Kremlin baş ideoloqu, tanınmış politoloq, professor Aleksandr Duqinin türk mətbuatına verdiyi müsahibədən maraqlı məqamları oxuculara tətbiq edirik.
– Putini Ərdoğan məsələsində razı salan siz idiniz?
– Bəli, müəyyən təsirim oldu, çünkü müharibənin astanasına gəlmişdik. Ancaq prezidentimiz də nəyəsə razı salınacaq bir insan deyil. Putin rasional və realist insandır. Əgər mövzu ilə əlaqədar sübutlar varsa, mütləq nəzər yetirər.
– CIA-nın çevriliş cəhdi üçün 2 milyard dollar xərclədiyini iddia edirsiniz. Bəs niyə uğursuzluğa düçar oldular?
– Çünki türk ordusunun gücünü nəzərə almadılar. Ergenekon və Balyoz əməliyyatlarından sonra düşündülər ki, daha orduda Ərdoğanı dəstəkləyən qalmayıb. Ancaq ordudakı kemalistlər (atatürkçülər) Ərdoğanı dəstəklədi. CIA həmçinin, o gecə Türkiyə və Rusiya arasındakı rabitə kanallarını da kəsməyə çalışdı.
– Yenidən belə bir cəhd ola bilərmi?
– Məncə olmaz. Başqa yollardan istifadə edəcəklər. Çünki hələ də CIA ilə güclü əlaqələri olan şəxslər var, ancaq onların təşkilatlanması asan deyil.
– Düşünürsünüz ki, FETÖ-nun son istifadə müddəti daha keçib və ABŞ yeni bir maşadan istifadə edəcək. Bu təşkilat hansı formada ola bilər?
– Bir çox faktoru bir yerə toplama strategiyasından istifadə edəcəklər. Davamlı olaraq, Türkiyə hücumlara məruz qalacaq. İrana və Rusiyaya sanksiyalar tətbiq olunur. Əminəm ki, Türkiyəyə qarşı da sanksiya həyata keçirəcəklər. İqtisadiyyatınızı xilas etmək üçün B planı hazırlamalısınız.
yenicag.az
Комментариев нет:
Отправить комментарий