Prosta Roma: Allah Avropa dəyərlərinə lənət etsin. Ölkədə geylər, lezbiyankalar, translar, biseksuallar kütləvi şəkildə vüsət alır.
Rauf Qubadov: Biri yazıb ki, bunlar nefti satır, amma Rusiyaya heç nə satılmır, neftin pulundan çox pul gəlir Rusiyadan. Gələn pul da xalqa çatır...
Fərhad Həsənzadə: Nəyimizə gərəkdir bu Qərb? İsrail hara, qardaşlıq hara? Nə vaxtdan belə yəhudilər müsəlmanlarla dost-qardaş olub?
Rəfail Ağayev: Sumqayıtın “Karvan” ticarət mərkəzində nəvələrimin hərəsinə bir cüt qızıl sırğa aldıq. Arxangelskdə hər ikisini iki yerdə yoxlatdırmışıq. Hər iki yerdə də: “Eto ne zoloto” - “Bu qızıl deyil” deyiblər.
Ceyhun Salahov: Mən İran İslam Respublikasına həm eyni əqidədən olduğumuza görə, həm qonşu kimi, həm ata-babalarımızın iranlılarla birlikdə neçə yüz il eyni dövlətlətlərdə yaşadıqlarına görə, həm də ən əsası daim məzlumun yanında olduğuna görə üstünlük verirəm.
Famil Qardaşxanov: Milli satqınlardır. Fikirləri Azərbaycanı Türkiyənin bir əyaləti eləməkdir. Özləridə bilir ki bu Turan xülyası baş tutan deyil, amma sionist tulaları bunların o ki var beyinlərin doldurub ki dediklərindən dönmürlər.
Vüqar Aslanov: Aran zonasında suvarma sistemləri bərbad vəziyyətdə olduğuna görə əhali bölgənin ən vacib məşğuliyyət və istehsal sahəsi olan pambıqçılıqla məşgul ola bilmir.
Zaur Musayev: İŞİD- vahhabiliyin həqiqi simasıdır.
Nadir Qocabəyli: Biz uşaqlarımızı, qohum-qardaşımızı sizin kimi xaricə, Türkiyəyə, Avropaya, ABŞ-a oxumağa göndərə, hansısa yollarla vəzifələrə qoydura bilmirik. Rus bölməsinə göndəririk ki, gələcəkdə rus dili vasitəsilə daha çox elmi, ədəbi mənbələrə əli çatsın, iş tapmaqda çətinlik çəkməsin. Vətənində bizim kimi iş-güc tapmayanda, sıxışdırılanda, sizin kimilərə nökərçilik etməkdənsə, böyük Rusiyada sığınacaq, iş tapa bilsin.
Əli Şərif: İŞİD bitdi, kürdlərin proqramını yüklədilər! Əlbəttə, kürdlərə biz tarix boyu dərs vermişik, amma indi bunların qabaqda gedəni İsrailin quludu! Hamıdan çox elə kürd xalqı zərər çəkəcək. İŞİD-dən sonra İraqda sünni-şiə birləşməyə getdi, şükürlər olsun, amma separatçı kürdlər xərçəng kimi yaraya çevrildi.
Vasif Seyfullayev: Bu ölkə heç vaxt müstəqil olmayıb, ola da bilməyəcək. Müstəqillik haqqında cəfəngiyyatları nə qədər tez unutsaq o qədər yaxşı olar. Fakt odur ki, Rus bu millətin nökərini də, çobanını da oxudub.
Zamiq Mahmudov: Millət qırılır, analar uşaqlarına pampers ala bilmir, atalar balaların yanında xəcalətlidi. Hələ xalqın kreditdən asılı buraxılmağını demirəm.
Xəqani Abdulov: Evdə dünya xəritəsi olan kişi bir gün evə gəlib görür nəvəsi xəritəni cırıb, parça-parça edib. Nə qədər çalışırsa düzəldə bilmir ki, düzəldib skoçlasın. Oğlu deyir, ata, ver mən düzəldim. Götürüb düzəldib verir. Atası təəccüblə soruşur necə düzəltdin? Oğul deyir, ata, xəritənin arxasında öz şəklimi çəkmişdim, özümü düzəltməklə dünyanı düzəltdim.
Yusif Rəhimli: Profilindən dəqiq bəlli deyil qızdır, ya oğlan. Lap tutaq ki dəqiq xanımdır. Deməli bu xanım paylaşır ki, “Gecəniz xeyrə qalsın”. 100-dən çox like gəlir. Demirəm, bəlkə tanışları var, bəyənə bilər. Sözümün canı var. Deməli o qədər elmi məqalə paylaşan insanlar var ki, baxırsan 10-15 bəyənmə gəlir. Burdan da belə nəticəyə gəlmək olur ki, bizim canımızda var elmdən qaçmaq. Elə həmişə ağzımızın suyu axa-axa bir qadın nəsə paylaşan kimi rəy yazmağa, bəyənməyə can atırıq. Və danışanda da ağzımız yer tutmur, ay akademiklər belə gəldi, təhsil bərbad gündədir filan. Günahı özümüzdə axtaraq.
Hikmət Əsədov: Mən həmişə demişəm, Azərbaycanın bir nömrəli problemi Türkiyə dövlətidir! Bizi erməni zibilinə də osmanlılar salıblar! Allah bizi bu bəlaya salanı cəzasına çatdırsın!
Elxan Xəlilov: Son 10 ildə 17 000 min tələbə ödənişə görə təhsillərini yarımçıq qoyublar... Vəziyyət əladır bu sahədə... Savadsız kütləni idarə etmək asandır.
İlya Abushabar: Bu gün dünyada sünni-şiə müharibəsi getmir. Heç müsəlman-qeyri müsəlman müharibəsi də deyil. Dünyada zülm və ədalət davası gedir. Bəs haqlı tərəfi tanımaq üçün meyar nədir? Əsas meyar İsraildir. Baxın İsrail birbaşa və ya dolayısı ilə kimin tərəfindədi, kimin qarşısındadır.
Qəmlo Əsədullah: Sosial şəbəkələrədə insanların yazdıqlarına baxıram, görürəm ki xalqın çoxusu heç başa düşmür nə baş verir. Bunlar nə yeyir, nə içir, necə yaşayır, bunlar uşaqların gələcəyini necə görür... Bir robot, kütbeyin, savadsız, əlacsız, öz taleyini həll edə bilməyən kütlə əmələ gəlib. Ölkənin müxalifəti də xəstədir. Əllərindən bir iş gəlmir.
İlkin Nəcəfov: Bugün səhər uşaqları məktəbə aparanda baxdım ki, bəzi mamaşalar elə gecə paltarında uşaqlarını müşayiət edirlər. Bu qədər də olmaz. Alt paltarı ilə də məktəbə uşaq apararlar? Bəs bunun kişisi səhər durub işə gedəndə arvadının bu halını görmür?
Vüsal Həsənəli: Panturkistlərin ideologiyası faşizmin davamıdır. Millətçilik çox böyük psixoloji xəstəlikdir.
Saleh Hüseynov: Kim deyir qadınları anlamaq çətindir? Sən ən çətin anında onun yanında olub əlindən tutdunmu? Yoxsa çıxıb getdin? Dava elədiynizdə əsəbləşdiyini görüb xoşluğa gətirdinmi? Qadınları anlamaq çətin deyil, dostum. Sadəcə bir qadın olsun həyatında və gözün ondan başqasını görməsin. O qadının sənin bütün dünyavı xoşbəxt edəcəyini görəcəksən.
Zahid Mikayılov: Elçibəyin istədiyi quruluş bizi ibtidai icma quruluşuna qaytardı.
Pərvin Cəfərzadə: Dünən istədim yazım ki, neçə gündür intihar xəbərinə rast gəlmirəm. Bu gün isə... Ərzaq mağazalarına 600 azn borcu olan 50 yaşlı kişinin intihar xəbəri gəldi((.
Elxan Zaman: Millətçilər qədər insanlara və insanlığa nifrət püskürən ikinci bir qrup görmədim.
İlham Əlisoy: Əvvəllər danışırdıq ki, Türkiyədə əhalinin 60 faizindən çoxunun şəxsi evi yoxdur, kommunal xərclər at belində, iş yerləri məhdud... 70-cı illərin türk filmlərində bütün bunlar çox gözəl əks olunub. İnsanlar iş yerlərini itirməmək üçün nə yollara əl atır, patronların qarşısında əzilir-büzülür, alçalır və s. İndi özümüz bunları yaşamağa başlamışıq. Tüpürələr belə müstəqilliyə! Bir qrup adam yağ-bal içərisində yaşayır, əhali isə qarnının köləsinə çevrilib.
Müşfiq Heybətov: AzTV bayaq deyir ki, dolların restruksiyasını konsolodasiya etdikdən sonra kunkunkulidasiya proseslərinin intensiv manipulyasiyasına başlayacayıq və bunun nəticəsində də manat möhkəmlənəcək))).
Rahim Qəribov: Azərbaycanın elmə ehtiyacı yoxdur! Təhsilimizdən astronomiya fənni çıxarılsa Azərbaycanın kosmik peyki göydə pərvazlanar! Ayaqların hansı birinin yararlı olub-olmamasının nə fərqi var ki, əsas kəsməkdi, onu da çox gözəl bacarırlar.
Zərdüşt Əlizadə: Azərbaycan hakimiyyəti dünyanın məşhur idman oyunlarına ev sahibiliyi etməsi ilə öyündüyü bir vaxtda 75 yaşlı qarı əlindəki süpürgə ilə paytaxt Bakının mərkəzi küçələrindəki yağışın suyunu ölüm-zülümlə süpürür.
Hikmət Babayev: Bizdə 2 cür müxalifət var, YAP-ın quyruq müxalifətləri və Qərb-ABŞ-Türkiyənin tula müxalifətləri... Hansıyla balaca maraqlandım, izlədim, eyni zibilləri gördüm.
Kənan Mahmudov: Odu söndürüb köz ilə oynayırıq. Azadlıq, azadlıq, azadlıq- deyə meydanlara çıxıb qışqıran, Sovet dövlətindən ayrılmaq istəyən biz idik, bizlər idik. Hələ bu harasıdı, çox şeylər olacaq. Çox şeylər görəcəyik hələ.
Roma Qobunski: Qardaş, Tarqovı biabırçılıqdı, açıq fahişə bazarıdı. Əvvəllər Conun, Ceksonun qucağında otururdu azəri fahişələri, indi ərəblərin qucağında oturur. Ərəblər Bakıda bazlıq edirlər, Tarqovıda, Hacıqabulda, Sircanda, Salyanda, Neftçalada quşları qırırlar, faunaya zərər verirlər. Azərbaycanda azərilərə yer qalmayıb, Tarqovıda bütün restoranların menyusu ərəbcədi. Bu ərəblərin gəlişi xoşməramli deyil. Bunları hansısa qüvvə azərilərlə üz-üzə qoymaq üçün gətirib.
Sahib Mingəcevir: 100 illər Rusiya ilə olduq, olan fahişələri xalq tanıyırdı və qınayırdı. Türkiyə ilə əlaqələr başlayandan sonra fahişəlik 100 dəfələrlə artdı və acıq-aşkar oldu.
Zeynəb Cəfərli: İndiki hökuməti milləti kökəlməyə qoymur. Kökəlməyə qarşı mədəni mübarizə aparır. Sovet qurluşunda nə vardı axı?! Hər şey ucuz, hər şey təbii, pul da çox. İnsanlar da yeyib içib, kökəlirdi. Xəstəxana da ki, barmaqla sayılacaq qədər az. İçi də bomboş. Qu desən qulaq tutulurdı. Xəstə-zad yoxuydu. Amma indi?! Pəhh, adambaşına bir klinika var. Hamısı da dolu. Maşallah!
Əhməd Rəhmanov: Bolşeviklər 25 il ərzində ayağı yalın xalqın əynindən iy vermiş çuxasını cıxardıb parta arxasına oturtdu. 25 illik müstəqillik isə hər şəraiti olan xalqı yenidən evində odun yandırmaga, maqazalardan nisyə cörək almaga, müalicəyə və bir qarın çörəkpulu qazanmaq ücün evindən didərgin düşməyə vadar etdı. Elçibəyin ruhu haqqı...
Məcid Mirzaee: Türkiyənin indiki baş naziri deyir ki, biz iqtidara gələnə qədər filan şəhərimizdə 2 araq zavodu var idi, indi isə sayəmizdə 16 araq zavodu oldu... Ay adını islamçı qoyan indiki Türkiyə hökumət məmuru...
Roma Əliyev: Vaxt gələcək indi Rusiya haqda mənfi fikirdə olanlar yaxalarını cıracaqlar Rusiya üçün.
İbadət Cəlalov: Elçibəy xalqa fəlakətdən savayı heç nə miras qoymayıb. Onun millətçilik ideyaları xalqı parçalamağa doğru aparırdı. Onun zəhərli millətçi ideyalarından xalq indi də əziyyət çəkir. O virusdan hələ də xilas ola bilmirlər və bundan sonra da xilas olmaq müşkül məsələdir.
Tural Abbasov: Bakı qeydiyyatı olmayan maşınlar paytaxta buraxılmır. Vaxtında bölgələrdə iş yerləri, ali təhsil ocaqları istifadəyə verilsəydi insanlar öz bölgəsini tərk etməzdi. Ən azından körpülərə ayrılan maliyyə hesabına etmək olardı.
Əkrəm Məlikov: Yer kürəsinin ən mükəmməl milləti, adı birhecalı olan xeyirxah millət - RUS!
Aftandil Babayev: Bunlara gülən olmasa deyərlər Mannanın süqutu da kommunistlərə görə olub.
Rəhim Həsənli: Kafir Sokrat deyirdi ki, “Onu bilirəm ki, mən heç nə bilmirəm”. Adınını yaza bilməyən komplekssiz dahi yeraz Ələsgər isə deyir: “Ələsgərəm, hər elmdən halıyam”.
Cavid Cabbarlı: Azərbaycanda idmana dövlət dəstəyi adı ilə büdcə talan edilir. Ölkə vətəndaşları səfalət içində yaşayır, hakimiyyət isə idman yarışları adı ilə büdcəni talan edir. Bir idmançıya 150 min manat verilməsi sözlə ifadə olunmayacaq qədər təhlükəli gələcək vəd edir. Əvvəla, Azərbaycanda bəh-bəhlə keçirilən yarışların lisenziyası yoxdur və inkişaf etmiş heç bir ölkə belə yarışları keçirmir. İkincisi, hətta dünya və Avropa çempionatlarında idmançıya bu qədər vəsait verilmir. Üçüncüsü, Azərbaycan bayrağı altında döyüşən idmançıların böyük əksəriyyəti legionerdir və qazandıqları mükafatları öz ölkələrinə daşıyacaqlar. Bəs qazancımız nə olacaq? Təbii ki, dünyada gülüş hədəfinə çevrilməyimiz.
Kamal Babayev: Bu gün anası latış olan bir tanışımla söhbət edirdik. Latviyadan yeni gəlib. Deyir ki, Avropa İttifaqı Latviyanın bütün iqtisadiyyatını məhv edib. Əhali qalmayıb, əksəriyyət ölkədən gedib və ya getməyə çalışır. Sovet dövründə yaradılmış iri zavod və fabriklər qəsdən iflasa uğradılaraq, əmlakları satılıb. Və elə qiymətə satılıb ki, buna oğurlanıb da demək olar. Xatırlayıram ki, Latviya istehsalı olan çox keyfiyyətli mis kabellər var idi. İzolyasiyası sürtünməyə və oda davamlı idi, elastik, amma dartılma-qırılmaya dözümlü idi. Həmin kabel hazırda ancaq Rusiyada istehsal olunur. Köhnə mütəxəssislər o kabelin adı gələndə köks ötürürlər: “Kaş indi olaydı”. Necəsə mənim əlimə köhnə anbardan 3 000 metr o kabeldən düşmüşdü, bir ay ərzində satıb qurtardım! Bircə aya 3 000 metr! Litvanın Sovet dövründə istehsal etiyi mütəlif ölçülü elektrik düymələri bəzi yerlərdə indi də sıradan çıxmadan işləyirlər.
Afiq Əliyev: Dövlətin qoruduğu abidəni dövlətin özü sökür. Ümumiyyətlə bu dövlət nəyimizi qorudu ki, abidəmizi də qorusun?! Canımızı qorudu, haqlarımızı qorudu, torpaqlarımızı qorudu, nəyimizi qorudu?! Heç nəyimizi qorumadı. Dövlətimiz bir para şəxslərin kreslosundan başqa heç nəyi qorumur.
Комментариев нет:
Отправить комментарий