24.11.2017

1993-cü ilin 3 oktyabrında BMT-nin Somalidə həyata keçirdiyi sülhməramlı əməliyyat çərçivəsində ABŞ speçnazı “Delta” ordu reyncerlərinin dəstəyi ilə ölkə paytaxtı Moqadişoya girdi. Məqsəd general Məhəmməd Aydidin rəhbərlik etdiyi Somali Milli Alyansına mənsub olan iki hökumət üzvünü həbs etmək idi. Lakin “Delta” şəhərin küçələrində Somali Milli Alyansının silahlıları ilə üz-üzə gəldi və çətin vəziyyətə düşdü. 90 dəqiqəyə planlaşdırılmış əməliyyat ABŞ xüsusi təyinatlılarının ağlaşma və fəryadları altında 3 gün davam etdi və məğlubiyyətlə nəticələndi. General Aydidin döyüşçüləri amerikan əsgərlərinin mindikləri “Xammer” zirehli ciplərini avtomat güllələri ilə asanca deşik-deşik edirdilər. Somalililər amerikanların 2 vertolyotunu və çoxlu sayda avtomobilini vurdular. Komandanlıq acınacaqlı vəziyyətə düşmüş xüsusi təyinatlıların xilası üçün 2 dəfə hərbi kolon göndərsə də, hər iki kolon şəhərin küçələrində gülləbaran edildi və geri qayıtmaq əmri aldı. Bundan sonra amerikanlar kömək üçün sülhməramlı kontingentdən olan pakistanlı və malaziyalı həmkarlarına müraciət etdilər. Pakistan və Malaziya hərbçiləri 4 tank, 24 zirehli transportyor, 30-a yaxın maşın və havadan çoxlu sayda vertolyotların dəstəyi ilə hücuma keçərək barrikadaları yardılar və yarımcan olmuş ABŞ xüsusi təyinatlılarını odun-alovun içərisindən çıxarıb gətirdilər. Amerikan hərbçilərində kinolarda gördüyümüz Rembolardan əsər-əlamət qalmamışdı. Araşdırma zamanı üzə çıxdı ki, müqavimət göstərən somalillərin içində qadın və uşaqlar da varmış, onların köhnə “Kalaşnikov” və bir neçə RPQ-dən başqa heç bir silahı yoxmuş. Təkcə pakistanlı və malaziyalıların axırıncı hücumu zamanı onların başına vertolyotlar 80 min patron və 100 reaktiv mərmi yağdırmışdılar. Moqadişo döyüşü zamanı ABŞ silahlı qüvvələrinin 18 əsgəri öldürüldü, 77 əsgəri yaralandı, 1 vertolyot pilotu isə əsir düşdü. Si-En-En telekanalı həlak olmuş “Delta” əsgərinin parçalanmış cəsədini somalililərin küçədə sürüməsi kadrlarını bütün Amerikaya göstərdi və bu kadrlar amerikanlarda şok effekti yaratdı. “Delta” speçnazının başına gələn bu biabırçılıq ABŞ hökumətini öz ordusunu təcili surətdə Somalidən çıxarmağa məcbur etdi. ABŞ müdafiə naziri istefaya göndərildi və general Aydid ilə sülh müqaviləsi imzalandı. (İ.Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий