Qeyd etmək lazımdır ki, ön cəbhədə vuruşanların 80 faizi ABŞ vətəndaşlığı almamış latınoamerikanlar olduğundan onlar öləndə ABŞ-ın itkiləri siyahısında yer almırlar. İraqda polis, mühafizə və təlimatçı kimi işləyənlərin çoxu ABŞ silahlı qüvvələrinə aid olmadıqlarından və muzdlu xidmət göstərdiklərindən onlar da öləndə ordu itkiləri siyahısına salınmırlar. Bundan başqa, ABŞ meyarlarına görə, terror aktı zamanı həlak olanlar yox, yalnız üzbəüz döyüşdə həlak olanlar itkilər siyahısına salınırlar. Məsələn, iraqlı mücahid küçəni patrul edən amerikan əsgərlərinə qranat sıxırsa və onlar qırılırsa, bu əsgərlər xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş yox, terror aktı zamanı həlak olmuş sayılırlar. Əgər əsgər yaralanıbsa və hadisə yerində yox, hospitalda ölübsə o da ordu itkisi sayılmır. Məsələn, əsgər İraqda yaralanmışsa və ABŞ-a gətirilərək burda hospitalda ölmüşsə, bu müharibə itkisi hesab olunmur. Minaya düşmüş maşınlarda həlak olmuş hərbçilər də ordu itkisi siyahısına salınmır, terror qurbanı hesab olunurlar. Mina müharibəsi isə iraqlıların və əfqanlıların amerikanlara qarşı apardığı mübarizənin əsas özəyini təşkil etmişdir. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)
Комментариев нет:
Отправить комментарий