Bəli, bu gün İslam cəmiyyəti də digər cəmiyyətlər kimi problemlərə düçar olub. Özünüz baxın görün İslam dünyasında nələr baş verir. İslam cəmiyyətində bir qism dəyərsiz və nalayiq insanlar cəmiyyətin taleyini öz əllərinə alıblar. Səudiyyə Ərəbistanı və onun kimi başqa dövlətlərdə gördüyünüz kimi. Bütün bunlar Qurandan uzaq düşmələrinə və Quranın həqiqətlərilə tanış olmadıqlarına görədir. Əlbəttə bir miqdarı bilmədiklərinə və bir miqdarı iman etmədiklərinə görədir. Zahirdə Qurana etiqad edirlər və milyonlarla nüsxə çap edib orada-burada havayı paylayırlar. Amma Quranın məzmununa və mənasına etiqadları yoxdur. Quran buyurur ki, (müsəlmanlar) kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Amma bunlar möminlərə qarşı sərt, kafirlərlə mərhəmətlidirlər. Özünüz mülahizə edin, görün bunların bəziləri necədirlər. Kafirlərlə dostdurlar, birgə maraqları var. Onlar üçün xalqın malından; özlərinin malı yoxdur ki. Bank hesablarında olan pulları, əfsanəvi sərvətləri kimin malıdır? Haradan ələ gəlib? Atalarından irs qalmayıb ki?! Bunlar neftin puludur, yeraltı yataqların puludur, millətin sərvətidir. Xalqın güzəranını yaxşılaşdırmaq əvəzinə öz hesablarına gedir və şəxsi mənfəətlərində istifadə edirlər. Xalqın olan bu pulları kafirlərə, xalqın düşmənlərinə verirlər.
"Allahdan başqa tanrılar qəbul etdilər ki, onlara kömək olsunlar. Xeyr! Onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar".
Axmaqlar düşünürlər ki, onlara pul verməklə, yardım etməklə və belə şeylərlə İslam düşmənlərinin səmimiyyətini qazana biləcəklər. Səmimiyyət deyilən şey yoxdur. Özləri demişkən, "südverən inək" kimi sağırlar. Südünü sağırlar və görəndə ki daha süd vermir, kəsirlər.
İslam dünyasının bu günkü vəziyyəti belədir. Onlarla bir cür, Yəmən xalqı ilə bir cür, Bəhreyn xalqı ilə başqa cür və dinə qarşı rəftarları... Əlbəttə bunlar hamısı məhv olub gedəndir. Zahirə baxdığınız zaman zahir sizi aldatmasın. Bunlar aradan gedən, məhv olan şeylərdilər.
"Həqiqətən batil məhv olmağa məhkumdur".
Bunlar batildirlər və mütləq məhv olmağa məhkumdurlar. Bunda heç bir şübhə yoxdur. Bəli, mümkündür bir neçə sabah tez və ya gec baş versin. Amma bu bağlıdır möminlərə, mömin cəmiyyətinin rəftarına. Əgər düzgün əməl edərlərsə, bu hadisə tez baş verəcək. Yox, əgər düzgün əməl etməzlərsə, bir neçə müddət sonra baş verəcək. Amma mütləq baş verəcək. Həm onlar və həm də onların gözlərini dikdikləri süqut edəcək. Gələcəyi olan İslamdır, Qurandır!
Комментариев нет:
Отправить комментарий