20.11.2017

Koreya müharibəsində ABŞ əsgərləri nizami ordu hissələrinə qarşı döyüşməyə bacarmasa da, silahsız əhaliyə qarşı “ustalıqla” döyüşürdü. “Qabağına çıxanı öldür!” prinsipi ilə hərəkət edən amerikanların dinc sakinlərə qarşı amansızlıqlarının həddi-hüdudu yox idi. Onlar koreyalıların üstünə benzin töküb yandırır, diri-diri torpağa basdırır, qulaq və burunlarını kəsir, gözlərini çıxarır və dərilərini soyurdular. Müharibə dövründə amerikanlar 230 min dinc sakini qətlə yetirdilər. 1950-ci ilin oktyabrında amerikan əsgərləri Sinçxon qəzasını müvəqqəti olaraq işğal edərkən burada 35 min dinc sakini qətlə yetirdilər; onların 16 mindən çoxu uşaq, qadın və qoca idi. Amerikanlar Şimali Koreyanın bir çox kənd və şəhərlərini Yer üzündən sildilər. Ölkənin paytaxtı Pxenyana 428 700 bomba atdılar; hər paytaxt sakininə 1 bomba düşürdü. ABŞ ordusu beynəlxalq hüquq qaydalarını kobud surətdə pozaraq biokimyəvi silahdan da geniş istifadə etdi. Təkcə 1952-ci ilin yanvarından aprelinə kimi 100-ən çox Şimali Koreya şəhər və kəndinə zəhərli həşəratlar və bakteriyalarlar dolu konteynerlər tulladılar. Napalm yandırıcı mayesini nəinki cəbhə xəttinə, həm də arxa cəbhəyə, dinc sakinlərin yaşadığı məskənlərə və balıqçı qəsəbələrinə də səpdilər. Fransa qəzetlərindən biri yazırdı: “ABŞ Koreya yarımadasında 20-ci əsrin ən böyük cinayətlərindən birini törətdi”. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий