19.11.2017

1944-cü ilin sentyabr-dekabr aylarında Hürtgen meşəsində 120 minlik ABŞ ordusu ilə 80 minlik alman ordusu üz-üzə gəldi. Bu döyüşlərdə ABŞ ordusunun 33 min əsgəri öldü və yaralandı. Amerikanlar qarşıya qoyulan məqsədlərin heç birinə nail olmadılar. Ardennı dağlarında gedən döyüşlər zamanı 840 minlik amerikan ordusu 240 minlik alman ordusunun qarşısında tab gətirməyərək geri qaçdı. Almanlar cəmi bir həftə ərzində amerikanların 800 tankını və 90 min əsgərini məhv etdilər, 30 min əsgərini isə əsir götürdülər. Vəziyyət elə bir kritik həddə çatdı ki, ABŞ hökuməti kömək üçün Stalinə müraciət etdi. Alman qoşunları Qərb cəbhəsini boşaldıb hücuma keçən Sovet ordusu ilə döyüşə yollanandan sonra amerikanlar güc-bəla ilə irəliləyə bildilər. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий