09.11.2017

Rəhimpur Əzğədi: "Mən keçən il Ərbəindən sonra Latın Amerikasında bir seminarda iştirak edirdim. Sosialistlərin, solçuların seminarı idi. Dünyanın hər bir yerindən ora solçular iştirak edirdi. Aralarında qatı kommunist olan da var idi, Allaha iman edən, amma solçu olanı da. Bir-iki çıxış etdim. İlk çıxışımda Ərbəin yürüşünə işarə edərək onlara dedim ki, mən sizə bir şey deyim. Dedim mən dünyanın o başından gəlirəm ki, sizinlə söhbət etdiyim zaman orada qadınlı-uşaqlı, qocalı-cavanlı 20 milyon insan piyada küçədə yürüş edirlər. Bəziləri 100, hətta aralarında 1000 kilometr məsafə qət edənlər də var. Əvvəlcə inanmadılar. Elə anladılar ki, biz rəqəmləri tanımırıq. 20 milyonun və 100 kilometrin nə qədər olduğunu bilmirik. Fikir verdim ki, 20 milyon insanın onlarla, yüzlərlə kilometr yol getməsinə axıradək inanmadılar. Özlərində düşündülər ki, yəqin mənim hesab-kitabdan başım çıxmır. Çıxışdan sonra dedilər, 2 sualımız var. Hə, onu da deyim ki, İmam Hüseyni (ə) tanımırdılar. Qeyd elədim ki, bizim dinin rəhbərlərindəndir və İraqda şəhid olub. Biri onlardan elə başa düşdü ki, İmam Hüseyn (ə) İraqda baş verən son hadisələr zamanı şəhid olub. Soruşdu ki, bu axır hadisələr zamanı şəhid olub? Dedim yox, 1400 il əvvəl şəhid olub. Dedi ölümündən 1400 il sonra 20 milyon onu ziyarət etmək üçün piyada hərəkət edir? Cavab verdim bəli. İştirak edən solçular, kommunistlər bir-birilərinə tərəf baxdılar. Bəziləri təəccüblə, bəziləri inanmayaraq. Mənə dedi ki, əgər belə bir şey İslamda, şiəlikdə varsa, bunu bilin ki, heç bir tarixdə, heç bir millətdə, heç bir mədəniyyətdə, heç bir məktəbdə belə bir şey yoxdur. Bu müstəsna bir şeydir. Bunun əhəmiyyəti sən danışdığınızdan xeyli artıqdır. Sonra dedi ki, bəs necə olur mətbuatda bu haqda bir xəbər, bir şəkil yoxdur? Dedi sizin elə bir şeyiniz var ki, nə Qərbdə, nə Şərqdə və nə əvvəl və nə də indi heç kəsin yoxudur. Sizin Hüseyniniz var ki, heç kəsdə o yoxdur. Sualı bu idi ki, bu nə qüvvədir (enerji) ki, 1400 il sonra 20 milyon insanı küçələrə çəkə bilir?"

Комментариев нет:

Отправить комментарий