19.11.2017

84 il fasilədən sonra ABŞ yenidən Avropa dövlətlərinə hücum etmək cəsarətinə gəldi. Bu dəfə zəifləmiş, gücdən düşmüş və koloniyalarının çoxunu itirmiş İspaniya hədəf kimi seçildi. ABŞ İspaniyanın sonuncu koloniyalarından olan Kuba, Puerto-Riko və Filippin adalarını ələ keçirmək üçün müharibəyə başladı. Amerikanlar müharibəyə bəhanə qazanmaq üçün təxribata əl atdılar: 15 fevral 1898-ci ildə özlərinə məxsus olan “Meyn” kreyserini partlatdılar və həmin əməli ispanların üzərinə yıxdılar. Partlayış nəticəsində kreyserin bütün ekipajı- 260 amerikan matrosu məhv olsa da, amerikanlar ispan koloniyalarını zəbt etmək üçün səbəb qazandılar. Lakin ABŞ ordusu hətta zəifləyib gücdən düşmüş İspaniya ilə müharibədə də biabır oldu. Filippin adalarında yerli üsyançılar ispan ordusunu tam darmadağın etdiklərindən ABŞ ordusu burda müqavimət ilə rastlaşmadı və asanlıqla irəlilədi. Kubada isə yerli üsyançılar amerikanlara hərtərəfli dəstək versələr də, amerikanlar ispan qoşunlarına bata bilmədilər və məğlub olaraq geri oturdular. Yalnız ərzaq çatışmazlığı və tropik xəstəliklər ucbatından gücdən düşmüş ispanların təslim olmaq istəyi amerikanları vəziyyətdən çıxardı. Puerto-Riko adasında uzun müddət döyüş aparan amerikanlar yalnız 3 min əsgər tələfat verdikdən sonra bir neçə yüz nəfərlik ispan qarnizonuna qalib gələ bildilər. Maraqlı burasındadır ki, indilərdə olduğu kimi həmin dövrdə də Amerika qəzetləri ölkə əhalisinə cəbhədəki “müdhiş” qələbələr haqqında fantastik nağıllar söyləməkdəydi. Mətbuat məğlubiyyətləri ciddi-cəhdlə gizlədir, qələbələri isə şişirtməklə məşğul olurdu. Bu qəzetləri oxuyan amerikanlara elə gəlirdi ki, ABŞ ordusu Avropanın birgə götürülmüş ordularından da güclüdür. Mətbuat vətəndaşların beynini qələbə müjdələri ilə elə yoğurmuşdu ki, onlar ölkə hakimiyyətini yeni-yeni torpaqların işğalına səsləyirdilər (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий