Bəziləri elə bilirlər ki, dini məktəb və mərkəzlər kosmosa uçmaq üçün aparat icat etməli, yeni kəşflər ixtira etməli, nano texnologiyalar, nə bilim uçan maşın istehsalı ilə məşğul olmalıdı.
Bunlar üçün xüsusi zavodlar, laboratoriyalar, müəssisələr var. Bu işlə məşğul olanlar var.
Və elə bu da dinə görə vacibdir. Amma daha bütün iş-gücü bu kimi şeylərə sərf etmək olmaz ki!
Cəmiyyətdə fəhlə də olmalıdı, mühəndis də olmalıdı, həkim, polis, elmi işçi, ticarətçi, balıqçı- hər sahədə işləyən adam olmalıdı.
Hər sahədə sənətkarların və mütəxəssislərin olması gərəkdir.
Eləcə də, bununla yanaşı insanların sağlam əqidə və əxlaqı olmalıdı.
Yəni adamlıq olmalıdı.
Din də insanlara adam olmağın yollarını öyrədir.
Din ilk öncə insanın ruhani və mənəvi aləmi üçündür. Ən son model avtomobil sahibi olsun, adam olmadıqda, əxlaqi gözəl olmadıqda nə faydası? Milyonlara sahib olsun, adamlığı, mənəviyyatı olmadısa, nə fayda?
O gün bir nəfər yazıb irad bildirib ki, tarix boyu dini məktəblərdən çıxan alimlər heç vaxt heç bir ixtiralar edə bilməyiblər.
Qardaşa deyirəm ki, sənin tarixdən, elmdən, dindən qətiyyən xəbərin yoxdur. Əvvəla dini təhsili olan, dini məktəbdən çıxmış 300-dən artıq dünya şöhrətli alimlər olub ki, onlar dünyaya çox böyük töhfələr veriblər, ixtira və kəşflər ediblər. İkincisi, siz din alimlərinin siyasətə qarışmasının əleyhinəsiz, din alimləri ancaq namaz qılmaqla məşğul olmalıdlr deyirsiz, bir yandan da onlardan kosmosa uçmağı, nələrsə ixtira etməyi istəyirsiz. Siz tarix müəllimindən tibbə aid, ginekoloqdan kənd təsərrüfatına aid suallar soruşursuz.
Adını yaza bilməyən avamları molla kimi öz məclisinizdə danışdırırsız, sonra da deyirsiz dindarlar savadsızdı.
Комментариев нет:
Отправить комментарий