri bəzəməklə”, yəni görüntü yaratmaqla məşğuldur. Onun sözlərindən aydınlaşır ki, İngiltərə ordusunun özünün nə silah-sursatı, nə havadan müdafiə sistemi, nə də döyüş planı yoxdur, belə ki ordunun təchizatı bütünlüklə ABŞ-dan asılı vəziyyətdədir. Berrons yazır ki, havadan müdafiə qüvvələri ölkə ərazisini aviasiya hücumundan qorumaq iqtidarında deyillər və olsa-olsa Londonun hökumət binaları yerləşən mərkəzi küçəsini qoruya bilərlər. Berronsun gəldiyi qənaət budur ki, Rusiya istəsə cəmi 48 saat ərzində NATO ölkələrinə öz qoşunlarını yeridə bilər.
 NATO-nun ikinci ən böyük ordusu sayılan Türkiyə ordusu da kağız üzərində güclü göstərilir. Almaniyalı hərbi ekspert Rayner Hermann bu barədə maraqlı fikirlər səsləndirmişdir. Onun sözlərinə görə, Türkiyə ordusunun arsenalında yer alan əksər ağır texnika Soyuq müharibə dövründən qalmadır; məsələn, türk tankları 1950-ci illərin istehsalı olan paslanmış tanklardır. Hermann türk ordusunun istifadə etdiyi M-60 döyüş tanklarının 1950-ci illərdə buraxıldığını, bu tankların ordu qüvvələrində sayının təxminən 800-dən artıq olduğunu göstərmişdir. ABŞ-ın bu tankları 1991-ci ildə Körfəz müharibəsindən sonra Türkiyəyə verdiyini bildirən mütəxəssis Türkiyə Silahlı Qüvvələrinə məxsus digər tankların isə daha köhnə M-48 tankları olduğunu demişdir: “30 il ərzində PKK qarşısında zəfər qazana bilməyən bu ordu İŞİD qarşısında da aciz qaldı. Türkiyə ordusu yalnız kağız üzərində qüvvətli göstərilir. Türk ordusunun imici yarım əsrlik tanklarına bərabərdir. Türkiyənin öz hədəflərinə çatması qeyri-mümkündür”.

KÜTBAŞLARIN DÜNYASI

 Amerikan ordusunun möhtəşəmliyi və məğlubedilməzliyi haqqında mif ona görə yaranmış və ayaqda qalmışdır ki, insanların əksəriyyəti baş verən hadisələrin mahiyyətinə varmırlar, səthi, xarici effektlər əsasında fikirlər yürüdürlər. Fakt ondan ibarətdir ki, Qərb və İkinci Dünya Müharibəsindən sonra onun əsas dayağına çevrilmiş ABŞ ordusu tam deqredasiyaya uğramışdır. Oxucularımıza aydın olmalıdır ki, yırtıcı kapitalizmdə ordu olmur, layihə olur. 1970-ci illərdə Sovet dissidentlərinin dediyi kimi, “Qərb çürüyür, amma yaxşı iy verir”. Araşdırmamızı tanınmış filosof və sosioloq Aleksandr Zinovyevin aşağıdakı sözləri ilə bitirmək istəyirik: “ABŞ-ın rəhbərlik etdiyi dünya, hansı ki indiki vəziyyətdə formalaşır, heç də ağıllı adamların dünyası deyil. Bu kütbaşların dünyasıdır. İndi dünyada hakimlik edən və planlar həyata keçirən adamların intellektual səviyyəsi dəhşətli dərəcədə aşağıdır... Təkrar edirəm: amerikanlar heç nə qanmadıqları halda hər şey edirlər, belə ki dərrakə onlara qətiyyən gərək deyil. Və bu kütbaşlıq müasir dövrün ən qorxulu təhlükəsidir”.

Комментариев нет:

Отправить комментарий